QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   79

68 
 
mal  gömrük  sərhədindən  keçirildikdən  sonra  ödənən  vergi  və 
rüsumları;  "tarif'  ifadəsi  isə  beynəlxalq  ticarət  obyekti  olan 
bütün  mallara  tətbiq  edilən  vergiləri  müəyyən  edən  cədvəlləri 
əks etdirir. 
Hər  hansı  bir  ölkənin  gömrük  tarifləri  gömrük  rüsumu 
alınan  malların  sistemləşdirilmiş  siyahısından  ibarətdir.  Bu 
mallar öz mənşəyi (sənaye, bitki, dağ-mədən və s. məhsulları) 
və həmin malların emalı dərəcəsindən (xammal, yarımfabrikat, 
hazır  məhsullar)  asılı  olaraq  qruplaşdırılır.  Hər  bir  mal  üçün 
həmin mala tətbiq edilən rüsum dərəcəsi göstərilir. 
Gömrük  sisteminin  hüquqi  əsasını  gömrük  tarifləri  və 
onların tətbiqi normaları haqqında qanunlar və digər normativ 
sənədlər  təşkil  edir.  Bu  sənədlər  gömrük  tarifinin  prinsipini, 
mal  təsnifatını,  gömrük  formalizmini  müəyyən  edən  qayda  və 
əsasları,  ayrı-ayrı  mallara  tətbiq  edilən  rüsum  dərəcələrini 
müəyyən edirlər. Müasir mərhələdə gömrük tariflərinin müəy-
yən  edilməsi  üzrə  səlahiyyətlərin  qanunverici  orqandan  icra-
edici orqana verilməsi meyli özünü göstərir. Beynəlxalq hüquq 
sistemində  gömrük  tariflərinin  tətbiqi  və  fəaliyyəti  beynəlxalq 
ticarət  müqavilələri  və  razılaşmaları  ilə  tənzimlənir.  Bu 
müqavilə  və  razılaşmalar  ikitərəfli  (iki  dövlət  arasında)  və 
çoxtərəfli (kollektiv) şəkildə özünü göstərir. 
Gömrük  rüsumlarının  növləri  -  gömrük  rüsumları  iki 
üsulla  müəyyən  edilir.  Birinci  üsulda  rüsum  dərəcələri  mal 
qiymətinə  nisbətən  faizlə  hesablanır:  məsələn,  çayın  qiymə-
tindən  10%.  Belə  rüsum  dərəcələri  malın  qiymətindən  alınan 
rüsum,  yaxud  advalorem  rüsumu  adlanır.  İkinci  üsulda  rüsum 
malın  çəkisindən,  həcmindən  və  yaxud  sayından  pul  məbləği 
şəklində  alınır:  məsələn,  hər  sentner  buğdadan  1$.  Bu  şəkildə 
alman  rüsum  spesifik  rüsum  adlanır.  Bundan  başqa,  bəzən 
qarışıq  rüsum dərəcələri də tətbiq edilir. Bu halda bəzi  mallar 
üçün  tarifdən  həm  advalorem  və  həm  də  spesifik  rüsum 
dərəcələri  göstərilir  və  gömrük  orqanlarına  tapşırılır  ki, 


69 
 
onlardan  ən  çoxu  tətbiq  edilsin.  Belə  rüsum  dərəcələri 
alternativ  adlanır.  Spesifik  vergilərin  hesablanması  və  toplan-
ması  asandır.  Bunlar,  xüsusən  standart  mallar  üçün  daha  asan 
tətbiq  edilir.  Lakin,  idxal  olunan  malların  qiymətləri  yüksəl-
dikcə verginin himayəçilik rolu azalır, qiymətləri azaldıqda isə 
himayəçilik rolu artır. 
Advalorem  vergilər  standart  olmayan  mallara  daha 
asanlıqla  tətbiq  edilir.  Çünki,  advalorem  vergilərdə  də  olsa 
mövcud  olan  keyfiyyət  fərqi  nəzərə  alınır.  Bundan  başqa  bu 
vergi  növünün  himayəçiliyə  təsiri  etibarlıdır.  Lakin  bu  vergi 
tətbiq olunarkən vergiyə cəlb oluna dəyərinin müəyyən edilmə-
sində çətinliklər özünü göstərir. Ona görə də, idxal olunan mal 
vergiyə  cəlb  olunarkən  malın  gömrük  dəyərinin  müəyyən 
edilməsi  mühüm  əhəmiyyətə  malikdir.  Advalorem  vergisində 
malın  gömrük  dəyəri  müəyyən  edilərkən  F.O.B.  və  S.İ.F. 
anlayışlarından  istifadə  edilir.  F.O.B.  gəminin  göyərtəsində 
təhvil  verilməsini  nəzərdə  tutur,  S.İ.F.  təhvilində  isə  malın 
dəyərinə sığorta və frant (su yolları ilə daşınan malın yol xərci) 
də əlavə edilir. 
Gömrük  təcrübəsində  əsasən  üç  tarif  sistemi  tətbiq 
edilir:  tək  sütunlu  (single-column),  qoşa  sütunlu  (double-
column) və üç sütunlu (triple-column) tarif sistemləri. Gömrük 
vergiləri  bir  qanun  ilə  tətbiq  edilirsə  buna  “avtonom  tarif” 
(autonomous  tarif)  deyilir.  Əgər  vergilər  beynəlxalq  müqavi-
lələr və qarşılıqlı görüşlər nəticəsində müəyyən edilirsə bu növ 
tariflərə "razılaşdırılmış" tariflər deyilir. Gömrük vergiləri bey-
nəlxalq  müqavilələrlə  müəyyən  edilərsə  onları  təktərəfli 
qərarlarla dəyişdirmək mümkün deyil. 
Tək  sütunlu  tarif  sistemləri  avtonom  mahiyyət  daşıyır 
və ölkələrə fərq qoymur. 
Qoşa sütunlu tarif sistemlərində hər mal üçün iki vergi 
dərəcəsi  qoyulur.  Əgər  hər  iki  vergi  qanun  ilə  qoyulmuşsa 
burada  "maksimum-minimum"  anlayışından  istifadə  edilir. 


70 
 
Əgər  "maksimum"  vergi  dərəcəsi  qanun  ilə  qoyulmuş, 
"minimum"  isə  beynəlxalq  müqavilələrlə  qoyulmuşsa  belə  bir 
vəziyyətdə qismən "avtonom", qismən də "razılaşdırılmış" tarif 
sistemləri  tətbiq  edilmiş  olur.  ÜTT  üzvləri  ölkələrinin  tarif 
sistemləri  iki  sütunludur.  Yüksək  tariflər  ÜTT  üzvü  olmayan-
lara  tətbiq  edilir.  Minimum  tariflər  isə  ikitərəfli  müqavilələr 
bağlanaraq qarşılıqlı güzəştlər verilməsini təmin edir. 
Üç sütunlu (çox sütunlu) tarif sistemlərində üç müxtəlif 
vergi dərəcəsi olur. Bu sistem qoşa sütunlu tarif sisteminə daha 
aşağı  bir  vergi  dərəcəsinin  əlavə  olunması  ilə  yaranır.  Bu 
sistem  "üstünlük  sistemi"  (preferential  system)  adlanır  və  bir 
çox ölkələr arasında ticarəti təşkil etmək məqsədi daşıyır. Hal-
hazırda  dünya  ölkələrinin  demək  olar  ki,  hamısı  çoxsütunlu 
tarif tətbiq edirlər. Bu gün Azərbaycanda iki sütunlu, Rusiyada 
isə  üç  sütunlu  tarif  tətbiq  edilir.  Üç  sütunlu  tarifin  ən  yüksək 
faiz  dərəcəsi  adətən  ticarət  müqavilələri  olmayan  ölkələrə 
tətbiq edilir. 
Gömrük  rüsumları  idxal,  ixrac  və  tranzit  mallarından 
alınmasından  asılı  olaraq  idxal,  ixrac  və  tranzit  rüsumları 
adlanırlar.  Müasir  mərhələdə  gömrük  rüsumları,  əsasən  idxal 
mallarına  tətbiq  edilir.  Bununla  yanaşı  hər  hansı  bir  malın 
ixracını məhdudlaşdırmaq və gəlir əldə etmək üçün ixracdan da 
gömrük  vergisi  alına  bilir.  Gəlir  əldə  etmək  üçün  ixracatdan 
vergi  alınması  bir  qayda  olaraq  xammal  istehsal  edən  ölkələr 
tərəfindən tətbiq edilə bilir. Lakin, adətən yüksək ixracat vergi-
ləri müəyyən müddət gəlir təmin etsə də, son nəticədə bu və ya 
digər  malın  qiymətini  yüksəldərək  onun  ixrac  həcminə  mənfi 
təsir  göstərə  bilir.  Müasir  mərhələdə  beynəlxalq  ticarətin 
inkişafına  mane  olmamaq  üçün  tranzit  vergiləri  də  öz 
əhəmiyyətini itirmişdir. 
Gömrük  təcrübəsində  cəza  xarakterli  və  dempinq 
əleyhinə  yönəldilmiş  gömrük  rüsumları  da  tətbiq  olunur.  Bu-
nun əsas məqsədi milli bazara siyasi və iqtisadi baxımdan ölkə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə