QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   79

65 
 
siyasəti geniş mənada maliyyə mənbələri yaradılması və istifa-
də  olunmasına  xidmət  edir.  Məsələn,  idxaldan  alınan  verginin 
maliyyə  mənbəyi  olduğu  aydındır.  İxrac  malını  təşkil  etmək 
üçün  büdcədən  verilən  subsidiyalar  da  hər  hansı  bir  məhsulu 
himayə  edərək  mənbələrin  bu  məhsulun  istehsalına  yönəl-
məsinə  səbəb  olur.  Xarici  ticarət  siyasəti  qarşıya  qoyulan 
məqsəddən asılı  olmayaraq iqtisadi  mənbələrin  yenidən bölüş-
dürülməsinə təsir göstərir. 
Xarici ticarət siyasətinin əsas vasitəsi tarif və qeyri-tarif 
tənzimləmələridir. Bu tənzimləmə vasitələri üzərində, eləcə də 
"Tədiyyə  balansı"  anlayışı  və  problemləri  üzərində  də  ayrıca 
dayanılıcaqdır.  Burada  yalnız  xarici  iqtisadi  siyasətin  tərkib 
hissəsi  kimi  tədiyyə  balansı  siyasətinin  ümumi  cəhətlərinə 
diqqət yetiriləcəkdir. Tədiyyə balansı siyasəti hökumətin tədiy-
yə  balansının müvazinətini  təmin etmək üçün həyata keçirdiyi 
tədbirlərin  məcmusudur.  Tədiyyə  balansının  kəsirini  ödəmək 
üçün görülən tədbirləri qısa və uzunmüddətli tədbirlərə bölmək 
olar.  Qısamüddətli  tədbirlərə  bu  kəsiri  ödəmək  üçün  digər 
dövlətlərdən, beynəlxalq  təşkilatlardan vəsait  əldə edilməsi  və 
ya özünün malik olduğu beynəlxalq ehtiyatlardan istifadə edil-
məsi üzrə tədbirlər daxildir. Uzunmüddətli tədbirlərə isə bunlar 
daxildir: 
1) pul  və  maliyyə  siyasətindən istifadə  olunaraq iqtisa-
diyyatda  devalvasiya  yaradılması  yolu  ilə  tədiyyə  balansında 
tarazlığın təmin edilməsi
2) milli valyutanı devalvasiya (revalvasiya) etmək; 
3)  beynəlxalq  iqtisadi  fəaliyyətlər  üzərində  valyuta 
nəzarətini gücləndirmək
4)  xarici  ticarət  balansı  kəsirlə  bağlanırsa  tarif  dərəcə-
lərini  yüksəltmək,  beləliklə  də  idxalda  məhdudiyyətləri  artır-
maq və ixracın artırılması üçün tədbirlər görmək. 
Bu  tədbirlərin  hamısı  birlikdə  və  yaxud  hər  biri  ayrı-
ayrı qəbul edilə bilər. 


66 
 
Tədiyyə  balansında  müvazinət  yaradılması  məqsədi  ilə 
yeridilən siyasət 250-illik tarixə malikdir. Lakin, əsrimizin 30-
cu  illərinə  qədər  nəzəriyyə  tədiyyə  balansının  müvazinətinin 
sabit  valyuta  məzənnələrində  dəyişiklik  edilməsi  yolu  ilə  çox 
bəsit  bir  yolla  təmin  edilməsini  nəzərdə  tuturdu.  Şübhəsiz,  bu 
nəzəriyyə  klassik  tam  rəqabət  mexanizmi  və  qiymətlərin  tam 
elastik olduğu ehtimalından doğurdu. 30-cu illərdən başlayaraq 
tədiyyə  balansında  kəsir  olan  ölkələrdə  pul  təklifinin  azalması 
və  bunun  əksinə,  müsbət  qalıq  verən  ölkələrdə  pul  təklifinin 
artması  nisbi  qiymətlərdə  dəyişiklik  yaranmasına  səbəb 
olmuşdur.  Digər  qiymətlər  və  maaşlar  tam  elastik  olsaydı 
yuxarıdakı  dəyişikliklər  məşğulluğa  heç  bir  təsir  göstərməyə 
bilərdi  və  istehsal  əvvəlki  səviyyədə  davam  edərdi.  30-cu 
illərin  böhranı  göstərdi  ki,  qiymət  dəyişmələri  sabit  valyuta 
məzənnəsini  təmin  edə  bilmir.  Ona  görə  də,  Keyns  nəzəriy-
yəsinə  görə  tədiyyə  balansının  tarazlığı  daha  geniş  iqtisadi 
əsaslarla təmin olunmağa başladı. Çünki, reallıq sübut edir ki, 
ölkənin tədiyyə balansında mövcud olan kəsir gəlir və məşğul-
luq  səviyyəsinə  bilavasitə  təsir  göstərir.  Qiymətlərin  aşağı 
düşməsi  bazardan  pulun  çəkilməsi  ilə  nəticələnir,  bu  isə  gəlir 
və məşğulluq səviyyəsinin daha da aşağı düşməsinə səbəb olur. 
Digər  tərəfdən,  tədiyyə  balansı  müsbət  qalıq  verən  ölkələrdə 
pul  təklifi  genişlənir,  gəlir  və  məşğulluq  səviyyəsi  yüksəlir. 
Qiymətlərdə  artma  meyli  olduğu  üçün  inflyasiya  təhlükəsi 
yaranır. 
Bazar  iqtisadiyyatı  sistemində  işsizlik  və  inflyasiya 
kimi həssas və ciddi problemlərin həlli üçün tam məşğulluq və 
qiymətlərin  sabitliyinin  təmin  olunması  aparılan  iqtisadi 
siyasətin  başlıca  məqsədlərindən  birdir.  Bu  məsələlər  tədiyyə 
balansı  siyasətinin  mərkəzi  problemləridir.  Çünki,  tədiyyə 
balansında  tarazlığın  pozulması  dərhal  gəlir,  məşğulluq  və 
qiymətlərin  səviyyəsində  əks  olunur.  Ona  görə  də  tədiyyə 


67 
 
balansı siyasəti istər ümumi iqtisadi siyasətin, istərsə də xarici 
iqtisadi siyasətin mühüm tərkib hissəsidir. 
Xarici  investisiya  siyasəti  uzunmüddətli  beynəlxalq 
kapital  qoyuluşları  sahəsində  görülən  tədbirləri  əhatə  edir.  Bu 
kapital  qoyuluşları  özündə  beynəlxalq  birbaşa  özəl  xarici 
investisiyaları  və  beynəlxalq  uzunmüddətli  portfel  qoyuluş-
larını  birləşdirir.  Birbaşa  xarici  kapital  qoyuluşları  beynəlxalq 
aləmdə kapital transferi olmaqla, eyni zamanda təşəbbüsçülük, 
texnoloji  yenilik,  riski  öz  üzərinə  götürmə  və  təşkilatçılıq 
tədbirlərini  təmin  edir.  Müasir  iqtisadiyyatda  olduqca  mühüm 
rol  oynayan  beynəlxalq  kapital  qoyuluşlarını  həyata  keçirən 
transmilli korporasiyalarla əlaqədar xarici iqtisadi siyasət xarici 
investisiya  siyasətinin  aparıcı  sahəsidir.  Beynəlxalq  kapital 
hərəkətinə  transmilli  korporasiyaların  birbaşa  kapital  qoyuluş-
larından başqa beynəlxalq pay sənədləri, istiqraz buraxmaq və 
beynəlxalq  bazarlarda  istiqrazlar  alıb-satmaqla  əlaqədar  olan 
ehtiyatlar da daxildir. 
 
4.2. Beynəlxalq ticarətin gömrük-tarif  
tənzimləmələri 
 
Xarici  ticarət  nəzəriyyəsi  və  xarici  ticarətin  çoxillik 
inkişaf tarixi göstərir ki, ölkələr arasında sərbəst ticarət həyata 
keçirildikdə  beynəlxalq  ixtisaslaşmanın  yaratdığı  bütün  üstün-
lüklərdən  faydalanmaq  mümkündür.  Lakin,  tam  sərbəst  xarici 
ticarət yalnız nəzəri cəhətdən mümkündür. Təcrübədə isə dövl-
ətlər xarici ticarətə bu və ya digər şəkildə müdaxilə edirlər. 
Xarici  ticarətə  müdaxilə  etmək  üçün  istifadə  edilən  ən 
mühüm vasitələrdən biri də gömrük tarifləridir.  Gömrük tarif-
lərinin mahiyyətinə nəzər saldıqda aydın olur ki, tariflər xarici 
iqtisadi  siyasətin,  o  cümlədən  xarici  ticarət  siyasətinin  ən 
qədim  və  ən  geniş  yayılmış  vasitələrindən  biridir.  Burada  iki 
mühüm  anlayış  birləşmişdir:  "Gömrük"  ifadəsi  hər  hansı  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə