QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   79

90 
 
Azərbaycan  xalqı  bəyan  etdiyi  demokratik,  hüquqi,  dünyəvi 
dövlət  qurubdur,  onun  təsisatlarını  yaradıbdır.  Bu  dövlətin 
yaşaması  üçün,  inkişaf  etməsi  üçün  çoxsaylı  qanunlar  qəbul 
edibdir.  Bazar  iqtisadiyyatı  yolu  ilə  gedərək  bütün  sahələrdə 
islahatlar aparıb və bu islahatların nəticəsinə nail olubdur. On il 
müddətində  Azərbaycan  dünya  miqyasında  özünə  layiq  yerini 
tutubdur,  bütün  beynəlxalq  təşkilatlarda  təmsil  olunur. 
Dünyanın  bütün  ölkələri  ilə  diplomatik  əlaqələr  yaradıb,  bir 
çox ölkələrlə qarşılıqlı faydalı, çox uğurlu əməkdaşlıq edir. Bu 
on  il  bizim  xalqımızın  çoxəsrlik  həyatında  ən  böyük  tarixi 
hadisədir, ən qiymətli nemətdir». 
Müstəqillik  əldə  etdikdən  sonra  ölkə  iqtisadiyyatının 
başqa  sahələrində  olduğu  kimi,  Azərbaycan  xarici  ölkələrlə 
ticarət  əlaqələrində  də  əhəmiyyətli  nəticələrə  nail  olmuşdur. 
Ölkəmizdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin fəaliy-
yətinin  iqtisadiyyatın  müasir  tələblərinə  uyğun  qurulması  və 
idxal-ixrac  əməliyyatlarının  dövlət  tərəfindən  tənzimlənməsi 
nəticəsində  Azərbaycan  ticarət  dövriyyəsinin  həcmi  və  bu 
münasibətdə ölkələrin sayı da artmışdır. 1992-ci ildə respubli-
kamızla idxal-ixrac əməliyyatları keçirən ölkələrin sayı 2 dəfə-
dən çox, ticarət  dövriyyəsinin həcmi 20,7%, o cümlədən idxal 
24,7%, ixrac 17,6% artmışdır. 
 
5.4. Xarici ticarət əlaqələrində gömrük nəzarəti 
 
Məlumdur  ki,  gömrük  nəzarətinin  müxtəlif  formaları  var 
və  onlardan  biri  də  «gömrük  statistik  nəzarəti  və  təhlil» 
formasıdır. 
Bu nəzarət funksiyası gömrük statistikasına aid olmaqla 
xarici  ticarət  dövriyyəsi,  sərnişin  dövriyyəsi,  xüsusi  nəzarət 
obyektlərini  (bəyanetmənin,  gömrük  ödənişlərinin,  valyuta 
nəzarətinin,  müsadirə  olunmuş  malların,  beynəlxalq  poçt 


91 
 
göndərişlərinin və s.) əhatə etməklə, o əksini «gömrük statistik 
nəzarəti və təhlil» formasında tapır. 
Gömrük  statistikasının  nəzarət  və  təhlil  obyektlərinin 
strukturu aşağıdakı şəkildə təsvir olunan sxem üzrə verilir: 
 
 
 
 
 
 
Ölkənin  xarici  ticarət  dövriyyəsi  idxal  və  ixrac  olunan 
malların miqdar və dəyər vahidilə ifadəsindən, habelə idxal və 
ixracın coğrafi istiqamətindən («mal-ölkə», «ölkə-mal») ibarət-
dir. 
Bu dövriyyəyə statistik nəzarət  xarici  ticarətin  gömrük 
statistikası  əsasında  aparılır  və  Azərbaycan  Respublikasının 
xarici  ticarətinin  gömrük  statistikası  onun  gömrük  ərazisində 
qüvvədə  olan  hüquqi-normativ  aktlarla  tənzimlənir.  Digər 
ölkələrlə  ticarət-iqtisadi  münasibətlərin  vəziyyətini  və  ümumi 
dinamikasını təhlil etməklə aşağıdakı məsələləri həll edir: 
-  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
malların  və digər əşyaların  keçirilməsi  haqqında məlumatların 
uçotunun tam və düzgün aparılmasını; 
- Məlumat təminatı və məlumat bankının yaradılmasını; 
-  respublikanın  xarici  iqtisadi  siyasətinin  müəyyən 
edilməsi və təkmilləşdirilməsi üçün; 
-  dövlət  idarəetmə  orqanları  və  digər  strukturların 
özlərinin  funksiyalarına  aid  səlahiyyətləri  daxilində  müvafiq 
qərarların qəbul edilməsi üçün
-  icra  hakimiyyəti  orqanlarında,  dövlətlərarası  ticarət 
danışıqları  və  operativ-kommersiya  işi  üzrə  materialların 
hazırlanması üçün; 


92 
 
-  xarici  ticarət  əlaqələrində  tarif  və  qeyri-tarif  tənzim-
lənməsi tədbirlərinin yerinə yetirilməsinə nəzarət üçün; 
- daxili bazar konyukturunun təhlili üçün; 
- valyuta nəzarəti tədbirlərinin aparılması üçün; 
- ticarət və tədiyə balansının ayrı-ayrı maddələrinin tər-
tib edilməsi üçün
-  xarici  ticarətin  inkişaf  meyllərinin,  ixrac  və  idxal 
strukturunun mal axınının dinamikasının və s. təhlili üçün. 
Azərbaycan  Respublikasının  gömrük  statistikasında 
xarici  ticarət  üzrə  uçotun  «ümumi»  sistemi  əsasında  malların 
idxal  və  ixracının  uçotu  aparılır.  Bu  zaman  respublikanın 
gömrük  ərazisinə  gətirilən  və  ya  bu  ərazidən  aparılan  bütün 
mallar uçota alınır. 
Gömrük  statistikasının  «ümumi»  uçot  sistemində 
aşağıdakı kateqoriyadan olan mallar nəzərə alınır: 
Azərbaycan Respublikasına mal gətirmədə: 
- sərbəst dövriyyə üçün gətirilmiş mallar
- təkrar idxal olunmuş mallar; 
- gömrük ərazisində emal etmək üçün gətirilmiş mallar; 
-  gömrük  ərazisindən  kənarda  emal  edildikdən  sonra 
gətirilmiş mallar;  
-  gömrük  nəzarəti  altında  emal  etmək  üçün  gətirilmiş 
mallar; 
- Azərbaycan Respublikası ərazisinə təkrar ixrac rejimi-
nə müvafiq gətirilmiş mallar; 
-  Azərbaycan  Respublikasının  dövlət  ərazisinə  azad 
ticarət zonası və sərbəst anbarlara gətirilmiş mallar; 
-  sahibi  tərəfindən  dövlətin  xeyrinə  imtina  edilən 
mallar; 
- rüsumsuz ticarət mağazalarına gətirilmiş xarici mallar
-  bir  il  və  ondan  çox  müddətə  respublikanın  ərazisinə 
müvəqqəti gətirilmiş mallar. 
Azərbaycan Respublikasından mal göndərmədə: 


93 
 
-  ixrac-gömrük  rejiminə  müvafiq  olaraq  göndərilmiş 
mallar; 
-  sərbəst  dövriyyə  üçün  gətirilmiş,  sonradan  isə  ixrac-
gömrük rejiminə müvafiq olaraq Azərbaycan Respublikasından 
göndərilmiş mallar; 
- gömrük ərazisində emal edildikdən sonra göndərilmiş 
mallar; 
- gömrük nəzarəti altında emal edildikdən sonra göndə-
rilmiş mallar; 
-  gömrük  ərazisindən  kənar  emal  edilmək  üçün 
göndərilmiş mallar; 
- Azərbaycan Respublikası ərazisindən təkrar ixrac reji-
minə müvafiq göndərilmiş mallar; 
-  Azərbaycan  Respublikasının  ərazisindən  kənara  azad 
ticarət zonası və sərbəst anbarlardan göndərilmiş mallar
-  rüsumsuz  ticarət  mağazalarından,  Azərbaycan 
Respublikasının ərazisindən kənara göndərilmiş Azərbaycan və 
xarici ölkə malları; 
- bir il və ondan çox müddətə respublikanın ərazisindən 
müvəqqəti göndərilmiş mallar; 
Lakin  aşağıdakı  gömrük  rejimləri  altında  yerləşdirilən 
malların  uçotu  xarici  ticarətin  gömrük  statistikasında  nəzərə 
alınmır: 
-  Azərbaycan  Respublikası  ərazisindən  tranzitlə  keçən 
mallar; 
- gömrük anbarı rejimi altında yerləşdirilən mallar; 
-  bir  il  və  ondan  çox  icarə  müddətinə  malik  və  bu 
müddət  istisna olmaqla, müvəqqəti idxal (ixrac) rejimi altında 
gətirilmiş (aparılmış) mallar; 
-  Azərbaycan  Respublikası  ərazisində  məhv  etmə 
rejiminə uyğun olaraq məhv edilən xarici mallar; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə