QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   79

117 
 
malların qiymətlərinin əlverişsiz dəyişməsi (qalxması), qiymət-
lərin  (satış)  aşağı  düşməsi,  tədavül  zamanı  mal  itkisi,  tədavül 
xərclərinin artması amilləri nəzərə alınmalıdır. 
Maliyyə  riski  maliyyə  sahibkarlığı  həyata  keçirilən  za-
man və ya maliyyə əməliyyatları aparılan zaman meydana çıxa 
bilər.  Maliyyə  riskinə  digər  risklərə  təsir  göstərən  amillərdən 
başqa  həmçinin  tərəflərdən  birinin  ödəniş  qabiliyyətli  olma-
ması, valyuta-pul əməliyyatlarına qoyulmuş məhdudiyyətlər və 
s.də təsir göstərir. 
İnvestisiya  riskinə  səbəb  özünün  və  cəlb  edilmiş  qiy-
mətli  kağızlardan  təşkil  olunmuş  investisiya-maliyyə  portfeli-
nin qiymətdən düşməsi ola bilər. 
Bazar riski milli pul vahidinin və ya xarici valyuta kurs-
larının  bazar  faiz  dərəcələrinin,  eləcə  də  onların  hər  ikisinin 
eyni  zamanda  mümkün  olan  dəyişmələri  (artıb-azalmaları)  ilə 
əlaqədardır. 
İstənilən  risk  anlaşma  (müqavilə)  üzrə  tərəfdaşlardan 
asılıdır. Layihənin həyata keçirilməsində iştirak edəcək tərəfd-
aşlar seçilərkən mütləq risk təhlil olunmalıdır. 
Riski  təhlil  edərkən  aşağıdakıları  həyata  keçirmək  la-
zımdır: 
-  riskin  konkret  növünü  artıran  və  azaldan  daxili  və 
xarici amillər aşkar edilməlidir
- aşkar edilən amillər təhlil edilməlidir
-  riskin  konkret  növü  iki  cür  yanaşma  üzrə  maliyyə 
cəhətdən  qiymətləndirilməlidir:  layihənin  maliyyə  təminatının 
müəyyənləşdirilməsi,  iqtisadi  məqsədəuyğunluğun  müəyyən 
edilməsi  (sərf  edilmiş  maliyyə  vəsaitlərinin  səmərəliliyinin 
müəyyən edilməsi); 
- riskin yol verilə biləcək həddinin müəyyən edilməsi
- riskin seçilmiş səviyyəsi üzrə ayrı-ayrı əməliyyatların 
təhlil edilməsi
- riskin aşağı salınması üzrə tədbirlərin hazırlanılması. 


118 
 
Kommersiya  fəaliyyətində  risk  nəticəsində  meydana 
çıxan  itkilər  material,  əmək,  maliyyə,  vaxt  itkisi,  xüsusi  növ 
itkilərə ayrılır. 
Material  itkiləri  -  layihədə  nəzərdə  tutulmayan  xərclər 
və  ya  digər  birbaşa  material  itkiləridir  (binaların,  qurğuların, 
ötürücü vasitələrin, məhsulların, yarımfabrikatların, materialla-
rın,  xammalın,  komplektləşdirici  hissələrin  itkisi)  -  natural 
şəkildə. 
Əmək  itkiləri  -  təsadüfi  və  ya  qabaqcadan  nəzərdə 
tutula bilinməyən səbəblərdən baş verən iş vaxtı itkiləridir. 
Maliyyə  itkiləri  -  birbaşa  pul  itkiləri  nəticəsində  mey-
dana  çıxır  (məsələn,  maliyyə  planında  nəzərdə  tutulmayan 
cərimələrin,  ödəmələrin,  vaxtı  keçmiş  kreditlərin,  əlavə  vergi-
lərin,  pul  itkilərinin  və  ya  qiymətli  kağız  itkilərinin  nəticə-
sində). Bu itkilər həmçinin alınacaq pulların verilməməsi və ya 
qismən verilməməsi, borcların qaytarılmaması və s. nəticəsində 
də meydana çıxa bilər. 
 
7.3. Kommersiya - vasitəçilik fəaliyyəti 
 
Beynəlxalq  təcrübə  göstərir  ki,  kommersiya  fəaliyyəti 
zamanı  əmtəə  mübadiləsinin  yarıdan  çoxu  istehsalçılardan  və 
alıcılardan  heç  bir  asılılığı  olmayan  müstəqil  ticarət  firmaları, 
təşkilatları və şəxslər tərəfindən həyata keçirilir. Beləliklə, əm-
təə  dövriyyəsinin  xeyli  hissəsi  istehsalçılarla  alıcılar  arasında 
fəaliyyət  göstərən  firmalar,  təşkilatlar  və  şəxslər  tərəfindən 
təmin edilir. Kommersiya nöqteyi-nəzərindən, beynəlxalq tica-
rət təcrübəsində geniş yayılmış bu fəaliyyət «vasitəçilik fəaliy-
yəti», onu həyata keçirənlər isə «ticarət vasitəçiləri» adlanır. 
Əmtəələrin  reallaşdırılması  prosesinə  vasitəçilərin  cəlb 
edilməsi  ticarət  əməliyyatlarının  səmərəliliyinin  artırılması 
məqsədi güdür. 


119 
 
Vasitəçilərə  əlavə  haqq  ödənilməsinə  baxmayaraq  aşa-
ğıdakı amillər hesabına əməliyyatların səmərəliliyi artır: 
-  vasitəçilərin  cəlb  edilməsi  əmtəələrin  satış  operativli-
yini artırır və beləliklə də kapitalın dövranını sürətləndirməklə 
mənfəətin artırılmasına şərait yaradır; 
- vasitəçilər alıcalara daha yaxında olduqlarından bazar 
konyukturasının  dəyişməsinə  daha  operativ  reaksiya  verirlər, 
bu  isə  satıcıların  əmtəələrini  daha  əlverişli  şəraitdə  reallaşdır-
mağa imkan verir; 
-  vasitəçilərin  cəlb  edilməsi  malların  göndərilmə  müd-
dətinin azaldılması, satış qabağı servisin təşkili və texniki xid-
mətin  göstərilməsi  vasitəsilə  malların  rəqabət  qabiliyyətinin 
artırılmasına şərait yaradır; 
-  bir  sıra  vasitəçilər  satıcılara  avans  verir,  satış  kanal-
larının yaradılmasını və fəaliyyətini maliyyələşdirir və beləliklə 
də,  satıcıların,  tədavül  dairəsinə  sərf  edilməsi  nəzərdə  tutulan 
vasitə qənaət etmələrinə imkan yaradır; 
- vasitəçilər son istehlakçılara daha yaxında olduqların-
dan, əmtəələrin keyfiyyəti və rəqabət qabiliyyəti haqqında daha 
dürüst informasiyaya malik olurlar
- müəyyən növ əmtəələrin kütləvi satışı ilə məşğul olan 
vasitəçilərlə iş birliyinin yaradılması əmtəə vahidi üzrə tədavül 
xərclərinin azaldılmasına şərait yaradır. 
Beynəlxalq  təcrübədə  vasitəçilərin  aşağıdakı  növlərinə 
rast gəlinir: 
- sadə vasitəçilər; 
- etibar edilənlər; 
- komissionerlər; 
- konsiqnatorlar; 
- ticarət agentləri; 
- satış vasitəçiləri. 
Sadə vasitəçilərə o ticarət  firmaları, təşkilatları, şəxslər 
aid  edilir  ki,  onlar  bir-biri  ilə  alqı-satqı  əməliyyatlarında  ma-


120 
 
raqlı  olan  satıcı  və  alıcıları  axtarıb  tapır,  onlar  arasında  əlaqə 
yaradır,  özləri  isə  alqı-satqı  prosesində  nə  öz  adları,  nə  də 
vəsaitləri ilə iştirak etmirlər. Belə vasitəçilərə brokerlər deyilir. 
Öz  xidmətlərinə  görə  brokerlər  satıcılardan,  bəzi  hallarda  isə 
həm də alıcılardan müəyyən haqq alırlar. 
Etibar  edilənlər:  Bu  növ  vasitəçilərlə  iş  birliyi  yaradan 
satıcılar  və  alıcılar  «etibar  edənlər»,  vasitəçilər  isə  «etibar 
edilənlər»  adlanır.  Bu  vasitəçilik  növü  münasibətlərin  tapşırıq 
müqavilələri əsasında qurulmasını nəzərdə tutur. «etibar edən-
lər»  bu  və  ya  digər  alqı-satqı  əməliyyatlarının  həyata  keçiril-
məsi  üçün  «etibar  edilənlərə»  tapşırıqlar  verirlər.  Tapşırıq 
müqavilələrində ən əsas məsələ əməliyyatların kommersiya və 
texniki  şərtlərinin  razılaşdırılmasına  «etibar  edilənlər»in  səla-
hiyyətlərinin həddinin müəyyən edilməsidir. 
Komissionerlər:  Beynəlxalq  ticarətdə  komissiya  müqa-
vilələri  geniş  yayılmışdır.  Bu  müqavilələrə  əsasən  «komis-
sioner»lər  (vasitəçilər)  tərəfdaşların  axtarılmasında,  öz  adın-
dan,  ancaq  «komitentlər»in  (satıcıların  və  ya  alıcıların)  hesa-
bına onlarla müqavilələr bağlamaq hüququna malik olurlar. Bu 
müqavilələrdə  də  əsas  məsələ  əməliyyatların  kommersiya  və 
texniki şərtlərinin razılaşdırılmasında komissionerlərin səlahiy-
yət həddinin müəyyən edilməsidir. Çox vaxt bu müqavilələrdə 
nəzərdə tutulur ki, komissioner müqavilələrin əsas şərtlərindən 
olan  alqı-satqının  həcmi,  əmtəənin  göndərilmə  müddəti,  əm-
təələrin  qiyməti,  kreditləşdirmə  şərtləri  və  s.  kimi  məsələlərin 
həll  edilməsi  üçün  komissioner  hər  dəfə  komitentlə  məsləhət-
ləşməlidir. 
Üçüncü  şəxslərlə  münasibətdə  komissionerlər  satıcı 
qismində  çıxış  edirlər.  Komissionerlər  komitentlərin  onların 
sərəncamına verdikləri malların qorunub saxlanmasında cavab-
dehlik  daşıyırlar.  Buna  görə  də  komissiya  müqavilələri  çox 
vaxt  malların  komissionerlər  tərəfindən  komitentlərin  xeyrinə 
sığortalanmasını da nəzərdə tutur. Komissionerlər öz səlahiyyət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə