QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   79

97 
 
İqtisadiyyatda  sahələrarası  proporsiyaların  təkmilləş-
məsi  və  məhsuldar  qüvvələrin  yerləşdirilməsinin  yaxşılaşdırıl-
ması rayonlararası və rayondaxili əlaqələrin səmərələşdirilməsi 
ilə  müşahidə  olunur  ki,  bu  da  səmərəsiz  yükdaşımalarının 
əsaslı  surətdə  ixtisar  edilməsinə  səbəb  olur.  Təbii  və  əmək 
resurslarının səmərəli istifadəsinə əsaslanan ölkələr və iqtisadi 
rayonlararası  əmək  bölgüsü,  ölkələrarası  iqtisadi  əlaqələrin 
xarakterini müəyyən edir. 
Yükdaşımalarının  ümumi  həcmində  neft,  qara  metal 
tikinti, meşə, yeyinti məhsulları yüksək xüsusi çəkiyə malikdir. 
Təbii-iqlim  və  torpaq  şəraiti,  əhalinin  sayı  və  tərkibi, 
mineral,  mineral-xammal  və  yanacaq-energetika  ehtiyatları  ilə 
təmin  olma  dərəcəsi  -  bütün  bunlar  sənayenin  və  kənd 
təsərrüfatının  ixtisaslaşmasını  və  ölkələrarası  əlaqələrin  xarak-
terini müəyyən edir. 
İqtisadi əlaqələr mürəkkəb problem olmaqla, istehsal və 
tədavül  dairəsini  əhatə  edir.  İqtisadi  əlaqələr  geniş  təkrar 
istehsalın ayrılmaz hissəsi olmaqla, istehsalın ixtisaslaşmasının 
təkmilləşməsini,  ərazi-istehsal  komplekslərinin  formalaşması 
və  sürətlə  inkişafını,  istehsalın  səmərəliliyinin  artmasını 
stimullaşdırır.  Deməli,  iqtisadi  əlaqələrin  formalaşması  və 
dəyişilməsi  məhsuldar  qüvvələrin  inkişafı  və  istehsalın 
ixtisaslaşması səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. 
Son  illərdə  Azərbaycanın  nəqliyyat-iqtisadi  əlaqələri 
hazırda müstəqil dövlətlər olan ölkələrlə əhəmiyyətli dərəcədə 
artmışdır. 
İnkişafın tarixi xüsusiyyətləri, müxtəlif təbii və iqtisadi 
şərait,  Azərbaycanın  əlverişli  nəqliyyat-iqtisadi  vəziyyəti  xalq 
təsərrüfatının  müxtəlif  sahələrinin  inkişafı  üçün  olduqca 
əlverişli şərait yaradır. Azərbaycan Avropa ilə Asiyanın kəsiş-
məsində yerləşməklə, məhsuldar qüvvələrin inkişafı və səmərə-
li  nəqliyyat  iqtisadi  əlaqələr  üçün  olduqca  əlverişli  vəziyyətə 
malikdir. 


98 
 
Məhsuldar  qüvvələrin  inkişafının  təbii  ilkin  şərtlərinin 
öyrənilməsi  istehsalı  səmərəli  yerləşdirməyə  və  onun  ərazi 
təşkilini  təkmilləşdirməyə  imkan  verir,  ildən-ilə  müxtəlif  təbii 
ehtiyatların  mənimsənilməsini  gücləndirir.  Onların  bazasında 
öz strukturuna, inkişaf istiqamətinə, ixtisaslaşmasına və miqya-
sına  görə  mürəkkəb  rayondaxili,  rayonlararası  ərazi-istehsal 
komplekslər meydana gəlir. 
Azərbaycan iqtisadi və təbii şəraiti, istehsalın ixtisaslaş-
ması  və  ərazi  təşkilinin  xüsusiyyətləri,  mühüm  məhsul  növlə-
rinin istehlakı nəqliyyat  sisteminin inkişafı və formalaşmasına 
əsaslı təsir etmişdir. İstehsalın və nəqliyyatın qarşılıqlı  əlaqəsi 
birinci  dərəcəli  məsələnin  –  istehsalın  inkişaf  səviyyəsi  ilə 
nəqliyyat  sisteminin  daşıma  qabiliyyəti  arasında  nisbətin 
müəyyən edilməsidir. 
 
VI FƏSİL. Kommersiya fəaliyyətinin mahiyyəti. 
6.1. Kommersiya fəaliyyətinin mahiyyəti və onun əsas 
elementlərinin xüsusiyyətləri 
 
Kommersiya  fəaliyyəti  -  mənfəət  əldə  etmək  üçün 
əmtəələrin  alqı-satqısı  və  ticarət  xidmətlərinin  göstərilməsi 
prosesində  ardıcıl  yerinə  yetirilən  ticarət  -  təşkilati  əməliyyat-
ların məcmusundan ibarətdir. 
Kommersiya  fəaliyyəti  ilə  ticarət  təşkilatları  və  müəs-
sisələri,  eləcə  də,  fərdi  sahibkarlar  məşğul  ola  bilərlər.  Əm-
təələr və xidmətlər belə fəaliyyətin obyekti kimi çıxış edirlər. 
Kommersiya  fəaliyyətini  həyata  keçirən  subyektlər 
mövcud  qanunlara  və  qanunverici  aktlara  ciddi  riayət  etməli, 
alıcılara mədəni xidmət göstərməli, mənfəət əldə etməyə imkan 
verən  səmərəli  kommersiya  qərarları  qəbul  etməlidirlər.  Bu 
prinsiplərə  riayət  edilməsi  kommersiya  xidmətləri  qarşısında 
qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə zəmin 


99 
 
və  şərait  yaradır.  Kommersiya  xidmətləri  qarşısında  qoyulan 
əsas vəzifələr isə aşağıdakılardan ibarətdir: 
-  marketinq  tədqiqatları  əsasında  bazar  konyukturunun 
öyrənilməsi səviyyəsinin yüksəldilməsi
- bazarda yaranmış mövcud (cari) vəziyyəti nəzərə ala-
raq müvafiq qərarların vaxtında qəbul edilməsi
-  tərəfdaşlarla  qarşılıqlı  faydalı  əlaqələrin  (münasibət-
lərin) qurulması; 
-  müqavilələrin  rolunun  artırılması  və  tərəfdaşlarla 
imzalanmış müqavilələrə ciddi əməl edilməsi; 
-  mal  göndərənlərlə  uzunmüddətli  təsərrüfat  əlaqələri-
nin qurulması; 
- ayrı-ayrı  əməliyyatların avtomatlaşdırılması vasitəsilə 
kommersiya fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi. 
Kommersiya  fəaliyyətini  şərti  olaraq  bir  neçə  mərhə-
ləyə bölmək olar. Bu mərhələlər aşağıdakılardan ibarətdir: 
- əmtəələrə tələbatın müəyyən edilməsi
-  əmtəə  tədarükçülərinin  müəyyən  edilməsi  və  onlarla 
təsərrüfat əlaqələrinin qurulması; 
- əmtəələrin topdan satışı üzrə kommersiya fəaliyyəti; 
-  əmtəələrin  pərakəndə  satışı  üzrə  kommersiya  fəaliy-
yəti; 
- əmtəə çeşidlərinin formalaşdırılması və əmtəə ehtiyat-
larının idarə edilməsi; 
- reklam informasiya fəaliyyəti
- ticarət xidmətlərinin göstərilməsi. 
Qeyd edilən hər bir mərhələ üzrə müəyyən kommersiya 
əməliyyatları həyata keçirilir. Bu zaman nəzərə almaq lazımdır 
ki, kommersiya əməliyyatlarının məzmunu, əmtəələrin hərəkəti 
prosesinin hansı mərhələsində olmasından asılı olaraq, fərqlənə 
bilən.  
Deməli,  kommersiya  fəaliyyəti  zamanı  reallaşdırılan 
əməliyyatların  xüsusiyyətləri  və  məzmunu,  əmtəələrin  hərə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə