QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   79

44 
 
texnologiya,  ixtisaslı  kadrlar,  müasir  infrastrukturla)  əldə 
olunmuş amillər nəzərdə tutulur. 
İstehsal  amilləri  həm  də  müəyyən  istiqamətlərdə  ixti-
saslaşmaqla fərqlənir. İxtisaslaşma dərəcəsi aşağıdakı kimidir: 
-  ümumi  (generai)  -  müxtəlif  növ  məhsulların  (yüksək 
təhsilli  işçi  heyət,  elektrik  alınması  texnologiyası)  yaradılması 
üçün müxtəlif sahələrdə tətbiq edilmə
-  xüsusi  (special)  —  yalnız  bir  sahədə,  yeganə  yaxud 
çox  az  qrup  məhsulların  istehsalı  üçün  (vençur  kapitalı,  bərbər-
xana) tətbiq olunma və s. 
İstehsal  amillərinin  ixtisaslaşma  dərəcəsi  onun  tətbiq 
edilmə  miqyasına  əsasən  müəyyən  edilir.  Təbii  ki,  bu  yeganə 
şərt deyildir və bəzi istisnalar da mövcuddur. Məsələn, yüksək 
ixtisaslı  proqramçı  ixtisası  ümumi  inkişaf  etmiş  amillərə  aid 
edilir  ki,  bunun  da  əsas  səbəbi  onun  ən  müxtəlif  sahələrdə 
geniş  istifadə  olunmasıdır.  Eyni  zamanda,  istehsal  amillərinin 
ayrı-ayrı  növləri  müxtəlif  səviyyəli  beynəlxalq  mobilliyə 
malikdir. 
Araşdırmalardan  aydın  olur  ki,  texnologiyanın  inkişafı 
ilə  onun  strukturu  kimi  əhəmiyyəti  də  sürətlə  azalır.  Məsələn, 
transmilli  korporasiyalar  xarici  ölkələrdə  yerləşən  öz  filialları 
ilə,  çətinlik  çəkmədən  təbii  resurslara  yol  tapa,  xaricdən  iş 
qüvvəsi  gətirmədən  ucuz  daxili  ehtiyatlardan  istifadə  edə 
bilirlər.  Sadə  istehlak  əmtəələrinin  Cənub-Şərqi  Asiyadan 
Amerikaya və ya Rusiyaya axını buna əyani misaldır. 
İnkişaf  etmiş  amillərin  isə,  əksinə  beynəlxalq  mobil-
liyyi yüksəlməkdədir. Burada əsas məqsəd yeni texnologiyalar 
yaratmaqla  bərabər,  dünya  bazarına  çıxarılmış  aşağı  dəyərə 
malik  əmtəə  ilə  rəqibləri  sıxışdırmaqdır.  Məsələn,  ABŞ, 
kompüter istehsalı üzrə qabaqcıl dövlətlərdən olmasına baxma-
yaraq, daim dünyanın hər  yerindən kompüter sahəsində mütə-
xəssisləri  ölkəsinə  cəlb  edir,  Bank  kapitalı  bir  ölkədən  digər 
ölkəyə  daha  çox  gəlirli  sahələr  üçün  yönəlir.  Təbii  ki,  belə 


45 
 
halda hər bir ölkə inkişaf etmiş istehsal amillərini daxildə sax-
lamağa  cəhd  göstərir  və  başa  düşür  ki.  (məsələn,  yeni  texno-
logiyaların  aparılmasını  qadağan  edir,  alimlərin  axınını  məh-
dudlaşdırır;  valyuta  nəzarətini  həyata  keçirir  və  s.)  bu  proses-
lərlə  daxili  inkişafım  daha  da  sürətləndirə  və  dünya  bazarında 
qabaqcıl mövqe tuta bilər. 
Müşahidələr göstərir ki, ümumi amillər, xüsusi amillərə 
nəzərən  daha  yüksək  beynəlxalq  mobilliyə  malikdir  ki,  bu  da 
onun  tətbiqinin  məhsul  nomenklaturası  üzrə  universallığına 
əsaslanır.  Məsələn,  ixtisaslı  kadr  özünü  xaricdə  də  işləməklə 
göstərə bilər (təhsil verməklə, biznes, analitik, sahələrdə, publi-
sistikada və s. kimi). Eləcə də, hasil edilmiş neft, hansısa başqa 
bir  növ  məhsul  əldə  etmək  üçün  istehsal  amili  kimi  dünyanın 
istənilən  ölkəsində  lazımdır.  Kapital  pul  formasında  xarici 
ölkədə  belə  fəaliyyət  göstərən  müəssisənin  səhmlərini  əldə 
etməyə imkan verir və s. 
 
                     III FƏSİL.Beynəlxalq ticarət nəzəriyyələri 
3.1. Merkantilizm doktrinası 
 
      Beynəlxalq  ticarət  özünü  tarixin  ən  qədim  dövrlərindən 
göstərməyə  başlamışdır.
 
Tarixi  faktlar  göstərir  ki,  bu  fəaliy-
yətin ilkin forması olan xarici ticarət əlaqələri qədim dövlətlər 
arasında  da  mövcud  olmuşdur.  İlk  dövrlərdə  xarici  ticarət 
əlaqələri  ölkələrin  təbii-iqtisadi  ehtiyatlarla  təmin  olunma 
səviyyəsinin müxtəlifliyinə  əsaslanırdı. Belə  ki,  bu müxtəliflik 
ayrı-ayrı  ölkələrin  üstünlüyə  malik  olduqları  təbii-iqtisadi 
ehtiyatlara müvafiq şəkildə məhdud sayda məhsul istehsalında 
ixtisaslaşmalarını  və  həmin  məhsulların  istehsalında  yüksək 
əmək  məhsuldarlığına  nail  olmalarını  şərtləndirirdi.  Bu  isə 
onların digər məhsullara olan tələbatlarını ödəmək məqsədi ilə 
bu  məhsullara  xarici  ticarət  vasitəsilə  özlərində  istehsal 
olunmayan  və  ya  az  istehsal  olunan  məhsullara  dəyişdir-


46 
 
mələrinə şərait yaradırdı. 
Lakin  xarici  ticarət  haqqında  müasir  anlayışlara  uyğun 
ilk  sistemli  fikirlər  yalnız  XV  əsrdən  sonra  merkantilistlər 
tərəfindən  yaradılmışdır.  Ticarət  kapitalı  ideologiyasını  əks 
etdirən  merkantilizm  ideyaları  Avropada  yaranmış  mərkəzi 
milli dövlətlərin iqtisadi siyasət prinsiplərini müəyyən etmişdir. 
"Siyasi  iqtisad"  termini  da  ilk  dəfə,  məhz  merkantilistlər 
tərəfindən  ortaya  atılmışdır.  Belə  ki,  orta  əsrlərin  sonlarında 
Qərbi  Avropada  özünü  göstərən  siyasi  dəyişikliklər,  yəni 
feodalizmin  dağılması  və  mərkəzi  milli  dövlətlərin  yaranması 
prosesi  yeni  ehtiyacların  ortaya  çıxmasına  səbəb  oldu.  Güclü 
mərkəzi  dövlətlərdə  nizami  ordu  və  donanmalar  təşkil  olun-
ması  ilə  əlaqədar  dövlət  xərcləri  xeyli  yüksəlmişdir.  Getdikcə 
artan vergilərin toplanması  da  yeni nəqliyyat  və  rabitə sistem-
lərinin  yaradılmasını  tələb  edirdi  ki,  bunlar  da  əlavə  dövlət 
xərcləri ilə  əlaqədar idi. Milli  dövlətlərin və  ticarət  kapitalının 
pula  olan  kəskin  ehtiyacı  müvafiq  ideologiyanı  da  yaratdı: 
merkantilizm öz iqtisadi görünüşündə pulu və xarici ticarəti ön 
plana  çəkdi.  Onlar  "Milli  sərvət"  anlayışını  da  ticarət  kapita-
lının  mənafeyinə  uyğunlaşdırdılar.  Merkantilistlərə  görə  «in-
sanlar  dövlətin  gücünü  sərvətdə  görür  və  sərvəti  isə  qızıl-
gümüşdən ibarət hesab edirdilər. İqtisadi imkanlar pul ilə eyni-
ləşdirilmişdir.  Onlar  hesab  edirdilər  ki

  yeni  dövlətlərin  yeni 
ehtiyacları  ancaq  qızıl  yığmaqla  ödənilə  bilərdi.  Qızıl  yığımı 
isə,  ancaq  xarici  ölkələrə  əmtəə  satışını  artırmaq  və  onlardan 
əmtəə alınmasını məhdudlaşdırmaq yolu ilə, yəni xarici ticarət 
balansının müsbət qalığı hesabına mümkün idi. Bu zaman onlar 
hesab  edirdilər  ki,  hər  hansı  bir  ölkənin  beynəlxalq  ticarətdən 
əldə  etdiyi  mənfəət,  hər  hansı  digər  ölkənin  ziyanı  hesabına 
yarana bilər. Buna görə də, onlar müxtəlif ölkələrin xarici tica-
rət sahəsində mənafelərinin toqquşduğu haqqında ideyanı qəbul 
edirdilər. Onlar ölkəyə mümkün qədər çox qızıl və gümüş gəti-
rilməsini  təmin  etmək  məqsədi  ilə  xarici  ticarətin  dövlət  tərə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə