QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   79

35 
 
lan nəyi?, necə? və kimin üçün? istehsal etmək suallarına cavab 
vermək, üçün istehsal amilləri anlayışının nəzərdən keçirilməsi 
zəruridir. Məhz bu amillərdən düzgün istifadə olunması nəzər-
də tutulan məhsulların əldə edilməsinə imkan yaradır. 
İstehsal  amilləri  dedikdə,  nəyi  istehsal  amili  hesab 
etmək  lazımdır  sualının  izahına  müxtəlif  yanaşmalar  mövcud-
dur. İqtisad elmində istehsal amili anlayışına nisbi yanaşma da 
xasdır.  Bu  yanaşmaya  görə:  istehsal  amillərinə  (factors  of 
produksction)-  əmtəə  istehsal  etmək  üçün  məsrəf  olunan 
resurslar aiddir. Bu cür istehsal amilləri isə əmək və texnologi-
yadan (insani resurslar), torpaq və kapitaldan (əmlak resursları) 
ibarətdir. 
Ümumi iqtisadi nəzəriyyədən müxtəlif istehsal amilləri 
məlumdur.  Beynəlxalq  iqtisadiyyata  dair  bəzi  nəzəriyyələr  isə 
əhəmiyyətli  sayda  istehsal  amillərinin  mövcudluğunu  qəbul 
edirlər. Məsələn, amerikan iqtisadçısı Edvard Limer kapitalı, 3 
növ iş qüvvəsini, 4 növ torpağı, kömürü, nefti və digər mineral 
resursları müstəqil istehsal amilləri hesab edir. 
Əslində isə istehsal amillərinin aşağıdakı bölgüsü qəbul 
olunmuşdur: 
1)  Əmək  (labor)  -  insanın  faydalı  nəticə  əldə  olunma-
sına yönəlmiş fiziki və əqli fəaliyyəti
2)  Texnologiya  (technologu)-  sahibkarlıq  fəaliyyəti  də 
daxil  olmaqla,  təcrübi  məqsədlərin  əldə  olunmasına  yönəlmiş 
elmi metodlar; 
3)  Torpaq  (land)  -  təbiətin  bəxş  etdiyi,  insanın 
sərəncamında  olan  və  istehsal  fəaliyyətinin  həyata  keçirildiyi 
hər  şey  aiddir  (məsələn:  torpaq,  faydalı  qazıntılar,  su,  hava, 
meşə və s.); 
4)  Kapital  (capital)-  istehsal,  pul  və  əmtəə  formasında 
yığılan  ehtiyat  vasitələri.  Hər  bir  istehsal  amilinin  təbii  ki,  öz 
dəyəri vardır. 


36 
 
Əməyin  qiyməti  (dəyəri)  -  əmək  haqqı,  texnologiya 
(lisenziyalı  və  ya  patentli  ödəmə),  torpaq  rentası,  kapital  və 
bank  faizlərindən  ibarətdir.  İstehsal  amilinin  dəyəri  ayrı-ayrı 
ölkə  çərçivəsində,  eləcə  də  dövlətlərin  bir-birilə  qarşılıqlı 
münasibətləri nəticəsində  yaranan tələb və təklif balansını əks 
etdirir. Bəzi məsələlərin xüsusi sübuta ehtiyacı yoxdur. Belə ki, 
məsələn,  Rusiyada  torpağın  qiyməti  nisbətən  aşağı,  Hollandi-
yada yüksək, Çində əmək dəyəri nisbi aşağı, Almaniyada nisbi 
yüksək, ABŞ-da kapitalın dəyəri aşağı,  Polşada əksinə, Yapo-
niyada texnologiyanın dəyəri aşağı, Tayvanda isə yuxarıdır. 
Ümumiyyətlə,  insanlar  müəssisələrin  əmtəələrinə  görə 
ödəmələr  edir,  müəyyən  məsrəflər  həyata  keçirirlər.  Eyni  za-
manda, insanlar özlərində olan istehsal amillərini müəssisələrə 
satırlar. Bu amillərə onların əməyi, torpaq, kapital, texnologiya 
aiddir ki, onların da əvəzi müəssisələr tərəfindən ödənilir, nəti-
cədə  bu  amilləri  satanların  gəliri  formalaşır.  Milli  iqtisadiy-
yatın, dövlətin iqtisadi rolu, eləcə də bir çox vacib parametrləri 
nəzərə almasaq. sadə sxem bu cürdür. 
Əgər axırıncı cəhəti nəzərə alsaq, onda sxemə bir neçə 
mühüm,  əhəmiyyətli  əlaqələrini,  xüsusən  beynəlxalq  element-
lərin  əlavə  olunmasına  ehtiyac  duyulduğunu  görmək  olar.  Bir 
tərəfdən müəssisə öz məhsulunu nəinki ölkə daxilində, həmçi-
nin  xaricdə  sataraq  öz  əcnəbi  alıcılarından  ödəmələri  əldə  edə 
bilər.  Eyni  zamanda  sahibkar  əcnəbi  işçiləri  işə  qəbul  etmək, 
xaricdə torpaq icarəyə götürmək, orada müəssisə tikmək imka-
nına malikdir. Bu zaman onun xarici istehsal amillərindən isti-
fadəyə  görə  ödəmələr  etmək  ehtiyacı  yaranacaqdır.  Digər 
tərəfdən insanların  əmtəələri ölkə  daxilindən və  xaricindən al-
maq seçimləri də vardır. Onlar təbii ki, idxal etdikləri əmtəəyə 
görə, daxildə olduğu kimi maliyyə vəsaiti ayırırlar. 
Eyni zamanda vətəndaşların özlərinə məxsus olan isteh-
sal amillərini xaricə satmaq imkanları da vardır. Yəni, öz ərazi-
lərini  əcnəbiyə  icarəyə  verə,  xaricdə  işə  düzələ,  xarici  kapitalı 


37 
 
öz  müəssisələrinə  yönəldə,  ondan  gəlir  əldə  edə  bilərlər.  Bu 
sxem hər bir dünya ölkəsi üçün ədalətli hesab olunmaqla, bey-
nəlmiləl  səciyyə  daşıyır  və  ölkələrarası  istehsal  amillərinin 
bölgüsünə əsaslanır. 
Beynəlxalq  əmək,  əmtəə  istehsalının  yaranmasını  şərt-
ləndirir.  İctimai  əmək  bölgüsünün  əks  tərəfi  onun  kooperasi-
yalaşması hesab olunur. Əmək bölgüsünün dialektik vəhdəti və 
ya birliyi əmtəə mübadiləsinin ilkin formalarının yaranmasının 
əsasıdır. Əmək bölgüsü məsələlərinin öyrənilməsində əhəmiy-
yətli  töhfəni  Karl  Marks  vermişdir.  Marksa  görə,  əməyin  icti-
mai bölgüsü aşağıdakı funksional növlərdə olur: 
1) Ümumi əmək bölgüsü - maddi və qeyri-maddi isteh-
sal sferaları arasında əmək bölgüsü sayılır, (buna sənaye, kənd 
təsərrüfatı, nəqliyyat, rabitə və s. aiddir); 
2)  Xüsusi  əmək  bölgüsü  -  iri  sənaye  sferaları  və  alt 
sənaye  sanələri  daxilində  əmək  bölgüsü  hesab  olunur.  (Məsə-
lən,  ağır  və  yüngül  sənaye,  eləcə  də  onların  daxilində  bölgü, 
neft hasilatı, metallurgiya, maşınqayırma çərçivəsində). 
3)  Fərdi  əmək  bölgüsü  -  müəssisə  daxilində  əmək  böl-
güsüdür.  Bu  zaman  müəssisədə  iş  prosesinin  ardıcıllığı  son 
əmtəənin yaradılmasınadək olan mərhələni əhatə edir. 
Aydındır ki, istehsal prosesi ayrı-ayrı müstəqil mərhələ-
lərdən  ibarət  olmaqla,  ayrı-ayrı  ölkələrdə  mərkəzləşə  bilməz. 
Məhz  bu  səbəbdən  də,  əmək  bölgüsünün  2  növ  ərazi  bölgüsü 
vardır:  regionlararası,  yəni  ölkə  daxilində  regionlararası  əmək 
bölgüsü və beynəlxalq, yəni ölkələrarası əmək bölgüsü. 
Beynəlxalq  əmək  bölgüsünün  geniş  şərhində  müxtəlif 
insan  fəaliyyəti  növləri  deyil,  eyni  zamanda  onun  sonrakı 
kooperasiyalaşması  və  istehsal  məhsullarının  mübadiləsinin 
nəzərdə  tutulması  mütləqdir.  Əgər  beynəlxalq  əmək  bölgüsü 
ölkənin  təbii  resurslarla  ilkin  təminatına  əsaslanmışsa,  onda 
demək olar ki, Afrika ölkələri tropik meyvələrin istehsalı üzrə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə