QəRİbov asəF ƏZİzov anar


 Xarici ticarət iqtisadi əlaqələri və onun iqtisadi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   79

23 
 
1.5. Xarici ticarət iqtisadi əlaqələri və onun iqtisadi 
səmərəliliyi 
 
Azərbaycan  Respublikasının  xarici  ticarət-iqtisadi  əla-
qələrini şərti olaraq iki mərhələyə bölmək olar: 
1)  Müstəqillik  elan  olunanadək  SSRİ-nin  tərkibində  olan 
Azərbaycanın ticarət-iqtisadi əlaqələri. 
2) Müstəqil Azərbaycan Respublikasının ticarət-iqtisadi əla-
qələri. 
Birinci mərhələdə Azərbaycanın ticarət-iqtisadi əlaqələ-
rinə iki cəhətdən yanaşmaq lazımdır: 
1. Azərbaycan ittifaq respublikaları ilə qarşılıqlı surətdə 
geniş  ticarət-iqtisadi  əlaqələrə  malik  idi.  Lakin  bu  əlaqələr 
ittifaqdaxili (dövlət-daxili) əlaqələr səciyyəsini daşıyırdı, onlar 
ayrı-ayrı  ittifaq  respublikalarının  iqtisadi  mənafeyindən  daha 
çox  vahid  xalq  təsərrüfatı  kompleksinin  tələbləri  baxımından 
qiymətləndirilirdi.  Ona  görə  də,  bu  tipli  iqtisadi-ticarət  əlaqə-
lərinə  xarici  ticarət  nəzəriyyəsinin  müddəalarını  tam  reallaş-
dıran əlaqələr kimi baxmaq mümkün deyildir; 
2.  Bu  dövrdə  müttəfiq  respublikaların,  o  cümlədən 
Azərbaycanın  uzaq  xaricdə  olan  iqtisadi  əlaqələrini  inkar  et-
mək  olmaz.  Bu  zaman  Azərbaycanın  sənaye  məhsullarının  bir 
hissəsi  xarici  ölkələrə  göndərilirdi.  Lakin  bu  əlaqələrdə  Azər-
baycan  iqtisadi  maraqlarını  reallaşdıran  dövlət  (subyekt)  kimi 
istirak etmirdi, müstəqil tərəf kimi öz iddia və tələblərini həya-
ta keçirə bilmirdi və əslində belə bir mexanizmə malik deyildi. 
SSRİ  dövründə  xarici  ticarət  dövlətin  inhisarında  idi.  Bu  işi 
yalnız  ittifaq  orqanlarının  xarici  iqtisadi  əlaqələr  strukturları 
həyata  keçirirdi.  Respublikaların  idarəetmə  orqanlarının  bu 
işdə  məhdud  səlahiyyətləri  tam  formal  xarakter  daşıyırdı. 
Şübhəsiz, sərbəst ixrac-idxal balansı, beynəlxalq hesablaşmalar 
aparan  müstəqil    bankı,  milli  valyutası,  idarəetmə  strukturları 


24 
 
və  s.  atributları  olmayan  respublikada  müstəqil,  xarici  ticarət 
siyasəti həyata keçirmək mümkün deyildi. 
Lakin bundan asılı olmayaraq, Azərbaycan iqtisadiyyatı 
təcrid olunmuş  şəkildə  deyil,  geniş  ticarət-iqtisadi  əlaqələri ilə 
fəaliyyət göstərmişdir. 
Keçən dövr ərzində ölkədə yaradılmış sənaye potensialı 
onun  bu  ölkələrlə  iqtisadi  əməkdaşlığı  üçün  baza  rolunu 
oynayırdı. Bu dövrdə idxalın strukturu köhnə iqtisadi əlaqələrin 
nəticəsi  olmaqla  və  əsasən  aşağıdakı  məhsullardan  ibarət  idi: 
metal, xam neft, ağac materialları, xəz, istehsal-texniki təyinatlı 
maşın və mexanizmlər və ərzaq məhsulları. 
Azərbaycandan ixrac olunan məhsullara isə neft, kimya 
sənayesi  məhsulları,  spirtli  içkilər,  metallurgiya  məmulatı, 
cihaz və avadanlıqlar aid idi. 
Beləliklə,  idxal  və  ixracın  strukturunun  təhlili  göstərir 
ki,  Azərbaycan  keçmiş  ittifaq  respublikaları  ilə  xarici  iqtisadi 
əlaqələrində yalnız xammal mənbəyi yox, eyni zamanda inkişaf 
etmiş  sənayesi  olan,  hazır  məhsul  ixrac  edən  tərəf-müqabil 
kimi iştirak edirdi. 
Bu dövrdə respublikanın xarici ticarət əlaqələrini səciy-
yələndirən  bir  əlamət  də  barter  sövdələşmələrindən  geniş 
istifadə  olunması  ilə  bərabər,  barterdən  tədricən  valyuta  ilə 
satışa  keçilməsidir.  Əlbəttə,  sağlam  iqtisadi-ticarət  əlaqələri 
baxımından  barter  qeyri-normal  hadisədir.  Respublikanın 
dünya  bazarına  qovuşması  və  bunun  üçün  şəraitin  yaradıl-
masındakı  çatışmazlıqlar,  xüsusən  milli  valyutanın  dönərli 
olmaması bəzi sövdələşmələrə getməyə məcbur edirdi. İlk dəfə 
olaraq  1992-ci  ildə  neft  və  pambığın  valyuta  ilə  satışı  üzrə 
sövdələşmələr edilmişdir. 
 O cümlədən, 1995-ci ildə Azərbaycanın ixracının 80%-
i,  idxalının  isə  60%-i  İran  və  Türkiyənin  payına  düşmüş, 
respublikanın  ümumi  ixracında  MDB  ölkələri  39%,  digər 


25 
 
ölkələr  61%,  idxalında  isə  MDB  ölkələri  35%,  digər  ölkələr 
65% təşkil edir. 
Milli  iqtisadiyyatın  hazırkı  strukturu  respublikanın  xa-
rici  iqtisadi  əlaqələrində onun xammal  yönümlü  olduğunu təs-
diq  edir.  Xüsusən  xammalların  bərpa  olunmayan  növlərinin 
ixracı milli iqtisadiyyatın perspektivlərini təhlükə altına almaq-
la  gələcək  nəsillərin  mənafeyinə  zərbə  endirir.  İqtisadiyyatın 
belə bir strukturda uzun müddət saxlanması təhlükəlidir. Dünya 
bazarına və beynəlxalq əmək bölgüsü sisteminə xammal ölkəsi 
kimi qoşulan Azərbaycanın sonradan mövqeyini dəyişmək çə-
tindir.  Çünki,  Azərbaycanı  xammal  ölkəsi  olaraq  saxlamaq 
başqa ölkələrin iqtisadi maraqlarına daha uyğundur. 
Azərbaycanın  xarici  iqtisadi  fəaliyyətində  dəyişikliklər 
respublikanın təkcə müstəqillik əldə etməsi faktı ilə deyil, həm 
də  yeni  iqtisadi  sistemin  -  bazar iqtisadiyyatı münasibətlərinin 
formalaşması ilə şərtlənir. İqtisadiyyatın bütövlükdə liberallaş-
dırılması,  özəl  sektorun  yaranması  və  inkişafı  xarici  ticarət 
fəaliyyətində də öz əksini tapır. 
Son  illərdə  xarici  ticarətin  tənzimlənməsi  sahəsində 
müəyyən tədbirlər görülmüşdür. Belə ki, «Azərbaycan Respub-
likasında  xarici  ticarətin  səmərəliliyinin  artırılması  haqqında» 
10  yanvar  1994-cü  il  tarixli  və  «Azərbaycan  Respublikasında 
xarici ticarətin sərbəstləşdirilməsi haqqında» 5 aprel 1994-cü il 
tarixli  «Azərbaycan  Respublikasında  xarici  ticarətin  tənzim-
lənməsi  qaydaları  haqqında»,  17  dekabr  1996-cı  il  tarixli  və 
«Azərbaycan  Respublikasında  xarici  ticarətin  daha  da  liberal-
laşdırılması  haqqında»  24  iyun  1997-ci  il  tarixli  respublika 
prezidentinin  fərmanları  verilmişdir.  Xarici  ticarət  fəaliy-
yətinin  genişləndirilməsində  ikinci  fərmanın  rolunu  aşağıdakı-
larla izah etmək olar: 
1. Strateji əhəmiyyətli məhsulların respublikadan bütün 
hüquqi şəxslər tərəfindən ixrac olunmasına icazə verilir


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə