QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   79

29 
 
xarici  ticarəti  bütün  ölkələr  üçün  əlverişli  edir  və  bütün  dün-
yada rifah səviyyəsinin yüksəlməsinə səbəb olur. 
Beynəlxalq  ticarətin  bütün  tədqiqatçıları  iki  əsas  suala 
cavab verməyə  çalışırlar: 1. Dünya ticarəti necə  qurulmuşdur? 
və 2. Dünya ticarəti necə qurulmalıdır? 
Məlumdur  ki,  beynəlxalq  ticarət  elə  qurulmalıdır  ki,  o 
ölkəyə  mənfəət  gətirsin.  İlk  baxışdan  elə  görünür  ki,  mənfəət 
əldə  etməkdən  ötrü  bütün  mümkün  üsullardan  istifadə  etmək 
olar.  Belə  olduqda  isə,  meydana  daha  bir  sual  çıxır:  bəs  bu 
halda  ticarət  edənlərdən  kim  udur,  kim  uduzur?  Əgər  bir  ölkə 
xarici ticarətdən mənfəət əldə edirsə, bu mənfəət digər ölkənin 
ziyanı hesabınamı olur? Sərbəst ticarət sərfəlidir, yoxsa ticarət 
bu  və  ya  digər  səbəblərə  görə  məhdudlaşdırılmalıdır?  Bu 
məhdudiyyətlərin həddi nə qədər olmalıdır? 
Bütün  bu  suallara  beynəlxalq  ticarət  nəzəriyyələrində 
bu və ya digər dərəcədə cavab verilmişdir. 
 
2.2. Beynəlxalq tələb və təklif 
 
İqtisadi  nəzəriyyədən  məlumdur  ki,  beynəlxalq  iqtisa-
diyyatda  məcmu  tələb  və  təklifin  əsas  predmeti  hesab  olunan 
əmtəə istehsal prosesinin son kateqoriyası hesab olunur ki, bu 
da  əksər hallarda şəxsi  istehlak üçün deyil, satış  üçün nəzərdə 
tutulur. Aydındır ki, əmtəə (commodity good) – ictimai tələba-
tın  təmin  olunması  və  mübadilə  üçün  nəzərdə  tutulan  elə  bir 
dəyərə malikdir ki, o da əmtəələrlə mübadilə prosesində müəy-
yənləşir. Hər bir konkret əmtəəyə olan tələb və təklif biri-birini 
tarazlayır. 
Beynəlxalq  iqtisadi  nəzəriyyədə  əmtəəyə  daha  çox  is-
tehsal  məhsulu  kimi  deyil,  tələb  və  təklif  obyekti  kimi  yana-
şılır.  Beynəlxalq  münasibətlər  tədqiqatın  əsas  predmeti  oldu-
ğundan, məhz onun istehsal prosesinə əks təsiri nəzərə alınma-
lıdır.  Məhsul  yalnız  şəxsi  istehlak  və  mübadilə  üçün  nəzərdə 


30 
 
tutulduğu  və  bazar  iqtisadiyyatının  iki  əsas  qüvvəsinin  -  tələb 
və təklifin təsiri  altında  olduğu halda,  əmtəə hesab olunur.  Bu 
ünsürlərdən hansısa biri mövcud olmadığı halda, məhsul əmtəə 
sayılmır  və  beynəlxalq  iqtisadi  nəzəriyyənin  predmeti  hesab 
olunmur. 
Beynəlxalq iqtisadiyyat ümumi makroiqtisadi nəzəriyyə 
ilə bərabər əmtəə üzrə təklif, məcmu və fərdi tələbin formalaş-
ması qanunauyğunluqlarını, tarazlı qiymətlərin formalaşmasını, 
bu istiqamətdə baş verən dəyişiklikləri, eləcə də ehtimal edilən 
səmərəli  nəticələri  öyrənir.  Hər  iki  yanaşmada  əsas  fərq  isteh-
sal  amillərinin,  (əmək,  torpaq  və  kapital)  mobilliyi  dərəcəsin-
dən  asılıdır  ki,  məhz  bunların  köməyi  ilə  də  əmtəələr  istehsal 
olunur.  Makroiqtisadi  nəzəriyyə  istehsal  amillərinin  mütləq 
mobilliyini,  onların  regionlararası  tarazlı  bölgüsünü  və  s.  nə-
zərdən  keçirir.  Beynəlxalq  iqtisadi  nəzəriyyə  həm  də  belə  bir 
reallığa  əsaslanır  ki,  istehsal  amillərinin  mobilliyi  (çevikliyi) 
bir  çox  şərtlərdən  asılıdır  və  o,  ölkələrarası  maneələrlə  məh-
dudlaşır. 
Əlbəttə  ki,  məhdudiyyətlər  bütün  ölkələrdə  eyni  deyil-
dir. Hətta Qazaxıstan kimi böyük dövlətdə ölkədaxili maneələr 
olmadığı halda belə, istehsal amilləri aşağı mobilliyə malikdir. 
Bunun  da  başlıca  səbəbi  çoxsaylı  inzibati  (məs:  qeydiyyat 
sahələrində)  və  iqtisadi  (məs:  ixtisas  üzrə  iş  yerlərinin  olma-
ması) problemlərlə əlaqədardır. 
Milli  iqtisadiyyata  xas  olan  xüsusiyyətlərin  bir  çoxu 
beynəlxalq iqtisadiyyata aid deyildir. Çünki, əksər əmtəələr da-
xili bazarda satılır və alınır. İstənilən məhsulun istehsalı hələ o 
demək  deyildir  ki,  o,  satış  üçün  yararlı  məhsul  olacaq  və  onu 
kimsə alacaqdır. O cümlədən, daxili bazar üçün istehsal olunan 
əmtəələrin  dünya  bazarında  yüksək  səviyyəli  əmtəə  hesab 
olunacağı və alıcı qazanacağı da əvvəlcədən məlum deyildir. 
Təbii ki, əmtəə o zaman satışa yararlı olur ki, o rəqabət 
qabiliyyətinə  malik  olur.  Düzdür,  prinsipcə  bu  məsələ  həll 


31 
 
oluna  biləndir,  lakin  o  əmtəəki  daxildə  istehsal  olunur,  amma 
satış  üçün  alıcı  qazanmır,  onda  belə  əmtəələri  dünya  bazarına 
çıxarmağa  ehtiyac  yoxdur.  Məhz  bu  nöqteyi-nəzərdən  bütün 
əmtəələr,  beynəlxalq  mobillik-hərəkətlilik  baxımından,  ticarə-
tdə iştirak edən və etməyən olmaqla iki hissəyə bölünür. 
Ticarətdə iştirak edən əmtəələr (tradable goods) - o əm-
təələrdir ki, ayrı-ayrı ölkələr arasında mübadilə olunur. Ticarət-
də  iştirak  etməyən  əmtəələr  (nontradable  goods)  isə  müəyyən 
ölkə daxilində istehsal və istehlak olunur, ölkələrarası mübadilə 
və satış prosesində isə iştirak etmir. 
Fərz  edək  ki,  bəzi  ölkələr  ardıcıl  olaraq  xarici  ölkələrə 
məxsus  istiqrazlar  əldə  etmişlər  və  ödəmə  müddəti  artıq  başa 
çatmışdır. Məhz borcları ödəmək üçün hökumət bu zaman ver-
giləri  artırır  ki,  nəticədə  də  istehlak  səviyyəsi  aşağı  düşür.  Bu 
halda  istehsalçı  ticarətdə  iştirak  edən  əmtəəni  satışa  buraxa, 
eləcə  də  öz  istehsal  əmtəələrinin  bir  hissəsini  xarici  bazarlara 
yönəldə  bilər.  Əks  halda,  məsələn  ticarətdə  iştirak  etməyən 
əmtəə  istehsal  olunarsa,  onda  bu  cür  alternativ  hal  mövcud 
olunur. Bu halda istehsalçı zərərə düşür, müflisləşir və nəticədə 
tələbin  çox  olduğu  digər  əmtəə  istehsalına  keçir.  Satıla  bilmə-
yən məhsulların istehsalı, ölkədə iqtisadi siyasətin də dəyişmə-
sinə  səbəb  olur  ki,  nəticədə  də  aparılan  islahatlar  ciddi  sosial 
problemlərə  və  iqtisadi  inkişafın  ləngiməsinə  gətirib  çıxarır. 
Ümumiyyətlə  isə,  ticarətdə  iştirak  edən  və  etməyən  əmtəələr 
arasında fərq aşağıdakılardan ibarətdir: 
- Ticarətdə iştirak edən əmtəələr üzrə qiymətlər tələb və 
təklif  arasındakı  əlaqədən  formalaşır.  Eyni  zamanda,  belə  əm-
təələr  ölkə  daxilində  və  xaricində  daimi  tələb  və  təklifin  təsiri 
altında olur; 
- Ticarətdə  iştirak  etməyən  əmtəələr üzrə  qiymətlər isə 
daxili bazarda tələb və təklifin  asılılığı  əsasında müəyyən olu-
nur. Təbii ki, bu cür əmtəələr üzrə qiymət dəyişmələri digər öl-
kələr üçün heç biri əhəmiyyət daşımır; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə