Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   ...   10   11   12   13   14   15   16   17   18

37

İİF-in Azərbaycanda təşkil olunmasını müdafiə edənlər hesab edirlər ki, bu tədbir 

demokratikləşdirməni sürətləndirə və internet istifadəçilərinin daha güclü şəbəkə qurmasına 

kömək edə bilər.  Fikir azadlığı tərəfdarları isə bu məsələ ilə əlaqədar Tunisi nümunə göstərirlər. 

Belə ki, İİF-in əsas dəstəkçilərinin biri Tunis olmuşdur və 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə 

Dünya Sammiti məhz həmin ölkədə keçirilmişdir. Buna baxmayaraq, fəallar, jurnalistlər və həmin 

dövrdə müxalifətdə olan siyasətçilərin vəziyyəti konfransdan sonra daha da pisləşmişdir. Tədbirin 

Azərbaycanda keçirilməsinə qarşı olanların əsas arqumenti ondan ibarətdir ki, Azərbaycan 

sadəcə olaraq demokratik ölkə deyil

[15]


. Sərhədsiz Reportyorlar Təşkilatı prezident İlham Əliyevi 

“internetin düşməni” elan etmişdir”

[16]

.

Ölkə üzrə internet infrastrukturuna investisiya qoyuluşuna böyük tələbat vardır. 2010-cu ilin 



payızında ABTQ tərəfindən verilən məlumata əsasən kənd və şəhər əhalisi arasındakı rəqəmsal 

uçurum genişdir.  Paytaxtdan kənarda yerləşən regionların əlaqələndirilmə səviyyəsi aşağıdır.

2010-cu il üzrə rəsmi statistikaya əsasən, Azərbaycanda yaşayan doqquz milyon əhalinin 36 

faizinin internetə çıxışı mövcud olmuşdur.  Bu rəqəmin cəmi 19 faizini genişzolaqlı internet 

təşkil edir.  Əksər istifadəçilər dial-up texnologiyasından istifadə edir.  Bu isə bir çox hallarda 

aşağı sürətli və az etibarlı xidmət deməkdir

[17]

. İnternetə çıxış sahəsində mobil texnologiyadan 



da istifadə edilir. Azərbaycanda üçüncü nəsil (3G) texnologiyasından istifadəyə 2010-cu ildən 

etibarən başlanılmışdır

[18]

. 2011-ci ilin sonlarınadək 3G texnologiyası ölkədə yalnız bir təchizatçı 



tərəfindən təklif olunurdu. Azad Avropa Radiosu /Azadlıq Radiosunun reportajında həmin şirkətin 

majoritar səhmdarları prezident Əliyevin ailə üzvləri ilə əlaqələndirmişdir

[19]

. 2011-ci ildə Azercell 



şirkətinə 3G xidmətlərinin təmin edilməsi üzrə lisenziya verilmişdir.

Bakı şəhərindən kənarda internetə çıxış məhdud səviyyədədir.  Hətta Bakı şəhərində belə, 

əhatəli infrastrukturun mövcud olmasına baxmayaraq internetdən istifadə xərcləri bəzən 

məhdudiyyətlərə səbəb olur.  Paytaxtdan kənardakı regionlarda infrastruktur o qədər də etibarlı 

deyil və bir çox insanlar abunə xərclərinin yuxarı olması ucbatından internetdən istifadə edə 

bilmir


[20]

.

Seçkilər və internet

İnternetin artan təsiri və eləcə də qlobal səviyyədə internetə çıxışın əhəmiyyətli dərəcədə 

yaxşılaşması nəzərə alınaraq, 2010-cu ilin noyabr ayında Azərbaycanda keçirilən Parlament 

Seçkilərində internetin ilk dəfə olaraq effektiv kampaniya vasitəsi kimi istifadə olunduğunu 

söyləmək mümkündür.  Hakim partiya internetdən öz kampaniyasının tərkib hissəsi kimi istifadə 

etmişdir.  Onun kampaniyasında əsas yeri televiziya, Azərbaycanın əsas xəbər və seçki məlumat 

[15]   http://www.freedomhouse.org/report/freedom-world/2011/azerbaijan

[16]   http://en.rsf.org/spip.php?page=predateur&id_article=37258

[17]   http://www.internetworldstats.com/asia/az.htm

[18]   http://www.itu.int/ITU-D/ict/newslog/Azercell+Launches+3G+Services+Azerbaijan.aspx

[19]   http://www.azadliq.az/index.php?option=com_content&view=article&id=7305:azerbaijani-

presidents-daughters-tied-to-fast-rising-telecoms-firm&catid=347:meqaleen&Itemid=545

[20]   http://www.easternpartnership.org/community/debate/republic-facebook-vs-republic-azerbaijan




38

mənbələri, yerli və eləcə də ölkə miqyaslı qəzetlər tuturdu.  Bir çox müxalif siyasətçilər üçün 

isə, internet yeganə kampaniya vasitəsi olmuşdur. Belə ki, internetdən kampaniya çərçivəsində 

məlumatların, siyasət və strategiyaların çatdırılması üçün istifadə olunmuşdur.  Bundan əlavə, 

internet fikir azadlığı hüququnun tam olaraq reallaşdırıla bildiyi yeganə məkan olmuşdur. 

Azərbaycan cəmiyyətinin hüquqları məhdudlaşdırılan təbəqələri sosial şəbəkə saytları və blo-

qlardan istifadə etməklə cəmiyyət və siyasətin formalaşması kimi mövzularda alternativ fikir 

mübadiləsi aparmışlar.  



İnternet səhifələrinin bloklanması 

Müəyyən dövrlər ərzində bəzi internet səhifələrinin bloklanması barədə məlumatlar mövcuddur.  

Lakin hökumət bu növ birbaşa senzuraya ümumilikdə yol verməmişdir

[21]


. 2010-cu ilin mart ayında 

Facebook, Yahoo, G-mail və Azad Avropa Radiosu / Azadlıq Radiosunun Azərbaycan Xidmətinin 

internet səhifələrinin bloklanması barədə məlumatlar mövcud olmuşdur. Bundan əlavə, müxalif 

qəzetlərdən olan “Azadlıq” qəzetinin internet səhifəsi həmin dövrdə bloklanmışdır. Bəzi ehtimal-

lara görə bu hadisə həmin internet səhifəsinin prezident Əliyevlə bağlı Dubaydakı bəzi biznes 

əlaqələrini işıqlandırması ilə bağlı olmuşdur

[22]



Azərbaycanın biznes və siyasi həyatında şəffaflığın olmaması insan hüquqları və fikir azadlığı 



uğurunda mübarizə aparanlar üçün əsas narahatlıqlardan biri olmaqda davam edir. Korrupsiya 

və qeyri-aşkar biznes siyasəti cəmiyyətin əksər hissələri kimi internetə də çox mənfi təsir göstərir.  

Bundan əlavə, korrupsiya və qeyri-aşkar biznes siyasəti ictimaiyyətin məlumat əldə etmək və 

hesabatlı idarəçilik hüquqlarının reallaşdırılması üçün qorxu yaradır və eləcə də, inkişaf və 

mütərəqqi praktikanın təşviqi üçün mühüm rol oynayan sağlam biznes mühitini sıradan çıxarır.  

İnternet populyarlaşdıqca, onlayn media ilə məşğul olanlar tətbiq edilə biləcək məhdudiyyətlərə 

görə daha çox narahatlıq keçirir. Hökumətin siyasətini açıq-aşkar tənqid edən və demokra-

tik islahatları təşviq edən məzmuna yer verən internet səhifələrinin hökumət tərəfindən 

süzgəclənməsi və bloklanması praktikasına başlanması meylləri var.  

Aydındır ki, cəmiyyətdə (siyasət və ölkədəki ifadə azadlığının vəziyyəti ilə bağlı) real dəyişikliklərə 

nail olunması istiqamətində səy göstərənlər xəbərlərin, təsvirlərin, informasiyanın və kampaniya 

məlumatlarının daha geniş auditoriyaya çatdırılması məqsədi ilə internetdən get-gedə daha çox 

istifadə edirlər.  Adi vətəndaşlar da yerli hadisələr barədə məlumat mübadiləsinin asan bir üsulu 

kimi internetdən istifadə etməyə başlamışlar. Bundan əlavə, vətəndaşlar regionda öz zənginliyini 

və təsirini artırmağa həvəsli olan hökumətin təsirləri nəticəsində baş verən dəyişikliklər barədə də 

internetdə məlumat mübadiləsi aparırlar.  Lakin hökumət xüsusilə də Ərəb Baharından sonrakı 

dövrdə yaranmış mühitdə onlayn vasitələrin potensial gücü barədə daha çox məlumatlanır və 

internetdən istifadə və tərkib üzərində daha sərt məhdudiyyətlərin tətbiq ediləcəyinə dair işarələr 

mövcuddur.  Bundan əlavə, internetdən istifadə edənlər həbs və hətta zorakılıq riski ilə get-gedə 

daha çox qarşılaşırlar. Bu isə, Azərbaycan media sektorunun bir çox sahələrində olduğu kimi 

qorxu və özünü-senzura mühitinin yaranmasına səbəb olur.  

[21]   http://www.eng.kavkaz-uzel.ru/articles/13149/

[22]   http://globalvoicesonline.org/2010/03/10/azerbaijan-confusion-over-internet-problems-with-azadliq-site/



Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə