Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

27

2007-ci ildə İnsan Hüquqları Evi Fondunun Azərbaycan filialı kimi təsis edilmiş İnsan Hüquqları 

Evinə 2011-ci il mart ayının 10-da əvvəlcədən heç bir xəbərdarlıq edilmədiyi halda Azərbaycanda 

fəaliyyət göstərə bilmək üçün hökumətlə razılığa gələnə qədər fəaliyyətlərini dayandırmaq əmri 

verildi. 2007-ci ildən bəri İnsan Hüquqları Evi müvafiq orqanlara mütəmadi olaraq və vaxtında 

hesabat vermişdir. QHT-lər haqqında qanunda artıq qeydiyyatdan keçmiş və Azərbaycanda 

fəaliyyət göstərən QHT-lərə münasibətdə Ədliyyə Nazirliyi ilə razılığa gəlmək barədə hər 

hansı tələb irəli sürülmürdü. 10 mart 2011-ci ildən əvvəl nə rəsmi bir xəbərdarlıq edilmiş, nə 

də Azərbaycan İnsan Hüquqları Evinin dövlət orqanlarına vaxtında və müntəzəm hesabat 

verməməsi barədə narazılıq ifadə olunmuşdu. Bir ildir davam edən danışıqlara baxmayaraq, hələ 

də Azərbaycan İnsan Hüquqları Evinin yenidən açılmasına icazə verilmir

[4]


Venesiya Komissiyasının rəyində də bildirildiyi kimi (85-ci bənd) “qanun tərəfindən müəyyən 

edilmiş məhdudiyyətlər, yaxud demokratik cəmiyyətdə ətraflı və aydın müəyyən edilmiş 

məqsədlərə görə tələb olunnmadıqca hər hansı birliyin ifadə azadlığı dövlət orqanlarının 

göstərişlərinə tabe tutula bilməz”

Azərbaycan İnsan Hüquqları Evinə qarşı yönəlmiş hərəkətlər aysberqin yalnız görünən 

hissəsidir, doğrudan da Azərbaycan QHT-lərinin vəziyyəti daha yaxşı deyil. Onlar müntəzəm 

olaraq hökumət tərəfindən müdaxilələrə və təhdidlərə məruz qalırlar. Məsələn, 2012-ci ilin fe-

vral ayında RATİ Ədliyyə Nazirliyindən sədrinin təkrar seçilməsi barədə hesabatın verilmədiyini 

bildirən xəbərdarlıq almışdır. Məktubda həmçinin RATİ-nin Naxçıvan Muxtar Respublikasından 

insan hüquqları ilə bağlı vəziyyət barədə internetdə yerləşdirilmiş hesabatının qərəzli olduğu

hökumət orqanları tərəfindən uydurma hesab olunduğu bildirilmişdir. Oxşar məktub Naxçıvandakı 

Demokratiya və QHT-lərin İnkişafı üzrə Resurs Mərkəzinə ünvanlanmışdır. Bu iki yerli QHT hələ 

də ərazidə fəaliyyət göstərən azsaylı insan hüquqları QHT-lərindəndir və bu xəbərdarlıqlar qey-

diyyatdan keçmiş QHT kimi onların mövcudluğu üçün ciddi təhlükə təşkil edir. 

19 aprel 2011-ci ildə Media Hüquqları İnstitutu Ədliyyə Nazirliyindən inzibati sanksiyaların 

mümkünlüyü barədə xəbərdarlıq almışdır, belə ki Media Hüquqları İnstitutu Nazirliyə 

sədrinin dəyişməsi barədə məlumat verməmişdir. Media Hüquqları İnstitutu təşkilat sədri 

dəyişmədiyindən, sadəcə təkrar seçildiyindən xəbərdarlığın qəbuledilməz olduğunu bildirərək 

Nazirliyə cavab vermişdir. Media Hüquqları İnstitutunun verdiyi məlumata görə, qanunda təkrar 

seçilmə barədə məlumatın Ədliyyə Nazirliyinə göndərilməli olduğu deyilmir. 

dövlət qeydiyyatı repressiya aləti kimi 

Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri haqqında 2003-cü ildə qəbul edilmiş 

qanun Azərbaycanda QHT-lərin qeydiyyatı üçün birgə fəaliyyət prosesi nəzərdə tutur. Hətta 

qanunun 8-ci maddəsində göstərilmiş müddətlərin sürətli proses olacağına da inanmaq olar: “Bir 

qayda olaraq qeydiyyat prosesi üçün 40 gün, müstəsna hallarda 30 gün uzadılma ehtimalı və 

ərizə sənədlərində çatışmazlıq olduqda, daha 20 gün”

[5]



[4]   İHEF-nin bəyanatı “Azərbaycan İnsan Hüquqları Evi Azərbaycan hökuməti tərəfindən 



bağlanmışdır”: http://humanrightshouse.org/Articles/16060.html

[5]   Azay Quliyevin bildirdiyinə görə, “QHT-lər bir institut olaraq Azərbaycan Respublikasının qanunvericiliyində”: 

Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Jurnal, cild 13, say 4, dekabr 2011, səh. 95



28

Lakin reallıq tamam fərqlidir

[6]

, belə ki, tənqidçi təşkilatların susdurulmasının daha bir üsu-



lu onların qanuni işlərini qanuni qaydada aparmağa icazə verməməkdir. Çoxsaylı QHT-lər 

qaydaların qeydiyyatın yubanması ilə nəticələnən, sui-istifadə ehtiva edən tətbiqi ilə üzləşirlər. 

QHT-lərin qeydiyyatı proseduru getdikcə daha mürəkkəb bir prosedura çevrilir və qeydiyyat 

prosesində çox vaxt uzunmüddətli yubanmalar meydana gəlir. 

Əvvəlki təşkilat Seçkilərin Monitorinqi Mərkəzi (SMM) 2008-ci il prezident seçkiləri ərəfəsində 

bağlandıqdan sonra, onun qurucuları yeni Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi 

Mərkəzi (SMDT) təsis edib qeydiyyat üçün müraciət etmişdir. Ədliyyə Nazirliyinin SMM-i ləğv 

etmək qərarını təşkilatın ünvanın dəyişməsi və regional filiallarının qeydiyyatı barədə bildiriş 

verməməsiylə əsaslandırdı

[7]


. SMDT-nin qeydiyyat barədə ərizələri isə 2008-ci ildən bəri üç dəfə 

müxtəlif xırda uyğunsuzluqlar əsas gətirilməklə geri qaytarılmışdır. 

İntiqam Əliyev və digərlərinin Avropa İnsan Hüquqları Məhkəməsindəki işi bu problemə nümunə 

ola bilər. 2003-cü ilin may ayında İntiqam Əliyev və daha 10 hüquqşünas qeyri-kommersiya 

təşkilatı olan Azərbaycan Hüquqşünasları Forumunu təsis etdilər. Ərizəçilər birliyin dövlət 

qeydiyyatından keçirilməsində əhəmiyyətli yubanmaları olduğundan şikayət edirdilər. Bu o demək 

idi ki, birlik hüquqi status almaya bilərdi. Avropa İnsan Hüquqları Məhkəməsi bu qənaətə gəldi 

ki, birliyin qeydiyyat tələbinə gec cavab verilməsi faktiki olaraq onu qeydiyyata almaqdan imtina 

etməyə bərabərdir

[8]


. İntiqam Əliyev Azərbaycanda tanınmış insan hüquqları müdafiəçisidir. O, 

insan hüquqları pozuntularının qurbanlarının hüquqi müdafiəsi ilə fəal şəkildə məşğuldur. Av-

ropa İnsan Hüquqları Məhkəməsi qərar verdi: “təkcə Ədliyyə Nazirliyini prosessual tələblərin 

pozulmasına görə məsuliyyətdən azad edən yeni […] aktın qüvvəyə minməsi belə ədalət və 

hüquqi müəyyənliyə ziddir”  

Başqa sözlə, Venessiya Komissiyasının bildirdiyi kimi, qeydiyyat haqqında müəyyən edilən vaxt 

çərçivəsi “ehtiyatla riayət olunduğu halda və müddətin uzadılması doğrudan da “müstəsna hallar” 

üçün saxlanacağı təqdirdə qəbul edilə bilərdi”

[9]

. Artıq 2002-ci və 2006-cı illərdə ATƏT hesabatları 



göstərirdi ki, bəzi ərizələr, xüsusən insan hüquqları QHT-lərinə aid olanlara “müstəsna” yanaşılır. 

Qısası, “Əsas çatışmazlıqlar QHT-lərin qeydiyyatının uzun və mürəkkəb prosedur olması, pros-

edurun nəticələrinin proqnozlaşdırılmasının çətin olması faktıdır. Qeydə alınmış praktika göstərir 

ki, qeydiyyat üçün müraciət etmiş QHT-lərdən bəziləri heç vaxt rəsmi qərar ala bilməyiblər, bu 

qərarı ala bilənlər isə çox vaxt uzun müddət gözləməli olublar”

[10]


.

İnsan hüquqları müdafiəçiləri və hüquqşünaslar: açıq qurbanlar

 

Bir çox digər Avropa ölkələrinin Parlament nümayəndələrindən fərqli olaraq, azərbaycanlı millət 



vəkilləri insan hüquqları müdafiəçilərini tənqid etməkdən utanmırlar və bunu nümayişkaranə 

surətdə edirlər. 2011-ci ilin yanvar ayında bəzi insan hüquqları müdafiəçilərinin Avropa Şurasının 

[6]   Bu mövzuda daha ətraflı məlumat üçün bax: Vüqar Hüseynov, QHT-lərin dövlət 

qeydiyyatının cari vəziyyəti, Demokratiyanın Tədrisi İctimai Birliyi, 2011

[7]   Bax: http://dazzlepod.com/cable/08BAKU454/

[8]   Əliyev və digərləri Azərbaycana qarşı , AİHM, 28736/05, 18 dekabr 2008.

[9]   Venesiya Komissiyası, Rəy № 636 / 2011, 19 oktyabr 2011, 62-ci bənd

[10]   Venesiya Komissiyası, sitat gətirilən iş, 60-cı bənd.




Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə