Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

21

yazmış olduğu bütün məqalələrini təqdim edib ABŞ mətbuatında Azərbaycan 

haqqında yaymış olduğu “mənfi məlumatların” çoxluğunun səbəbini izah edərsə, 

Azərbaycan vizasının veriləcəyini söyləmişlər

[21]



2011-ci ilin aprelində Azərbaycanın Miqrasiya Xidməti Bakıda insan hüquqları və 



ifadə azadlığı haqqında sənədli film çəkən İsveç televiziyası qrupunun üç üzvünü 

deportasiya etmişdir. My Rohwedder Street, Charlie Laprevote və Charlotta 

Wijkström demokratiya tərəfdarlarının etiraz aksiyasını lentə almağa çalışarkən 

saxlanmışdır. Jurnalistlərin etibarlı vizaları olmasına baxmayaraq, onlara ölkədə 

işləmək üçün lazımı akkreditasiyalarının olmadığı bildirilmişdir. Jurnalistlər onları 

saxlamış mülki geyimli şəxslərin onların rəqəmsal kameralarını da müsadirə etdiyini 

və yaddaş kartlarındakı kadrları sildiyini bildirmişdir

[22]


.  

[21]   http://en.rsf.org/armenie-foreign-reporters-barred-from-06-07-2011,40610.html

[22]   http://cpj.org/2011/04/swedish-television-crew-detained-deported.php



22

22

Bəlkə də ABTQ-nin 2010-cu ilin sentyabrında ölkəyə təşkil etdiyi birgə missiyadan sonra 



Azərbaycanın ifadə azadlığı ilə bağlı mühitində baş vermiş ən mühüm dəyişikliklərdən biri re-

jimin siyasi və sosial siyasətlərinə qarşı etiraz etmək üçün küçələrə çıxan və sıraları getdikcə 

artan azərbaycanlılar olmuşdur. Buna cavab olaraq hökumət vətəndaşlarının toplaşma azadlığını 

kəskin şəkildə məhdudlaşdırmaq üçün tədbirlər görmüş, təzyiqlər göstərmişdir.  



Beynəlxalq çərçivə 

İfadə və dinc toplaşma azadlıqları demokratik cəmiyyət üçün təməl xarakter daşıyan mükəmməl 

və qarşılıqlı olaraq güclənən azadlıqlardır. İfadə azadlığından tam şəkildə istifadə dinc toplaşma 

azadlığından tam istifadəyə əsaslanır, belə ki, qruplar kollektiv fəaliyyətlər müzakirə etmək üçün 

öz aralarında, dövlətlə və digər qeyri-dövlət tərəfləri ilə səmərəli şəkildə kommunikasiya yarada 

bilməlidir. İfadə azadlığı olmadıqda qruplar özlərini azad şəkildə ifadə edə və məqsədlərini, ma-

raq və tələblərini ictimaiyyətə çatdıra bilmir

[1]


Əhalinin siyasi mesajları çatdırmaq üçün ən səmərəli vasitələrə çıxışı olmadıqda, məsələn, 

Azərbaycanda olduğu kimi kütləvi informasiya vasitələrinə dövlət nəzarət etdikdə, dinc şəkildə 

toplaşma imkanı ifadə azadlığı üçün xüsusilə zəruri olur

[2]

. Amerika Dövlətləri Təşkilatının İfadə 



Azadlığı üzrə xüsusi məruzəçisinin qeyd etdiyi kimi, “xüsusilə də qrupların özlərini ictimai şəkildə 

ifadə etmələri üçün digər yollar olmadığı hallarda etirazlara qeyri-proporsional məhdudiyyətlərin 

qoyulması ifadə azadlığını ciddi şəkildə təhlükə altına atır”

[3]


.

İfadə azadlığında olduğu kimi Azərbaycan, BMT-yə, Avropa Şurasına (AŞ), ATƏT-ə üzvlüyü və 

Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və Avropa İnsan Hüquqları Konvensiyası kimi 

beynəlxalq və regional insan hüquqları sazişlərinə çıxışı vasitəsilə dinc toplaşma azadlığına 

hörmət etməyə borcludur

[4]


. Vətəndaşlarının bu hüquqlarını həyata keçirmək qabiliyyətini 

məhdudlaşdırmaqla Azərbaycan hökuməti insan hüquqları üzrə beynəlxalq öhdəliklərini pozur və 

demokratiya prinsiplərinə əməl etmə ehtimallarını sual altına qoyur.  

AŞ-nin insan hüquqları komissarı Thomas Hammarberg 2011-ci ilin sentyabr ayında 

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə dair müşahidələrdə qeyd etmişdir ki, Avropa 

İnsan Hüquqları Məhkəməsi “zorakılıq oyatma və ya demokratik prinsiplərdən imtina kimi hal-

lardan fərqli olaraq toplaşma və ifadə azadlıqlarını sıxışdırmaq üçün preventiv xarakterli çoxsaylı 

tədbirlər, bəzi istifadə olunmuş fikir və ya sözlər hakimiyyət üçün nə dərəcədə şokedici və 

qəbuledilməz olsa və irəli sürülmüş tələblər nə dərəcədə qeyri-qanuni olsa belə, demokratiyaya 

xələl gətirir və çox vaxt onu təhlükəyə atır. Demokratik cəmiyyətdə qanunun aliliyi prinsipinə 

əsaslanaraq mövcud vəziyyət üçün çətinlik törədən və reallaşması sülh yolu ilə mümkün olan si-

yasi ideyaların toplaşma azadlığının icrası və digər qanuni vasitələrlə ifadə olunması üçün xüsusi 

[1]   http://www.wiltonpark.org.uk/resources/en/pdf/22290903/2012/wp1154-report

[2]   Bax: Fəsil 9, Mediaya dövlət nəzarəti 

[3]   http://www.cidh.oas.org/annualrep/2008eng/Annual%20Report%202008-%20RELE%20-%20version%20final.pdf

[4]   Misal üçün, Avropa İnsan Hüquqları Məhkəməsi bəzi hallarda qeyd etmişdir ki, “AİHK-nin 11-ci Maddəsində 

nəzərdə tutulan toplaşma və birləşmə azadlıqlarının məqsədlərindən biri fikirlərin müdafiəsi və onları ifadə 

etmək azadlığıdır. Bax: Türkiyənin Birləşmiş Kommunist Partiyası və digərləri Türkiyəyə qarşı (1998).

Müəllif: Rebecca Vincent, ARTİCLE 19-un IPGA layihə koordinatoru 

 

5. İfadə və dinc toplaşma azadlığı: qarşılıqlı 



olaraq güclənən, qarşılıqlı olaraq məhdud


23

imkan yaradılmalıdır”

[5]

. Hammarberg Azərbaycanın hakim orqanlarını presedent hüquqa uyğun 



olaraq toplaşma azadlığına hörmətlə yanaşılmanı təmin etməyə vadar etmişdir

[6]


.

Toplaşma azadlığına məhdudiyyətlər 

Azərbaycanın hakimiyyət orqanları təcrübədə toplaşma azadlığını məhdudlaşdırmaq üçün 

tədbirlər görməyə davam etmişdir. Bunun bir yolu nümayiş keçirmədən öncə icazə üçün müraciət 

etmə tələbinin qoyulmasıdır. Hakimiyyət strukturları çox vaxt gənclər hərəkatları və müxalif si-

yasi partiyaların müraciətlərini rədd edir, yaxud Bakının mərkəzindən çox uzaqda olduğu üçün 

qənaətbəxş hesab edilməyən əvəzləyici yerlər təklif edirlər

[7]

. İcazəsiz baş tutan nümayişlər isə 



hədsiz güc tətbiqi ilə dağıdılır və çoxsaylı həbslərlə və qeyri-proporsional şəkildə sərt inzibati 

cəzalar və ya mühakimə ilə nəticələnir. 

NİDA Vətəndaş Hərəkatından verilən məlumata görə, məhdudiyyətlər sancaq ictimai 

toplaşmalarla məhdudlaşmır. Bakıda yerləşən Hilton və Hyatt Regency otelləri də özəl məkanlar 

olmalarına baxmayaraq gənclər hərəkatlarının onların təsisatlarında görüş keçirmək üçün 

müraciətlərini rədd etməyə başlamışlar

[8]

. NIDA fəalı Turqut Qəmbər bu məsələyə belə şərh 



vermişdir: “Əvvəl bizi küçələrdən topladılar, daha sonra binalardan qovdular. İndi isə evlərimizdən 

atılmağa başlamadan öncə bu problemi aradan qaldırmalıyıq”

[9]



2012-ci il mart ayının 6-da Bakı polisi şəhərin mərkəzində keçirilən dinc nümayişi dağıtmaq üçün 



hədsiz güc tətbiq etmişdir. Keçmiş siyasi məhbus Cabbar Savalan və Dəyanət Babayev daxil 

olmaqla dörd gənc fəal döyülmüş, ümumilikdə on dörd etirazçı və bir jurnalist həbs olunmuşdur. 

Etirazçılar ötən il etiraz nümayişlərində iştirak etdiyinə görə həbs olunmuş iki siyasi məhbus – 

Babək Həsənov və Məhəmməd Məcidlinin 4 mart 2012-ci il tarixində həbsxana əməkdaşları 

tərəfindən döyüldüyü xəbərlərinin alınmasından sonra siyasi məhbusları azadlığa buraxmağı 

tələb etmək məqsədilə toplaşmışdılar

[10]

.

2012-ci ilin martın 1-də Azərbaycanın Quba şəhərinin 1000-ə yaxın sakini icra başçısı Rauf 



Həbibovun torpaqlarını satdıqlarına görə qubalıları “satqın” və “nankor” adlandırmasına cavab 

olaraq küçələrə tökülmüşdür. Prezident administrasiyası növbəti gün Həbibovu vəzifəsindən azad 

etmişdir

[11]


. Qiyam polisi etirazçıları dağıtmaq üçün hədsiz güc tətbiq etmişdir. Ən az iki jurnal-

ist ciddi şəkildə yaralanmış, digər beşi isə gözyaşardıcı qazın təsirinə məruz qalmışdır

[12]

. Bu 


hadisələri şərh edən ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović bildirmişdir ki

[5]   Stankov və Birləşmiş Makedoniya Təşkilatı  Ilinden Bolqarıstana qarşı, 2 oktyabr 2001, para. 86 və 97

[6]   https://wcd.coe.int/ViewDoc.jsp?id=1839497

[7]  http://www.amnesty.org/en/library/asset/EUR55/011/2011/en/831dedec-1c7a-

47a3-99ec-f59d1c2f3a19/eur550112011en.pdf, səh.20-21

[8]   https://www.facebook.com/events/209385509158058/

[9]   Turqut Qəmbərin ARTİCLE 19-la müsahibəsi, 5 mart 2012-ci il  

[10]   http://amnesty.org/en/news/azerbaijani-youth-activists-beaten-and-detained-peaceful-protest-2012-03-06

[11]   http://www.rferl.org/content/azerbaijani_governor_sacked/24502635.html

[12]   http://www.irfs.az/content/view/8206/28/lang,eng/




Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə