Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   2   3   4   5   6   7   8   9   ...   18

6

Bu hesabat, Azərbaycanda ifadə azadlığının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən 

beynəlxalq QHT-lər koalisiyası -  Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupunun (ABTQ) 

birgə nəşridir.

Hesabatı, hər bir fəsildə göstərildiyi kimi, digər təşkilat və müəlliflərin köməyi ilə ABTQ-nin 

ARTİCLE 19 üzrə layihə koordinatoru Rebecca Vincent tərtib edib, Rebecca Vincent özü və 

İndex on Censorship təşkilatının redaktor köməkçisi Natasha Schmidt redaktə ediblər. Dizayn 

və tərtibat ARTİCLE 19 təşkilatının kommunikasiya mütəxəssisi Rowan Emslie-yə məxsusdur. 

Günay Rəhimova hesabatı Azərbaycan dilinə, Jana Nikolovska isə fransız dilinə tərcümə 

etmişdir. Üz qabığındakı təsviri jurnalist və siyasi karikaturçu Aqil Xəlil çəkmişdir.

NİDA Vətəndaş Hərəkatından Turqut Qəmbərə, Reportyorların Azadlığı və Təhlükəsizliyi 

İnstitutunun əməkdaşı Emin Hüseynova, Azadlıq Radiosunun müxbiri Xədicə İsmayılovaya və 

müstəqil bloqçu və fəal Emin Milliyə bu hesabata verdikləri dəyərli töhfələri üçün xüsusi təşəkkür 

edirik (adlar əlifba sırası ilə verilmişdir). 

Bu hesabata ön söz yazdığı üçün fikir və ifadə azadlığı hüququnun təşviqi və müdafiəsi üzrə 

BMT-nin xüsusi məruzəçisi Frank La Rue cənablarına da dərin minnətdarlığımızı bildiririk.



Minnətdarlıq


7

Bu hesabat, Azərbaycanda ifadə azadlığının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən 

beynəlxalq təşkilatlar koalisiyası -  Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (ABTQ) 

tərəfindən dərc edilmişdir. Hesabatda ABTQ-nin ölkəyə təşkil etdiyi birgə missiyanın tarixindən - 

2010-cu ilin sentyabrından 2012-ci ilin mart ayınadək Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyət 

təhlil olunur.

Azərbaycanda ifadə azadlığının cari vəziyyəti narahatlıq doğurur, belə ki, jurnalistlərə qarşı 

zorakılıq əməlləri və bu əməlləri törədənlər cəzasız qalmaqda davam edir; jurnalistlər, bloqçular, 

insan hüquqları müdafiəçiləri, siyasi və vətəndaş fəalları hakimiyyətin davamlı olaraq artan təzyiqi, 

hücumu və müdaxiləsi ilə üzləşir. Bir çoxları isə ənənəvi mətbuat və ya internet vasitəsilə, yaxud da 

küçələrdə etiraz aksiyaları yolu ilə hakimiyyəti tənqid etdiyi üçün həbs olunur, yaxud başqa üsullarla 

cəzalandırılır.

Bu hesabatda aşağıdakı məsələlərə toxunulmuşdur: jurnalistlərə qarşı zorakılıq əməllərinin cəzasız 

qalması; ifadə azadlığını boğmaq üçün qanundan siyasi məqsədlərdə istifadə; dinc toplaşma 

azadlığının məhdudlaşdırılması; QHT-lərə, insan hüquqları müdafiəçiləri və vəkillərə qarşı təzyiqlər; 

məlumat azadlığının məhdudlaşdırılması; internetdə ifadə azadlığı ilə bağlı vəziyyət; mediaya 

dövlət nəzarəti; mediada əxlaq qaydaları, peşəkarlıq və özünütənzimləmə; və ölkədə ifadə azadlığı 

ilə bağlı mövcud problemlərə baxmayaraq, Azərbaycanın ölkə xaricində müsbət nüfuz yaratma 

cəhdləri.

Bu problemləri aradan qaldırmaq və ölkədə ifadə azadlığı ilə bağlı mövcud vəziyyəti yaxşılaşdırmaq 

üçün ABTQ Azərbaycanın hakim strukturları üçün silsilə tövsiyələr hazırlamışdır. Bu tövsiyələrə 

daxildir: bu hesabatda verilmiş bir sıra digər tövsiyələrlə yanaşı, ifadə azadlığı hüquqlarından 

yararlandığı üçün azadlıqdan məhrum olunmuşların dərhal azadlığa buraxılması; jurnalistlərə 

qarşı törədilmiş bütün zorakılıq əməllərinin ciddi şəkildə araşdırılması və təqib edilməsi; və 

defamasiyanın dekriminallaşdırılması.

ABTQ-nin hazırda əsas narahatlığı bu il Azərbaycanda keçiriləcək iki mühüm beynəlxalq tədbirlə 

bağlıdır: Avroviziya Mahnı Müsabiqəsi və İnternet İdarəçiliyi Forumu. Bu tədbirləri, xüsusilə də 

Avroviziyanı nəzərə alaraq, Azərbaycan hökuməti beynəlxalq arenada Azərbaycanın müsbət 

nüfuzunu təbliğ etmək üçün səylə çalışır. Lakin hökumət ölkə daxilində ifadə azadlığı və digər əsas 

azadlıqları məhdudlaşdırmağa davam edir. Bu hesabatın əsas məqsədi narahatlıq doğuran bu 

məsələləri Azərbaycan hökuməti ilə beynəlxalq əməkdaşlıq məqsədiə münasib bir zamanda işıq 

üzünə çıxarmaqdır.

Lakin əməkdaşlıq bu tədbirlərlə məhdudlaşmamalıdır. Azərbaycanlı jurnalistlər, insan hüquqları 

müdafiəçiləri və siyasi fəallarla müzakirələr zamanı tez-tez səsləndirilən sual belədir: Avroviziyadan 

sonra nə baş verəcək? Beynəlxalq medianın gündəmini işğal edəcək bu qısa müddət ərzində 

Azərbaycan haqqında həqiqətləri dünyaya çatdıranlar bu beynəlxalq marağın sona çatmasından 

sonra təzyiqlə üzləşəcəklərindən ehtiyat edirlər. Bu narahatlıqlar əsassız deyil, belə ki bu 

şəxslərdən bəziləri artıq hakim strukturların hədəfinə çevriliblər. ABTQ bu hesabatın həm qısa, həm 

də uzun müddət ərzində beynəlxalq ictimaiyyəti Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyəti 

müşahidə etmək  və hakimiyyəti öz əməllərinə görə məsul tutmaq cəhdlərini artırmağa məcbur 

edəcəyinə ümid edir.

 

Qısa xülasə




8

ABTQ Azərbaycanın hakim strukturlarını ölkədə ifadə azadlığı ilə bağlı mövcud vəziyyəti 

yaxşılaşdırmaq üçün aşağıdakı öhdəlikləri götürməyə çağırır:

Jurnalistlərə qarşı zorakılıq əməllərinə görə cəzasız qalma:

•  Redaktor Elmar Hüseynov və yazıçı-jurnalist Rafiq Tağının ölümündə təqsirli bilinən şəxslərin 

müəyyənləşdirilərək ədalət mühakiməsinə təslim edilməsi yönündə səyləri artırmaq;

•  Jurnalistlərə qarşı bütün zorakılıq, zorakılıq təhlükələri və hədə-qorxu hallarını ciddi şəkildə 

araşdırmaq və təqib etmək;

Tənqidi susdurmaq üçün qanundan siyasi məqsədlərdə istifadə:

•  Bloqçu Bəxtiyar Hacıyev, jurnalistlər, Ramin Bayramov və Aydın Canıyev və insan hüquqları 

müdafiəçisi Vidadi İskəndərov da daxil olmaqla ifadə azadlığı hüququnu icra etdiyinə görə 

azadlıqdan məhrum edilmiş bütün şəxsləri dərhal və qeydsiz-şərtsiz azad etmək;

•  İfadə azadlığı hüququnu icra etdikləri üçün saxlanmış şəxslərin işləri üzrə aparılan təhqiqat və 

məhkəmə proseslərinin beynəlxalq normalara uyğun olduğunu təmin etmək;

•  Defamasiyanı dekriminallaşdırmaq və mülki defamasiya müddəalarının beynəlxalq normalara 

cavab verdiyini təmin etmək;

•  Azərbaycana faktaraşdırıcı missiya təşkil etməsi üçün tez bir zamanda vizanın verilməsi də 

daxil olmaqla Avropa Şurası Parlament Asambleyasının xüsusi məruzəçisi Christoph Strässerlə 

hərtərəfli əməkdaşlıq etmək;

•  Qanunla tələb olunan qaydada müvafiq viza və akkreditasiya ilə təmin etmək də daxil olmaqla 

xarici jurnalistlərin Azərbaycana səfər etməsinə və işlərini müstəqil şəkildə yerinə yetirməsinə 

imkan yaratmaq;



Toplaşma azadlığı:

•  2011-ci ilin mart və aprel aylarında keçirilmiş etiraz aksiyalarında həbs edilmiş yerdə qalan 11 

məhbusu dərhal və qeydsiz-şərtsiz azadlığa buraxmaq;

•  Dinc aksiyaları yatırmaq üçün hədsiz güc tətbiqini dayandırmaq və nümayişçilərə qarşı hədsiz 

güc tətbiqinə dair halları ciddi şəkildə araşdırmaq və təqib etmək;

•  Müxtəlif qrupların Bakının mərkəzində dinc şəkildə toplaşmasına icazə vermək də daxil 

olmaqla, toplaşma azadlığı hüququna qoyulmuş məhdudiyyətləri aradan qaldırmaq;

Birləşmə azadlığı:

•  Azərbaycanın İnsan Hüquqları Evinin yenidən açılmasına icazə vermək və insan hüquqları 

ilə bağlı məhkəmə işlərini apardıqlarına görə vəkillik hüququndan məhrum edilmiş və ya 

 

Tövsiyələr



Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə