Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   2   3   4   5   6   7   8   9   ...   18

11

Hesabatın strukturu

Qısa Xülasə və ABTQ-nın Azərbaycanın ifadə azadlığı mühitini yaxşılaşdırmaq üçün atmalı 

olduğu addımlara dair tövsiyələri giriş hissəsindən əvvəl gəlir. Girişin ardından isə BMT-nin fikir 

və ifadə azadlığının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi Frank La Rue cənablarının 

ön sözü verilmişdir. 3-cü Fəsildə Sərhədsiz Reportyorlar Təşkilatı jurnalistlərə qarşı törədilən 

zorakı hücumlara görə cəzasız qalma hallarının artmasını təhlil edir. 4-cü Fəsildə ARTİCLE 19 

ifadə azadlığını boğmaq üçün qanundan siyasi məqsədlərdə istifadə ilə bağlı yenilikləri təqdim 

edir. 5-ci Fəsildə ARTİCLE 19-un dinc toplaşma azadlığına qoyulan məhdudiyyətlər və onların 

ifadə azadlığına təsirinə dair təhlilləri əks olunmuşdur. 6-cı Fəsildə İnsan Hüquqları Evi Fondu, 

hökumətin azad toplaşma hüququna qarşı tətbiq etdiyi gündən-günə artan məhdudiyyətlərin bir 

hissəsi kimi QHT-lər, insan hüquqları müdafiəçiləri və vəkillərə qarşı göstərilən təzyiqlərin təfsilatı 

verilir. 7-ci Fəsil ARTİCLE 19 məlumat azadlığına qoyulan məhdudiyyətlərdən bəhs edir. 8-ci 

Fəsildə İndex on Censorship internetdə ifadə azadlığı ilə bağlı vəziyyəti araşdırır. 9-cu fəsildə 

Ümumdünya Qəzet və Yeni Naşirlər Assosiasiyasının (WAN-IFRA) dövlətin media sahəsində 

dominantlığı haqqında təhlilləri öz əksini tapmışdır. 10-cu Fəsildə Beynəlxalq Jurnalistlər 

Federasiyasının mediada peşəkarlıq haqqında məlumatları yer almışdır. 11-ci Fəsildə İndex 

on Censorship Azərbaycanın ölkə xaricində müsbət imic formalaşdırmaq cəhdlərini təhlil edir. 

Sonuncu 12-ci Fəsildə isə ABTQ-nin yekun müşahidələri əks olunmuşdur.




12

12

2. Frank La rue tərəfindən ön söz

[1]

Fikir və ifadə azadlığı bir çox digər hüquqların icra edilməsi üçün zəruri olan və demokratik 



cəmiyyətin əsas komponenti olan fundamental insan hüququdur. BMT-yə üzvlüyü və digər 

beynəlxalq insan hüquqları instrumentləri ilə yanaşı Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq 

Paktı ratifikasiya etməsilə Azərbaycan bu hüquqa hörmət və onu müdafiə etmək öhdəliyi götürüb.  

Sələfimin Azərbaycana səfərindən sonra təxminən beş il ərzində ölkədə ifadə azadlığı ilə bağlı 

vəziyyət həm nüanslı, həm də dramatik yöndə xeyli dəyişmişdir. Hal-hazırda 2007-ci ildə olduğu 

qədər çox məhbus jurnalist olmasa da, ümumilikdə ifadə azadlığını icra etdikləri üçün həbs 

olunanların sayı daha çoxdur. Cinayət defamasiyası müddəalarından artıq 2007-ci ildə olduğu 

qədər tez-tez istifadə olunmasa da, digər qanunların sui-istifadəsi halları geniş vüsət almışdır.   

Təəssüflə qeyd etmək istərdim ki, sələfimin Azərbaycana səfərindən sonra hakimiyyət strukturları 

üçün işləyib hazırladığı, xüsusilə də cəzasız qalma ilə əlaqədar olan tövsiyələr diqqətə 

alınmamışdır. Hökumət orqanları artıq jurnalistlərə qarşı davamlı törədilən zorakılıq əməllərinin 

və bu əməllərə görə cəzasız qalma hallarının daha davam etməməsi üçün tədbirlər görməlidir.  

BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilmiş Azərbaycanın ifadə azadlığı ilə bağlı 

öhdəliklərini yerinə yetirməklə digər dövlətlərə örnək olmaq üçün mükəmməl imkanları var. 

Azərbaycanda, həmçinin 2013-cü ildə BMT İnsan Hüquqları Şurası tərəfindən Universal Dövri 

İcmalın ikinci mərhələsi keçiriləcək və bununla Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu 

tərəfindən bu hesabatda qaldırılmış məsələləri həll etmək və ölkədə ifadə azadlığı mühitini 

yaxşılaşdırmaq üçün əlverişli imkan yaranacaq. 

Bununla bərabər, builki İnternet İdarəçiliyi Forumuna evsahibliyi edəcək ölkə kimi Azərbaycanın, 

internetdə ifadə azadlığını genişləndirmək üçün mükəmməl imkanı var. İnternet bütün dünyada 

insanların gündəlik həyatının ayrılmaz hissəsi olan kommunikasiya vasitəsinə çevrilmişdir. 

Azərbaycan və bütün digər dövlətlər internetdə məlumatın azad şəkildə təqdim edilməsini və 

internetin hər kəs üçün çatımlı olmasını təmin etməlidir.

[1]  Frank La Rue fikir və ifadə azadlığının təşviqi və müdafiəsi üzrə BMT-nin xüsusi məruzəçisidir. Onun sələfi AmbeyiLigabo 

2007-ci ilin aprel ayında Azərbaycana səfər etmiş və bu səfərdən sonra hesabat hazırlamışdır: (bu səhifədən əldə 

edilə bilər) http://daccess-dds-ny.un.org/doc/UNDOC/GEN/G08/107/08/PDF/G0810708.pdf?OpenElement 




13

Müəllif: Johann Bihr, Sərhədsiz Reportyorlar Təşkilatının Mərkəzi Asiya və 

Avropa Departamentinin rəhbəri 

ABTQ-nin 2010-cu ilin sentyabrında Azərbaycana birgə missiyasından sonra jurnalistlərə qarşı 

fiziki hücumlarda, onların qətlə yetirilməsində təqsirlilərin cəzasız qalma halları artmışdır. Elmar 

Hüseynov və Rafiq Tağının üstü açılmamış qətlləri jurnalistlərin üzərinə kölgə salır, onların 

qorxularını artırır. “Bakı baharı” ilə bağlı təzyiqlər nəticəsində 2011-ci ildə mediaya qarşı yeni 

zorakılıqlar silsiləsi başladılmışdır. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) 

sadəcə 2011-ci ildə jurnalistlərə qarşı 11 zorakı hücum halı, “iş yerində” hədə-qorxu gəlmə 

kontekstində isə digər 16 zorakılıq halı qeydə almışdır

[1]



Elmar Hüseynova qarşı ədalətsizlik 



2005-ci ildə müxalifyönlü həftəlik “Monitor” jurnalının redaktorunun qətlindən yeddi il sonra 

istintaq tam şəkildə iflic vəziyyətindədir. Hakimiyyət iki əsas şübhəli şəxs olan Teymuraz Əliyev 

və Tahir Qurbanovu ekstradisiya etməkdən imtina edən Gürcüstanı lazımı şəkildə əməkdaşlıq 

etməməkdə günahlandırır. 

Qətlin arxasında dayananları müəyyənləşdirmək üçün heç bir ciddi tədbir görülməmişdir. Əksər 

jurnalistlər, siyasi müxaliflər və insan hüquqları müdafiəçiləri bu səs-küylü hadisədə davam edən 

cəzasızlığı özləri üçün daimi təhlükə hesab edir. Hüseynovun qətlindən sonra faktiki olaraq 

jurnalistlərə qarşı törədilmiş heç bir zorakılıq halı üzrə ciddi araşdırma və ya təqib aparılmamışdır. 

Nəticədə jurnalistlərin hakimiyyət strukturlarını tənqid etməyə qərar verdikləri anda məmurlar 

tərəfindən təşkil və ya sifariş edilən hücumların qurbanlarına çevriləcəklərini bildiyi qorxu mühiti 

yaranır.  

növbəti qətl və yarımçıq qalmış növbəti istintaq 

Tanınmış yazıçı-jurnalist Rafiq Tağı 2011-ci ilin 19 noyabr gecəsi evinə qayıdarkən arxadan bir 

neçə bıçaq zərbəsi almışdır. Təcili olaraq xəstəxanaya çatdırılaraq uğurlu şəkildə əməliyyat 

olunsa da, aradan dörd gün keçmiş yenə qeyri-müəyyən şəraitdə ölmüşdür. 

Bu hadisənin bir çox narahatlıq doğuran aspektləri ictimai fikri və beynəlxalq ictimaiyyəti şok 

etmişdir. Onu əməliyyat etmiş həkimlərin yekdilliklə artıq sağlamlığı üçün heç bir təhlükənin 

qalmadığını və özünün də yaxşı olduğunu bildirməsindən sonra Rafiq Tağının qəfildən ölməsi 

nə dərəcədə mümkündür? Keçirdiyi ağır əməliyyatdan 24 saat sonra o, nə üçün reanimasiya 

bölməsindən adi palataya köçürülmüşdür? Cinayətə cəhd hədəfi olmuş bir şəxs üçün nəyə görə 

polis mühafizəsi təyin edilməmişdir?   

İslamın tənqidçisi kimi tanınmış Tağı, bu səbəbdən İran hökumətinin ədavətini qazanmış və 

2006-cı ilin noyabrında dərc etdirdiyi və Avropa humanizmini müdafiə etdiyi “Avropa və biz” 

başlıqlı məqaləsinə görə öz ölkəsində üç il azadlıqdan məhrum edilmişdir. Bir il davam edən 

məhkumluq həyatının ardından 2007-ci ilin dekabr ayında əfv edilmişdir. Həmin məqalə eyni 

zamanda İran ruhanisinin fitvası ilə onu ölüm hökmünün hədəfinə çevirmişdir.

 

[1]   IRFS interview with ARTICLE 19, 17 March 2012



3. Jurnalistlərə qarşı zorakılıq əməllərinə 

görə cəzasız qalma

 



Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə