Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   2   3   4   5   6   7   8   9   ...   18

14

14

2011-ci il noyabrın 10-da o, İran hökuməti haqqında olduqca tənqidi fikirlərin ifadə olunduğu



hücumların, xüsusilə də hazırda Azərbaycanla İran arasında gedən “soyuq müharibə”nin 

arxasında iranlıların durduğu şübhələrini gücləndirdiyi növbəti məqaləsini yazmışdır. Lakin ailəsi 

və bəzi jurnalistlər aparılan istintaqın başdansovduluğu və qeyri-adekvatlığından şikayət etmiş, 

onun ölümündə Azərbaycan hakimiyyətinin təqsirli olmasından əmin olduqlarını bildirmişdir. 

Hökumət Rafiq Tağıya qarşı törədilmiş hücuma görə cavabdeh şəxslərin tapılması üçün bütün 

mümkün tədbirlərin görüldüyünü və istintaqın Baş prokuror Zakir Qaralovun birbaşa nəzarəti 

altında aparıldığını bildirmişdir. Buna baxmayaraq, vətəndaş cəmiyyəti nümayəndələrinin təsis 

etdiyi “Preventiv Analitik Qrupu” öz araşdırmasını aparmış və rəsmi istintaqın bir neçə ciddi 

çatışmazlıqlarını müəyyənləşdirən hesabat hazırlamışdır. Bu günədək heç bir şübhəli şəxs həbs 

olunmamışdır. 



“Bakı baharı” ilə bağlı təzyiqlər mediaya qarşı yeni zorakılıq silsiləsinə yol açır 

Ciddi hadisələrlə bağlı davam edən cəzasızlıq Azərbaycanda jurnalistlərə qarşı hədə-qorxu 

hallarını gücləndirmişdir. Lakin jurnalistlərin getdikcə daha çox məruz qaldığı gündəlik zorakılıq 

hallarına görə ümumi cəzasızlıq faktı ilə vəziyyət daha qorxulu xarakter almışdır. Polis əməkdaşı 

jurnalisti döydüyünə görə cəzalandırılmadıqda, ölüm təhlükələri heç araşdırılmadıqda, zorakılığın 

daha ağır formalarının baş vermə ehtimalı daha real görünür.  

Zorakılıq qurbanına çevrilən bütün jurnalistlərə qarşı ədalətli davranmamaqla Azərbaycan 

hakimiyyəti Avropa İnsan Hüquqları Konvensiyasının 2 və 3-cü Maddələrini və Avropa İnsan 

Hüquqları Məhkəməsinin yaratdığı yurisprudensiyanı sistemli şəkildə pozmuşdur. 

Təhlükəsizlik qüvvələri 2011-ci ilin mart və aprel aylarında baş qaldırmış etiraz dalğalarını 

yatırmaq üçün ciddi zorakılıq tətbiq etmiş, çox sayda insan döyülmüşdür. Jurnalistlər aprelin 

2-də Bakının Fəvvarələr Meydanında baş vermiş demokratiya tərəfdarları nümayişlərini 

işıqlandırmağa çalışarkən döyülmüşdür

[2]




Müxalif jurnalistlərin oğurlanması 

Müxalifyönlü “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyev 2011-ci ilin 26 mart gecəsi Bakı 

yaxınlığındakı Ceyranbatan qəsəbəsində yerləşən evinə qayıdarkən altı nəfər maskalı şəxsin 

hücumuna məruz qalmışdır. Başına torba geyindirilərək mikroavtobusda naməlum yerə aparılmış 

və iki saat ərzində ona işgəncə verilmişdir. Üzərində olan iki telefon əlindən alınmış, noutbukunun 

içindəkilər yoxlanmışdır. Hücum edənlərdən biri ona “digərləri kimi alicənab və sakit” davranmağı 

bildirmişdir. Sonda isə o, oğurlandığı ərazidən bir neçə kilometr uzaqlıqda əlləri bağlı şəkildə 

azad buraxılmışdır. 

“Azadlıq” qəzetinin digər bir müxbiri Ramin Deko bir həftə sonra buna bənzər halla üzləşmişdir. 

Mülki geyimdə olan üç nəfər 3 aprel səhər saatlarında onun yaşadığı, Bakı şəhərindəki 

Rəsulzadə qəsəbəsində qabağını kəsərək maşınlarına minməyə məcbur etmişlər. Daha sonra 

[2]   http://en.rsf.org/azerbaijan-journalists-among-victims-of-05-04-2011,39953.html




15

onu Bakının 25 kilometrliyində yerləşən Maştağa kəndinə aparmış və səkkiz saat ərzində 

dayanmadan psixoloji təzyiqə məruz qoymuşlar. Ondan dəfələrlə nə üçün sosial internet 

şəbəkələrində fəal olmasını və prezident İlham Əliyevi tənqid edən məqalələr yazmasını 

soruşmuşlar. Ona, bu əməllərindən əl çəkməzsə,  “başının ciddi şəkildə ağrıyacağını” 

söyləmişlər. Onu saat 16:00 radələrində Bakıda azad etməzdən öncə başına gələnlər haqqında 

susmasını bildirmişlər. Buna baxmayaraq, Deko dərhal oğurlanması haqqında mediaya xəbər 

vermiş və növbəti gün işdən çıxdıqda onu oğurlamış şəxslərdən ikisi “qisas məqsədilə” çox ağır 

şəkildə döymüşlər. Hər iki halda təqsirkarlar müəyyənləşdirilməmişdir

[3]




xarici jurnalistlərə qarşı zorakılıq 

Bu cür hallar çox baş verməsə belə, xarici jurnalistlər də zorakılıq əməllərindən 

sığortalanmamışdır. 2011-ci ilin iyununda Amerikalı jurnalist Amanda Erickson və Britaniyanın 

media hüquqları üzrə fəalı Celia Davies dörd nəfər naməlum şəxsin onlara hücumu zamanı ciddi 

şəkildə zədə almışlar

[4]


. Erickson və Davies Azərbaycanda yerli jurnalistlər və vətəndaş cəmiyyəti 

qrupları ilə işləyirdi. Hücum zamanı Ericksonun yenicə New York Times qəzetində əvvəllər 

məhkum olunmuş bloqçu Emin Milli ilə bağlı

[5]


, Kolumbiya Hüquq İcmalında (Columbia Law 

Review) isə tanınmış tənqidçi jurnalist Xədicə İsmayılla

[6]

.  bağlı yazıları dərc olunmuşdur. Lakin 



Azərbaycanlı jurnalistlərdən fərqli olaraq, Erickson və Daviesə hücum edənlər tezliklə tapılaraq 

həbs olunmuşdur

[7]



Bakıdan kənarda 



Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATI) operatoru Rəşad Əliyev 2012-ci ilin 1 

mart tarixində ölkənin şimalında yerləşən Quba şəhərində polislə təhlükəsizlik qüvvələri arasında 

baş verən toqquşmaları lentə almaq istəyərkən polis əməkdaşı tərəfindən başından vurulmuş və 

xəstəxanaya yerləşdirilmişdir.  

Ermənistan ərazisinə düşən bir zolaqla Azərbaycan torpaqlarından ayrılan Naxçıvan Muxtar 

Respublikasında da ümumilikdə cəzasızlıq hökm sürməkdədir. Naxçıvanda demək olar ki, 

plüralizm tamamilə mövcud deyil və jurnalistlər işlərini görmək üçün mübarizə aparır. Onlar 

zorakılıq halları (çox vaxt yerli təhlükəsizlik qüvvələri tərəfindən) ilə bağlı şikayət etmək istədikdə 

məhkəmə orqanları, adətən, bu cür halların baş verdiyini sadəcə olaraq inkar edir.  

Naxçıvanda son zamanlar baş vermiş hadisələr arasında aşağıdakıları qeyd etməyə dəyər:

•  Jurnalistlər Elman Abbasov (RATİ) və İlqar Nəsibov (Turan) 2011-ci il 15 iyul tarixində 

[3]   http://www.article19.org/resources.php/resource/1745/en/azerbaijan:-international-

organisations-condemn-abduction-and-beating-of-journalist-seymur-khaziyev

[4]  http://www.irfs.az/content/view/6831/28/lang,en/

[5]  http://www.nytimes.com/2011/06/25/world/europe/25azerbaijan.html?_r=1&ref=azerbaijan

[6]   http://www.cjr.org/feature/open_mic.php?page=all

[7]  http://www.rferl.org/content/azerbaijanis_arrested_assault_foreign_journalist_activist/24248405.html



Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə