Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   ...   10   11   12   13   14   15   16   17   18

46

Peşəkarlıq müstəqil və müxalif medianın maliyyə vəziyyətinin yaxşılaşması ilə sıx bağlıdır.  

Azərbaycandakı bir çox müstəqil və müxalif mətbuat vasitələri maliyyə baxımından dayanıqlı 

deyil.  Bu əsasən hakimiyyət orqanlarının reklam verənlərə qarşı tətbiq etdiyi təzyiqlə bağlıdır. 

Eyni zamanda, reklamverənlər təzyiqlərə məruz qalacağı qorxusu ilə belə qəzetlərə reklam 

verməkdən çəkinirlər.  Bu da öz növbəsində həmin mətbuat vasitələrinin çox aşağı səviyyədə 

reklam gəlirləri əldə etməsi ilə nəticələnmişdir. Maliyyə məhdudiyyətlərinin digər səbəbləri 

arasında reklam bazarının həcminin kiçik olmasını və çap mətbuatının aşağı tirajla fəaliyyət 

göstərdiyini qeyd etmək mümkündür.  Bu sahədə hər hansı irəliləyiş qeydə alınmamışdır.  

İslahat zərurəti 

Azərbaycandakı jurnalistika ictimaiyyəti qeyd edir ki, zəruri media islahatları və peşəkar 

jurnalistikanın inkişafı yalnız bütün media tərəflərinin iştirakı ilə və sektor tərəfindən hərəkətə 

gətirilən təşəbbüslər vasitəsi ilə mümkündür. 

Bunun baş verməsi üçün sektor üzrə işçi qrup təsis edilməli və həmin işçi qrupa ölkə üzrə media 

islahatlarını həyata keçirmək səlahiyyəti verilməlidir.  İşçi qrupa sektorun bütün əlaqədar tərəfləri 

cəlb edilməlidir: işəgötürənlər, redaktorlar, jurnalistlər, jurnalist birlikləri, media QHT-ləri və 

Mətbuat Şurası. Bu qurum gələcək dövrlər üzrə uzunmüddətli media islahatlarının strategiyalarını 

müəyyənləşdirməlidir. Qurumun işinə həm də aşağıdakılar daxil edilməlidir: redaktor müstəqilliyi 

və redaksiya nizamnamələrinə dair qaydalar, özünü tənzimləmə vasitələri, plüralist və 

strukturlaşdırılmış media mülkiyyətçiliyi və eləcə də beynəlxalq standartlara uyğun iş şəraiti.  



47

Azərbaycan hökuməti və ona bağlı olan qurumlar ölkəni müasir, gələcəyə istiqamətlənən 

və çoxmilli şirkətlər üçün investisiya imkanlarının mövcud olduğu bir dövlət kimi təqdim 

etmək uğrunda ciddi səylər göstərirlər. Contact adlı internet jurnalına əsasən, 2011-ci il üzrə 

Azərbaycanı təşviq etmək üçün hökumətin ayırdığı büdcə 280000000

[1]


. ABŞ dollarına qalxmışdır.  

Bu sahədə xərclənən faktiki vəsaitlərin bundan da çox olduğu ehtimal edilir. Belə ki, ölkənin 

ən varlı şəxslərindən olan Kəmaləddin Heydərov kimi rejim tərəfdarları Avropa Azərbaycan 

Cəmiyyəti (TEAS) kimi dövlət-təşviqat qurumlarına sponsorluq edirlər.  

Azərbaycan hökuməti Avropa Şurasının siyasi orqanı olan AŞPA-nın rəyinə təsir etmək üçün 

xüsusi səylə çalışır. AŞPA keçmiş Sovet İttifaqı dövlətləri ilə Avropa İttifaqı dövlətləri arasında 

körpü rolunu oynayır. AŞPA-nın bu rolunun vacibliyi nəzərə alınaraq, bu qurumun parlament 

üzvlərinin davranışı və etik mövqeyini tənzimləyən qaydaların mövcud olmaması narahatlığa 

əsas verir.  Məsələn, üzvlərdən maraqlarının yazılı olaraq bəyan edilməsi tələb olunmur. Debatlar 

zamanı üzvlərin öz maraqlarını şifahi qaydada bəyan etmələri kifayətdir. Qurumun Avropadakı 47 

üzv dövlətindən yalnız 4 dövlət üzərində lobbi fəaliyyətinə dair hüquqi məhdudiyyətlər mövcud-

dur.  AŞPA-nın Siyasi Məsələlər Komitəsinin keçmiş sədri Goran Lindbald belə lobbiçilərdən birid-

ir.  Əvvəllər Ermənistan üzrə həmməruzəçi kimi fəaliyyət göstərmiş Lindbald İsveç parlamentinə 

keçirilən növbəti seçkilərdə məğlub olduqdan sonra TEAS tərəfindən “müqavilə ilə çalışan lob-

biçi” qismində cəlb edilmişdir. Ermənilər onun qərarını “rüsvayçılıq” kimi təsvir etmişlər. Sonrakı 

dövrlərdə Lindbald malik olduğu giriş kartından AŞPA binasına daxil olmaq üçün istifadə etmiş 

və TEAS üçün çalışmasına baxmayaraq, siyasi qruplardan biri üçün təşkil edilən şam yeməyi 

tədbirində əvvəlki həmkarları ilə birlikdə iştirak etmişdir.  Onun təsirləri nəzərəçarpacaq dərəcədə 

güclüdür

[2]


.

AŞPA-nın digər nümayəndəsi, Almaniyadan olan deputat Eduard Linter də Azərbaycanın 

maraqları üçün lobbiçiyə çevrilmişdir. Linter 2002-2005-ci illər ərzində AŞPA-nın Hüquqi 

Məsələlər və İnsan Hüquqları Komitəsinin sədri olmuşdur. Bundan əlavə o, AŞPA-da Üzv 

Dövlətlərin Öhdəlik və Cavabdehliklərinə Əməl etməsi üzrə Komitənin üzvü olmuşdur. 

Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı Avropa Şurasının hesabatlarında oynadığı 

rol nəticəsində Berlində yerləşən Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyəti 

onu işə götürmüşdür. Bu cəmiyyət də Azərbaycan tərəfindən maliyyələşdirilir. “Der Spiegel” 

qəzetinin verdiyi məlumata görə Linter həmin Komitənin digər üzvlərinin Azərbaycanda insan 

hüquqları ilə bağlı vəziyyəti sərt tənqid etməsi, özünün isə “(Azərbaycandakı vəziyyəti) dəstək 

yolu ilə yaxşılaşdırmaq” mövqeyində olması nəticəsində Komitədən istefa vermişdir

[3]


. İnsan 

hüquqları sahəsində fəaliyyət göstərən qruplar, o cümlədən ABTQ debatlar zamanı Azərbaycanın 

davranışları ilə bağlı məsələləri qaldırmaqda çətinliklərlə üzləşmişlər.  Bundan əlavə, AŞPA-

dan istifadə etməklə Azərbaycanın insan hüquqları sahəsindəki öhdəlikləri ilə bağlı məsələlərin 

qaldırılması çətin olmuşdur.  

Azərbaycanın Avropa Şurası daxilində malik olduğu təsir onun qaydalardan yayınmasına im-

kan verir.    Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyəti yoxlamaq vəzifəsi verilmiş Xüsusi 

Məruzəçi, Almaniyanın AŞPA-dakı deputatlarından olan Xristof Strasser Azərbaycanda fakt 

[1]   http://www.contact.az/docs/2011/Social/122113200en.htm

[2]   Müstəqil Baxış, “Çarəsizlik Şurası”,  16 avqust 2011

[3]   http://www.spiegel.de/international/world/0,1518,806769,00.html

Müəllif: Mayk Haris, Təşviqat şöbəsinin rəhbəri, İndex on Censorship 



11. azərbaycanın nüfuz problemi 


48

araşdırma missiyasını həyata keçirə bilmək üçün müraciət etsə də, ölkəyə daxil ola bilmək 

üçün ona lazım olan vizanın verilməsindən imtina edilmişdir

[4]


. Viza verilməsindən imtina Alman 

parlamentarilərinin ciddi narazılığına səbəb olmuş və Bundestaqın İnsan Hüquqları və Humani-

tar Yardım məsələləri üzrə Komitəsi Strasserə viza verilməsi tələbi ilə qətnamə qəbul layihəsi 

hazırlamışdır. Azərbaycan hökumətinin Almaniyadakı təsiri o qədər güclüdür ki, həmin qətnamə 

layihəsi Azərbaycanın Almaniyadakı səfirinə sızdırılmışdır (aşağıda bu barədə məlumat verilir)

[5]


.   

avropa azərbaycan Cəmiyyəti 

Londonda yerləşən TEAS təşkilatı Avropada ən çevik və ən yaxşı maliyyələşdirilən lobbiçilik 

əməliyyatlarından biridir. Təşkilatın sədri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovdur. ABŞ 

səfirliyinin Vikileaks tərəfindən sızdırılan teleqramlarından birinə əsasən Kəmaləddin Heydərov 

“prezidentdən də güclüdür... . Heydərov ölkə daxilində prezidentlə müqayisədə daha çox 

görünən sərvətə nəzarət edir”

[6]

. Sızdırılmış diplomatik teleqramda Heydərovun öz güc şəbəkəsini 



necə qurması təsvir edilir (Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtdan cari vəzifəsi olan 

Fövqəladə Hallar Naziri olanadək). Heydərovun rəhbərlik etdiyi quruma zenit batareyasına malik 

olan yarım-hərbi birləşmə və ölkədə həyata keçirilən istənilən tikinti layihəsini “təhlükəlilik” kimi 

səbəblərlə dayandırmaq səlahiyyəti olan inşaat mühəndisləri idarəsi daxildir. Onun mülkiyyətinə 

şəxsi Airbus A319 təyyarəsi də daxildir. Vikileaks teleqramında Heydərov ailəsinin malik olduğu 

şirkətin strukturu təsvir edilir. Qeyd edilir ki, “ailənin bir çox əməliyyatları “Gilan”, “Qəbələ”, və ya 

“Birləşmiş Beynəlxalq Şirkətlər” kimi qruplar tərəfindən həyata keçirilir. Bu şirkətlər tikinti, turizm, 

bank kimi sahələrdə çalışır və təbii şirə bazarı üzərində inhisarçı nəzarətə malikdirlər.” Bütün bu 

şirkətlər TEAS kimi eyni ünvanda qeydiyyatdan keçmişdir. TEAS Birləşmiş Beynəlxalq Şirkətlər 

adlı biznes qurumunun filialı kimi təsvir edilir.  

Azərbaycanda ciddi insan hüquqları pozuntularının hamıya məlum olduğu bir şəraitdə Britaniya 

deputatları Britaniyada lobbiçilik fəaliyyəti göstərən və eləcə də deputatlar üçün “fakt araşdırma 

missiyaları” təşkil edən istənilən qurumun məqsədəuyğunluğu barədə düşünməlidirlər. Lakin 

bununla belə, Britaniya deputatlarından Mark Field TEAS xətti ilə 6000 Böyük Britaniya funt ster-

linqi dəyərində iki səfər həyata keçirmişdir. 2011-ci ilin may ayında onun iştirak etdiyi səfərə həm 

də digər deputatlar Bob Blekman, Stefen Hamond və eyni zamanda Əmək Partiyasının keçmiş 

idman naziri olmuş Qeri Sutklif də qatılmışdır. TEAS hər bir parlamentari üçün 3500 funt sterlinq 

xərcləmişdir

[7]

.

Mark Field həm Cənubi Qafqaz regionu ilə bağlı mədəni, iqtisadi, diplomatik və siyasi 



məsələlərdə TEAS-a saatı 166 funt sterlinq dəyərində “məsləhətçi” xidməti göstərir. Field öz 

şəxsi internet səhifəsində “Sky Digital” şirkətindən əldə etdiyi vəsaitləri deputat kimi çəkdiyi 

xərclər və şəxsi büdcəsi arasında necə bölüşdürdüyü barədə cəmi 122 sözdən ibarət yazı 

yerləşdirsə də, həmin yazıda TEAS-dan əldə etdiyi gəlirlər barədə bir kəlmə də olsun deyilmir. 

Belə ki, Field yalnız 2012-ci il ərzində TEAS-dan əldə etdiyi gəlirləri 5000-10000 funt sterlinq 

[4]   Bax: 4-cü Fəsil: “İfadə azadlığını boğmaq üçün qanundan siyasi məqsədlərdə istifadə”

[5]   http://www.spiegel.de/international/world/0,1518,806769,00.html

[6]   http://www.guardian.co.uk/world/us-embassy-cables-documents/250614

[7]  http://www.thebureauinvestigates.com/2011/08/29/questions-over-mps-all-expense-paid-trip-to-azerbaijan/



49

səviyyəsində təxmin etmişdir

[8]

. 2011-ci lin sonunda Böyük Britaniya Parlamentinin Təmsilçilər 



Palatasının gündəliyinə daxil edilməsi üçün bir layihə müzakirəyə çıxarılmışdı. Həmin layihədə 

Azərbaycanın Sovet İttifaqından müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə təbrik edilməsi 

təklif edilirdi

[9]


. Layihənin ilkin sponsorlarından biri istisna olmaqla, hamısı TEAS tərəfindən təşkil 

olunan ödənişli səfərlərdə iştirak etmiş deputatlardan ibarət olmuşdur. Taleh Heydərov Böyük 

Britaniyada təsir gücünə malikdir.  2009-cu ildə, Gloucestershireda yerləşən Beaufort Polo 

Klubunda onun şahzadə Uliam və şahzadə Herry ilə tanışlığı təşkil edilmişdir. TEAS-da Britaniya 

siyasət təsisatının nüfuzlu peşəkarları çalışır.  TEAS-ın əsas lobbiçilərindən biri olan Lionel Zetter 

Parlament Monitorinq Xidmətinin keçmiş icraçı direktorlarından biridir. O, həm də hər bir seçilən 

parlamentari haqqında məlumat buraxılışlarının müəllifidir

[10]


.

almaniya

Azərbaycan tərəfindən Almaniyada da ciddi lobbiçilik əməliyyatları həyata keçirilir. Azərbaycan 

hökuməti Berlində yerləşən Konsultum Communications adlı ictimai münasibətlər şirkətini bu işə 

cəlb etmişdir

[11]

. Bu şirkətin direktoru Hans-Erix Bilges Almaniyanın ən yüksək tirajlı qəzeti Bildin 



keçmiş redaktorudur. Həmin şirkət Belarus və Qazaxstanın avtoritar hökumətlərinə də məsləhət 

xidmətləri göstərmişdir. 

29 sentyabr 2011-ci il tarixdə Azərbaycanın 20 illik müstəqilliyinin qeyd olunması münasibəti ilə 

Almaniyada təntənəli tədbir təşkil edilmişdir. Berlinin Alman Tarix Muzeyində təşkil edilən həmin 

tədbirdə Almaniyanın həmin dövrdəki prezidenti Xristian Vulfun xanımı, keçmiş Xarici İşlər naziri 

Hans-Dietrix Genşer (1982-1992) və əvvəlki İqtisadiyyat naziri Maykl Qlos (2005-2009) da daxil 

olmaqla siyasi səhnənin görkəmli şəxsləri iştirak etmişdir. Sonuncu iki şəxs həm də Konsultum 

şirkətinin İdarə Heyətinin üzvləridirlər.  

Bu tədbirlə bağlı Almaniya hökumətinin İnsan Hüquqları üzrə müvəkkili Markus Löninq qeyd 

etmişdir ki: “Mən (həmin tədbirdə) iştirak etməzdim.” Almaniyalı deputatlardan Marina Şuster 

razılaşaraq bildirmişdir ki: “Azərbaycanın buradakı davranışı az qala həyasızlıqdır.  Bu növ lob-

biçilik qəbul edilən çərçivədən kənara çıxır”

[12]



Azərbaycan hökuməti TEAS-ın fəaliyyətini Almaniya nümunəsində təkrarlayaraq Alman depu-



tatlardan biri Viola von Cramon tərəfindən “yarı-akademik” kimi təsvir edilən səfərlərə dəvət 

edir.  2011-ci ilin sentyabr ayında Karl Georq Velman və Stefan Libix də daxil olmaqla, bir qrup 

Almaniya siyasətçisi Azərbaycana səfər etmişlər. Onların bu səfəri biznes sinifdə səyahət, lüks 

mehmanxanada qalmaq, təntənəli şam yeməyi tədbiri və prezident Əliyev tərəfindən edilən çıxış 

kimi xüsusiyyətlərə malik olmuşdur

[13]


.

[8]   http://www.markfieldmp.com/

[9]   http://www.parliament.uk/business/publications/business-papers/commons/early-

day-motions/edm-detail1/?session=2010-12&edmnumber=2204

[10]   http://www.telegraph.co.uk/news/worldnews/wikileaks/8299344/WikiLeaks-William-Harry-and-the-Abramovich-of-Azerbaijan.html

[11]   http://www.handelsblatt.com/politik/international/auf-investorensuche-oh-wie-schoen-ist-aserbaidschan/6125260.html

[12]   http://www.spiegel.de/international/world/0,1518,806769,00.html

[13]   Bax: əvvəlki qeyd




50

Təşviqat kampaniyası “Bakı” adlı moda-incəsənət jurnalı vasitəsi ilə də aparılır. Bakı jurnalının 

redaktoru Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyevadır. Jurnal Conde Nast tərəfindən 

nəşr olunur. İlkin redaksiyasında 20000 tirajla dərc olunan bu jurnal Böyük Britaniya, Fransa 

və ABŞ-da görkəmli yerlərdə yayılır

[14]


. Jurnalın maliyyələşdirilməsi o dərəcədədir ki, həmin 

jurnal xüsusi hazırlanmış fontla dərc olunur

[15]

. Tiffay Co, Dior, Bvlgari (bütün bu markaların 



Azərbaycanda filialları fəaliyyət göstərir) kimi lüks markalardan aldığı reklamlar, qrafiti 

sənətçilərinin işləri və son dərəcə innovativ mədəniyyət mövzularında yazılan məqalələr qərb 

dəyərlərini əks etdirən plüralist Azərbaycan barədə güclü təəssüratlar yaradır.  

Azərbaycan törətdiyi insan hüquqları pozuntularının gizlədilməsi üçün ciddi səy və resurslar sərf 

edir.  Azad mətbuatın mövcud olmaması və ya siyasi məhbusların varlığı kimi məsələlərə xüsusi 

əhəmiyyət verilməsinin yersizliyi və ya bu problemlərin davam edən Dağlıq Qarabağ konflikti 

kontekstində labüdlüyünə digər ölkələrin parlamentarilərini inandırmaq üçün Avropa Şurası və 

milli hökumətlər səviyyəsində ciddi lobbiçilik fəaliyyəti həyata keçirilmişdir. Həqiqətin bu qaydada 

təhrif olunması insan hüquqları müdafiəçilərinin işini daha da çətinləşdirir. Lakin hökumətin və 

onun tərəfdarlarının istifadə etdiyi metodların vurğulanması vasitəsi ilə vətəndaş cəmiyyəti belə 

hallarla daha effektiv mübarizə apara bilər. 

[14]   http://www.mediaweek.co.uk/news/1077517/CondE-Nast-publish-international-edition-Baku-magazine/

[15]   http://www.swisstypefaces.com/type-services/exclusive-typefaces/baku-international/



51

Bu hesabatda tədqiq edilən tendensiyaların nəticəsi olaraq belə bir qənaətə gəlmək olar ki, ifadə 

azadlığı ilə bağlı Azərbaycanın beynəlxalq öhdəlikləri və bu azadlığın praktikada qorunması 

vəziyyəti arasında dərin boşluq var. Hökumətin yaratmağa çalışdığı aldadıcı imiclə ölkədəki 

reallıq bir-birindən tamamilə fərqlənir. Bu uçurum get-gedə daha da dərinləşir və belə olan bir 

şəraitdə Azərbaycanda maraqları olan beynəlxalq aktyorların ölkədə baş verənləri görməməzliyə 

vurmaları artıq mümkün deyil. 

Azərbaycan jurnalistləri, insan hüquq müdafiəçiləri və siyasi fəallarla müzakirələr zamanı 

tez-tez qoyulan suallardan biri də Avroviziya Mahnı Müsabiqəsindən sonrakı dövrdə nələrin 

baş verəcəyidir.  Beynəlxalq mətbuatın diqqətinin ölkəyə yönəldiyi bu qısa müddət ərzində 

Azərbaycan haqqında həqiqətləri çatdırmaq uğrunda çalışanlar beynəlxalq diqqətin azalacağı 

dövrdən sonra başlarına gələ biləcək hadisələrdən narahatlıq keçirirlər.  Bu şəxslərdən 

bəziləri artıq hakimiyyət orqanları tərəfindən hədəf seçilmişdir və bu da yuxarıda ifadə olunan 

narahatlığın yaranmasına əsas verir.  

ABTQ ümid edir ki, Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyətin monitorinqi ilə məşğul 

olan beynəlxalq ictimaiyyət öz səylərini bu hesabatın buraxıldığı dövrdən sonrakı dövrdə 

ikiqat artıracaq.  Bundan əlavə ümid edilir ki, beynəlxalq ictimaiyyət həm yaxın, həm də geniş 

perspektivdə hakimiyyət orqanlarından öz əməllərinə görə cavabdehlik tələb edəcək.  Bu he-

sabatda qaldırılan məsələlərə ardıcıl diqqətin yetirilmədiyi və Azərbaycanda müstəqil fikirlərin 

dəstəklənmədiyi bir şəraitdə həqiqət nadir rast gəlinən bir məfhuma çevriləcəkdir.



12. Yekun


52

AZN 


Azərbaycan Yeni Manatı

AŞ 


Avropa Şurası 

AİHK 


Avropa İnsan Haqları 

Konvensiyası 

AİHM 

Avropa İnsan Haqları 



Məhkəməsi 

SMM 


Seçki Monitorinq Mərkəzi

SMDT 


Seçkilərin Monitorinqi və  

 

 



Demokratiyanın Tədrisi 

Mərkəzi


“GBP” 

Britaniya funt sterlinqi

SSHBK 

Mülki və Siyasi Hüquqlar 



haqqında Beynəlxalq Pakt

İİF 


İnternet İdarəçiliyi Forumu

ABTQ 


Azərbaycan üzrə Beynəlxalq 

Tərəfdaşlıq Qrupu 

RATİ 

Reportyorların Azadlığı və 



Təhlükəsizliyi İnstitutu 

MHİ 


Media Hüquqları İnstitutu 

QHT 


Qeyri-hökumət təşkilatı 

DTİHB 


Demokratik Təsisatlar və 

İnsan Hüquqları Bürosu 

ATƏT 

Avropada Təhlükəsizlik və 



Əməkdaşlıq Təşkilatı 

AŞPA 


Avropa Şurasının Parlament 

Assambleyası 

“MP” 

Millət vəkili



“RTI” 

Məlumat əldə etmə hüququ

“ARDNŞ” 

Azərbaycan Respublikası 

Dövlət Neft Şirkəti 

“TEAS” 


Avropa Azərbaycan Cəmiyyəti 

İHUD 


İnsan Hüquqları haqqında 

Universal Deklarasiya 

BMT 

Birləşmiş Millətlər Təşkilatı 



“USD” 

ABŞ dolları 



əlavə 1 – Hesabatda istifadə olunan 

akronimlərin siyahısı 


53


 

ARTICLE 19  Free Word Centre  60 Farringdon Road  London EC1R 3GA 

T +44 20 7324 2500  F +44 20 7490 0566  

E info@article19.org  W www.article19.org

© ARTICLE 19

DEFENDING FREEDOM  



OF EXPRESSION AND INFORMATION

Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə