Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   ...   10   11   12   13   14   15   16   17   18

39

Müəllif: Dominik Tierri, Medianın inkişafı üzrə məsləhətçi, Ümumdünya 

Qəzet və Yeni Naşirlər Assosiasiyası 

Kütləvi informasiya vasitələrinə Azərbaycan hakimiyyət orqanları tərəfindən tətbiq edilən nəzarət 

2010-cu ilin sentyabr ayında ABTQ-nin ölkəyə həyata keçirdiyi missiyadan sonrakı dövrdə daha da 

güclənmişdir.  Belə ki, media sahəsində plüralizmə töhfə verən mətbuat vasitələri çox az saydadır.  



Qorxutma və özünü-senzura

Hakimiyyət orqanları jurnalist və bloqçuların həbsi vasitəsilə onları birbaşa təzyiq altında tutmaq 

siyasətini davam etdirmişdir. Bu isə onsuz da yüksək səviyyədə olan özünü-senzura mühitini 

gücləndirmişdir

[1]

. Jurnalistlər və bloqçulara qarşı qorxutma hallarının araşdırılması sahəsində isə, 



hücuma məruz qalan media fəalları və jurnalistlərlə bağlı dövlət tərəfindən həyata keçirilən işlər ləng 

xarakter daşımışdır.  Demək olar ki, 2005-ci ildə redaktor Elmar Hüseynovun qətlə yetirilməsindən 

indiyədək keçən dövr ərzində jurnalistlərə qarşı baş vermiş zorakılıq halları ilə bağlı hər hansı ciddi 

təhqiqat və ya cinayət təqibi həyata keçirilməmişdir. Öz peşəkar fəaliyyətlərinə görə jurnalistlər və blo-

qçular həbsdə qalsalar da, tənqidi fikri susdurmaq üçün zorakılıqdan istifadə edənlər azadlıqdadır

[2]


.

Bu uyğunsuz münasibət tərzi tənzimləmə xarakterli xəbərdarlıqlarda da özünü göstərir. Belə ki, 

müstəqil fəaliyyət göstərən ANS TV “erotik və zorakı məzmun” ehtiva edən və ya azyaşlılara 

münasibətdə xoşagəlməz hesab edilə bilən proqramların yayımına görə ciddi xəbərdarlıq almışdır.  Bu-

nunla belə, Natiq Adilov və Qan Tural adlı iki müxalif jurnalistə qarşı 2011-ci ildə həyata keçirilən qar-

alama kampaniyası çərçivəsində hökumətyönlü Lider TV-də yayımlanan seks materialına görə həmin 

televiziya kanalına heç bir xəbərdarlıq edilməmişdir

[3]


.

Yayım mediasına dövlət nəzarəti 

Örtülü üsullar, tənzimləmə, birbaşa mülkiyyət və ya dolayı iqtisadi nəzarət vasitəsi ilə hökumət yayım 

mediası üzərindəki nəzarətini  gücləndirmişdir. 

Hökumət, xüsusilə də Prezident Administrasiyası demək olar ki, bütün yayım media vasitələrinə 

nəzarət edir. Yalnız bir televiziya kanalı, özəl mülkiyyət olan ANS TV qismən müstəqil fəaliyyət göstərir. 

Bununla yanaşı, ən azı iki dəfə olmaqla ANS TV öz müstəqil yayımında dəyişiklik etməyə məcbur 

edilmişdir. Belə ki, 2006-cı ilin noyabr ayında həmin televiziya kanalı öz yayımını 18 gün müddətinə 

dayandırmalı olmuş və 2010-cu ildə keçirilmiş Parlament Seçkiləri barədə efirə verdiyi materiallara 

görə uzunmüddətli vergi yoxlamalarına məruz qalmışdır

[4]


.

 

Dövlət büdcəsindən həm AzTV (2011-ci il üzrə 32 milyon AZN) , həm də ictimai kanal olan İTV (2011-ci 



il üzrə 16.1 milyon AZN) kanallarına iri məbləğdə vəsaitlər ayrılır

[5]


) Bununla yanaşı, bu hər iki kanal rek-

lam fəaliyyətindən də iri məbləğdə gəlirlər əldə edirlər. Bu kanallardan heç biri öz maliyyə hesablarını 

indiyədək dərc etməmişlər. İTV üçün abunəçi ödənişlərinin tətbiqi 2014-cü ilədək təxirə salınmışdır

[6]


.

[1]   Bax: 4-cü Fəsil, “İfadə azadlığını boğmaq üçün qanundan siyasi məqsədlərdə istifadə”

[2]   Bax: 3-cü Fəsil, “Jurnalistlərə qarşı zorakılığın cəzasız qalması”

[3]   Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Azərbaycanda Mətbuat Azadlığı: Altı aylıq hesabat, iyul 2011

[4]   IREX-in Media Dayanıqlılıq İndeksi 2011

[5]   1 AZN = 0.80 funt sterlinq, 15 mart 2012

[6]   http://fes.ge/images/Fes_Files/2011-Publ-AM/web_medialandscapes_eng.pdf

9. Mediaya dövlət nəzarəti 



40

AzTV kanalının baş direktoru Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin olunur. AzTV kanalı 

qadağan olunmuş qonaqlar (əsasən siyasi müxalifət) siyahısına malikdir. İTV kanalı isə seçki 

kampaniyaları zamanı müxalif yayımları nadir hallarda efirə vermişdir. İTV kanalına Parlament 

tərəfindən seçilən doqquz nəfərlik İdarə Heyəti rəhbərlik edir. İdarə Heyəti üzvlüyünə namizədlərin 

siyahısı müxtəlif vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olur.  Seçildikdən sonra həmin üzvlər 

İTV-nin baş direktorunu müəyyənləşdirir. Bununla belə, İdarə Heyətinin səlahiyyətləri 2009-cu ildə 

azaldılmış və bu da müstəqil media nümayəndələrinin İdarə Heyətinin tərkibindən ayrılması ilə 

nəticələnmişdir. 

Özəl yayım orqanları olan Lider, Space, Azad Azərbaycan və Xəzər TV-nin həqiqi mülkiyyətçilərini 

müəyyənləşdirmək çətin olsa da, bütün bu kanallar hökumətyönlü xəbərlər yayımlayırlar. 14  regional 

kanaldan yalnız ikisinin fəəaliyyəti peşəkar standartlara uyğun deyil.  



Yayım tənzimləmə orqanının qərəzli fəaliyyəti 

Tənzimləmə orqanı olan Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) tamamilə dövlət büdcəsi 

vasitəsi ilə maliyyələşdirilir və Şuranın doqquz üzvünün hər biri bilavasitə  ölkə prezidenti tərəfindən 

vəzifəyə təyin olunur. 

MTRŞ yayım lisenziyalarının təsdiqlənməsi işində dövlətin lehinə aşkar və qərəzli münasibət nümayiş 

etdirmişdir. Belə ki, dövlət kanalı olan AzTV Şura tərəfindən təşkil olunan hər iki tenderdə qalib 

gəlmişdir (İdman və Mədəniyyət kanalları). Bu isə yayımı tənzimləyən qanunun açıq-aşkar pozun-

tusu deməkdir (Televiziya və Radio Yayımı haqqında Qanunun 15-ci Maddəsi)

[7]

.  MTRŞ hal-hazırda  



Obyektiv və Kanal 13 adlı müstəqil internet kanallarını öz nəzarəti altına almağa çalışır.  

İldə bir dəfə olmaqla, MTRŞ mövcud radio və televiziya tezliklərinin siyahısını dərc etməlidir.  Bununla 

belə, 10 illik fəaliyyəti dövründə MTRŞ həmin tezliklərinin siyahısını bir dəfə də olsun dərc etməmişdir. 

2011-ci ilin əvvəllərində Nazirlər Kabineti rəqəmsal yayımın təşkili ilə bağlı müvafiq qərar qəbul 

etmişdir. Həmin plana əsasən rəqəmsallaşdırmanın birinci mərhələsi olaraq 2012-ci il ərzində Bakı, 

Gəncə və Naxçıvanın əhatə olunması nəzərdə tutulur. Bununla belə, rəqəmsallaşdırmadan sonrakı 

dövrdə boşalacaq tezliklər üzrə yeni lisenziyalaşdırma raundu elan edilməmişdir. 

Media hüquqları sahəsində çalışan QHT-lər MTRŞ-nin fəaliyyətini izləmək üçün nəzarət tipli təşkilat 

(Milli Yayım orqanı üzərində Nəzarət Şurası) təsis etmişlər

[8]


.

Təhrif edilmiş reklam bazarı

Reklam bazarında əsas yeri televiziya tutur. Belə ki, bu sahədə bütün gəlirlərin (2011-ci il üzrə 40 

milyon AZN) 75 faizi televiziyanın payına düşmüşdür. Bu isə reklam bazarının təhrif olunmasına işarə 

edir. Qeyd etmək yerinə düşər ki, digər ölkələrdə televiziyanın reklam bazarındakı payı adətən 55-60 

faiz təşkil edir

[9]


.  

[7]   Bax: yuxarıdakı qeyd

[8]   İMS Layihə hesabatları – Azərbaycan Media Mərkəzi (AMM)

[9]   Zenith Optimedia 2011




Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə