Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   ...   10   11   12   13   14   15   16   17   18

43

yoxdur) sədri olmasını nəzərə alaraq, bu təşəbbüsdən sonra Şuranın daha da etibarsızlaşmasını 

söyləmək olar. 2010-cu ilin dekabr ayının sonlarında Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi prezi-

dent Əliyevi “Jurnalistlərin Dostu” elan etmişdir. Bu isə həmin mükafatın ötən ilki qalibi olan müxalifət 

liderinin öz mükafatını geri qaytarmasına səbəb olmuşdur.  

İnternetə çıxışın məhdudlaşdırılması 

İnternet təchizatı dövlət inhisarındadır. Bu isə doqquz milyonluq əhalisi olan ölkədə internet 

istifadəçilərinin sayının cəmi 2,420,000 nəfər olması ilə nəticələnir.

Dövlət tərəfindən idarə olunan “Delta Telecom” 30 yerli provayderə malik olmaqla internet təchizatında 

öz inhisarçı mövqeyini qoruyub saxlayır.  Bu şirkət daha iri tutum və daha sürətli çıxışı məhdudlaşdırır 

və abunə qiymətlərini yuxarı səviyyədə saxlayır. 2010-cu ilin ortalarında QHT-lər tərəfindən görülən 

işlər nəticəsində qiymətlər yarıbayarı aşağı düşmüşdür. Lakin regionlarda qiymətlər hələ də yuxarı 

səviyyədədir və keyfiyyət aşağı düşmüşdür

[14]


.

Tutum və keyfiyyətli çıxışın məhdudlaşdırılması həqiqi müstəqil azadlığın sonuncu sahəsi olan onlayn 

xidmətlərin inkişafına maneçilik törədir. Öz mövcudiyyətini qoruyub saxlaya bilmiş yeganə müstəqil 

xəbər agentliyi olan Turan və eləcə də təxminən 10 internet televiziya və radio kanalı onlayn rejimdə 

fəaliyyət göstərir. Beləliklə də, internet hadisələr barədə həqiqətlərin çatdırılması üçün yeganə vasitə 

olaraq qalır.  

Bloqçuların sıxışdırılmasından əlavə, “Azadlıq” qəzeti kimi bir neçə internet səhifəsi və internet radio 

saytı ölkə mənşəli kiber hücumlara məruz qalmışlar

[15]

.

[14]   IREX Media Dayanıqlılıq İndeksi 2011



[15]   Bax: 8-ci Fəsil, “İnternetdə fikir azadlığı” 


44

Müəllif: Adrien Kolin, Layihə işçisi, Beynəlxalq Jurnalistlər Federasiyası

[1]

əxlaq Kodeksi 

2010-cu ilin sentyabr ayında ATƏT-in Bakı Ofisi, Azərbaycan Mətbuat Şurası ilə birlikdə 

Azərbaycan jurnalistləri üçün Əxlaq Kodeksinin yeni versiyasını dərc etmişdir

[2]


.  

Yeni sənəddə əsas diqqət dörd prinsipə yönəldilmişdir: a) həqiqətə, dəqiqliyə və obyektivliyə 

xidmət etmək, b) informasiya mənbələrinə hörmətlə yanaşmaq, c) şərəf və layaqəti, şəxsi 

toxunulmazlığı müdafiə etmək, c) jurnalistləri və onların çalışdığı təşkilatları qorumaq. 

Əxlaq Kodeksinin dərc olunmasından 15 ay keçməsinə baxmayaraq, Azərbaycan mediasındakı 

əsas etik problemlər qalmaqdadır. Kodeksin yayılması istiqamətində göstərilən səylərə baxma-

yaraq, həmin sənəddəki müddəaların monitorinqi, bu normalar üzrə təhsil və təlim işlərinə daha 

ciddi resurslar cəlb edilmədikcə onların hamılıqla qəbul edilməsi ağlabatan görünmür.  

Mətbuat Şurası Kodekslə bağlı məsələlərdə strateji rol oynayır. Şura çərçivəsində Şikayətlər üzrə 

Komissiyanın bir neçə il bundan əvvəl təsis olunmasına baxmayaraq, həmin Komissiya hələ də 

təəssüf ki, bağlı qapılar arxasında fəaliyyət göstərir və öz qərarlarını dərc etməkdən imtina edir.  

Şəffaflığın olmaması Komissiyanın etibarlılığına ciddi zərər vurur. Bu da öz növbəsində özünü 

tənzimləmə qurumu olaraq Mətbuat Şurasına olan ictimai etimadı daha da azaldır. Mediada 

və Mətbuat Şurasının daxilində mövcud olan siyasi təsir onun jurnalistlər və media təşkilatları 

arasındakı nüfuzunu daha da azaltmışdır.  Bu isə Mətbuat Şurasının hökumətin nəzarət 

vasitələrindən biri kimi qəbul edilməsinə gətirib çıxarmışdır.

Mətbuat Şurası yeni kodeksə əməl etməyən media təşkilatlarının qara siyahısının tərtib 

edilməsi ilə də məşğul olmuşdur. Bu da öz növbəsində özünü tənzimləmə orqanı ilə jurnalistika 

arasında əlavə ziddiyyətlərin yaranmasına gətirib çıxarmışdır. Media təşkilatlarının qara siyahıya 

alınması ifadə azadlığının məhdudlaşdırılması vasitəsi olaraq görülür. Bununla belə, bir çoxları 

jurnalistikanın tənzimlənməsi üçün ən yaxşı vasitə olaraq hələ də Mətbuat Şurasını qəbul edir.  

Bununla yanaşı hesab edilir ki, Mətbuat Şurasının öz etibarlılığını bərpa etməsi üçün əsaslı 

dəyişikliklər tələb olunur.  

Medianın peşəkarlığı

Peşəkarlıq və etika Azərbaycan mediası üçün əsas çətinliklərdən biri olaraq qalır.  Mətbuat 

Şurası ilə bağlı problemlərə baxmayaraq, əksər müsahiblər ötən illər ərzində etik standartlar 

və peşəkar davranışda ümumi irəliləyişlərin baş verdiyini qeyd etmişlər. Onlar bu irəliləyişləri 

bu mövzularda jurnalistlər üçün təşkil edilmiş çoxsaylı təlimlərlə əlaqələndirmişlər. Gələcək 

irəliləyişlərin hərəkətverici qüvvələrindən biri kimi, daha keyfiyyətli jurnalistika tələb edən yetkin 

ictimai tələbatın zəruriliyi qeyd edilmişdir. 

İrəliləyişlərə baxmayaraq, jurnalistlər hələ də öz cavabdehliklərini yerinə yetirmək üçün tələb 

olunan zəruri sərbəstliyə malik deyil. Ağır siyasi və inzibati müdaxilə Azərbaycan jurnalistikasının 

[1]  Bu fəsil Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən, “Azərbaycanda etik jurnalistika təşəbbüsü” 

adlı hal-hazırda davam etməkdə olan layihə çərçivəsində toplanan məlumatlara əsaslanır

[2]   http://www.osce.org/baku/72214



10. Mətbuatda əxlaq qaydaları, peşəkarlıq 

və özünü tənzimləmə 


45

əsas xüsusiyyətlərindən biri olaraq qalmaqdadır. Bu isə ölkədə jurnalistikanın ümumi keyfiyyətinə 

mənfi təsir göstərir.  

Jurnalistlər və redaktorlar hökumət və ya müxalif siyasi partiyalar da daxil olmaqla, öz siyasi 

sponsorlarına həddən artıq yaxınlıq nümayiş etdirirlər.  Bir çoxları hesab edir ki, çalışdıqları 

mətbuat qurumundan asılı olmayaraq onlar jurnalist fəaliyyətində oxşar məhdudlaşdırma 

formaları ilə üzləşirlər.  Bu həm müxalif, həm də hökumət tərəfdarı olan mətbuat üçün keçərlidir.  

Peşəkar jurnalistlərin həqiqət barədə müstəqil və obyektiv xəbərçi olaraq qəbul edilmələri vacib-

dir.  Bu zaman onlar hansısa siyasi maraqla əlaqələndirilməməlidirlər.  

Redaktor müstəqilliyi və peşəkar standartlarla bağlı mediada çatışmazlıqlar mövcuddur.  

İctimaiyyətin siyasi debatlarda iştirakını təmin etmək üçün bu iki keyfiyyətin mövcudluğu zəruridir. 

Həmin bu iki keyfiyyət demokratik proseslərin gücləndirilməsi və eləcə də siyasi mövzularda 

məlumatlı ictimai debatın təşkil edilməsi üçün zəruri olan informasiyanın ictimaiyyət və hökumət 

rəsmilərinə çatdırılması baxımından müsbət rol oynayardı.  



İş şəraiti

Gündəlik işə ciddi siyasi müdaxilələrdən əlavə bir çox jurnalistlərin işləməyə məcbur qaldığı 

acınacaqlı şərait zəif etik standartların əsas səbəblərindən biridir. 2010-cu ildə ABTQ-nin 

Azərbaycanda həyata keçirdiyi missiyadan sonrakı dövr ərzində jurnalistlərin üzləşdiyi ağır 

əmək şəraitində azacıq irəliləyişlər baş vermişdir. Müvafiq tələblərə cavab verən əmək 

müqavilələrindən istifadə ilə bağlı jurnalist birliklərinin işəgötürənlərlə apardığı işlər ciddi 

nəticələrə səbəb olmamışdır.  Əmək müqavilələrindən istifadə olunsa da, bir çox hallarda 

jurnalistlərə verilən əmək haqqı rəsmi minimum əmək haqqı səviyyəsində olur. Vergidən 

yayınmaq məqsədi ilə işəgötürənlər jurnalistlərə rəsmi minimum əmək haqqı verirlər. Bundan 

sonra isə onlar jurnalistlərə sənədləşməyən olmayan əlavələr verirlər.

Bu və bu kimi praktika jurnalistikada korrupsiya şəraiti yaradır və belə praktikanın dayandırılması 

üçün jurnalistlər və işəgötürənlər daha çox çalışmalıdırlar. Əmək Nazirliyinin əmək qanunlarını 

tətbiq etməməsi minlərlə jurnalistin pensiyaya çıxdıqdan sonra aşağı pensiya alması ilə 

nəticələnəcək.  

İşəgötürənlər bir çox hallarda işçilərin maaşlarına “qəhvəyi zərf” sistemi vasitəsi ilə əlavələr 

verirlər.  Jurnalistləri siyasi məqsədlərə uyğun müəyyən mövzularda yazı yazmağa məcbur 

etmək üçün bu üsuldan geniş istifadə edilir. Jurnalistlərin öz redaktorlarından və onların verəcəyi 

qərarlardan asılı olduğunu nəzərə alsaq, üstüörtülü maaş praktikasından həm də etik standartları 

zəiflədən effektiv bir vasitə kimi istifadə edildiyini söyləmək olar. Jurnalistlərin nöqteyi-nəzərindən 

baxsaq, redaktorun qərarı əleyhinə çıxış etmək onların aylıq gəlirinə birbaşa təsir göstərir.  

Jurnalistlərin aşağı və qeyri-sabit maaş aldığı və işlə təminatın stabil olmadığı bir şəraitdə 

işləməsini nəzərə alaraq, yüksək peşəkar və etik standartların inkişaf edəcəyini gözləmək 

sadəlövhlük olardı.  Bundan əlavə, jurnalistlərin şəxsi iradə əsasında işə götürülməsi və işdən 

çıxarılmasının mümkün olduğu bir şəraitdə onların işəgötürənlərdən peşəkar müstəqilliyə hörmət 

tələb etmələri mümkün deyil.  



Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə