Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri


Qanunun həyata keçirilməsi



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

32

Qanunun həyata keçirilməsi

 

Qəbul edilməsindən altı il sonra Qanunun həyata keçirilməsi ilə bağlı davamlı olaraq narazılıqlar 



ifadə edilmişdir. Xüsusilə də qanunun müəyyən etdiyi “İnformasiya Məsələləri üzrə Müvəkkil” 

institutunun yaradılmaması, siyasət və ya məlumat əldə etmə müraciətləri ilə bağlı mübahisələrin 

həll edilməsində irəliləyişə imkan verməmişdir. 2010-cu ilin dekabrında Azərbaycan parlamenti bu 

vəzifəni mövcud İnsan Hüquqları üzrə Müvəkkilə verməyi qərar almasından sonra da bu vəziyyət 

yaxşılaşmamışdır

[7]


Gizlilik ənənəsi hələ də Azərbaycan cəmiyyəti üçün olduqca xarakterikdir və dövlət strukturları 

Qanunda nəzərdə tutulan öhdəliklərini tam şəkildə yerinə yetirmirlər. Azərbaycanda məlumata 

çıxışın olmamasının səbəblərindən birinin hökumət qurumları daxilində mövcud olan düşüncə 

tərzi olması geniş şəkildə qəbul edilmişdir. 2009-cu ildə ARTİLE 19-un dərc etdiyi “Kodlu qıfılları 

yenidən qurmağın vaxtıdır” adlı hesabatda əsasən məmurların icazə almadan hətta əhəmiyyətsiz 

məlumatları da verməkdən qorxduğu bir rejimin mövcud olduğu aşkarlanmışdır

[8]


. Son illərdə 

hakimiyyətyönlü media da dəfələrlə hökumət orqanlarının məlumat verməkdən imtina etdiyindən 

şikayətlənmişdir

[9]


Rəşid Hacılının 2005-ci ildə Bakı şəhərinin keçmiş icra başçısına istinadən verdiyi digər bir şərh 

bu gün də aktuallığını qoruyur: “İcra başçısına küçələrin bərpası və yeni yolların tikintisi ilə bağlı 

sual verilmişdi. O isə çoxsaylı jurnalistlərin qarşısında “Əzizim, axı sizin mənim cibimlə nə işiniz 

var?” deyərək suala cavab verməkdən imtina etmişdir. Təəssüflər olsun ki, dövlət büdcəsinə 

birinin öz cibi kimi baxması və ona məlum olan məlumatları ev sirri kimi saxlaması hələ də əksər 

dövlət strukturlarında davam etməkdədir”

[10]


Dövlətə məxsus internet səhifələri üzrə apardığı araşdırmalara əsaslanaraq Media Hüquqları 

İnstitutu 2011-ci ilin avqust ayında saytların əksəriyyətinin dövlət vəsaitləri xərclərini təsnif etmək 

cəhdi haqqında məlumat vermişdir

[11]

. Vebsaytların mövcud olması hökumət nümayəndələri 



tərəfindən “hər şey saytda göstərilib” bəhanəsilə məlumat əldə etmə müraciətlərinin rədd 

edilməsində istifadə olunur

[12]

. Digər imtinalar isə məlumatların artıq mətbuatda yayımlandığı 



iddiasından irəli gəlir. Misal üçün, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Başı şərhinin Baş 

Planı ilə bağlı müraciətə bununla bağlı məlumatların mütəmadi olaraq məlumat mənbələrinə 

(mətbuat, televiziya) veriləcəyi şəklində cavab vermişdir.

Məlumat azadlığı vətəndaşlara məlumatlı seçimlər etmək və hökumətlərinin fəaliyyətini diqqətlə 

izləmək imkanı verir. Dövlət orqanları ilə ümumi ictimaiyyət arasında etibar yaradarkən qərar 

qəbuletmə prosesində şəffaflıq və ictimai iştirak olduqca mühümdür. Məlumata fərdi çıxış hüququ 

olmadan dövlət orqanları məlumat axınına nəzarət edə, hökumətə zidd məlumatları gizlədə və 

[7]   http://contact.az/docs/2011/Social/09249774ru.htm

[8]   http://www.article19.org/data/files/pdfs/publications/azerbaijan-freedom-of-information-report.pdf

[9]   http://contact.az/docs/2011/Social/09249774ru.htm

[10]   http://www.osce.org/fom/19953

[11]   http://www.svobodainfo.org/en/node/1294, 1 sentyabr 2011-ci il

[12]   http://www.svobodainfo.org/en/node/1256, 18 avqust 2011-ci il



33

ancaq hökumətin ictimaiyyət üçün müvafiq hesab etdiyi məlumatları seçib yayımlaya bilər. Belə 

bir mühitdə korrupsiya inkişaf edir və insan hüquqlarının pozulması halları yoxlanmamış qala 

bilər.  


Jurnalist Xədicə İsmayıla edilmiş sonuncu hədə-qorxu da məlumat azadlığı meyarlarına olduqca 

ziddir və birbaşa Azərbaycanda məlumat azadlığının olmaması ilə əlaqədardır. Onun korrupsiya 

ilə bağlı davam edən araşdırmalarına prezidentin ailə üzvlərinin və hökumətlə əlaqəli olan digər 

şəxslərin biznes fəaliyyətləri haqqında məlumatların açıqlanması üçün hökumətə müraciətlər 

daxildir

[13]


. Həm hökumətin nəzarəti altında aparılan, həm də dövlətin mülkiyyətinə daxil olan 

müəssisələrdəki bu cür fəaliyyətlər haqqında məlumatların açıqlanmaması məhkəmə qərarları ilə 

bəraət qazanmışdır. 

Misal üçün, 2009-cu ilin məhkəmə qərarı Azərbaycanın Dövlət Neft Şirkətini (ARDNŞ) xərcləri və 

digər maliyyə məsələləri ilə bağlı məlumat verməli olan “məlumat sahibi” hesab edilməməsi ilə 

bağlı mübahisələrə əsaslanaraq maliyyə məlumatlarını açıqlamaq öhdəliyindən azad etmişdir. 

ARTİCLE 19-un məlumat azadlığının pozulması kimi qiymətləndirdiyi bu qərar və Azərbaycanın 

korrupsiya ilə mübarizə öhdəlikləri məlumat almaq üçün edilən müraciətlərdən yayınmaqda 

ARDNŞ tərəfindən dəfələrlə bəhanə olaraq istifadə edilmişdir. Avropa və dünyada məlumat 

haqqında qanunlara çıxış dövlətə məxsus şirkətlərin aktivləri, maliyyə və idarəetməsi ilə bağlı 

məlumatlara çıxışı təmin edir. Bu cür məhdudiyyətlər demokratik cəmiyyətin prinsiplərinə ziddir 

və ictimai əhəmiyyət daşıyan məsələlər haqqında qanuni qaydada məlumat toplamağın qarşısını 

alır. 

[13]  http://www.reportingproject.net/occrp/index.php/press-box/1346-occrp-journalist-khadija-ismayilova-receives-award




34

 

1 mart 2012-ci il tarixdə Azərbaycanın şimal regionundakı şəhərlərdən biri olan Qubanın sakinləri 



yerli sakinləri ictimai şəkildə təhqir edən yerli rəsmi şəxsə (icra başçısına) etirazlarını ifadə 

etmək üçün toplantı keçirmişlər. Deyilənlərə görə, iddia olunan təhqir hadisəsi barədə xəbərlər 

YouTube portalında yerləşdirilən video materialdan sonra yayılmışdır. Bəzi etiraz hadisələri 

icra başçısının mülkiyyətində olan əmlaka hücumla nəticələnmişdir.  Etiraz hadisələrindən 

sonra verilən məlumatlara görə, həmin video materialı YouTube portalında yerləşdirən şəxsin 

müəyyənləşdirilməsi məqsədi ilə bəzi internet kafelərdə axtarışlar aparılmışdır

[1]

.

7 mart 2012-ci il tarixdə tanınmış təhqiqatçı jurnalist Xədicə İsmayılova özünün şantaj 



kampaniyasına məruz qalması barədə məlumat vermişdir. Məlumatlara görə, İsmayılova ən adi 

üsullarla təhdid edilmişdir.  Belə ki, İsmayılovaya poçt vasitəsi ilə intim fotolar və əlavə bir məktub 

göndərilmişdir.  Həmin məktubda ona xəbərdarlıq edilmişdir ki, “özünü yığışdırmasa” həmin 

şəkillər “ictimailəşdiriləcəkdir”

[2]

. Bu təhdidlər qarşısında səssiz qalmağa etiraz olaraq, İsmayılova 



cəhd olunan şantaj barədə ictimaiyyətə məlumat vermişdir. Buna cavab olaraq, 14 mart 2012-ci il 

tarixdə İsmayılovanın gizli kamera ilə çəkilmiş intim görüntüləri internetdə yerləşdirilmişdir

[3]

.  


Şübhə yoxdur ki, İsmayılovanın internetdəki fəallığı onu susdurmaq cəhdində müəyyən rol 

oynamışdır.  O, son dərəcə açıq çıxışlar etmiş, ölkədəki korrupsiya barədə materiallar hazırlamış 

və həmin materiallarda hökumət rəsmilərini cavabdeh olaraq göstərmiş və eləcə də toxunul-

maz hesab edilən prezident mövzusunda materiallar hazırlamaqdan çəkinməmişdir.  Xədicə 

İsmayılova prezident Əliyevin davranışı və əlaqədar biznes məsələləri barədə davamlı təhqiqatlar 

aparmışdır. Azadlıq Radiosu / Azad Avropa Radiosunun Azərbaycan Xidmətində populyar radio 

proqramlarından birinin aparıcısı qismində fəaliyyətindən əlavə, İsmayılova sosial şəbəkələrdə 

fəal iştirak edir və öz yazılarını müntəzəm olaraq Facebook vasitəsi ilə yayır. İsmayılova hal-

hazırda Facebookda az qala 2000 nəfərlə əlaqə saxlayır. Onların çoxu Azərbaycanla bağlı 

məsələlərə diqqət yetirən jurnalistlərdən, vətəndaş cəmiyyəti, siyasi fəallar və bloqçulardan 

ibarətdir. İsmayılovanın araşdırmaları internet vasitəsi ilə geniş auditoriyaya yayılır. Onun Əliyev 

hökuməti üçün inadkar bir tənqidçi olaraq qalması əsasən internet vasitəsi ilə mümkün olmuşdur. 

Bu hadisələr Azərbaycan vətəndaş cəmiyyətində, xüsusən paytaxt Bakı şəhərində və müəyyən 

qədər də Bakı ətrafındakı qəsəbələrdə internetin ciddi rol oynadığını göstərir.  İnternetin rolu 

ötən 18 ay ərzində əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, ölkə mediasında plüralizmin məhdud 

olması nəticəsində internet fəallar üçün sürətlə vacib ünsiyyət vasitələrindən birinə çevrilir.   

OpenNet İnitiative tərəfindən verilən məlumata görə internet “əsasən birbaşa senzuraya məruz” 

qalmır


[4]

. İnternet istifadəçilərinin sayı daim artmaqdadır və bu artım xüsusilə də Bakı şəhərində 

baş verir. Bundan əlavə, hökumət öz iqtisadiyyatının gücləndirilməsi və biznesin cəlb edilməsi 

istiqamətində geniş miqyaslı planlarının tərkib hissəsi olaraq telekommunikasiya sektorunu 

inkişaf etdirmək məqsədi ilə əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsinə başlamışdır.   Həmin 

təşəbbüslərə beynəlxalq biznes ictimaiyyəti tərəfindən investisiya qoyuluşlarının cəlb edilməsi də 

daxildir. 

[1]   http://www.eurasianet.org/node/65092

[2]   http://www.rferl.org/content/azerbaijan_ismailova_blackmail_rferl_journalists_threats/24509372.html

[3]   http://www.article19.org/resources.php/resource/2994/en/azerbaijan:-in-solidarity-with-khadija-ismayilova

[4]  http://opennet.net/research/profiles/Azerbaijan

Müəllif: Nataşa Şmit, redaktor köməkçisi, İndex on Censorship 



8. İnternetdə ifadə azadlığı


Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə