Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

29

Strasburqda keçirilən Parlament Assambleyasında iştirakına reaksiya kimi 2011-ci 

ilin fevral ayında spiker Oqtay Əsədov onları heç vaxt Azərbaycan haqqında müsbət 

rəy söyləməməkdə, ölkə haqqında xoşagəlməz təəssürat yaratmaqda ittiham etdi və 

əlavə etdi: “Bu məsələlərə qarşı tədbir görməliyik

[11]


Dövlət orqanları bu tədbirləri görməkdə tərəddüd etmədilər; bir müddət sonra 

həmin ay Azərbaycan İnsan Hüquqları Evi və RATİ-də polis yoxlaması aparıldı. 

“Demokratiya üçün oxu” kompaniyasına qoşulanlar da Azərbaycanda insan 

hüquqları pozuntuları barəsində hesabat verdikləri üçün hədəfə götürülmüşdülər

[12]


 

İnsan hüquqları müdafiəçiləri, sosial media istifadəçiləri və gənc fəallar təkrar-

təkrar nümayişlərdə amansız polis repressiyasına məruz qalırlar, onlardan bəziləri 

saxlanmış və həbs olunmuşdur.  

2012-ci ilin mart ayında Gəncədə hökumət orqanları yerli təşkilatları yerləşdikləri 

ünvandan köçürüb. 2011-ci ilin avqustunda isə onlar Bakı şəhərinin mərkəzində 

yerləşən Sülh və Demokratiya İnstitutu, Minalar Əleyhinə Kompaniya və Qadın Krizis 

Mərkəzinin fəaliyyət göstərdiyi binaları uçurdublar.  

Hökumət repressiyalarının daha bir konkret hədəfi hüquqşünaslardır. Bir neçə 

hüquqşünasa açıq-aşkar məhkum edilənlərin hüquqlarının müdafiə etməmək barədə 

xəbərdarlıq edilmişdir. Bu sıxışdırılmadan əlavə, hökuməti tənqid etdiyinə görə 

hədəfə götürülənləri hüquqi məsləhətlə təmin etməyə cəsarət edənlərə qarşı konkret 

addımlar atılmışdır. 

İki Hüquqşünas Vəkillər Kollegiyasından çıxarılmış, bir hüquqşünasın lisenziyasına 

xitam verilmişdir:

•  2011-ci ilin aprel ayında həbs olunmuş nümayiş iştirakçılarının müdafiəsi ilə fəal 

şəkildə məşğul olan tanınmış hüquqşünas Elçin Namazov 2011-ci ilin sentyabr 

ayında məhkəmə qərarı ilə Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdır. Qərarda 

prokurorluğa məhkəməyə qarşı hörmətsizlik etdiyinə görə ona qarşı cinayət 

işi qaldırmaq göstərişi verilirdi. Bundan əvvəl isə o, gənc fəalları və müxalifət 

üzvlərini müdafiə etdiyinə görə xəbərdarlıq və təhdidlərlə üzləşmişdi. 

•  Dövlət əhəmiyyətli bir sıra cinayət işlərində vəkillik etmiş Xalid Bağırov 

gözlənilmədən 2011-ci ilin avqustunda bil il müddətinə Vəkillər Kollegiyasından 

uzaqlaşdırıldı. Buna onun həbs edilmiş insan hüquqları müdafiəçisi Vi-

dadi İskəndərovun vəkili olmasının birbaşa nəticəsi kimi baxılır. Vəkillər 

kollegiyasından çıxarıldığına görə hüquqşünas öz müştərisini müdafiə etməyə 

davam edə bilməmişdir, beləliklə, İskəndərov 3 il azadlıqdan məhrumetmə 

cəzasına məhkum edilmişdir

[13]

.  


•  Çoxsaylı cinayət işlərində çoxsaylı müxalifət fəallarını və ictimai xadimləri 

[11]   Bax: http://en.apa.az/news.php?id=139594.

[12]   Bax: http://www.singfordemocracy.org.

[13]   Bax: İfadə azadlığının boğulması üçün qanundan siyasi məqsədlərlə istifadə, Fəsil 4 




30

müdafiə etmiş tanınmış hüquqşünas Osman Kazımovun lisenziyası 4 fevral 2011-ci ildə 

dayandırılmışdır. Vəkillər Kollegiyası buna istinadən məhkəməyə müraciət edərək onun kol-

legiyadan çıxarılmasını tələb etmişdir. 



Hədəfə götürülən digər hüquqşünaslar aşağıdakılardır:

•  Media hüquqlarının müdafiəsi uğrunda çalışan hüquqşünas Elçin Sadıxov dövlətə qarşı 

təşviqatla məşğul olmaqda ittiham olunur. O daha əvvəl həbs olunmuş redaktor Eynulla 

Fətullayevin vəkili idi. 

•  İntiqam Əliyev müvafiq meyarlara cavab verməsinə baxmayaraq, 2005-ci ilin noyabr 

ayında Vəkillər Kollegiyası üzvlüyündən məhrum edilmişdir. 2011-ci ilin aprel ayında 

yüzlərlə nümayişçinin həbsindən sonra, səlahiyyətli şəxslər məhkumların siyahısını onları 

müdafiə etmək niyyətində olan Vəkillər Kollegiyası üzvləri İntiqam Əliyev və Yalçın İmanova 

verməkdən imtina etmişlər. Əliyev və İmanov bəzi polis məmurları tərəfindən fiziki zorakılıq və 

təhqirlərə məruz qalmışlar. 

•  Məhkum edilmiş gənc fəallar Bəxtiyar Hacıyev və Şahin Həsənlinin hazırkı vəkili Əlaif 

Həsənov 2011-ci ilin mart ayında yerli dövlət orqanları tərəfindən böhtan kampaniyasına 

məruz qoyulmuşdur. 

•  Vəkillər Kollegiyasının daha bir üzvü Aslan İsmayılova guya hüquqşünasların etik davranış 

kodeksini pozuğunda görə xəbərdarlıq edilmişdir.  



31

Müəllif: Nathalie Losekoot, ARTİCLE 19-un Avropa üzrə baş proqram 

əməkdaşı 

Azərbaycanda məlumat azadlığı ilə bağlı hazırkı vəziyyəti Media Hüquqları İnstitutunun direktoru 

Rəşid Hacılıdan sitat gətirməklə təsvir etmək olar: “Məlumat əldə etmək hüququ haqqında qa-

nun qəbul ediləndə bizim böyük ümidlərimiz vardı. Lakin o gündən altı il keçsə də, gözlədiyimizi  

- hökumətimizi hesab verməyə vadar edən, medianın ictimai maraq doğuran məsələləri 

işıqlandırmasına və fərdi vətəndaşların məlumatlı qərarlar qəbul etməsinə kömək edəcək vasitəni 

hələ əldə edə bilməmişik”

[1]




Beynəlxalq çərçivə 

Məlumat azadlığı hüququ İnsan Hüquqları üzrə Universal Bəyannamənin 19-cu Maddəsi və 

Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt da daxil olmaqla çoxsaylı insan hüquqları 

instrumentlərində irəli sürülmüşdür: “Hər bir şəxs ifadə azadlığı hüququna malikdir; bu hüquqa 

dövlət sərhədlərindən asılı olmayaraq bütün növ məlumatları istənilən vasitələrlə axtarmaq, əldə 

etmək və yaymaq azadlığı daxildir.”

İctimai qurumlara məxsus məlumatlara çatım üzrə fundamental hüquqla

[2]


 bağlı getdikcə ar-

tan beynəlxalq konsensus regional standartların və bütün dünyada bu hüququ əhatə edən 

qanunların sayının artmasında özünü göstərir. Misal üçün, 2009-cu ilin aprel ayında AİHM AİHK-

nın 10-cu Maddəsinin “məlumat əldə etmək azadlığına” təminat verməsini şərtləndirmişdir. TASZ 

Macarıstana qarşı

[3]


 məhkəmə işində AİHM media və QHT-lər də daxil olmaqla digər müstəqil 

müşahidəçi tərəflərin “ictimai debat üçün forumların” yaradılmasında oynadığı rolun əhəmiyyətini 

qeyd etmiş və bu cür qrupların ictimai maraq doğuran məlumatları əldə etmə qabiliyyətinə hər 

hansı müdaxilənin “hərtərəfli şəkildə araşdırılmalı olduğunu” vurğulamışdır

[4]

. AİHM, həmçinin 



hökumətlərin ictimaiyyət üçün maraqlı məsələlərlə bağlı “məlumat axınına maneə yaratmamaq” 

haqqında öhdəliklərinin olduğunu xatırlatmışdır

[5]

.  


Məlumat azadlığına hörmətlə yanaşmaqla bağlı beynəlxalq hüquq çərçivəsində götürmüş olduğu 

öhdəliklərinə uyğun olaraq Azərbaycan 2005-ci ildə “Məlumat əldə etmək hüququ haqqında” Qa-

nun vasitəsilə xüsusi hüquqi çərçivə irəli sürən hüquqi sənəd qəbul etmişdir

[6]


. Həm beynəlxalq, 

həm də yerli təşkilatlar bu qanunun qəbul edilməsini Azərbaycanda məlumat azadlığını hər kəs 

üçün reallığa çevirmək istiqamətində atılmış ilk mühüm addım kimi yüksək qiymətləndirmişdir. 

Lakin qanunun istisnaların geniş dairəsini müəyyən etməsi, qanun pozuntularına görə sank-

siyalar qoymaması, bu qanunla digər qanunvericilik arasında aydın olmayan əlaqələr, o eləcə 

də hərtərəfli strategiya və fəaliyyət planının olmaması kimi hallar daxil olmaqla bəzi narazılıqlar 

yaranmışdır. 

[1]   ARTICLE 19—un Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı ilə müsahibəsi, 15 mart 2012-ci il  

[2]   Fikir və ifadə azadlıqlarının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçinin hesabatı – Əlavə, Onillik 

üzrə birgə bəyanat: növbəti onillikdə ifadə azadlığı üçün on əsas çətinliklər *, 25 mart 2010-cu il http://

www2.ohchr.org/english/bodies/hrcouncil/docs/14session/A.HRC.14.23.Add.2_en.pdf

[3]   Társaság a Szabadságjogokért v. Hungary, Ərizə no. 37374/05, 14 aprel 2009-cu il tarixli qərar. 

[4]   Ibid., para 26 ve 27

[5]   Ibid., para 36

[6]   30 sentyabr 2005-ci ildə Azərbaycan parlamenti tərəfindən qəbul edilmiş və 19 dekabr 2005-

ci ildə prezident tərəfindən imzalanmış Məlumat əldə etmək hüququ haqqında Qanun 



 

7. Məlumat azadlığı: fundamental hüquq


Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə