Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

24

24

“Bu insident jurnalistlərin qorxmadan öz peşəkar vəzifələrini yerinə yetirmələri üçün daha yaxşı 



müdafiə olunmalı olduqlarını bir daha diqqət mərkəzinə gətirir. İctimai asayişi bərqərar edərkən 

polis də jurnalistlərə qarşı hücumların olmamasını və onların ictimai hadisələri təhlükəsiz şəkildə 

işıqlandırmalarını təmin etməlidir”

[13]


.

2011-ci ilin mart və aprel aylarında Yaxın Şərq və Şimali Afrika dövlətlərində geniş vüsət alan xalq 

üsyanlarından ilhamlanaraq silsilə dinc nümayişlər keçirmək üçün yüzlərlə azərbaycanlı küçələrə 

çıxmışdır. Aksiyalar gənclər hərəkatları və müxalif siyasi partiyalar da daxil olmaqla müxtəlif 

qruplar tərəfindən təşkil olunmuşdur. Cavab olaraq hakim strukturlar etirazçıları dağıtmaq 

üçün hədsiz güc tətbiq etmiş, yüzlərlə nümayişçini həbs etmiş, o cümlədən qabaqlayıcı tədbir 

olaraq çox sayda siyasi fəalı saxlamışdır

[14]


. Beynəlxalq Amnistiya Təşkilatının “dinc aksiyanın 

kriminallaşdırılması” adlandırdığı narahatlıq doğuran yeni addımında hökumət, etiraz aksiyalarını 

təşkil etmək və ya onlarda iştirak etmək ittihamları ilə 14 siyasi fəal haqqında cinayət təqibi 

başlatmışdır

[15]

.

Haqlarında cinayət təqibi başladılmış fəallardan on biri 2011-ci ilin mart və aprel aylarındakı 



aksiyalarda həbs olunduqdan sonra hələ də həbsxanadadır: Tural Abbaslı, Arif Alışlı, Zülfüqar Ey-

vazov, Ülvi Quliyev, Arif Hacılı, Rüfət Hacıbəyli, Şahin Həsənli, Babək Həsənov, Sahib Kərimov, 

Elnur Məcidli, Məhəmməd Məcidli və Əhəd Məmmədli

[16]


. Aksiyalarda saxlandıqdan sonra həbs 

edilmiş digər iki fəalı bu yaxınlarda azadlığa buraxılmışdır; Elşən Həsənli 2012-ci il 22 fevral 

tarixində erkən azadlığa buraxılmış,

[17]


 Elnur İsrafilov isə 2012-ci il 15 mart tarixində preziden-

tin əhv fərmanı ilə azad edilmişdir

[18]

. İnsan hüquqları müdafiəçisi Vidadi İsgəndərov da etiraz 



aksiyalarında iştirak etdiyi üçün saxlanmış, lakin bunun əvəzinə 2010-cu ilin noyabr seçkilərinə 

müdaxilə etmək ittihamı ilə mühakimə olunmuşdur

[19]

.

Bloqçu və vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə 



təqsirli bilindiyi iki illik cəza müddətini çəkməkdədir. Onun Facebook vasitəsilə 2011-ci lin mart 

aksiyalarından birinin təşkil olunmasındakı roluna görə hədəf alındığı məlumdur

[20]

. Həmin 


aksiyanı Facebook vasitəsilə təşkil edənlərdən digəri, Strasburqda yaşayan bloqçu Elnur Məcidli 

hakimiyyəti zorakı yollarla devirməyə çağırmaqda ittiham olunmuş və onun 12 ilədək həbsi 

istənmişdir. Bu ittihamlar daha sonra geri çəkilsə də, Məcidli hələ də ictimai həyatda iştirak etmək 

hüququnun məhdudlaşdırılması ilə üzləşir

[21]

. Narkotik vasitə saxlama kimi qondarma ittihamla 



11 aylıq həbs cəzası çəkmiş və 2011-ci ilin dekabrında prezidentin əfv fərmanı ilə erkən azadlığa 

[13]   http://www.osce.org/fom/88652

[14]  http://www.amnesty.org/en/library/asset/EUR55/011/2011/en/831dedec-1c7a-

47a3-99ec-f59d1c2f3a19/eur550112011en.pdf, sah 17-21

[15]   Ibid, sah 27-29

[16]   Ibid, sah 26-32

[17]   http://www.rferl.org/content/azerbaijani_opposition_activist_released_early_from_jail/24492862.html

[18]   http://www.contact.az/docs/2012/Politics/03153135en.htm

[19]   Bax: 4-cü Fəsil, “İfadə azadlığını boğmaq üçün qanundan siyasi məqsədlərdə istifadə”

[20]   Bax: 4-cü Fəsil, “İfadə azadlığını boğmaq üçün qanundan siyasi məqsədlərdə istifadə”

[21]   http://www.indexoncensorship.org/2011/04/azerbaijans-facebook-dissident/



25

buraxılmış siyasi fəal Cabbar Savalanlı da Facebook vasitəsilə xalqı etiraz etməyə çağırdığı üçün 

hədəfə çevrilmişdir

[22]


.

2010-cu ilin parlament seçkilərində toplaşma azadlığı 

Azərbaycanda seçkilər zamanı ölkədə baş verən insan hüquqları, xüsusilə də ifadə və toplaşma 

azadlıqları ilə bağlı bir çox problemləri beynəlxalq miqyasda işıqlandırmaq üçün imkan yaranır. 

ABTQ-nin Azərbaycana birgə missiyasından sadəcə iki ay sonra, 2010-cu ilin noyabrında 

ölkədə demokratik seçkilərə dair beynəlxalq standartlara cavab verməmiş parlament seçkiləri 

keçirilmişdir. 

ATƏT/DTİHB-in Seçkiləri Müşahidə Missiyasının Yekun Hesabatına əsasən, 2010-cu ilin 

seçkilərində “Fundamental dinc toplaşma və ifadə azadlıqları məhdudlaşdırılmış, azad və 

müstəqil media vasitəsilə həyata keçirilən canlı siyasi dialoq mümkün olmamışdır”

[23]


. Hesa-

batda bildirilir ki, seçkilərdən qabaq “heç bir geniş ictimai görüşlər və ya təşviqat kampaniyaları 

aparılmamışdır.” Yerli hakimiyyət orqanları namizədlərin kiçik kampaniya görüşləri keçirməsi 

üçün xüsusi yerlər ayırmağına baxmayaraq, hesabatda ATƏT müşahidəçilərinə “rəsmi qaydada 

ayrılmış yerlər də daxil olmaqla namizədlərin kampaniya fəaliyyətlərinə polis və yerli hakimiyyət 

tərəfindən maneələrin yaradılması haqqında məlumatlar verildiyi” qeyd olunur

[24]



[22]   http://www.irfs.az/content/view/7961/28/lang,eng/



[23]   http://www.osce.org/odihr/elections/azerbaijan/75073, sah 1

[24]   Ibid, sah 11




26

26

 



Müəllif: İnsan Hüquqları Evi Fondu  

Azərbaycanın hökumət orqanları birləşmə hüququnun Azərbaycan Respublikası üçün 

başlıca dəyərlərdən olduğunu dəfələrlə təsdiq etmişlər. BMT İnsan Hüquqları Şurasına sonda 

uğursuzluqla nəticələnən namizədliyi zamanı Azərbaycan bildirmişdir ki, “qanunun aliliyinin, 

demokratiya, insan hüquqları və fundamental azadlıqların müdafiəsi milli inkişafın başlıca 

prinsipləridir.” İnsan hüquqları müvəkkillərinin və onların təşkilatlarının işi bu prinsiplərin 

müdafiəsində həlledici rola malikdir. 

Ötən bir neçə il ərzində Azərbaycan hökuməti bu müvəkkillərin susdurulması, həm milli, həm 

də beynəlxalq insan hüquqları təşkilatlarının bağlanması istiqamətində mərhələli kompaniya ilə 

məşğul olmuşdur.



QHT-lər qarşısında qanunvericilik əngəlləri 

2009-cu ildə Azərbaycan Milli Məclisi QHT-lər haqqında qanuna yeni düzəlişlər etdi, 2011-ci 

ilin mart ayında isə bunu beynəlxalq QHT-lərin qeydiyyatı üçün yeni tələblər müəyyən edən 

dövlət sərəncamı izlədi. İndi ölkədə fəaliyyət göstərmək üçün icazə almaq istəyən beynəlxalq 

QHT-lərdən Azərbaycan hökuməti ilə başqa aspektlərlə yanaşı QHT-lərin milli mənəvi dəyərlərə 

hörmətlə yanaşmasına, siyasi və dini təşviqatla məşğul olmadığına təminat verəcək razılığa 

gəlmək tələb edilir. 

Azərbaycan qanunvericiliyinə əsasən, bildirilən qanun pozuntularının bil il ərzində aradan 

qaldırılmasını tələb edən iki xəbərdarlıq almış təşkilat bağlana bilər. Bu müddəa heç bir ayrı-

seçkiliyə yol verilmədən, qanun pozuntusunun və nəticələrinin ciddiliyindən asılı olmayaraq tətbiq 

edilir. 

“Milli mənəvi dəyər” və “siyasi, yaxud dini təşviqat”ın tərifləri müəyyən edilmədiyindən, 19 oktyabr 

2011-ci ildə Hüquq Vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası) 

qaydaları qeyri-müəyyən olduğuna görə tənqid etmişdir. Bundan əlavə, Venesiya Komissiyası 

danışıqların müddətinin müəyyən edilməməsini tənqid etmiş və yeni qaydalara beynəlxalq 

standartların pozulması kimi istinad etmişdir

[1]



QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri millət vəkili Azay Quliyev bu yaxınlarda yazır: “İnanıram 



ki, QHT-lərin səmərəli fəaliyyəti naminə və bu sahədə qalmaqda olan bütün problemlərin aradan 

qaldırılması üçün qanunvericilik çərçivəsinin təkmilləşdirilməsi, yeni və zəruri qanunların qəbulu 

prosesi gələcəkdə də davam edəcək”

[2]




QHT-lərin bağlanması və QHT-lərə qarşı təhdidlər

Azərbaycan İnsan Hüquqları Evinin bağlanması Azərbaycanda insan hüquqları təşkilatlarının 

üzləşdiyi çətinliklərə işıq saldı

[3]


.  

[1]   “Venesiya Komissiyasının Azərbaycanın QHT-lər haqqında Qanunu barədə tənqidi”: http://humanrightshouse.org/Articles/17215.html

[2]   Azay Quliyev, sitat gətirilən əsər., səh. 97.

[3]   Bax: http://humanrightshouse.org/Azerbaijan



6. Birləşmə azadlığı: QHT-lərə, insan 

hüquqları müdafiəçilərinə və vəkillərə 

təzyiqlər


Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə