Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   2   3   4   5   6   7   8   9   ...   18

16

16

həmkarları jurnalist Həkimeldostu Mehdiyevin (RATİ) Cəlilkənddə yerləşən evinə təşkil edilən 



polis reydini işıqlandırmağa çalışarkən polis əməkdaşı və onu müşayiət edən mülki geyimli 

şəxs tərəfindən zorakı hücuma məruz qalmışdır. 

•  İlqar Nəsibov və Məlahət Nəsibovaya (Turan) 2011-ci il 27 iyul tarixində Babək rayonunda 

polis məntəqəsinin ətrafında yerli vəzifəli şəxslər tərəfindən hücum edilmişdir. Naxçıvanda 

öncül insan hüquqları fəalı olan Nəsibova da 2011-ci il avqust ayının sonlarında təcridxanada 

ölmüş yerli sakin Turac Zeynalovun ölümünü araşdırdıqdan sonra Milli Təhlükəsizlik Nazirliyi 

[8]

, tərəfindən dindirilməyə çağırılmış və ölümlə hədələmə halları daxil olmaqla bütün növ 



təzyiqlərə məruz qalmışdır 

•  Yafəz Həsənov (Azad Avropa/Azadlıq Radiosu) 2011-ci il 31 avqust günü Turac Zeynalovun 

ölümünü araşdırmaq məqsədilə Naxçıvana getdiyi zaman üç nəfər naməlum şəxs tərəfindən 

oğurlanmışdır. Onu oğurlayanlar başına gələnləri unutmasını söyləmiş, onu İran sərhədinə 

aparmış və İran vasitəsilə Bakıya qayıtmasını, gələn ay da Naxçıvana ayaq basarsa, “bunun 

ona baha başa gələcəyini” bildirmişlər. Onlar mülki geyimdə olsalar da, adətən, hökumətin 

təhlükəsizlik əməkdaşlarının istifadə etdiyi maşın sürürlərmiş. Onu İran ərazisindən 

qayıtmağa vadar etmək təhlükə ilə üzbəüz qoyurdu, belə ki RFE/RL İran hökuməti tərəfindən 

“qeyri-qanuni təşkilat” olaraq bəyan edilmişdir.

[8]  http://en.rsf.org/azerbaidjan-stepping-up-harassment-of-media-06-09-2011,40927.html




17

Müəllif: Rebecca Vincent, ARTİCLE 19-un IPGA layihə koordinatoru 



defamasiya 

Defamasiya üzrə hüquqi müddəalar Azərbaycanda ifadə azadlığı üçün maneə təşkil etməkdə 

davam edir. Azərbaycan Respublikasında insan hüquqları və azadlıqlarının səmərəliliyini 

artırmaq üçün Milli Fəaliyyət Proqramında 2012-ci ildə defamasiyanı dekriminallaşdıracaq yeni 

defamasiya haqqında qanunun qəbul edilməsi ilə bağlı planlar olsa da, hazırda defamasiya 

Azərbaycanda cinayət əməli olaraq qalmaqdadır

[1]

.  


 

Defamasiyaya görə cinayət məsuliyyəti ilə bağlı müddəalar artıq əvvəlki illərdəki qədər tez-

tez həbs cəzası ilə nəticələnməsə də, hələ də tətbiq olunmaqdadır. Bakıda yerləşən Media 

Hüquqları İnstitutundan (MHİ) verilən məlumata əsasən, 2011-ci ildə defamasiya halları 

ilə əlaqədar səkkiz jurnalist cinayət təqibinə məruz qalmışdır

[2]


. Bu müddəaların hələ də 

mövcud olması, xüsusilə də ölkədə özünüsenzuranın geniş yayılmasına təkan verməkdə 

ifadə azadlığına ciddi şəkildə mənfi təsir göstərməkdə davam edir. AŞ-nin İnsan Hüquqları 

Komissarı Thomas Hammarberg və ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja 

Mijatović də daxil olmaqla beynəlxalq ekspertlər uzun illərdir Azərbaycanda defamasiyanın 

dekriminallaşdırılmasını tələb edirlər

[3]



Mülki defamasiya ilə bağlı müddəalardan tez-tez, çox vaxt isə müstəqil və müxalifyönlü 



media qurumlarının fəaliyyətini iflic etmək üçün sui-istifadə olunur. MHİ-dən verilən məlumata 

görə, 2011-ci ildə mülki defamasiya müddəaları ilə bağlı 70-dən çox məhkəmə qərarı və 

ümumi dəyəri 46,200 ABŞ dollarından çox olan (əvvəli illərdən daha çox) təzminat ödəmə 

haqqında məhkəmə qərarlarıyla nəticələnmiş ümumilikdə 32 hadisə qeydə alınmışdır. MHİ-

dən bildirilmişdir ki, “Yeni Müsavat” və “Xural” qəzetləri bu hadisələrin əsas hədəfləri olmuşdur. 

Şikayətçilər sırasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, prezidentin 

əmisi, millət vəkili Cəlal Əliyev və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 

Fondunun İcraçı direktoru Vüqar Səfərli də  olmuşdur

[4]



Tənqidi susdurmaq üçün digər qanunlardan siyasi məqsədlərdə istifadə



 

İfadə azadlığı üçün daha böyük maneə digər qanunların siyasi məqsədlərlə sui-istifadəsi 

nəticəsində yaranır. AŞ-nin İnsan Hüquqları Komissarı Thomas Hammarbergin 2011-ci ilin 

sentyabrında Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müşahidələrində qeyd etdiyi 

kimi, 2010-cu ilin martında ölkəyə səfərindən sonra Azərbaycanın hakim strukturları üçün 

tövsiyələrindən biri “jurnalistlərin və tənqidi fikir ifadə edən digər şəxslərin ədalətsiz və ya 

selektiv cinayət təqibi hallarına son vermək olmuşdur. Lakin bu müraciət, açıq-aşkar, vəziyyəti 

yaxşılaşdırmamışdır. Hammarberg hökumətə “ifadə etdikləri fikir və görüşlərə görə həbs 

olunmuş bütün məhbusları dərhal azad etmək” çağırışını təkrar etmişdir

[5]


[1]   http://www.azertag.com/node/900204

[2]   http://www.mediarights.az/index.php?lngs=aze&id=358

[3]   https://wcd.coe.int/ViewDoc.jsp?id=1839497 and http://www.osce.org/baku/77483

[4]   http://www.mediarights.az/index.php?lngs=aze&id=358

[5]   https://wcd.coe.int/ViewDoc.jsp?id=1839497



4. İfadə azadlığını boğmaq üçün qanundan 

siyasi məqsədlərdə istifadə


18

Həqiqətən də, ötən bir neçə il ərzində tənqid səslərini boğmaq üçün ifadə azadlığı ilə heç bir 

aydın əlaqəsi olmayan ittihamlardan istifadə etmək ənənəsi meydana gəlmişdir. Bu ittihamlara 

xuliqanlıq, narkotik vasitələri saxlama, hərbi xidmətdən yayınma, terrorçuluğa dəstək, nifrət 

oyatma, rüşvət alma və vergilərdən yayınma daxildir. Nəticədə, hal-hazırda Azərbaycanda 

ifadə azadlığı hüququnu icra etdiyi üçün 20-dən çox şəxs saxlanılır və ya  məhkumluq həyatı 

yaşayır ki, bunların 11-i 2011-ci ilin mart və aprel aylarında Bakıda baş qaldırmış demokratiya 

tərəfdarlarının silsilə nümayişlərdə iştirak etdiklərinə görə saxlandıqdan sonra hələ də həbsdə 

qalan siyasi fəallardır

[6]


.  

islamazeri.com internet saytının baş redaktoru Ramin Bayramov qeyri-qanuni olaraq silah və 

narkotik maddə saxladığı ittihamları ilə 2011-ci ilin 11 avqustunda həbs, 2012-ci ilin martında 

məhkum olunduqdan sonra bir il yarımlıq həbs cəzasını çəkməkdədir. Bayramovun vəkili 

narkotik vasitə və silahların tələ olduğunu iddia edir

[7]


. Milli Təhlükəsizlik Nazirliyi və Baş 

Prokurorluqdan verilən məlumata görə isə Bayramov və onunla eyni gündə həbs olunmuş 

iki islam fəalı Azərbaycana qarşı yönəlmiş düşmən fəaliyyətlərində iştirak etməkdə şübhəli 

bilinirlər

[8]



“Xural” qəzetinin Lənkəran üzrə regional müxbiri Aydın Canıyev xuliqanlıq ittihamı ilə 2011-ci 



ilin sentyabrında həbs olunaraq 2011-ci ilin noyabrında məhkum olunduqdan sonra üç illik həbs 

cəzası çəkməkdədir. İttihamlar yerli dini icmanın üzvlərinin Canıyevin məscidin pəncərələrini 

sındıraraq məscid əməkdaşlarını təhqir etdiyini iddia etdiyi şikayət ərizəsinə əsaslanır

[9]


İnsan hüquqları müdafiəçisi Vidadi İsgəndərov 2010-cu ilin noyabrında keçirilmiş parlament 

seçkilərinə müdaxilə etmək ittihamı ilə 2011-ci ilin aprel ayında həbs olunaraq həmin ilin avqust 

ayında mühakimə olunduqdan sonra üç illik həbs cəzasını çəkməkdədir. İsgəndərov həbs 

olunduqdan sonra, qeyd edilən cinayətlərin baş verməsindən altı ay sonra 2011-ci ilin aprelində 

baş vermiş demokratiya tərəfdarlarının nümayişlərində iştirak etdiyinə görə ittiham edilmişdir. 

Bundan əvvəl o, 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkilərini saxta adlandıraraq 

tənqid etmişdir

[10]



Bloqçu və vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə 



2011-ci ilin martından həbs olunaraq həmin ilin may ayında mühakimə edildikdən sonra iki 

illik həbs cəzası çəkməkdədir. 2010-cu ilin noyabr parlament seçkilərində müstəqil şəkildə 

namizədliyini irəli sürmüş Hacıyev Facebook sosial şəbəkəsində demokratiya tərəfdarlarının 

etiraz aksiyasının təşkilatçılarından biri kimi göstərildikdən sonra həbs olunmuşdur. AŞ-nin 

İnsan Hüquqları Komissarı Thomas Hammarbergin qeyd etdiyi kimi, “Həbs olunmasının və 

ona qarşı ittiham irəli sürülməsinin vaxtı Hökumətə qarşı yönəlmiş fəaliyyətlərini dayandırmaq 

[6]   Bax: 6-cı Fəsil, “İfadə və dinc toplaşma azadlıqları: qarşılıqlı güclənən, qarşılıqlı məhdud”

[7]   http://www.irfs.az/content/view/7195/28/lang,eng/

[8]   http://www.irfs.az/content/view/7201/28/lang,eng/

[9]   http://www.irfs.az/content/view/7756/lang,az/

[10]   http://www.irfs.az/content/view/7279/lang,eng/



Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə