Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   2   3   4   5   6   7   8   9   ...   18

9

lisenziyaları əllərindən alınmış vəkillərin hüquqlarını bərpa etmək də daxil olmaqla, QHT-lər, 

insan hüquqları müdafiəçiləri və vəkillərə təzyiqləri və onların işlərinə müdaxilələri dayandırmaq;

Məlumat azadlığı:

Qanunvericilik çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən məlumat sahibi 

kimi öz maliyyə məlumatlarını ictimaiyyətə bildirməsini tələb etmək də daxil olmaqla “Məlumat əldə 

etmək hüququ haqqında” Qanunu daha səmərəli şəkildə həyata keçirmək;



İnternetdə ifadə azadlığı:

•  Etiraz aksiyalarının təşkilində iştirak edən sosial media istifadəçilərini hədəf alan tədbirlərin 

dayandırılması da daxil olmaqla, internetdə ifadə azadlığına hörmət və onu müdafiə etmək;

•  İnternet infrastrukturuna investisiya qoymaq və bütövlükdə ölkə ərazisində universal, münasib 

tarifli və yüksək sürətli internetə çıxışın təmin edilməsi üçün çalışmaq;

Mediaya dövlət nəzarəti:

•  BBC, Amerikanın Səsi və Azad Avropa/Azadlıq Radioları da daxil olmaqla xarici yayım 

qurumlarının milli tezliklərdə yayınlanmasının qarşısını alan qadağanı aradan qaldırmaq;

•  Beynəlxalq standartlara uyğun və lisenziyaların verilməsi üçün şəffaf prosedurlara malik, 

müstəqil yayım tənzimləyici orqan yaratmaq;

•  İctimaiyyətin marağında olan və hökümətin maraqlarını təmsil etməyən, əsas diqqəti Bakıdan 

kənar rayonlara yönələn ictimai yayım xidmətinin inkişafını təşviq etmək;

•  Dövlət reklamının ədalətli, obyektiv və şəffaf bölgüsü üçün şərait yaratmaq; və

•  Redaksiya müstəqilliyi və redaksiya nizamnamələrinə dair təlimatlar, özünütənzimləyən 

instrumentlər, plüralist və struktur media sahibkarlığı və iş şərtləri də daxil olmaqla uzunmüddətli 

media islahatı strategiyası hazırlamaq üçün beynəlxalq standartlara uyğun müstəqil işçi qrupu 

yaratmaq.

Bununla yanaşı, ABTQ beynəlxalq ictimaiyyəti, xüsusi ilə də Azərbaycanla mühüm iqtisadi, 

sosial və siyasi əlaqələri olan dövlətləri regional və beynəlxalq səviyyədə, ikitərəfli kontekstdə 

hər münasib fürsətdə Azərbaycanı ifadə azadlığı ilə bağlı götürdüyü öhdəliklərə görə cavabdeh 

tutmağa çağırır. Müvafiq olaraq 2012-ci lin may və noyabr aylarında Bakıda keçiriləcək Avroviziya 

Mahnı Müsabiqəsi və İnternet İdarəçiliyi Forumu bu cür əməkdaşlıq üçün əla fürsət olacaq.

ABTQ həmçinin bu sahədə qeyri-dövlət tərəflərinin, xüsusilə də Azərbaycanda əhəmiyyətli biznes 

maraqları olan fərdi şəxs və şirkətlərin, ölkədə geniş pərəstişkar kütlələrinə malik müğənni, aktyor 

və digər məşhur şəxslərin oynaya biləcəyi rolun əhəmiyyətini qeyd edir.




10

10

2010-cu ilin sentyabr ayında Azərbaycanda ifadə azadlığının təşviqi və müdafiəsi sahəsində 



fəaliyyət göstərən beynəlxalq təşkilatlar koalisiyası - Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq 

Qrupu (ABTQ) ölkəyə ifadə azadlığına dair birgə missiya təşkil etmişdi. Missiyanın nəticələri və 

tövsiyələri İfadə 

Azadlığına Hücum: Azərbaycanın Pisləşən Media Mühiti

[1]

. adlı hesabatda dərc 



olundu. Missiyadan sonra Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyət daha da pisləşmişdir. Bu 

hesabatda 2010-cu ilin sentyabrından 2012-ci ilin mart ayınadək ABTQ üçün narahatlıq doğuran 

əsas sahələrlə bağlı yeniliklər verilib.

Azərbaycanda ifadə azadlığı ilə bağlı hazırkı vəziyyət ciddi narahatlığa əsas verir. Jurnalistlər, 

bloqçular, siyasi və vətəndaş cəmiyyətinin fəalları, insan hüquqları müdafiəçiləri hakimiyyət 

tərəfindən getdikcə daha çox təzyiq, hücum və müdaxiləyə məruz qalır. Jurnalistlərə qarşı zorakı 

hücumlar davam etmiş, 2011-ci ilin noyabrında yazıçı-jurnalist Rafiq Tağının öldürülməsi isə bu 

hücumların davamlı olaraq cəzasız qalması faktını bir daha diqqət mərkəzinə çıxarmışdır. Bu 

cür halları açıq-aşkar lazımı şəkildə araşdıra və təqsirkarları təqib edə bilməməsinə baxmayaraq 

hakimiyyət müxtəlif hüquqi bəhanələrlə tənqidçi jurnalistləri, bloqçu və fəalları  həbs etməkdə 

davam edir. İfadə azadlığı hüququnu icra etdikləri üçün həbs olunmuşların sıraları gündən-günə 

artdığı bir müddətdə səslənən tənqidləri susdurmaq üçün zorakılığa əl atanlar hələ də cəzasız 

qalmaqdadır.

Bu qanun pozuntularının artması nəticəsində ötən il yüzlərlə Azərbaycanlı hökumətin siyasi və 

sosial siyasətlərinə qarşı etiraz səsini yüksəltmək üçün küçələrə çıxmışdır. Polis bu nümayişləri 

dağıtmaq üçün hədsiz güc tətbiq etmiş, yüzlərlə etirazçı həbs olunmuşdur. Onların çoxuna 

adekvat olmayan inzibati cəzalar kəsilmişdir. Aksiyaların təşkilində iştirak etmiş şəxslərə 

daha sərt dərslər verilmişdir. Onlar etiraz nümayişləri və ya digər - hərbi xidmətdən yayınma 

və ya seçkilərə müdaxilə etmə kimi əlaqəsiz, lakin siyasi motivli ittihamlarla təqsirli bilinərək 

həbs edilmişdir. Bu şəxslərin müdafiəsində iştirak edən QHT-lər, insan hüquqları müdafiəçiləri 

və vəkillər özləri də həmin vaxtdan hədəfə çevrilmişlər. Hakimiyyəti törədilən əməllərə görə 

cavabdeh hesab etdikləri üçün onların ofisləri bağlanmış, işlərini itirmiş və ya digər təzyiq 

formaları ilə üzləşmişlər.

Bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan iki mühüm beynəlxalq tədbir (2012-ci ilin 22, 

24 və 26 may tarixlərində baş tutacaq Avroviziya Mahnı Müsabiqəsi və 2012-ci ilin 6-9 noyabr 

tarixində Bakıda keçiriləcək İnternet İdarəçiliyi Forumu) səbəbindən bu narahatlıqlar hazırda 

xüsusi beynəlxalq əhəmiyyət daşıyır. Bu tədbirləri, xüsusilə də Avroviziya müsabiqəsini nəzərə 

alaraq, Azərbaycan hökuməti beynəlxalq arenada Azərbaycanın müsbət imicini təbliğ etmək 

üçün böyük səylə çalışır. Lakin ölkə daxilində hökumət, ifadə azadlığı və digər əsas azadlıqları 

məhdudlaşdırmağa davam edir. Bu hesabatın əsas məqsədi bu tədbirlər öncəsi və daha uzun 

müddət ərzində müsbət dəyişikliklərin sırasını genişləndirmək məqsədilə bu narahatlıq doğuran 

məsələləri Azərbaycan hökuməti ilə beynəlxalq əməkdaşlıq üçün münasib bir zamanda işıq 

üzünə çıxarmaqdır.

[1]  http://www.article19.org/data/files/pdfs/publications/free-expression-under-attack.pdf



1. Giriş


Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə