Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   ...   10   11   12   13   14   15   16   17   18

41

Azərbaycan iqtisadiyyatı əsasən dövlət tərəfindən idarə olunan qurumlardan ibarətdir. Belə olan bir 

şəraitdə, media üçün reklam bazarında mövcud olan resurslar da hökumətə məxsusdur. 2008-ci ildə 

reklam xərclərinin 40 faizi bank sektoru, 25 faizi isə telekommunikasiya sektoru tərəfindən ödənilmişdir. 

Bu sektorlar da hökumətin nəzarətindədir

[10]


. Özəl mülkiyyətdə olan “Azercell” telekommunikasiya 

şirkəti müxalif qəzetlərdə reklam yerləşdirən müstəsna şirkətdir.  

Reklam bazarında təxminən 4.3 milyon AZN qəzet və internet səhifələrinin payına düşür. Yeni Müsa-

vat (ölkə üzrə gündəlik təxminən 10000 tirajla dərc olunan ən iri nəşr) kimi müxalif qəzetlər demək 

olar ki, reklam fəaliyyətindən hər hansı gəlir əldə etmir. Ən çox satılan 10 qəzet (abunə və pərakəndə) 

arasında yalnız dövlət mediası reklam gəlirlərindən pay əldə edir. Bu isə media planlaşdırmasının 

siyasi cəhətdən qərəzli olduğuna işarə edir.  

çap mətbuatının dövlət mülkiyyətində olması 

Ədliyyə Nazirliyində 4200-dən çox çap media qurumu və 50-dən çox xəbər agentliyi qeydiyyatdan 

keçmişdir. Əslində isə, təxminən 36 gündəlik, 100 həftəlik və 80-dən çox regional qəzet müntəzəm 

olaraq nəşr olunur. Səksən regional qəzet yerli icra hakimiyyətlərinin orqanları olaraq ayda bir neçə 

dəfə nəşr olunur. 30 qəzet müəyyən idarələr və ya sənaye qurumları tərəfindən dəstəklənir. 150 qəzet 

isə Bakı şəhərində fəaliyyət göstərməklə ölkə miqyasında fəaliyyət göstərir.  

Qəzetlərin 80 faizi dövlət mülkiyyətindədir.  Hökumət və dövlət qurumları, o cümlədən universitetlər, 

xəstəxanalar, məktəblər və digər dövlət qurumları həmin qəzetlərə icbari qaydada abunə edilir. Bu isə 

tirajın 80 faizini əhatə edir (orta hesabla 3000-6000). 

Beləliklə, yerdə qalan bir neçə müstəqil və ya müxalif qəzeti boğmaq məqsədi ilə dövlət, əhatə 

dairəsi və ya oxucu auditoriyası olmayan media vasitələri saxlayır. Müxalif qəzetlər arasında Müsa-

vat Partiyasına məxsus “Yeni Müsavat” qəzetini və Xalq Cəbhəsi Partiyasının “Azadlıq” qəzetini 

qeyd etmək olar. Populyar müstəqil qəzetlərdən olan “Zerkalo” və rusdilli “Exo” qəzetləri ciddi 

maliyyə çətinlikləri ilə üzləşirlər. Onlayn medianın get-gedə artan rəqabətliliyi və davam edən maliyyə 

böhranı 2009-cu ildən bəri tirajın 30 faiz aşağı düşməsinə səbəb olmuşdur. Tirajın aşağı düşməsinin 

səbəblərindən biri də satış şəbəkəsinin zəif inkişafı ilə bağlıdır

[11]

.

çap mətbuatının satışına maneçilik törədən faktorlar



Əhalinin 42 faizinin qəzet köşklərinə çıxışı mövcud deyil. Orta hesabla hər 11250 nəfərə bir pərakəndə 

qəzet köşkü düşür.  Paylaşdırmanın 70 faizi hökumətin nəzarətinə keçmişdir. Belə ki, regionlarda qəzet 

satışını Azərmətbuatyayım şirkəti, Bakı və Sumqayıt şəhərlərində isə Qasid şirkəti həyata keçirir.  Bu iki 

şirkət əsasən hökumət yönlü qəzetlərin satışı ilə məşğuldur

[12]

. Özəl paylaşdırma şirkəti olan Qayanın 



bütün köşkləri müsadirə olunmuşdur. 2005-ci ildə həmin köşklərin bərpası barədə verilmiş Prezident 

fərmanına baxmayaraq, bu köşklər hələ də bərpa olunmamışdır.  

[10]   AMM-nin direktorundan sitat, September 2011

[11]   Nəcəf Nəcəfov Maarifçilik və Xeyriyyə Fondu, 2012-ci il hesabatı

[12]   http://www.wan-press.org/pfreedom/articles.php?id=5168, WAN-IFRA 

Azərbaycana Mətbuat Azadlığı Missiyası, 22-24 sentyabr 2009-cu il.




42

Yeni, standartlaşdırılmış və bəzəkli köşklərin quraşdırılması ilə Bakıdakı köşklərin sayı daha da 

azaldılmışdır. Vətəndaşların qəzet və əsas qeyri-media satışlarına çıxışını məhdudlaşdırmaq məqsədi 

ilə həmin yeni köşklərin iş saatları da qısaldılmışdır. Müxalif və müstəqil qəzetlər satış həyata keçirmək 

üçün küçə satıcılarından asılı vəziyyətə düşmüşlər. Get-gedə artan maneələr satışın daha da aşağı 

düşməsi ilə nəticələnməkdədir. Məsələn, 10000 tirajla nəşr olunan “Yeni Müsavat” qəzeti 2012-ci ildə 

gündəlik satışının 1500 nüsxə aşağı düşdüyünü bildirmişdir.

dövlət tərəfindən ayrılan subsidiyalar hesabına loyallığın satın alınması

2005-ci ildən bəri media sahəsində dövlət subsidiyalarının verilməsinə başlanılmış, bu isə bazarın 

təhrif olunmasına təsir göstərmişdir. Belə ki, 30 qəzet ayrı-ayrılıqda təxminən 2000 AZN məbləğdə 

subsidiya alır. 2008-ci ildə 38 çap mətbuat vasitəsi ayrı-ayrılıqda 5000 AZN almışdır. 2009-cu ildə isə 

39 qəzet ayrı-ayrılıqda 10000 AZN almışdır.  

2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Yardımı Fondu yaradılmışdır. Fondun həmin il 

üzrə ayrılan büdcəsi 1.3 milyon, 2010-cu il üzrə büdcəsi isə 2 milyon AZN olmuşdur. Azərbaycan 

mətbuatının 135-ci ildönümü münasibəti ilə 2010-cu ilin iyul ayında jurnalistlərə iri məbləğdə pul 

mükafatları, medallar və hədiyyələr verilmişdir. Prezident tərəfindən verilən fərman əsasında jurnalistlər 

üçün yaşayış kompleksinin tikilməsi məqsədi ilə beş milyon AZN məbləğdə fond ayrılmışdır. Beləliklə 

də, öz evlərini saxlaya bilmək üçün jurnalistlərin şəxsi həyatına birbaşa təsirin mümkünlüyünə şərait 

yaranmışdır

[13]

.

2011-ci ildə Dövlət Fonduna 2.4 milyon AZN məbləğdə pul ayrılmışdır. Bu məbləğ hesabına hər bir 



mətbuat vasitəsinə cəmi 20000 AZN verilmişdir. Qəzetlər bu məbləği iki buraxılışdan ibarət olmaqla 

almışlar.  

Mətbuatın inkişafını maliyyə baxımından dəstəkləmək kimi pozitiv bir ideya olan bu təşəbbüs loyallığın 

satın alınması vasitəsinə çevrilmişdir. Ədalətli və açıq bazarın yaradılmasına kömək əvəzində dövlət 

fondları dövlət mediasının həyatda qalmasına xərclənmişdir.  

Özünü tənzimləmə funksiyasının nüfuzdan salınması 

2003-cü ildə yaradılan və özünü tənzimləmə qurumu kimi fəaliyyət göstərən Milli Mətbuat Şurası 

üzvlük əsasında fəaliyyət göstərir və Əxlaq Kodeksinin pozuntuları üzrə monitorinq həyata keçirir.  Bu 

qurum ötən il ərzində 100 media qurumunun “qara siyahısını” dərc etmişdir.  Həmin siyahıya daxil 

olan mətbuat vasitələri “vətəndaşlar və şirkətlərdən hədələmə yolu ilə pul əldə edən reket jurnalistlər” 

və korrupsiyaya uğramış mətbuat vasitələri kimi təsvir edilmişdir.  Mətbuat vasitələrinin belə əməlləri 

defamasiyanın cinayət məsuliyyəti yaratmasına əsas verən qanunun saxlanmasında hökumət 

tərəfindən istifadə edilən arqument ATƏT-in dəstəyi ilə defamasiyanın cinayət məsuliyyəti yaradan 

əməllər siyahısından çıxarılmasını təmin edən qanunun Parlamentdə qəbul olunmasına nail olmuşdur. 

Mövcud olduğu 9 il ərzində müstəqil mətbuatın zəifləməsi və üzvlərinin sayının azalması nəticəsində 

Milli Mətbuat Şurası öz təsirini itirmişdir.  2011-ci ildə Şura Əxlaq Kodeksinin pozuntusuna yol verən 

nəşrlərin dayandırılmasına imkan verən əlavə səlahiyyətlər əldə etməyə səy göstərmişdir. Şura 

sədrinin həm də Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (Nyu Yorkda yerləşən təşkilatla əlaqəsi 

[13]   http://fes.ge/images/Fes_Files/2011-Publ-AM/web_medialandscapes_eng.pdf



Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə