Qoz əhvalati a. Quliyevin eyniadlı hekayəsi əsasında



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix12.10.2018
ölçüsü0,91 Mb.
#73127
1   2   3   4   5   6   7   8

KAPITAN ADIGÖZƏLOV   - (Uğunur, bərkdən gülür, əlini onun çiyninə çırpır.) Məzən 

 

olsun, a kişi! Mən də deyirəm bu neyləyir. (Birdən səsinin tonunu dəyişir, 



 

amiranə.) Çıx get dedim sənə, işinin dalınca. Allahına şükür elə ki, cibindən 

 

heroin, tiryək tapmadıq. 



 

KIġI           - Bir şey ki məndə yoxdu, necə tapa bilərsən onu? 

 

KAPITAN ADIGÖZƏLOV   - Taparıq, taparıq. Nə istəsəm onu da taparam, qumbara, 

 

qrad, lap istəsəm  qırıcı samalyot da taparam. 



 

KIġI           - Mən də deyirəm, qonşunun başı xarab olub, lap düz deyirmiş ki . 

 

KAPITAN ADIGÖZƏLOV   - Nə qonşu-qonşu salmısan, a kişi. Cıx get dedim sənə. 

 

Məni cin atına  mindirmə. 



 

KIġI           - Cin atına sən mindirirsən məni. Pulumu ver. 

 

KAPITAN ADIGÖZƏLOV   - Nə pul, a kişi? 

 

KIġI           - Yediyin girdəkanların pulunu. 

 

KAPITAN ADIGÖZƏLOV   - Yenə dedi girdəkan! Qoz, qoz, bildin, qandın a kişi? 

 

KIġI           - Hə, yaxşı, qoy qoz olsun, onda yediyin qozumun pulunu ver. 

 

KAPITAN ADIGÖZƏLOV   - Əstəğfrullah... lənət şeytana. Heyif ki bu gün... Yaxşı, 

 

indi üstümdə pul  yoxdu,  axşamüstü gələrsən, verərəm sənin pulunu. 



 

KIġI           - Axşamüstü, yəni... saat neçədə? 

 

KAPITAN ADIGÖZƏLOV   - Altıda, yeddidə... (Elə bu vaxt gözü kənarda kiməsə 

 

sataşır, fit çalaraq qaçıb gedir, kənardan səsi eşidilir.) 

 

Vətəndaş, şübhəli şəxs kimi mənimlə getməlisən. Karobkadakı nədir, pamidor? 



 

 

 



 

                             



ÜÇÜNCÜ  FRAQMENT  

 

 



 

KIġI           - (Tamaşaçılara.) Birbaşa getdim bibioğlugilə.  Görüşdük, dərdləşdik. 

 

Başıma gələn əhvalatı  da danışdım. Axşamüstü hara gedəcəyimi deyib evdən 



 

çıxdım. Bibioğlu az qala dəli olub düşdü dalımca, məni yoldan qaytarmaq istədi. 



 

BIBIOĞLU    - Ağlını itirmisən, nədi? Səfehləmə! Polis yediyinin pulunu haçan verib ki, 

 

indi də verə. Şərliyib başına cəncəl açacaqlar. Sonrası da ki, böyük iş olub, nədi, 



 

elə vacibsə mən verərəm  sənə  o iki kilo qozun pulunu. 



 

KIġI           - Burda söhbət puldan getmir. Başa düş, ay bibioğlu, adama təsir edən  

 

 



 

 

 



 




 

odur ki, məni kəndçi,  maymaq  yerinə qoyub malımı yeyir, üstəlik özümü də ələ 

 

salır. Yəni məni kişi hesab etmir. Göstərəcəyəm ona kim olduğumu. Bir 



 

qəpiyindən də keçmərəm. 



 

BIBIOĞLU    -  Ay dayıoğlu, gəl Allaha bax, peyğəmbərə bax, qayıt geri, ilin-günün bu 

 

vaxtında başımıza  iş  açma. Gedək evə, çoxdandı görüşmürük, oturaq bir 



 

əməlli-başlı, bir araq içək, dərdləşək. 



 

KIġI           -  Bibioğlu, sən qayıt evə, mən pulu alıb, həmin pula bir araq da alıb 

 

gəlirəm. Kişi söz verdi  ki, axşamüstü ödəyəcək borcunu. 



 

Bibioğlu baĢını bulayıb geri qayıdır. KiĢi yoluna davam edir. 

 

 



 

 

 

 

 

 

DÖRDÜ NCÜ FRAQMENT  

 

 



KIġI           - Nə isə, getdim metroya. Dedilər kapitan yoxdu, növbəsi qurtarıb gedib 

 

evinə. Ünvanını  öyrənib gəldim bura. Qapının zəngini basıram, cavab verən 



 

yoxdu. Amma içəridə, eşidirsiniz  necə musiqi səslənir.  

 

KiĢi ümidi üzülmiĢ halda çıxıb getmək istəyəndə qapı açılır. Kapitan 

Adıgözəlovun arvadı ev xalatında,  baĢı sarğılğ halda çıxır. 

 

KAPITAN ADIGÖZƏLOVUN ARVADI   - Ay dayı, ay dayı, sizə kim lazımdı? 



 

KIġI           - Bağışlayın, siz kapitanın arvadısınız, eləmi? 

 

KAPITAN ADIGÖZƏLOVUN ARVADI   - Bəli. Nə olub? Sizə nə lazımdı? (Evə tərəf 

 

boylanaraq.)  Ay oğul, o zəhrimarın səsini aşağı elə bir az, görək bu dayı nəyə 

 

gəlib? Off... başım  partlayır. (Əlilə başını tutur.) Buyurun, dayı. 



 

KIġI           - Məsələ belədi də... Əriniz yoxdu evdə? 

 

KAPITAN ADIGÖZƏLOVUN ARVADI   - Hələ işdən gəlməyib. Nə məsələdi? 

 

KIġI           - Vallah, deməyə də utanıram... əriniz mənim ... girdəkanımı... yəni 

 

qozumu yeyib. 



 

KAPITAN ADIGÖZƏLOVUN ARVADI   - Nəyinizi yeyib? (Çaşqınlıqla donub qalır.) 

 

KIġI           - Belə də, zadımı, şeyimi... qozumu. 

 

KAPITAN ADIGÖZƏLOVUN ARVADI   - Mən sizi düzmü eşitdim? Yəni mənim ərim 

 

sizin... nəyinizisə yeyib? 



 

 

 

 

 

 

 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə