148
ekrana ziyanlı təsiri. Bunun nəticəsində
təsvirin sezginliyi və
əksetdirmənin düzgün tonu kəskin şəkildə aşağı
düşür. Kinoekran
yanıqlarmın ziyanlı təsiri (kinoproyektordan gələn
dağınıq işıq və
tamaşaçı salonunun özündəki işıq inikasları)
kinofilmin gün işığında
göstərilməsi zamanı daha tez üzə çıxır. Təsvirin
ekrandakı parlaqlığı
nə qədər az olarsa, işıq yanıqlarınm ziyanh təsiri
bir o qədər artar.
EKRANLAŞDIRMA (filming/screening) -
ədəbi əsər (hekayə,
povest, roman, poema və s.) əsasında film
yaradılması. Ədəbi əsər-
lərin ekranlaşdırılması ilə kino sənətində yeni
janrlar (kinoroman,
kinopovest və s.) yaranmış, bu janrlar tədricən
müstəqil kino əsəri
növü kimi formalaşmışdır. Ədəbi əsərin
orijinalına ehtiyatla
yanaşma, onun bədii ideyası, üslubu və obrazlar
sistemini ekranda
canlandrrmaq E.-nm əsas prinsipidir.
EKRANLAŞDIRMAQ (make screen version) -
hər hansı bədii
əsəri, kino üçün yazılmayan pyesi və ya başqa bir
bədii əsəri kino
üçün, ekranda göstərmək üçün uyğunlaşdırmaq.
EKSPANDER, g e n i ş l ə n d i r i c i
(expander) - giriş siqnalının
149
amplitudası artdıqca veriliş əmsalı artan
səviyyələrin avtomatik
tənzimləyicisi (SAT).
EKSPERİMENT (experiment) - sınaq,
təcrübə. Hansısa
yaradıcılıq niyyətini qeyri-ənənəvi üsulla həyata
keçirmək.
EKSPERİMENTAL KİNO MƏRKƏZİ
(experimental cinema
center) - 1935 ildə Romada yaradılan dövlət
tədris müəssisəsi.
Aktyorlar, rejissorlar, ssenaristlər, operatorlar,
rəssamlar, kino
təşkilatçılan və s. mütəxəssislər hazırlayır. Təhsil
müddəti 2 ildir. Bu
təhsil ocağına yalnız seçdiyi ixtisas üzrə
müəyyən hazırlığı olan
şəxslər qəbul olunur. Hər bir şöbədə cəmi bir neçə
nəfər (o cümlədən
əcnəbilər) müdavim dərs keçir.
EKSPERT (expert) - müəyyən elm, sənət
sahəsinin bilicisi. Hər
hansı məsələyə münasibət bildirmək, onu şərh
etmək üçün verilişlərə
dəvət olunan yüksək səviyyəli mütəxəssis;
mürəkkəb və mübahisəli
hallarda ekspertiza üçün dəvət edilən mütəxəssis.
EKSPERTİZA (examination) - elm, texnika,
incəsənət və s.
sahələrdə xüsusi bilik tələb edən hər hansı
məsələnin ekspertin
150
köməyi ilə tədqiq olunması. E.-nm nəticəsi rəy
şəklində tərtib edilir.
E.-nın geniş yayılması ixtisaslaşmanın
dərinləşməsi, biliklərin
diferensiasiyası, optimal qərarlann qəbulu,
elmin ayn-ayn
sahələrinin inkişaf yollannın müəyyən edilməsi ilə
bağlıdır.
EKSPONOMETR (exponometer) - foto və kino
çəkilişində,
yaxud foto surətlərinin alınmasmda düzgün
ekspozisiyanı təmin
edən obyektivin işıqlanmasını və diafraqmasının
lazımi ölçüsünü
təmin edən aparat; teleistehsalatda kameranın və
yaxud yüklü rabitə
cihazının ötürücü borusunun işığahəssas səthinə
düşən təxmini işıq
miqdanm göstərən cihaz. Üç növ: o p t i k ,
f o t o e l e k t r i k və
c ə d v ə 1 (kalkulyator) E.-i mövcuddur. İş
prinsipi çəkilən obyektin
parlaqlığımn və ya işıqlandırılmasının
ölçülməsinə əsaslanan
fotoelektrik E.-dən daha geniş istifadə olunur.
Müasir foto və kino
aparatlarının E.-ləri onlann içərisində olur.
EKSPOZİMETR (exposimeter) - bax
Eksponometr.
EKSPOZİSİYA (exposition/exposure) - 1)
bədii əsərdə süjetin
151
tərkib hissəsi; təhkiyənin inkişafı üçün hazırlıq
olan bir hadisəni izah
edən epizod; 2) fotoşəkil çəkdikdə, yaxud
fotoşəkil çap etdikdə
işığahəssas təbəqədə (fotomaterialda) alınan
işığın miqdan. E.
işıqlanma dərəcəsinin işıqlandırma vaxtına hasili
ilə ölçülür.
EKSPOZİSİYA KALKULYATORU
(exposition calculator) -
tapılmış ilkin xarakteristikaya görə möhkəmliyin
hesablanmasına
xidmət edən eksponometrin bir hissəsi. E.k.
adətən, hərlənən disk,
yaxud xətkeş şəklində olur. Xətkeşin üstündəki
ayn-ayn cizgilər
möhkəmliyin səviyyəsini göstərir.
EKSPRESSİV (expressive) - təsirli, ifadəli,
ekspressiyaya malik
olan. Məs., E. n i t q , E . i f a d ə .
EKSPRESSİYA (expression) & nitqin
obräzhlıq, emosionallıq
keyfiyyəti; ifadəlilik; hisslərin, baxışların
ifadəsinin xüsusi gücü.
Xüsusi nəvaziş - əzizləmə, kiçiltmə bildirən
şəkilçilər, məcazlar,
ritorik fiqurlar da E. vasitələri hesab olunur.
İncəsənətdə - xüsusi
emosional təsir gücünə malik olan bədii əsərlərə
xas keyfıyyət. E.
bütöv bir əsər və ya onun ayn-ayn hissələri üçün
(obrazlar, detallar
152
və s.) səciyyəvi ola bilər. E. obrazlann xüsusilə
nəzərə çarpdınlan
ifadəliliyində təzahür edir: bu ifadəlilik mövcud
incəsənət növünün
təsviri-ifadə vasitələrinin kəskin-təzadlı şəkildə
istifadə olunması
sayəsində əldə edilir.
EKSPROMT (impromptu/off
hand/extempore) - 1) xüsusi
hazırlıq olmadan; hazırlıqsız, deyildiyi, ifa
olunduğu anda yaradılan
əsər (müsahibə, şer, musiqi əsəri);
improvizasiyaya əsaslanan iti, tez,
hazırlıqsız danışıq, yaxud hərəkət; 2) bədahətən,
yaxud qabaqcadan
düşünülmədən yazılan e p i q r a m ,
m a d r i q a l , z a r a f a t
xarakterli kiçik şer; 3) sərbəst formalı, iti
templi, çox da böyük
olmayan (adətən, instrumental) lirik
əhvali-ruhiyyəli musiqi pyesi.
EKSTRAVAQANT (extravagant/eccentric) -
qeyri-adi, ümumi
qəbul olunmuş adətlərə, normalara uyğun olmayan
bir nüans; yeni
və orijinal olan fərqli estetik çalar.
EKSTRAVAQANTLIQ
(extravagancy/eccentricity) - gerçəkliyin
bəzi hadisələrini və yaxud bu hadisələrin ayn-ayn
tərəflərini özlərinə
oxşar hadisələrin ümumi kütləsi içərisindən
seçib ayıran və
Dostları ilə paylaş: |