Qulu məHƏRRƏMLİ



Yüklə 1,65 Mb.
səhifə53/65
tarix25.06.2018
ölçüsü1,65 Mb.
#51762
1   ...   49   50   51   52   53   54   55   56   ...   65

 

268 


sorğu. Adətən, studiyadan kənarda apanlır. Bu 

vəzifəni yerinə 

yetirən reportyor məqsədinə nail olmaq üçün 

adamlarla ünsiyyətə 

girməyi bacarmalı, onlann rəğbətini   

qazanmalıdır. İ.a. üçün seçilən 

ictimai rəy obyekti üç meyara    cavab verməlidir: 

a) söhbətcil olmalı; 

b) ictimai maraq doğurmalı;    c)    əksəriyyətin 

etimadı səviyyəsində 

dunnahdır. 

      İNTERVYÜ-FAKT    (interview fact) - hər   

hansı hadisə barədə 

müsahibə yolu ilə səlahiyyətli mənbədən məlumat 

alınması. 

      İNTERVYÜ-RƏY (interview-opinion) - hər 

hansı bir məsələ ilə 

  əlaqədar rəy bildirilməsi. 

      İNTERYER (interior) - binanın,    mənzilin   

memarlıq və    bədii 

  cəhətdən    tərtibat    verilmiş    içəri    hissəsi.   

Studiyanın    daxili, iç 

  görünüşü. 

      İNTONASİYA (intonation) - 1) nitqin ahəngi 

(səsin yüksəlməsi 

  və ya alçalması), ritmi (uzun və qısa, vurğulu və 

vurğusuz hecalann 

  nisbəti, əlaqəsi), tempi və ya sürəti (müəyyən 

zaman ərzində sürətlə 

  və ya yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın   

güclənməsi və ya 



 

 

  zəifləməsi),    məntiqi vurğusu, tembri kimi 



hadisələrin məcmusundan 

  ibarət mürəkkəb dil    hadisəsi. 1. danışığı, o 

cümlədən EE nitqini 

  fonetik cəhətdən qaydaya salır, onu    sintaqmlara 

ayırır, cümlənin 

  hissələri arasında məna əlaqələrini   

müəyyənləşdirir, ona nəqh, sual, 

  əmr,    nida    və    s. mənalar verir,    müxtəlif 

emosiyalan ifadə    edir; 

  2) musiqi əsərinin ifası zamanı tonun düzgün və 

ya yanlış səslənməsi. 

      İNTUİSİYA, b ə d i i     i n t u i s i y a  

(intuition/instinct) -    geniş 

  mühakimə    yürütmədən dərketmə,    sezmə, ürəyə 

damma. İ. bədii- 

  idrak      prosesinin      sənətkarın    əwəlki   

fəaliyyəti    ilə    hazırlanan 

  momentidir, o əldə edilmiş təcrübə, vərdiş və 

biliklərin nəticəsi    olub

  idrak prosesində tabe rol oynayır. İ.-ya əsaslanmış   

hər cür    idrak 

  obyektiv    həqiqətə uyğun gəlib gerçək əhəmiyyət   

kəsb etmək    üçün 

  məntiqi surətdə isbat edilməli, təcrübədə 

yoxlamadan keçməlidir. İ. 

jsənətkarın    assosiativ təsəwürlərinin    elə    xüsusi   

bir növüdür    ki, 

  burada assosiasiyaların    bütün aralıq sahələri   

ağlm (düşüncənin) 



 

270 


  nəzarətindən kənarda    qalır,    şüur tərəfindən   

nəzarət    edilən    əsl 

  fəaliyyətin nəticəsi isə "tapıntı",    "şüurun 

nurlanması" və s.    kimi 

  qiymətləndirilir. 

      İNVAR    (invar) - dəmir-nikel ərintisi. Bu ərinti 

əwəllər işlədilən 

  dəmirə nisbətən daha az temperatur    genişlənməsi 

əmsalına malik 

  olduğuna görə    kineskopların kölgə maskalarının 

hazırlanması üçün 

  tətbiq edilir. Bu üsul kölgə maskalarının 

deformasiyasını azaldır, 

  rəngli təsvirin keyfiyyətini və sabitliyini artınr. 

      İNVENTAR (inventory) - 1) bir müəssisəyə, 

idarəyə, təşkilata 

  məxsus    olan    avadanlıq, ləvazimat;      2)    həmin   

avadanhğm, 

  ləvazimatın və s. geniş siyahısı. 

      İNVENTAR NÖMRƏSİ    (inventory number) - 

kinostudiyanın, 

  yaxud teleradio qurumunun    əsas fondlannm 

saxlanmasına xidmət 

  edən və istifadəsindən asılı olmayaraq hər bir   

inventar obyektinə 

  verilən nömrə.    Əsas fondlann hərəkəti üçün 

mühüm sayılan bütün 

  ilkin sənədlərə (təhvil-təslim aktı, ləğvetmə 

barədə akt və s.) məcburi 

  şəkildə İ.n. yazılır. 




 

 

ııı 



      İNVENTAR    OBYEKTİ    (stok-taking   

object)    - aynca    sərbəst 

funksiyalan yerinə    yetirmək üçün    nəzərdə   

tutulan, görülən işlə 

vəhdət təşkil edən bütün ləvazimatlan və 

uyğunlaşdırmalan ilə birgə 

quraşdınlmış qurğu və ya aynca əşya İ.o. adlanır. 

      İNVENTAR    SİYAfflSI    (inventory    listing) - 

əsas    vəsaitlərin 

yerləşməsinin obyekt    uçotu üzrə məlumatlannın 

qeyd olunduğu 

vahid forma. 

      İNVERSİYA (inversion) - hər hansı sözün məna 

və məzmun 

yükünü daha    qabarıq çatdırmaq məqsədi    ilə   

cümlədə    sözlərin 

yerdəyişməsi. Adətən,    İ.-dan psixoloji və üslubi 

effekt üçün istifadə 

olunur. 

      İPƏK ƏLƏK(LƏR) (silky    mesh(es))    - yalnız 

naturada    çəkiliş 

zamanı işığın gücünü    və rəng    temperaturunu 

tənzim etmək üçün 

istifadə edilən    qurğu.    İ.ə. çəkiliş səhnəsinin 

üstündə talvar,    yaxud 

çadır kimi    qurulur və yuxarıdan düşən işığın 

qabağını kəsir. İ.ə.-i 

çəkiliş meydançasına gətirmək, quraşdırmaq    və 

yerinə salmaq çox 



 

272 


mürəkkəb olduğundan onlardan yalnız ən bahalı 

çəkilişlərdə istifadə 

edirlər. 

      İRADƏ (will) - insanın şüurlu olaraq müəyyən 

məqsədə çatmağa 

yönəldilmiş fəaliyyətində qarşıya çıxan çətinlik və 

maneələrə üstün 

gəlmək bacarığı. I. insanın öz fəaliyyətini şüurlu 

tənzim    etməsində, 

özünü idarə etmək bacarığında ifadə olunur.    İ. 

insanın bütün psixi 

xüsusiyyətləri ilə sıx və qarşılıqlı vəhdətdədir. 

      İRİ PLAN    (close up) -    bütün detalları, hətta 

bəzən tam artıq 

detalları da özündə əks etdirir.    Bu plan çox vaxt 

böyüdülmüş 

məkanın əsl ölçü və nisbətlərinin real miqyasını 

itirərək    seyrçiyə 

mənzərəni tam    görmək imkanı vermir, onun 

diqqətini mənzərənin 

yalnız bir hissəsinə yönəldir. 

      İSTEBLİŞMENT (establishment) - təşkilatların, 

müəssisələrin, 

cəmiyyətə təsir göstərməyə malik digər 

strukturlann dövlət, iqtisadi, 

ideoloji    münasibətlərin    dominant    sistemi.      İ.   

sahəsinə    kütləvi 

auditoriyanın düşüncəsi ilə möhtəkirlik edilməsinə 

kömək göstərən 

mass-media və s. daxildir. 




Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə