Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ



Yüklə 2,38 Mb.
səhifə10/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

MÜAVİYƏNİN HİYLƏSİ

İmam Həsən (əleyhis-salam) qoşun ilə ordugahda olan zaman Müaviyənin sülh müzakirəsi üçün göndərdiyi heyətin gəlməsi xəbəri ona çatdırıldı.

Yəqubi öz tarixində yazır: Müaviyə Müğeyrət ibni Şöbə, Əbdullah ibni Əmr və Əbürrəhman ibni Ümm ibni Həkəmi vasitəçi kimi İmam Həsən (əleyhis-salam)-ın yanına göndərdi. Onlar İraq böyüklərinin və qəbilə başçılarının İmam Həsən (əleyhis-salam)-ı tutmaq və ya qətlə yetirmək haqqında Müaviyəyə məxfi yazdıqları məktubları da özləri ilə gətirmişdilər. Onlar ordugaha daxil olub İmam Həsən (əleyhis-salam)-ın hüzuruna çatdılar. Amma ordugahdan çıxanda artıq nifaq toxumlarını səpmişdilər. Onlar İmam Həsən (əleyhis-salam)-ın çadırından çıxanda döyüşçülər istər-istəməz onlara baxırdılar. Onlar da başlarını aşağı salıb pıçıldaşmağa başladılar. Biri uca səslə dedi: Yaxşı oldu ki, Allah, Peyğəmbərin oğlunun əli ilə qan axıdılmasının qarşısını aldı, fitnəni yatırtdı və sülh arzusunu yerinə yetirdi. Bunlar bu işlərlə imansız İraq ordusunu parçalayıb getdilər.

İMAM HƏSƏN (əleyhis-salam)-IN XÜTBƏSİ VƏ İĞTİŞAŞÇILARIN FİTNƏSİ

Bundan sonra İmam Həsən (əleyhis-salam) minbərə çıxdı və bir xütbə oxuyaraq onların hiylələrindən xəbərdar olduğunu anlatdı və buyurdu ki, təfriqə yaratmaqdan əl çəksinlər ki, hiyləgər düşmənlə mübarizə apara bilsinlər. Xütbənin axırında Müaviyənin təklif etdiyi sülh haqqında danışdı və buyurdu: Müaviyə bizi elə bir işə dəvət edir ki, onda nə izzət, nə mürüvvət; nə ədalət, nə də insaf vardır. Əgər fədakarlığa, ölümə hazırsınızsa onun bu təklifini rədd edək, onu iti qılıncla mühakimə olunmaq üçün Allahın yanına göndərək; yox əgər dünyada qalmağı istəyirsinizsə sizinlə razılaşaq.

Həzrətin bu sözlərindən sonra döyüşçüləri onun əleyhinə təhrik etmək üçün münasib fürsət gözləyən iğtişaşçılar bu nəsihətlərini şəxsi qərəzçiliyə yozaraq bir-birinə dedilər: Görəsən bu sözlərdən onun məqsədi nədir? Onların arasında xəvaricdən bir neçəsi dedi: And olsun Allaha, bu kişi kafir oldu! Bu zaman Müaviyənin məxfi məmurlarından biri uca səslə dedi: Məskin cəbhəsindəki İraq ordusu məğlub olmuş, Qeys ibni Səd öldürülmüşdür. İndi də Şam ordusu yola düşmüşdür. Tezliklə bizə çatacaqdır. Xəvaricin təkfir səsləri ilə eyni zamanda olan bu əsassız şayiələrin ardınca imansız və vicdansız adamlar vəhşəcəsinə İmam Həsən (əleyhis-salam)-ın çadırına həmlə edib var-yoxunu qarət etdilər. Hətta o Həzrətin səccadəsini belə ayaqlarının altından çəkib apardılar.

XƏVARİCLƏRİN İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-A QARŞI SUİ-QƏSDİ

İmam Həsən (əleyhis-salam) öz döyüşçülərindən bu əməli gördükdən sonra məyus, qəlbi sınmış halda orduda qalmağın qeyri-mümkün olduğunu gördüyündən, ata minib dostlarının və mömin davamçılarının tərəfindən mühafizə olunan halda Mədainin ağ sarayına tərəf yola düşdü. Saraya daxil olmamışdan bir az əvvəl xəvaricin tərs adamlardan biri kimi tanınan Cərrah ibni Sinan Əsədi Həzrətə həmlə edərək xəncərlə onu yaraladı. O həmlə edəndə sən də əvvəllər müşrik olan atan kimi müşrik olmusan! deyə bağırırdı.

Həzrətin dostları Cərrahı tutub cəhənnəmə vasil etdilər. Həzrət çoxlu qan itirdiyindən onu Mədainin ağ sarayına apardılar. Orada Səd ibni Məsud Səqəfi ona keşik çəkirdi. Müaviyənin casusları tərəfindən həzrətə sui-qəsd edilməsi xəbəri tez bir zamanda hər yerə yayıldı. Bu iş İmam Həsən (əleyhis-salam)-ın halsız və məyus döyüşçülərini daha da süstləşdirdi və onların dəstə-dəstə ordudan qaçmaqlarına səbəb oldu.

KUFƏLİLƏRİN HİYLƏLƏRİNİN İFŞA OLUNMASI

Müaviyə İmam Həsən (əleyhis-salam)-a bir məktub göndərdi. Bu məktublarla yanaşı, münafiqlərin, İraq və Kufənin qəbilə başçılarının (Müaviyəyə) vəfalı qalacaqlarından, ona itaət edəcəklərindən söz açan məktublarını da göndərdi. Bu məktubda yazmışdı ki, sənin səhabələrin atanla yola getmədikləri kimi, səninlə də yola getməyəcəklər. İndi onların yazdıqları məktubları sənə göndərirəm.

Əllamə Məclisi yazır: Bu məktub İmam Həsən (əleyhis-salam)-a çatandan sonra Müaviyənin və münafiq səhabələrin yazdıqları məktubları oxudu. Übeydullahın qaçmasından, onun qoşununun süstlüyündən və aralarındakı ixtilaf və nifaqdan xəbər tutdu. Höccət tamam olsun deyə, yenidən öz döyüşçülərinə xitabən buyurdu: Mən bilirəm ki, siz mənə qarşı məkr işlədirsiniz. Lakin indi höccətimi sizin üçün tamam edirəm. Sabah bir yerə yığışın və beyətinizi pozmayın. Allahın qəzəbindən qorxun!

Sonra Həzrət dediyi yerdə on gün dayandıqdan sonra cəmisi dörd min nəfər oraya yığışdı. İmam Həsən (əleyhis-salam) minbərə çıxıb buyurdu: Təəccüb edirəm həyası və dini olmayan kəslərdən! Vay olsun sizə! And olsun Allaha, Müaviyə, məni öldürməyiniz müqabilində sizə zamin olduğu şeylərə heç vaxt vəfa etməyəcək. Mən haqq dini sizin üçün bərqərar etmək istəyirdim, amma siz mənə kömək etmədiniz. Mən Allaha təklikdə də ibadət edə bilərəm. Lakin Allaha and olsun ki, əgər hökuməti Müaviyəyə həvalə etsəm, siz Bəni-üməyyə dövlətində heç vaxt asudəlik, rahatlıq və şadlıq görməyəcəksiniz. Onlar sizə cürbəcür əzab verəcəklər. İndidən görürəm ki, necə sizin övladlarınız onların övladlarının evlərinin qapısında durub su və yemək istəyirlər, onlar da vermirlər.

Allaha and olsun, əgər köməkçim olsaydı, heç vaxt işi Müaviyəyə həvalə etməzdim. Çünki Allaha və Onun Rəsuluna and içirəm ki, xilafət Bəni-üməyyəyə haramdır.22

İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN VASİTƏSİLƏ HİYLƏLƏRİN İFŞA EDİLMƏSİ

İmam Həsən (əleyhis-salam) Kufə böyüklərinin Müaviyəyə göndərdikləri məktublardan xəbər tutduqdan sonra öz tərəfdarları üçün bu xütbəni söylədi: Ey camaat! Vay olsun sizə, elə güman edirsiniz ki, məni öldürsəniz, yaxud qolu bağlı Müaviyəyə təhvil versəniz cəmiyyətdə rütbə və məqam kəsb edəcək, kamal və fəzilətə çatacaqsınız? Allaha and olsun, Müaviyə sizə vədə verdiklərinin heç birinə əməl etməyəcəkdir. Görürəm ki, əgər ona beyət edib və sülh bağlasam, sizi qızılla satın alınmış qul kimi iş başına qoyacaq və çörək, su üçün dilənçilik əllərinizi uzadacaq, əsir olunmuş heyvanlar kimi yalnız ən az maaşınızı alacaqsınız. Mən belə görürəm ki, sizlər Bəni-üməyyənin əsirləri olacaq, onlardan su və çörək istəyəcəksiniz, onlar isə sizi doyuzdurmayacaq, su verməyəcəklər. Bu cəhalətin üzü qara olsun, xain əllər kəsilsin! Allaha and olsun, çox keçməz zalım və məzlumun hansının qələbə çalacağı məlum olar.

Bu xütbədən sonra xainlərin xəyanətinin İmam (əleyhis-salam)-a çatması məlum oldu. Onlar üzr istəməyə, tövbə etməyə başladılar. Lakin İmam Həsən (əleyhis-salam) bildirdi ki, kufəlilər hiylə, məkr, saxtakarlıq və xəyanət əhlidir, onların sözlərinə inanmaq, etimad etmək olmaz.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə