Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN QARŞISINDA İKİ YOL



Yüklə 2,38 Mb.
səhifə11/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN QARŞISINDA İKİ YOL


Kufəlilərin Müaviyə ilə döyüşə hazır olmadığı bir həqiqət kimi üzə çıxdığı və onlara hüccət tamam olduğu zaman İmam Həsən (əleyhis-salam)-ın qarşısında yalnız iki yol qalmışdı: ya həmin azsayı qoşun ilə döyüşü davam etdirsin, ya da Müaviyə ilə sülh edib xilafətdən kənara çəkilsin.

Birincinin nəticəsi gün kimi aydın idi. Çünki, bir tərəfdən həqiqi dostların azlığı, digər tərəfdən isə münafiqlərin, iğtişaşçıların hiylələri ilə belə, müharibə hökmən ağır məğlubiyyətlə nəticələnəcəkdi. Çünki İmam Həsən (əleyhis-salam) bir ümmətin rəhbəri kimi döyüşə girdiyi üçün bəziləri onunla bir olacaqdı. Amma onlar ətrafda pərakəndə halda olan xalis şiələr idi. Hətta əgər onlar bir yerə yığışsaydılar belə, İmam Həsən (əleyhis-salam) iki cəbhədə vuruşmalı olacaqdı. Birinci cəbhə Müaviyə və onun döyüşçülərindən ibarət olan xarici dəstə, ikinci cəbhə isə daxildəki münafiqlər, yəni Müaviyənin tərəfini saxlayan, müsəlmançılıq əqidələri olmayan və Əhli-beyt (əleyhimüs-salam) ilə düşmən olan, ya da heç olmasa Əhli-beyt və İmam Həsən (əleyhis-salam)-ı tanımayan zahiri müsəlmanlar idi. Buna görə də Həzrət bu cür vəziyyətdə ikinci yolu–sülhü seçərək xilafətdən əl çəkdi ki, heç olmazsa, müsəlmanların qanlarının axıdılmasının, daxili müharibənin genişlənməsinin qarşısını alsın.



BEŞİNCİ HİSSƏ

İMAM HƏSƏN (əleyhis-salam)-IN MÜAVİYƏYƏ SÜLH HAQQINDAKI MƏKTUBU

İmam Həsən (əleyhis-salam) bir məktubda Müaviyəyə belə yazdı:

Mənim xeyrim haqqı dirçəltmək, batili məhv etməkdədir. Lakin mən bu camaatdan məyus olmuşam. Sən isə öz istəyinə çatırsan. Mən xilafətdən əl çəkərək bu hökuməti sənə tapşırıram. Sonradan qeyd edəcəklərim şərtlərə əməl etməyini səndən istəyirəm və Allahı ona şahid tuturam. Qiyamət günü Allah bu sülhün şərtləri barəsində bizim aramızda hakimdir.

Müaviyə də Əbdüllah ibni Haris ibni Nofəl ilə (onun anası Müaviyənin bacısı idi) təkcə axırını imzalayıb möhürlədiyi ağ məktubu İmam Həsən (əleyhis-salam)-a göndərdi. Dedi ki, ürəyin nə istəyirsə, hansı şərtlər nəzərinə gəlirsə onu da yaz, mən hamısını qəbul edərəm.

Əbdüllah bu ağ məktubu gətirdi və Həzrət sülhün maddələrini və şərtlərini yazdı.

SÜLHÜN MADDƏLƏRİ


Bismillahir-rəhmanir-rəhim.

Bu, Həsən ibni Əliyyibni Əbitaliblə Müaviyətibni Əbi Süfyan arasında bağlanan sülhün şərtləridir. Onlar razılaşırlar ki, o müsəlmanların vilayəti (rəhbərliyi) Müaviyəyə həvalə edilsin. Bu şərtlə ki, o, (Müaviyə-müt.) Allahın kitabı, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnətinə əməl etsin; həmçinin onun özündən sonra xəlifə, vəliəhd seçməyə haqqı yoxdur: Həsən onun canişini olacaqdır. Əgər Həsənə bir hadisə üz versə rəhbərlik işi onun qardaşı Hüseynə çatacaqdır. Camaatın (şiələr) hər yerdə (Şamda, İraqda, Hicazda və Yəməndə) gərək canları, malları, namusları, övladları toxunulmaz olsun. Müaviyə Əmirəl-möminin Əliyyibni Əbitalibi söyməyi, onun barəsində nalayiq sözlər tərk etməli, onu yaxşılıqla yad etməlidir. Cəməl və Siffeyn müharibələrində Əmirəl-mömininin tərəfində vuruşanların övladlarının hüquqları (maaşları) beyltül-maldan ödənilməlidir. Müaviyə özünü möminlərin əmiri adlandırmamalıdır. O, Allahla, habelə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in nəvəsi Həsən ibni Əli ilə peyman bağlayır ki, bu şərtlərə əməl etsin. Həsən ibni Əli və onun qardaşı Hüseyn ibni Əliyə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sülaləsindən olanların heç birinə əzab-əziyyət və zülm etmək fikrində olmasın; istər aşkar, istərsə də məxfi şəkildə onların barəsində pis fikrdə olmasın və bir kəsi qorxutmasın. Bu şərtlər hər kəsin barəsində, hər yerdə olursa olsun, riayət olunmalıdır.23

Bu sülhnamə 41-ci hicri ili, rəbiül-əvvəlin 25-də imzalandı.

MÜAVİYƏ KUFƏYƏ GƏLİR


Sülh bağlandıqdan sonra Müaviyə Kufəyə tərəf hərəkət etdi. Cümə günü Kufənin yaxınlığındakı Nüxəyləyə çatdı.

İki ordunun Nüxəylədə olduğu vaxt Müaviyənin əlinə manevr etmək üçün münasib fürsət düşmüşdü. Buna görə də camaatı başına yığıb sözə başladı, dedi: Bir ümmət öz peyğəmbərindən sonra ikitirəliliyə, ixtilafa məruz qalmışsa, hökmən haqq əhli batilə qalib gəlmişdir (Bu sözün öz əleyhinə tamam olduğunu anladıqda, dərhal dedi:) Əlbəttə, İslam ümməti bu qaydadan istisnadır. Elə bilirsiniz ki, mən namaz, zəkat, həcc və s. bu kimi məsələlərə görə sizinlə müharibə etdim? Əsla! Mənim sizinlə müharibəm yalnız ona görə idi ki, sizə hökumət edəm, sizi öz hökmranlığım altında saxlayam. Allah da onu sizin istəmədiyinizə baxmayaraq, mənə qismət etdi. Bilin ki, Həsən ibni Əliyə sülh müqaviləsində bəzi vədlər verdim və söz verdim ki, onlara əməl edim. Bilin ki, mən elə bu andan etibarən müqavilənin bütün şərtlərini tapdalayıram. Onların heç birinə əməl etməyəcəyəm.24

Beləliklə, Kufə camaatından beyət aldı. Camaat da ona beyət etdi. Sonra minbərə çıxıb sözə başladı. Axırda Həzrət Əli (əleyhis-salam)-a nalayiq sözlər deməyə başladı. İmam Hüseyn (əleyhis-salam) dözmədi, ayağa qalxdı ki, o məlunun cavabını versin. Lakin İmam Həsən (əleyhis-salam) onun əlindən tutub əyləşdirdi və özü ayağa qalxıb buyurdu: Ey Müaviyə dilin qurusun, Əlinin adına nalayiq sözlər deyirsən?! Mən Həsənəm, atam Əmirəl-möminin Əliyyibni Əbitalibdir. Sənin atan Səxrdir; mənim anam Fatimə, sənin anan isə Hinddir;25 mənim babam Allahın Rəsulu, sənin baban isə Hərbdir; mənim nənəm Xədicə, sənin nənən isə Füteylədir.

Ey Müaviyə! Hər kəsin əsil-nəsəbi itib-batmış, nəsli alçaq, qədimdən şərr, küfr və nifaqı çoxdursa, Allahın lənəti ona olsun!

Məclisdə oturanların hamısı amin dedilər. Burada Müaviyə mat-məəttəl, heyrət bürümüş və peşman olmuş halda məclisi tərk etdi.26

İMAM HƏSƏN (əleyhissalam)-IN XÜTBƏSİ

Müaviyə Kufəyə daxil olduqdan bir neçə gün sonra məscidə gəldi. İmam Həsən (əleyhis-salam) da oraya gəldi. O, İmam Həsən (əleyhis-salam)-a dedi ki, minbərə çıxıb camaata desin ki, xilafət mənim haqqımdır. Həzrət minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra buyurdu:

Camaat! Bilin ki, ən yaxşı qoçaqlıq–təqva və pərhizkarlıq; ən böyük ağılsızlıq və axmaqlıq isə Allah qarşısında məsiyət, günah etməkdir.

Ey camaat! Əgər məğribdən məşriqə kimi məndən və qardaşım Hüseyndən başqa babası Rəsulallah olan bir kəs axtarmaq istəsəniz, heç vaxt tapa bilməzsiniz. Allah sizi Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ilə hidayət etdi, amma siz onun Əhli-beytini tək qoydunuz. Müaviyə, mənim layiq olduğum və mənə məxsus olan bir işdə mənimlə müharibə etdi, amma mən dost tapmadığım üçün, habelə ümmətin məsləhəti və sizin sağ qalmağınız üçün müharibədən əl çəkdim. Siz mənimlə beyət etmişdiniz ki, mən hər kəslə sülh etsəm, sülh edəcək və hər kəslə müharibə etsəm, onunla müharibə edəsiniz. Mən bu ümmət üçün sülh edib qan tökülməsinin qarşısını almağı məsləhət gördüm.

Hər halda bu iş, Allahın haqqın qələbəsini istədiyi, onun səbəblərini müyəssər edəcəyi vaxta qədər müsəlmanlar üçün bir fitnə, münafiqlər üçün əhəmiyyətsiz, kiçik mənfəətdir.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə