Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


-CAMAATIN MÜHARİBƏDƏN BEZARLIĞI



Yüklə 2,38 Mb.
səhifə13/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

8-CAMAATIN MÜHARİBƏDƏN BEZARLIĞI


İmam Həsən (əleyhis-salam) Mədain yolunda Sabat məntəqəsində qoşununun vəziyyətini müşahidə edərkən söhbətlərinin birində buyururdu:–Görürəm ki, sizin çoxunuz müharibədən yorulmusunuz və müharibə edib-etməmək barəsində tərəddüddəsiniz. Ona görə də istəmədiyiniz bir şeyi sizə qəbul etdirməyi ağıllı iş hesab etmirəm.34

9-İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN SÜLHÜ HƏZRƏT XIZRIN İŞİ KİMİ İDİ


İmam Həsən (əleyhis-salam) Müaviyə ilə sülh etdikdən sonra camaatın və Kufə böyüklərinin bəziləri onun hüzuruna gəlir, məzəmmət edərək deyirdilər:–Niyə Müaviyə ilə beyət etdin?

Həzrət onlara deyirdi:–Vay olsun sizə, mənim nə etdiyimi bilmirisiniz? Allaha and olsun ki, mənim şiələr üçün etdiyim yaxşılıq günəşin saçıdığı şeylərin hamısından daha yaxşıdır! Siz bilmirsiniz ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in aşkar buyurduğuna görə sizin mənə itaət etməyiniz vacibdir və mən, behiştin ən yaxşı iki cavanından biriyəm?

Dedilər:–Bəli bilirik.

Həzrət buyurudu:–Bilmirsiniz ki, Xızrın etdiyi iş Musanın qəzəblənməsinə səbəb oldu? Çünki o işlərin hikməti Musa üçün gizli idi, Xızrın etdiyi işlər də Allahın yanında eynilə hikmət və düz iş idi. Bilmirsiniz ki, Qaim (əleyhissalam) istisna olmaqla biz imamların hamısı zalım xəlifənin yaşadığı zamanda onlara beyət edəcəkdir? Amma təkcə Həzrət Qaim (əleyhissalam) zalım xəlifəyə beyət etməyəcək, Həzrət İsa (əleyhis-salam) onun arxasında namaz qılacaq. Allah onu gözlərdən gizlədəcək ki, heç bir zalım və tüğyançı ona qalib olmasın. O, qardaşım Hüseynin doqquzuncu övladı olacaqdır. Allah yer üzü tamamilə zülmlə, ədalətsizliklə dolana qədər onun ömrünü və qeybdə olma müddətini uzadacaqdır. Allah onun əli ilə yer üzünü haqq-ədalətlə dolduracaq. Allah onu qırx yaşına çatmamış bir cavan kimi zahir edəcəkdir. Bunların hamısı Allahın qüdrətindəndir ki, insanların məsləhətini onda bilir. Mənim bu sülhüm də tarixin sizin məsləhətinizə tamam olan həssas nöqtəsidir.35



10-İMAM HƏSƏN (ƏLEYHİS-SALAM): ƏGƏR MƏN SÜLH ETMƏSƏYDİM ŞİƏLƏRDƏN BİR NƏFƏR DƏ SAĞ QALMAYACAQDI


Əbu Səid İmam Həsən (əleyhis-salam)-ın hüzuruna gəlib ərz etdi:–Ey Peyğəmbərin oğlu! Nə üçün Müaviyə ilə razılığa gəlib sülh etdin? Halbuki, bilirdin ki, haqq səninlədir, Müaviyə yolunu azmış və təcavüzkardır?

Həzrət buyurdu: Ey Əba Səid, sən məni atamdan sonra Allahın xalqa höccəti, xəlifəsi və itaəti vacib olan İmam bilmirsənmi?

Ərz etdi:–Bəli, bilirəm.

İmam Həsən (əleyhis-salam) buyurdu:–Cəddim Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-din Həsən və Hüseyn–hər ikisi imamdırlar, istər sülh etsinlər, istərsə də müahirəbə deyə buyurduğunu eşitməmisənmi?

Dedi:–Eşitmişəm.

Həzrət buyurdu:–Əgər məni İmam kimi qəbul edirsənsə, bil ki, mən ümumxalq məsləhətini özümün şəxsi mənafe və danılmaz məqamımdan üstün hesab edərək sülh etdim. Mənim Müaviyə ilə bağladığım sülhün səbəbləri eynilə cəddim Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in Bəni Zümrə və Bəni Əşcə tayfaları ilə, Məkkədən qayıdarkan Hüdeybiyyə müharibəsində qoyduğu şərtlərə oxşayır. Səhabələrdən çoxu o həzrəti danlayıb o sülhlə razılaşmadılar.

Mənim Müaviyə ilə bağladığım sülh də eynilə o sülhə oxşayır. Yalnız bir fərqlə ki, onlar Qurana qarşı aşkar kafir idilər, Müaviyə və Bəni-üməyyə hizbi isə zahirdə müsəlman, batində isə kafirdirlər. (Daha sonra bu sülhün səhih və əzəmətli bir iş olduğunu təkid etmək üçün buyurdu:) Musa və Xızrın hekayəsini eşitməmisən? Xızr salamat gəmini deşdi, oğlanı öldürdü və köhnə divarı təmir etdi. Musanın bu işlərin sirrindən xəbəri yox idi. Xızr bu işlərin hikmətini deyəndə Musa onun işlərinin düz olduğunu qəbul etdi. Siz də mənim işimin hikmət və fəlsəfəsini dərk edə bilməzsiniz. Əlbəttə zamanın keçməsi bu işlər barəsində səhih mühakimə yürüdəcək, onun sirrlərini sizin üçün bəyan edəcəkdir. Hələlik bu qədər bilin ki, əgər mən sülh etməsəydim, bizim işə və dostlarımızdan bir nəfər də sağ qalmaz, hamısı qətlə yetirilərdi. Mən qan tökülməsinin qarşısını almaq üçün öz haqqımdan keçdim və dinin əbədi qalması naminə sülh etdim.36


11-SÜLHÜN BAŞQA BİR SƏBƏBİ


Süfyan ibni Ləyl deyir: İmam Həsən (əleyhis-salam)-ın sülh etməsi xəbərini eşidən kimi dərhal dəvəyə minib onun yanına getdim. Gördüm ki, öz evinin qabağında oturub və camaat onun ətrafına yığışıb. Dedim: Əssəlamu əleykə ya muzilləl-möminin. (Salam olsun sənə, ey möminləri zəlil edən!)

Həzrət buyurdu: Əleykəs-salam ya Süfyan! Dəvədən enib onu, bağladım və Həzrətin yanında oturdum. Həzrət buyurdu: Ey Süfyan nə dedin? Ərz etdim ki, Əssəlamu əleykə ya müzilləl-möminin. Həzrət buyurdu: Mənə bu cür xitab etməyinə nə bais olub? Dedim: Atam-anam sənə fəda olsun, sən bizi zəlil etdin. Yüz minlərlə qılıc vuran və öz canını sənə qurban etməyə hazır olan əsgər olduğu halda sən xilafəti tüğyançı düşmənə, ciyəryeyən Hindin məlun oğluna həvalə etdin. İmam Həsən (əleyhis-salam) buyurdu: Ey Süfyan biz Əhli-beyt haqqı bilir və tanıyırıq. Buna görə də heç vaxt haqqdan kənara çıxmır, həmişə haqqa arxalanırıq. Mən atam Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-dan eşitdim, o da Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə rəvayət edirdi: Dövran keçəcək, bir zaman çatacaqdır ki, bu ümmətin rəhbərliyi boğazı gen olan bir nəfərin əlinə düşəcəkdir. O, çox yeyəcək, amma doymayacaqdır. Allah ona öz imtahanını verib qurtarana qədər möhlət verəcəkdir. Bu müddətdə o özünə düşmənçilikdən, zəlalət və azğınçılıqdan ağır yük düzəldəcəkdir. Belə ki, asimanlarda bəhanəsi, yerdə dostu, köməkçisi olmayacaqdır.

Bu zaman axşam düşdü və müəzzinin azan səsi ucaldı. Həzrət üçün bir miqdar süd gətirdilər. O, südün bir qədərini özü içdi, qalanını da mənə verdi. Daha sonra Həzrətlə birlikdə məscidə getdim və ərz etdim:–Həzrət Mühəmmədi haqq olaraq peyğəmbərliyə məbus edən Allaha and olsun ki, mən bu sözləri sizə qarşı məhəbbət üzündən dedim.

İmam (əleyhis-salam) buyurdu:–Bu şad xəbəri eşit: atamdan eşitdim ki, o da Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət etdi: Mənim Əhli-beytim, onlara məhəbbət göstərənlərlə birlikdə hovuzun kənarında mənim yanıma daxil olacaqlar. Onlar (Əhli-beyt və onları sevənlər-müt.) biri-birlərindən ayrılmayan iki şəhadət barmağı kimidir. Bunu da bil ki, dünya həm yaxşı, həm də pis insanların yeridir. Bizim şiələr isə yaxşı insanlardandır.




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə