Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


QEYS MÜAVİYƏYƏ BEYƏT EDİR



Yüklə 2,38 Mb.
səhifə12/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

QEYS MÜAVİYƏYƏ BEYƏT EDİR

Sülhdən sonra Müaviyə Qeys ibni Sədi çağırdı ki, ona beyət etsin. O, şücaətli, güclü, pəhləvan cüssəli və ucaboylu bir kişi idi. Ata minəndə ayaqları yerə çatırdı. Qeys Müaviyəyə dedi: Mən and içmişəm ki, səninlə görüşməyəm. Bizim aramızda yalnız nizə və qılınc olacaq. Müaviyə bu andı götürmək üçün nizə və qılınc hazır etdi və onu çağırdı. Qeys dörd min nəfərlə bir tərəfdə durmuşdu və Müaviyə ilə müxalifət məqamında idi. İmam Həsən (əleyhis-salam) onun beyət etməsini əmr etdikdən sonra o beyət etdi.



ALTINCI HİSSƏ:
SÜLHÜN SƏBƏBLƏRİ

1-CAMAATIN İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN HÖKUMƏTİNƏ DÖZÜMÜ YOX İDİ


İmam Həsən bilirdi ki, ona beyət edənlər öz əhdlərində möhkəm və sabit deyillər. Çünki, Həzrət Əmirəl-möminin Əli (əleyhis-salam)-ın beş illik xilafət dövrü göstərdi ki, camaatın məsum imamların rəhbərliklərini qəbul etməyə hazırlıqları yoxdur.

Həzrət Əli (əleyhis-salam)-a həddindən artıq şövq, sevinc və rəğbətlə etdikləri beyət qısa müddətdən sonra süstləşdi və beyəti pozdular.27

İmam Həsən (əleyhis-salam) isə elə əvvəldən xəvaric, qənimət həvəskarları, qəbilə başçılarının tərfdarları, rahatlıq sevən və süst əqidəli adamlarla üzbəüz idi. Belə ki, onlar istədiklərini əldə etmək üçün özlərini zəhmətə salmağa ümumiyyətlə hazır deyildilər. Yalnız çoxlu danlaq və məzəmmətlərdən sonra Müaviyə tərəfə getməyə hazırlaşdılar.

2-İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN NƏZƏRİNDƏ SÜLHÜN SƏBƏBLƏRİ


Camaatın əhval-ruhiyyəsinin hansı səviyyədə olduğunu İmam Həsən (əleyhis-salam)-ın bu çıxışı daha yaxşı aydınlaşdırdı. O Həzrət Mədain ordugahında öz döyüşçülərinə buyurdu:

Siz Siffeyn yoluna dünyanızı dininizdən arxada qoymuşdunuz. Amma bu gün dininizi dünyanızın arxasında qoymuşsunuz. Siz keçmişdə (Siffeyn və Nəhrəvan müharibələrində) öldürülən iki dəstənin arasında orta mövqeydəsiniz: Siffeyndə öldürülənlərin halına ağlayır, Nəhrəvanda öldürülənlərin intiqamını bizdən almaq istəyirsiniz.28

Şeyx Müfid yazır: İmam Həsən (əleyhis-salam) Hücr ibni Ədini qoşun yığmağa əmr etdi. O, camaatı cihada təşviq edirdi. Lakin axırda xəbər verdi ki, mən, öz qəbiləmdən olan min nəfər döyüşçü ilə hazıram. Amma yerdə qalanların bəziləri şəkkdə, tərəddüddədir. Bəziləri fitnəçilərin əlində oyuncaq olaraq qənimət yığmaq fikrindədirlər. Bir hissəsi də cahiliyyət təəssüblərinə malik olmaqla İslam məktəbinin qayda-qanunları ilə tərbiyə olunmayıblar.29

3-CAMAATIN FİKRİ BİR DEYİLDİR


İmam Həsən (əleyhis-salam) öz döyüşçüləri barəsində belə buyurdu:

Onlardan heç birinin fikri və rəyi digəri ilə eyni deyildir. Hər birinin öz nəzəri var, qəlbləri bir-birlərindən uzaqdır. Əsl hidayət yoluna qədəm qoymamışlar. Onların rəyləri elə puçdur ki, nə xeyir, nə də şər tərəfə fikrləşməyə qadir deyillər.

Bu sifətlər Həzrətin döyüşçülərinin və tərəfdarlarının əksəriyyətinin ruhiyyəsi idi.30

4-HÜCRÜN ETİRAZI


Qeys ibni Səd ibni Übadənin rəhbərlik etdiyi qoşunda vuruşanda üzündən yaralanmış Übeyd ibni Əmr Kindi İmam Həsən (əleyhis-salam)-ın hüzuruna gəldi. Həzrət ondan soruşdu:–Üzünə nə olub?

O dedi:–Döyüşdə olmuşdur.

Sonra Hücr ibni Ədi İmam Həsən (əleyhis-salam)-a dedi:–Biz Müaviyə və onun tərəfdarları ilə döyüşdən meyilsiz və acıqlı halda qayıtdıq, düşmənlərimiz isə şad, sevinə-sevinə qayıtdılar.

Bu söz Həzrəti narahat etdi, işarə ilə onu sakitləşdirdi. Sonra buyurdu:–Ey Hücr! Camaatın hamısı heç də sənin istədiklərini istəmir, nəzərləri sənin nəzərin kimi deyildir. Mənim gördüyüm işlər yalnız səni qorumaqdan ötrü olmuşdur və Allahın iradəsi hər gün bir cürdür.31



5-SÜLH–MÜSƏLMANLARIN CANININ QÜRUNMASI ÜÇÜN


Sibt ibni Cozi Süddidən nəql edir ki, İmam Həsən (əleyhis-salam) heç də dünyaya bağlı olduğuna görə Müaviyə ilə sülh etmədi; əksinə, Həzrət İraq camaatının onunla bir olmadığını, ona qarşı hiylə qurduqlarını və onu tutub Müaviyəyə təhvil verəcəklərini görürdü. Məhz bu səbəbdən də Həzrətin sülhdən qabaq Nüxeylədə camaata etdiyi xitab bu sözə şahid ola bilər. Həzrət buyurmuşdu:

Ey camaat! Müaviyə ilə ixtilafda olduğumuz bu iş (xilafət) mənim haqqımdır, lakin ümmətin islahı, müsəlmanların canının qorunması üçün ondan keçirəm. Bəlkə bu, sizin üçün müəyyən müddətə qədər bir sınaq və faydalı olsun.



6-DOSTLARIN OLMAMAZLIĞI


Sülh müqaviləsi imzalandıqdan sonra, şiənin görkəmli şəxsiyyətləri, Əmirəl-möminin Əli (əleyhis-salam)-ın dostları Həzrət İmam Həsən (əleyhissalam)-ın dövrəsinə yığışıb onu məzəmmət etdilər və gördüyü bu tədbirə görə hay-küy saldılar.32

Təbərsi Ehticac kitabında nəql edir ki, Həzrət etiraz edənlərin cavabında buyurdu: Allaha and olsun, mən yalnız döyüş üçün köməkçilərim olmadığına görə hökuməti Müaviyəyə həvalə etdim. Əgər köməkçim olsaydı, Allahın bizim aramızda hökm edəcəyi vaxta qədər onunla döyüşərdim.



7-ÜMMƏTİN MƏSLƏHƏTİ


Müaviyə Kufədə camaat üçün etdiyi söhbətində, sülhün şərtlərini aşkar şəkildə pozduğunu elan edəndə, Müsəyyib ibni Nəxlə İmam Həsən (əleyhis-salam)-a ərz etdi:–Mən hələ də sizin işinizdən təəccübdəyəm! Qırx min nəfər sənə kömək etməyə hazır olduğu halda sən Müaviyə ilə sülh etdin və ondan sülhün şərtlərinə və əhdinə əməl etmək üçün iltizam almadın. Allaha and olsun, onun səni öldürməkdən başqa heç bir məqsədi yoxdur.

Həzrət buyurdu:–İndi sənin nəzərin nədir?

Müsəyyib ərz etdi:–Əvvəlki yerinizə qayıdın, çünki o, rəsmi olaraq sülhün şərtlərini və əhdini pozduğunu bildirib.

İmam Həsən (əleyhis-salam) buyurdu:–Ey Müsəyyib! Əgər mən dünya üçün döyüşsəydim, şübhəsiz ki, döyüş meydanında Müaviyə məndən dözümlü və mətanətli olmazdı, amma mən sizin məsləhətinizi, xeyrinizi istəyirdim ki, bir-birinizin arasındakı çaxnaşmanın qarşısını alam. Buna görə də siz Allahın qəzavü-qədərinə razı olun. Bu halda yaxşı insanlar asudə olub şər adamların pəncəsindən amanda qalarlar.33




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə