R b a y c a n X z r d n z g m


Xəzər dənizi hövzəsi ölkələri ara-



Yüklə 404 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix24.06.2018
ölçüsü404 Kb.
#50967
1   2   3   4   5   6   7   8

Xəzər dənizi hövzəsi ölkələri ara-

sında ticari-iqtisadi əməkdaşlığa dair 

sazişin layihəsi Aşqabadda Xəzəryanı 

dövlətlərin nümayəndələri tərəfindən 

müzakirə olunub.

Tədbir Türkmənistan Xarici İşlər 

Nazirliyi, İqtisadiyyat və İnkişaf Na-

zirliyi,  habelə  Türkmənistan  Prezi-

denti yanında Xəzər dənizi məsələlə-

ri  üzrə  dövlət  müəssisəsi  tərəfindən 

təşkil edilib.  Türkmənistan KİV-ləri 

xəbər verir ki, Xəzər regionu ölkələ-

rinin müvafiq nazirlik və idarələrinin 

rəhbərləri  və  aparıcı  mütəxəssisləri-

nin  iştirak  etdiyi  görüşdə  Xəzərya-

nı  dövlətlər  arasında  ticari-iqtisadi 

əməkdaşlığa dair Türkmənistan tərə-

findən  hazırlanmış  sazişin  layihəsi 

müzakirə edilib.

Belə bir saziş bağlamaq təşəbbü-

sü  2014-cü  ilin  sentyabr  ayında  Həş-

tərxanda  Xəzəryanı  ölkələrin  dövlət 

başçılarının  IV  sammitində  Türkmə-

nistan  Prezidenti  Qurbanqulu  Ber-

diməhəmmədov tərəfindən səslənib.

Türkmənistan tərəfinin fikrincə, bu 

sənəd Xəzəryanı dövlətlər arasında ti-

cari-iqtisadi  əlaqələri  şaxələndirməyə 

və  Xəzər  regionunun  mühüm  enerji, 

sənaye və nəqliyyat-tranzit potensialını 

reallaşdırmağa imkan verəcək.

Danışıqların  gedişində  daimi  fəa-

liyyətdə  olan  Xəzər  İqtisadi  Forumu-

nun yaradılması məsələsi də müzakirə 

edilib.  Bu  forum  region  ölkələrinin 

hakimiyyət və işgüzar dairələrinin nü-

mayəndələri  üçün  səmərəli  danışıqlar 

məkanına çevrilə, habelə regionun in-

vestisiya  cəlbediciliyinə  müsbət  təsir 

göstərə bilər.



Azərbaycan Respublikasının insan 

hüquqları üzrə müvəkkili (Ombuds-

man) Xocalı soyqırımının 25-ci ildönü-

mü ilə əlaqədar bəyanat yayıb. 

Bəyanatda  deyilir  ki,  Ermənistanın 

Azərbaycana  qarşı  işğalçılıq  və  soyqı-

rımı siyasətinin tərkib hissəsi olan, bey-

nəlxalq hüququn norma və prinsiplərinin, 

insan  hüquq  və  azadlıqlarının  kütləvi 

şəkildə,  kobudcasına  pozulması  ilə  nəti-

cələnən, bəşər tarixinə böyük qanlı faciə 

kimi daxil olan Xocalı soyqırımından 25 

il ötür. Bu faciə erməni millətçilərinin və 

onların havadarlarının Azərbaycan xalqı-

na qarşı uzun müddət davam edən etnik 

təmizləmə və soyqırımı siyasətinin daha 

bir dəhşətli nümunəsidir.

1992-ci  il  fevralın  25-dən  26-na 

keçən gecə Azərbaycanın Xocalı şəhərin-

də  erməni  silahlı  birləşmələrinin  keçmiş 

sovet  ordusunun  Xankəndidəki  366-cı 

motoatıcı alayı ilə birgə törətdiyi cinayət 

beynəlxalq  hüquq  baxımından  məhz 

soyqırımı kimi qiymətləndirilməlidir. Bu 

alayın çoxsaylı ağır texnikası şəhərə ye-

ridilib,  cinayətkarlar  vahimə  içərisində 

şəhəri tərk etmək məcburiyyətində qalan 

dinc  insanları  amansızcasına  qətlə  yeti-

riblər,  şəhər  yerlə-yeksan edilib, yaşayış 

evləri və sosial infrastruktur tamamilə da-

ğıdılıb və yandırılıb.

Xocalı  soyqırımı  zamanı  613  nəfər 

insanın, o cümlədən 106 qadın, 63 uşaq, 

70 qocanın həyatına son qoyulub, yüzlər-

lə  dinc  sakin  ağır  yaralanıb,  1275  nəfər 

girov götürülüb. Həmin kütləvi qırğın hə-

yata keçirilərkən 8 ailə bütünlüklə məhv 

edilib, 25 uşaq hər iki valideynindən, 130 

uşaq isə valideynlərinin birindən məhrum 

edilib, əsir və girov götürülənlərə aman-

sız işgəncələr verilib. Bu zaman soydaşla-

rımızın əsas insan hüquqları, ən başlıcası 

isə  təməl  hüquq  olan  yaşamaq  hüququ 

kütləvi şəkildə pozulub.

Bu  faciəni  törətməklə  Azərbaycana 

qarşı hərbi təcavüzün miqyasını daha da 

genişləndirən və ölkəmizin ayrılmaz tər-

kib hissəsi olan Dağlıq Qarabağın hüdud-

larından kənara çıxaraq, Laçın, Kəlbəcər, 

Ağdam,  Cəbrayıl,  Füzuli,  Qubadlı,  Zən-

gilan rayonlarını işğal edən Ermənistanın 

apardığı etnik təmizləmə siyasəti nəticə-

sində 20 min soydaşımızın həyatına son 

qoyulub,  torpaqlarımızın  20  faizi  işğala 

məruz qalıb.

Xocalıda  erməni  qəsbkarları  tərə-

findən  törədilən  bu  kütləvi  insan  qırğını 

ağlasığmaz  qəddarlığı  və  işgəncələri  ilə 

birmənalı  olaraq,  genosid  faktıdır.  Belə 

ki,  beynəlxalq  hüquqa  əsasən  genosid 

ən ağır cinayətlərdəndir. BMT Baş Məc-

lisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) 

saylı qətnaməsində qeyd olunur ki, geno-

sid insan qruplarının yaşamaq hüququnu 

pozmaqla  insan  mənliyini  təhqir  edir, 

bəşəriyyəti  insanlar  tərəfindən  yaradılan 

maddi  və  mənəvi  dəyərlərdən  məhrum 

edir,  BMT-nin  məqsəd  və  vəzifələrinə, 

ümumbəşəri dəyərlərə tamamilə ziddir və 

dünya birliyi tərəfindən pislənir.

Genosid cinayətinin əlamətləri BMT 

Baş  Məclisinin  1948-ci  il  9  dekabr  ta-

rixli  260  (III)  saylı  qətnaməsi  ilə  qəbul 

olunmuş “Genosid cinayətinin qarşısının 

alınması  və  cəzalandırılması  haqqında” 

Konvensiyada  müəyyən  edilib.  Xoca-

lı  soyqırımı  zamanı  baş  vermiş  cinayət 

əməllərinin  qabaqcadan  düşünülmüş 

qaydada, milli əlamətinə görə insanların 

kütləvi şəkildə məhv edilməsi niyyəti ilə 

törədilməsi  onun  genosid  aktı  olduğunu 

sübut  edir.  Azərbaycana  qarşı  təcavüz 

zamanı  adıçəkilən  Konvensiyada  təsbit 

olunmuş  genosid  cinayətini  təşkil  edən 

bütün əməllər tətbiq olunub. Lakin təəs-

süf  ki,  Azərbaycanda  dinc  əhaliyə  qar-

şı  belə  dəhşətli  soyqırımı  aktları  həyata 

keçirilməsinə  baxmayaraq,  bu  faktlar,  o 

cümlədən  Xocalı  soyqırımı  beynəlxalq 

aləmdə  hələ  də  öz  hüquqi-siyasi  qiymə-

tini almayıb, bu hadisəni planlaşdıranlar, 

təşkil  edənlər  və  törədənlər  məsuliyyətə 

cəlb edilməyib, layiqli cəzalarını almayıb 

və bu istiqamətdə hər hansı bir tədbir gö-

rülməyib.

İşğal edilmiş Dağlıq Qarabağ və yed-

di ətraf rayon Azərbaycan ərazisinin ay-

rılmaz tərkib hissəsidir. Bunu beynəlxalq 

hüquq,  o  cümlədən  BMT  Təhlükəsizlik 

Şurasının  1993-cü  il  tarixli  məlum  822, 

853, 874 və 884 saylı qətnamələri, BMT 

Baş Məclisinin “Azərbaycanın işğal olun-

muş  ərazilərində  vəziyyət”  adlı  2008-ci 

il  14  mart  tarixli  qətnaməsi,  AŞPA-nın 

Azərbaycan  ərazilərinin  erməni  hərbi  

qüvvələri  tərəfindən  işğal  edildiyini  və 

Dağlıq  Qarabağ  regionunun  separatçı 

rejimi tərəfindən idarə olunmasını təsdiq 

edən  2005-ci  il  tarixli  1416  saylı  qət-

naməsi  və  1690  saylı  tövsiyəsi  bir  daha 

sübut  edir.  İşğal  nəticəsində  bir  milyon-

dan artıq azərbaycanlı qaçqın və məcburi 

köçkün vəziyyətinə düşərək əsas hüquq-

ları kobudcasına pozulub.

Ermənistan Avropa Şurasına üzv qə-

bul  olunarkən  Parlament  Assambleyası-

nın 221 saylı Rəyi əsasında öz üzərinə bir 

sıra  öhdəliklər  götürüb,  Dağlıq  Qarabağ 

münaqişəsinin  yalnız  dinc  yollarla  ni-

zamlamaq üçün səyləri davam etdirmək, 

beynəlxalq və yerli mübahisələri, qonşu-

lara qarşı hər hansı güc tətbiqinə və hə-

dələməyə yol vermədən, dinc vasitələrlə 

və beynəlxalq hüququn prinsipləri əsasın-

da  həll  etmək  öhdəliyini  götürüb.  Lakin 

erməni  tərəfi  qeyri-konstruktiv  mövqe 

nümayiş  etdirərək,  bu  öhdəliklərə  əməl 

etmir, regionda sülhün bərqərar olmasına 

maneçilik törədir, atəşkəs rejimini mütə-

madi olaraq pozur.

Belə ki, 2016-cı il aprelin 2-də işğal 

olunmuş  Azərbaycan  ərazilərindən  və 

Ermənistan  Respublikası  ərazilərindən 

erməni  silahlı  qüvvələri  tərəfindən  qəf-

lətən  iri  miqyasda  Azərbaycan  Respub-

likasının  əraziləri,  cəbhəyanı  bölgələrdə 

məskunlaşan  mülki  əhalimizin  yaşadığı 

çoxsaylı  yaşayış  məntəqələri,  məktəblər 

və  digər  sosial  obyektlər,  habelə  Azər-

baycan Silahlı Qüvvələrinin qoşunlarının 

təmas  xətti  boyunca  mövqeləri  ağır  ar-

tilleriyadan,  iriçaplı  silahlardan  intensiv 

atəşə  məruz  qalıb.  Nəticədə  dinc  əhali, 

o  cümlədən  uşaqlar,  qadınlar  və  ahıllar 

həlak  olub  və  ağır  yaralanıb.  Bu  təxri-

batlar nəticəsində beynəlxalq sənədlərin, 

o  cümlədən  Cenevrə  konvensiyalarının 

müddəaları  kobud  şəkildə  pozulub,  bu 

da ölkəmizə səfər edən xarici jurnalistlər 

tərəfindən də müşahidə edilib.

Avropa  Parlamentinin  Dağlıq  Qara-

bağla bağlı 2013-cü il 23 oktyabr tarixli 

qətnaməsi də beynəlxalq birliyin ölkəmi-

zin haqlı mövqeyini dəstəkləməsini və iş-

ğal faktının tanımasını təsdiqləyir. Həmin 

sənəddə  bir  daha  Dağlıq  Qarabağ  mü-

naqişəsinin BMT Təhlükəsizlik Şurasının 

məlum qətnamələri əsasında həllinin va-

cibliyi qeyd olunub və işğalçı qüvvələrin 

zəbt  olunmuş  Azərbaycan  ərazilərindən 

dərhal,  qeyd-şərtsiz  və  tam  çıxarılması 

tələb edilib. Təəssüf ki, bununla bağlı da 

heç bir tədbir görülməyib və Azərbayca-

nın zəbt olunmuş əzəli torpaqları hələ də 

işğal altındadır.

Bu günlərdə Avropa Şurası Parlament 

Assambleyasının  plenar  iclasında  Uk-

rayna nümayəndə heyətinin başçısı, elm, 

mədəniyyət, təhsil və media komitəsinin 

sədri Vladimir Aryevin “Avropada jurna-

listlərə və mətbuat azadlığına hücumlar” 

mövzusunda məruzəsi üzrə qəbul edilmiş 

qətnamənin 9-cu bəndində Dağlıq Qara-

bağın Azərbaycana  məxsus  olması  növ-

bəti dəfə təsdiq edilib. Sənəddə bu kimi 

əraziləri nəzarətdə saxlayan rejimlərin se-

paratçı mahiyyəti vurğulanıb, bu ərazilər 

“qanunsuzluğun hökm sürdüyü tamamilə 

qeyri-şəffaf zonalar” adlandırılıb.

Bəyanatda deyilir ki, ümummilli lide-

rimiz Heydər Əliyev Xocalı soyqırımının 

əsl  mahiyyətini  açıqlayıb,  hələ  1994-cü 

ilin  fevralında  Azərbaycan  Respublika-

sının  Milli  Məclisi  Xocalı  soyqırımına 

hüquqi-siyasi qiymət verib.

Azərbaycan  Respublikasının  Pre-

zidenti  İlham  Əliyev  hər  zaman  bu  mü-

naqişənin  yalnız  ölkəmizin  ərazi  bütöv-

lüyü çərçivəsində həll olunmasının, zəbt 

edilmiş Azərbaycan torpaqlarından işğal-

çı  qüvvələrin  çıxarılmasının  zəruriliyini 

daim  qətiyyətlə  vurğulayır,  soyqırımı 

cinayətini törətmiş şəxslərin məsuliyyətə 

cəlb olunmasının vacibliyini bəyan edir.

Eyni  zamanda,  Xocalı  soyqırımının 

iyirmi  beşinci  ildönümü  haqqında Azər-

baycan Respublikası Prezidentinin Sərən-

camına  əsasən,  müvafiq  tədbirlər  planı 

təsdiq  edilib  və  bu  istiqamətdə  mühüm 

tədbirlər həyata keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezi-

denti Leyla Əliyevanın təşəbbüsü ilə hə-

yata keçirilən və geniş vüsət almış “Xoca-

lıya ədalət!” beynəlxalq təbliğat-təşviqat 

kampaniyası  Xocalı  soyqırımı  haqqında 

həqiqətlərin  dünyada  təbliğ  olunmasın-

da, bu faciənin Azərbaycan xalqına qarşı 

soyqırımı aktı kimi tanınmasında mühüm 

rol oynayır, bunun nəticəsi olaraq dünya-

nın  bir  sıra  ölkələrində  bu  soyqırımı  ilə 

bağlı müvafiq qərarlar qəbul edilir.

Son dövrlər bütün dünyada ermənilə-

rin azərbaycanlılara qarşı törətdiyi soyqı-

rımı  siyasəti  pislənilir,  Xocalıda  törə-

dilmiş  qanlı  qətliam  beynəlxalq  hüquq 

normalarına uyğun olaraq qiymətləndiri-

lir.


Artıq Meksika, Kolumbiya, Peru, Pa-

kistan, Bosniya və Herseqovina, Rumıni-

ya, Çexiya, Sudan, İordaniya, Honduras, 

Qvatemala, Panama, Sloveniya və Cibuti 

parlamentləri də Xocalı soyqırımını bey-

nəlxalq  hüquq  normaları  müstəvisindən 

tanıyıblar.

Habelə  ABŞ-ın  21  ştatı  -  Massaçu-

sets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Mek-

sika, Arkanzas, Corciya, Oklahoma, Ten-

nesi, Pensilvaniya, Konnektikut, Florida, 

Missisipi,  Vest  Virciniya,  İndiana,  Yuta, 

Nebraska,  Havay,  Montana,  Arizona  və 

Aydaho  ştatlarının  qanunverici  orqanla-

rında  da  müvafiq  qətnamələr  qəbul  olu-

nub.


İslam  Əməkdaşlıq  Təşkilatı  Ermə-

nistanı  təcavüzkar,  Xocalı  faciəsini  isə 

soyqırımı  kimi  tanıyan  ilk  beynəlxalq 

təşkilatdır. Bu təşkilatın Gənclər Forumu-

nun dünyanın çoxsaylı ölkələrində həyata 

keçirdiyi “Xocalıya ədalət!” kampaniya-

sının məramı da beynəlxalq ictimaiyyəti 

bu qanlı hadisə ilə bağlı ətraflı məlumat-

landırmaqdır.

Lakin  Xocalı  soyqırımına  hələ  də 

beynəlxalq  miqyasda  hüquqi-siyasi  qiy-

mət verilməməsi, bu cinayəti törədənlərin 

cəzalandırılmaması təəssüf və hiddət his-

si doğurur.

Eyni  zamanda,  qeyd  olunmalıdır  ki, 

Azərbaycanın  və  Ermənistanın  vətən-

daş  cəmiyyətlərinin  fəalları  bir  araya 

gələrək  Sülh  Platformasının  yaradılma-

sına  qərar  veriblər  və  həmin  Platforma 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin  sülh  yolu  ilə,  beynəlxalq 

hüququn  prinsipləri  çərçivəsində  həllini 

məqsəd kimi qarşıya qoyublar.

“Xocalı  faciəsinin  25-ci  ildönümü 

günlərində  şəhidlərin  xatirəsini  dərin 

hüznlə yad edərək bildirirəm ki, ikili stan-

dartlara yol vermədən, beynəlxalq hüquq 

norma  və  prinsiplərinə  uyğun  olaraq, 

bu  hadisə  xüsusi  beynəlxalq  komissiya 

tərəfindən araşdırılmalı, səlahiyyətli bey-

nəlxalq qurumlar tərəfindən genosid aktı 

kimi tanınmalı, cinayət törədənlərə qarşı 

sanksiyalar  tətbiq  edilməlidir.  Nüfuzlu 

beynəlxalq  qurumları  birmənalı  mövqe 

nümayiş  etdirərək,  bir  daha  bu  soyqırı-

mını pisləməyə, onu törədənlərin tezliklə 

ədalətli cəzalarını alması üçün səyləri ar-

tırmağa çağırıram.

Bir  daha  bəyan  edirik  ki,  Ermənis-

tan  münaqişə  ilə  bağlı  qəbul  edilmiş 

beynəlxalq  sənədlərin  qərarlarını  yerinə 

yetirməli, Azərbaycanın  ərazi  bütövlüyü 

bərpa  olunmalı,  azərbaycanlı  əsir  və  gi-

rovlar  azad  edilməli,  qaçqın  və  məcburi 

köçkünlərin  pozulmuş  hüquqları  bərpa 

olunmalı, onlar öz doğma yurdlarına qa-

yıtmalı,  habelə  günahsız,  dinc  insanları 

məhv  edən  cinayətkarlar  tezliklə  ədalət 

məhkəməsi  qarşısında  cavab  verməli  və 

cəzalandırılmalıdır”,  -  deyə  ombudsman 

bəyanatda qeyd edir.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



10 fevral 2017-ci il   № 9-12 (9103)

3

XocALI SoYQIRIMInIn 25-ci 

iLDönüMünün keçiRiLMƏSinƏ DAiR 

tƏDBiRLƏR PLAnI tƏSDiQ eDiLiB

Azərbaycan Res-

publikasının Prezidenti 

Administrasiyası rəhbəri-

nin sərəncamı ilə “Xocalı 

soyqırımının iyirmi beşinci 

ildönümünün keçirilməsinə 

dair tədbirlər planı” təsdiq 

edilib.

Tədbirlər  planı  Azər-

baycan  Respublikası  Prezi-

dentinin  “Xocalı  soyqırımı-

nın iyirmi beşinci ildönümü 

haqqında”  2017-ci  il  24 

yanvar  tarixli  Sərəncamının 

icrasını təmin etmək məqsə-

dilə hazırlanıb.

Tədbirlər  planında  Ba-

kının  Xətai  rayonunda,  Go-

ranboy  rayon  mərkəzində 

və  Ağcakənd  qəsəbəsində 

Xocalı  soyqırımı  qurban-

larının  xatirəsinə  ucaldıl-

mış  abidələrin  önünə  əklil 

qoyulması  mərasimlərinin 

keçirilməsi,  ictimaiyyət  nü-

mayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Xocalı 

köçkünlərinin beynəlxalq ictimaiyyətə müraciəti, Azərbaycan Res-

publikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində 

və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat 

konfranslarının,  anım  mərasimlərinin  və  s.)  təşkili,  xarici  və  yerli 

kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, in-

ternet şəbəkəsində qanlı qırğını əks etdirən materialların yayılması 

və mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Sənədə  əsasən,  ölkədə  fəaliyyət  göstərən  dini  konfessiya  və 

qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr 

olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, te-

atr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblər-

də xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, 

milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii film-

lər nümayiş etdiriləcək.

Xocalıların  müvəqqəti  məskunlaşdıqları  şəhər  və  rayonlarda 

(Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabi-

rabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbər-

lərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə 

görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqı-

rımına həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisin-

də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad 

ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 

Azərbaycanın dövlət bayraqları endiriləcək.

keçƏn AY ceYhAn LiMAnInDAn 

2 MiLYon ton AZƏRBAYcAn nefti 

DünYA BAZARInA çIXARILIB

2017-ci ilin yanvar ayı ərzində 2 milyon 48 min 786 ton Azər-

baycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən  bildirilib ki, bu həcmin 1 mil-

yon 398 min 440 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fon-

dunun nefti təşkil edib.

Ümumiyyətlə,  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri 

(BTC) istismara verilən gündən 2017-ci il fevral ayının 1-dək Cey-

han limanından 321 milyon 883 min 385 ton Azərbaycan nefti dünya 

bazarlarına yola salınıb.



Btc kƏMƏRi iLƏ 2,4 MiLYon 

tonDAn çoX AZƏRBAYcAn 

nefti nƏQL oLUnUB

2017-ci ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac 

boru kəməri (BTC) vasitəsilə 2 milyon 412 min 263 ton Azərbay-

can nefti nəql edilib.

SOCAR-ın  mətbuat  xidmətindən    bildirilib  ki,  ümumiyyətlə, 

kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-dək BTC-

yə 323 milyon 950 min 325 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin yanvar ayında BTC kəməri ilə 935 

min 880 ton Türkmənistan nefti nəql olunub.



XƏZƏRDƏ iQtiSADi ƏMƏkDAşLIQ hAQQInDA 

SAZişin LAYihƏSi MüZAkiRƏ oLUnUB

XocALI SoYQIRIMInI töRƏDƏnLƏR teZLikLƏ 

ƏDALƏt MƏhkƏMƏSi QARşISInDA 

cAvAB veRMƏLi vƏ cƏZALAnDIRILMALIDIR


Yüklə 404 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə