R b a y c a n X z r d n z g m


Vladimir Kazimirovun “Nezavisi-



Yüklə 404 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix24.06.2018
ölçüsü404 Kb.
#50967
1   2   3   4   5   6   7   8

Vladimir Kazimirovun “Nezavisi-

maya qazeta”da dərc edilmiş, ölkəmizə 

münasibətdə qərəzli mövqedən yazılmış 

Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsinin mahiyyətini 

təhrif edən məqalələrinə (sonuncu belə 

məqalə yanvarın 26-da çap olunub) 

cavab olaraq həmin qəzetin 2017-ci il 

6 fevral tarixli nömrəsində Azərbay-

can Xarici İşlər Nazirliyinin mətbuat 

xidmətinin rəhbəri Hikmət Hacıyevin 

“Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsi Vladimir Kazimi-

rovun əyri güzgüsündə” adlı məqaləsi 

dərc edilib.  Məqaləni təqdim edirik.

Rusiya mətbuatında vaxtaşırı özünü 

yada  salan  keçmiş  səfir Vladimir  Kazi-

mirov yenə dözməyib və özündən müş-

təbeh tərzdə ümumi xarakterli öyüd-nə-

sihət  verməyi,  eləcə  də  konkret  olaraq 

Azərbaycanı  “haqq  yoluna  dəvət  etmə-

yi” qərara alıb. Həm də o bunu Azərbay-

cana və bu ölkənin diplomatik xidmətinə 

münasibətdə  elementar  etikadan  kənar 

tərzdə edib. İstər-istəməz buna reaksiya 

verilməli idi, lakin mən oxşar yolla get-

məyi yersiz hesab etdim və əsas məqam-

ların  icmalını  daha  münasib  formada 

təqdim etməyə üstünlük verdim.

Cənab  Kazimirovun  inadkarlıqla 

son on ildə eyni, lakin məzmunca artıq 

xeyli köhnəlmiş tezislərinin növbəti por-

siyasını  şərh  etməzdən  əvvəl  Vladimir 

Nikolayeviçə  bir  sualım  var:  əgər  siz 

özünüzü bu qədər yüksək səriştəli hesab 

edirsinizsə,  müvafiq  mandatınız  olduğu 

vaxtda  –  1996-cı  ilə  qədər  nə  üçün  bu 

münaqişənin qəti həllinə nail ola bilmə-

diniz? Axı nə siz, nə də ATƏT-in Minsk 

qrupunda sizin varisləriniz hələ bunu edə 

bilməyib.

Əslində siz özünüz də bu faktı inkar 

etmirsiniz. Üstəlik, bu il yanvarın 26-da 

“Nezavisimaya qazeta”da dərc olunmuş 

sonuncu məqalənizin əvvəlində də qeyd 

edirsiniz  ki,  münaqişəni  dinc  yolla  həll 

etmək cəhdləri 20 ildən artıq vaxt alıb. 

Bunun  təqsirkarı  kimi,  guya  vasitəçilə-

rin  təşəbbüslərini  pozan  Azərbaycanı 

göstərməyə çalışırsınız, sizin fikrinizcə, 

“hər  iki  erməni  tərəfi”  isə  Minsk  qru-

punun  təklifləri  üzərində  işləməyə  ha-

zır  olduqlarını  göstərir.  Siz Azərbaycan 

tərəfin  bütün  mümkün  yollardan,  hətta 

hərbi yoldan da istifadə etməklə öz ərazi 

bütövlüyünü müdafiə etmək kimi ayrıl-

maz hüququ barədə bəyanatları-

na görə ah-zar edərək, pərdələn-

məyə çalışırsınız.

Lakin  insanları  çaşdırmağa 

çalışmaq  yersizdir.  Siz,  cənab 

Kazimirov,  çox  yaxşı  bilirsiniz 

ki,  “erməni  tərəfləri”  anlayışı 

yoxdur,  münaqişənin  tərəfləri 

olan Ermənistan və Azərbaycan, 

bir  də  bu  münaqişənin  həllində 

maraqlı tərəflər kimi Dağlıq Qa-

rabağın  erməni  və  Azərbaycan 

icmaları  var.  Bütün  beynəlxalq 

vasitəçilər  məhz  bu  formatda 

işləyiblər  və  yenə  bu  formatda 

işləyirlər.

Bundan  əlavə,  yaxşı  olardı  ki,  siz 

–  hazırda  istefada  olan  keçmiş  yüksək-

vəzifəli  diplomat  BMT  Nizamnaməsini 

götürüb  bu  sənədin  dövlətlərin  özünü-

müdafiə hüququ və təcavüzü dəf etmək 

hüququndan bəhs edilən 51-ci maddəsini 

nəzərdən  keçirəsiniz.  Bütün  beynəlxalq 

münasibətlər  sisteminin  bazası  olan  bu 

mühüm  sənədi  yaddaşınızda  təzələmək 

təhrifləri  aradan  qaldırmağa  kömək  et-

məlidir. Bu təhriflər sizi o dərəcəyə çat-

dırır ki, deməyinizə görə, təcavüzün qur-

banı  özü  təqsirkardır,  təcavüzkar  isə  az 

qala “sülh göyərçini”dir.

Sizin  sonuncu  məqalənizdən  belə 

təsəvvür yarana bilər (hər halda müəllif 

çox səylə belə təsəvvür yaratmağa çalı-

şır)  ki,  vasitəçilərin  Ermənistan-Azər-

baycan  münaqişəsinin  tənzimlənməsinə 

dair  bütün  fəaliyyəti  müddətində  cəmi 

iki sanballı sənəd yaranıb və hər iki sənə-

din “atası” Kazimirovdur. 1994-1995-ci 

illərdə yaradılmış bütün sənədlər komp-

leksindən yalnız faks aparatının düymə-

sini basmaqla iştirak etdiyiniz sənədləri 

qabartmaq, bütün başqa sənədləri unut-

maq,  onların  barəsində  susmaq  sizin 

peşəkar eqoizminizin və ya peşəkar am-

neziyanızın növbəti təzahürüdür.

Xatırladırıq. Münaqişə tərəfləri ara-

sında atəşkəs haqqında 1994-cü il 5 may 

tarixli Bişkek protokolunda “ən intensiv 

iş  apararaq  ən  qısa  müddətdə  etibarlı, 

hüquqi  öhdəliklər  irəli  sürülən,  hərbi 

əməliyyatların  və  düşmənçilik  hərəkət-

lərinin  bərpa  olunmamasını,  qoşunların 

işğal  edilmiş  ərazilərdən  çıxarılmasını, 

kommunikasiyaların fəaliyyətinin bərpa 

olunmasını,  qaçqınların  qaytarılmasını, 

danışıqlar prosesinin davam etdirilməsi-

ni təmin edən mexanizm nəzərdə tutulan 

sazişlər  imzalanması  yolu  ilə  bu  proto-

kolun  təsbit  edilməsi”  barədə  çağırışlar 

var. Məlum olduğu kimi, bu razılaşmalar 

əsasında 1994-cü il mayın 12-də atəşkəs 

rejimi  qüvvəyə  minib.  1994-1995-ci  il-

lərdə  tərəflərin  müzakirə  etdiyi  bütün 

başqa sənədlərin məqsədi bu razılaşma-

ları implementasiya etmək olub. Konkret 

tədbirlər arasında atəşkəs rejiminin qoru-

nub saxlanması (tənzimləmə üçün şəra-

it yaradan texniki məqamlar) və işğalçı  

qüvvələrin çıxarılması (nizamlamanı tə-

min edən məzmun aspektləri) də var.

Belə ki, işğal edilmiş ayrı-ayrı əra-

zilərdə vəziyyətin tənzimlənməsinə dair 

Tədbirlər  Təqvimi  haqqında  1995-ci  il 

5  noyabr  tarixli  II  Əlavədə  işğal  olun-

muş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, 

Cəbrayıl,  Zəngilan,  Qubadlı,  Kəlbəcər 

və Laçın rayonlarının işğaldan azad edil-

məsinin  və  minalardan  təmizlənməyə 

başlanmasının zaman çərçivələri birbaşa 

müəyyən edilib.

İşğal  edilmiş  ərazilərin  dərhal  və 

qeyd-şərtsiz  azad  edilməsi  barədə  bu 

tələblər  BMT  Təhlükəsizlik  Şurasının 

1993-cü ildə qəbul edilmiş və yaxşı mə-

lum olduğu kimi, icrası üçün iddia müd-

dəti  olmayan  dörd  qətnaməsinin  (822, 

853,  874  və  884  nömrəli)  müddəala-

rından  irəli  gəlirdi.  Həmin  qətnamələrə 

görə,  BMT  Təhlükəsizlik  Şurası  Azər-

baycana  qarşı  güc  tətbiq  edilməsini  və 

onun  ərazilərinin  işğal  olunmasını  pis-

lədi və eyni zamanda, Azərbaycanın su-

verenliyini  və  ərazi  bütövlüyünü,  onun 

beynəlxalq səviyyədə qəbul edilmiş sər-

hədlərinin toxunulmazlığını bir daha təs-

diqlədi. Təhlükəsizlik Şurası həmin qət-

namələrdə bir daha təsdiq etdi ki, Dağlıq 

Qarabağ  Azərbaycanın  ayrılmaz  tərkib 

hissəsidir.

Bu tələblərin Ermənistan tərəfindən 

yerinə  yetirilməməsini,  ehtimal  ki,  onu 

beynəlxalq hüquq qaydalarına və dövlət-

lərin  dinc  yanaşı  yaşaması  normalarına 

hörmət etməyin zəruri olmasına inandıra 

bilməmiş  beynəlxalq  vasitəçilərin  nöq-

sanı  hesab  etmək  olar.  Nəticədə  Azər-

baycan  torpaqlarının  işğalı  davam  edir 

və bu, yeganə faktdır ki, siz haqlı olaraq 

onu  təsdiqləyirsiniz.  Bu  halda  təcavüz-

kara  qarşı  təsirli  beynəlxalq  qınaq  və 

onu sülhə məcbur etmək tədbirləri görül-

mür. Lakin bunun səbəbi təcavüzə məruz 

qalmış Azərbaycanın “qeyri-konstruktiv 

mövqeyi”  deyil,  işğalçı  tərəfin  bütün 

beynəlxalq  qərarları,  o  cümlədən  BMT 

Təhlükəsizlik Şurasının imperativ xarak-

terli qətnamələrini də sabotaj etməsidir.

Sizin  sənədli  ekvilibristikadan  isti-

fadə  etməklə  təcavüzkara  hər  vasitə  ilə 

himayəçilik etmək cəhdləriniz vəziyyəti 

daha da gərginləşdirir, qoşunların təmas 

xəttində nəzarət tədbirlərindən dəm vur-

maqla  status-kvonu  uzatmağa  çalışan 

Ermənistanın mövqeyini bir növ dəstək-

ləmək illüziyası yaradır. Hərçənd, tama-

milə  aşkardır  ki,  hər  hansı  insidentlərə 

yol verməməyin yeganə təsirli və etibarlı 

üsulu  işğalçı  Ermənistan  qüvvələrinin 

Azərbaycan  ərazilərindən  çıxarılmasını 

təmin etməkdir. Yalnız bu halda hazırda 

aparılan  danışıqlar  prosesi  çərçivəsində 

münaqişənin  qəti  siyasi  tənzimlənmə-

sinə doğru irəliləmək mümkün olar.

Siz isə, Vladimir Nikolayeviç, yaxşı 

olar ki, artıq 20 ildən çox müddətdə heç 

bir aidiyyətiniz olmayan proses ətrafında 

informasiya feykləri yaratmayasınız.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



10 fevral 2017-ci il   № 9-12 (9103)

4

Gəmiçilikdə  çalışan  və    Ümum-

milli  Liderimiz    Heydər  Əliyevin  ide-

yaları ilə silahlanmış Yeni Azərbaycan 

Partiyasının  üzvü  olması  ilə  qanuni 

iftixar  hissi  keçirən  8  işçimiz  on  iki  il 

əvvəl Yeni Azərbaycan Partiyası Səbail 

rayon  təşkilatına  “Xəzər  dənizçiləri” 

ərazi ilk təşkilatının yaradılması xahişi 

ilə müraciət edir və az sonra onların bu 

arzuları  qarşısında  “yaşıl  işıq”  yandı-

rılır. Beləcə yaranır hazırda üzvlərinin 

sayı səkkiz yüzü keçən Yeni Azərbaycan 

Partiyası  Səbail  rayonu  “Xəzər  dəniz-

çiləri” ərazi ilk təşkilatı.

Yanvarın  26-da  Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyinin  akt  zalında  Yeni 

Azərbaycan  Partiyası  Səbail  rayonu 

“Xəzər dənizçiləri” ərazi ilk təşkilatının 

hesabat-seçki yığıncağı keçirildi.

“Xəzər  dənizçiləri”  ərazi  ilk  təşki-

latının  sədri  İzafət  Məmmədov  2015-

2016-cı  illərdə  təşkilatın  fəaliyyətinə 

dair hesabat məruzəsi ilə çıxış etdi. Bil-

dirdi ki, 1992-ci ildə Ümummilli Lider 

Heydər  Əliyevin  Azərbaycanı  düşdüyü 

bütün  bəlalardan  xilas  etmək  yolunda 

atdığı ilk mühüm addımlardan biri Yeni 

Azərbaycan  Partiyasının  yaradılması 

oldu.  YAP  Azərbaycan  dövlətçiliyinin, 

onun müstəqilliyinin qarantı demək idi. 

Hava və su insana nə qədər vacibdirsə, 

o  dövrdə    HEYDƏR  ƏLİYEV  –  YAP 

da xalqımıza, müstəqilliyini itirmək təh-

lükəsi    qarşısında  olan  Azərbaycana  o 

qədər  vacib  idi.  Ulu  Öndərin  təbirincə 

desək,  “Yeni Azərbaycan Partiyası sübut 

etdi  ki,  o,  siyasi  fəaliyyət  göstərməyə, 

Azərbaycanın  taleyüklü  məsələlərini 

həll etməyə qadir partiyadır... Ona görə 

də Yeni Azərbaycan Partiyası yaşayacaq, 

inkişaf edəcək, xalqımızı, müstəqil döv-

lətimizi  xoşbəxt  gələcəyə  aparacaqdır.” 

Zaman  dahi  rəhbərin  sözlərinin  doğru-

luğunu  təsdiq  etdi.  Ümummilli  Liderin 

əsasını qoyduğu daxili və xarici siyasə-

tin Yeni Azərbaycan  Partiyasının  sədri, 

möhtərəm  Prezidentimiz  İlham  Əliyev 

tərəfindən uğurla davam etdirilməsi nə-

ticəsində  müstəqil  Azərbaycan  hazırda 

dünyanın ən sürətlə inkişaf edən ölkələ-

rindən birinə çevrilib.

Hesabat  dövründə  Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyində  görülən 

mühüm  işlərdən,  qazanılan  uğurlardan 

ətraflı  bəhs  edən  məruzəçi    dövlət  baş-

çımızın    həyata  keçirdiyi  müasirləşmə 

siyasətinə dəniz nəqliyyatı sahəsində də 

böyük  dəstək  verildiyini  bildirdi.  Ötən 

müddətdə  təşkilatın  sıralarının  xüsusilə 

yüksək bilik və bacarığa, müasir dünya-

görüşə  malik  gənclərin  hesabına  geniş-

ləndiyini,  taleyini Gəmiçiliklə bağlayan 

bu  gənclərin  YAP-ın  üzvü  olduqlarını 

heç vaxt unutmadıqlarını qeyd etdi. 

“Azərbaycan  Xəzər  Dəniz  Gəmi-

çiliyi”  Qapalı  Səhmdar  Cəmiyyətinin 

Risklərin  idarəedilməsi  şöbəsinin  rəisi 

Fuad  Hacıəliyev,  mütəxəssis  Mirkazım 

Babayev,  Azərbaycan  Dövlət  Dəniz 

Akademiyasının  əməkdaşı  Bayram  Ba-

lakişiyev  və  başqaları  məruzə  ilə  bağlı 

müzakirələrdə təşkilatın hesabat dövrün-

dəki  fəaliyyətini  qənaətbəxş  qiymətlən-

dirdilər.

İzafət Məmmədova yenidən etimad 

göstərildi və o,  yekdilliklə  Yeni Azər-

baycan  Partiyası  Səbail  rayonu  “Xəzər 

dənizçiləri”  ərazi  ilk  təşkilatının  sədri 

seçildi. 

Sonra 7 nəfərdən ibarət  idarə heyəti 

və YAP Səbail rayon təşkilatının XI kon-

fransına nümayəndələr seçildi.

Yığıncaqda  çıxış  edən  Yeni  Azər-

baycan  Partiyası  Səbail  rayon  təşkila-

tı  sədrinin  müavini  Əhliman  Qarayev 

dinamik  inkişaf  edən  ölkəmizin  əldə 

etdiyi  yüksək  nailiyyətlərdə  yarandığı 

gündən Azərbaycan  dövlətinə  və  xalqı-

na  sədaqətlə  xidmət  edən  YAP-ın  əhə-

miyyətli  rolundan  bəhs  etdi.  Partiyanın 

keçdiyi şanlı yola nəzər salaraq bildirdi 

ki, YAP keçən əsrin doqsanıncı illərində 

xalqımızın  arzu  və  istəklərinin  ifadəsi 

kimi yarandı.  1992-ci il oktyabrın 16-da 

91 nəfər ziyalının Ümummili Liderimiz 

Heydər  Əliyevə  ünvanladığı    müraciət-

də  deyilirdi:  “Dövlət  quruculuğundakı 

çoxillik təcrübənizə əsaslanaraq Siz qısa 

müddətdə Azərbaycanda geniş xalq küt-

lələrini özündə birləşdirə biləcək böyük, 

güclü,  nüfuzlu  və  işlək  partiya  yarada 

bilərsiniz. Öz adımızdan və on minlərlə 

respublika vətəndaşı adından Sizdən xa-

hiş edirik ki, təşəkkül tapan Yeni Azər-

baycan  Partiyasına  rəhbərlik  etməyə 

razılıq verəsiniz. Azərbaycan Sizin sözü-

nüzü və qəti qərarınızı gözləyir.” Xalqın 

dahi  rəhbərə  olan  sonsuz  inamı  isə 

YAP-ın qısa müddət ərzində təşkilatlan-

masına,  ölkəmizin  bütün  regionlarında 

özəklərini yaratmasına və siyasi səhnədə 

parlamasına imkan verdi.

Əhliman Qarayev  çıxışının sonunda 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 

çoxminli kollektivinə  və “Xəzər dəniz-

çiləri” ərazi ilk təşkilatının yeni seçilən 

heyətinə gələcək fəaliyyətlərində  uğur-

lar arzuladı. 

Rasif TAHİROV

AZƏRBAYcAn XƏZƏR DƏniZ gƏMiçiLiYinin 

nAiLiYYƏtLƏRinDƏ YAP üZvLƏRinin  XiDMƏti AZ DeYiL

eRMƏniStAn-AZƏRBAYcAn, DAğLIQ QARABAğ MünAQişƏSi 

vLADiMiR kAZiMiRovUn ƏYRi güZgüSünDƏ

“heç kəsə sirr deyil ki, YAP heydər Əliyevin sayəsində yaranmış, onun 

şəxsiyyəti ətrafında birləşmişdir. Məhz bu amil YAP-ın təşəkkül tapmasında 

və  inkişafında,  ölkənin  aparıcı  siyasi  qüvvəsinə  çevrilməsində  həlledici  rol 

oynamışdır. YAP-ın gücü nədədir? Mən bu suala qısaca olaraq belə cavab 

verərdim: YAP-ın gücü, ilk növbədə, onun əvəzsiz lideri heydər Əliyevdədir. 

YAP-ın  gücü  bundadır  ki,  partiyanın  yeritdiyi  siyasət  xalqın  maraqlarına 

uyğundur. YAP-ın gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli 

surətdə həyata keçirilir. YAP-ın gücü ondadır ki, Prezidentin və YAP liderinin 

daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 



Yüklə 404 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə