R b a y c a n X z r d n z g m



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix30.12.2017
ölçüsü0,51 Mb.
#18742
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


23 sentyabr 2016-cы il   № 61-64 (9067)

4

çalışırıq... düzələr...

Azərbaycanın mərkəzi olan neft Bakisində 

XVIII Ümumittifaq partiya konfransının qərar-

larından  sonra  təmizlik  və  mədənilik  uğrunda 

mübarizə  daha  da  genişlənmişdir.  Lakin  Baki 

portunun territoriyasında təmizlik işlərinə lazı-

mınca fikir verilmir.

Baki dəniz vağzalından Kaspinin Krasno-

vodsk, Mahac-Qala, Lənkəran və s. portlarından 

hər gün yüzlərcə sərnişin gedir. Lakin bu vağ-

zalda sərnişinlərə kultur xidmət edilmir. Misal 

üçün, bir neçə fakt göstərək:

İyun ayının 5-i gecə saat 1-dir. Baki dəniz 

vağzalının üçüncü zalı sərnişinlərlə dolmuşdur. 

Vağzalda sərnişinlər üçün tranzit yataq otağı ol-

madığından, sərnişinlər səhərə kimi dəniz vağ-

zalının 3-cü zalında qalmışdılar.

Dəniz  vağzalında  olan  ana  və  uşaq  evi 

uşaqlı  sərnişin    qadınları  hərtərəfli  hazırlıqlı 

qarşılamalıdır.  Lakin  bu  evin  tərbiyəçiləri  və 

tibbi bacıları vağzalda uşaqlı anaların əksəriy-

yətini ana və uşaq evinə cəlb etməkdə aktivlik 

göstərmirlər.

Dəniz  vağzalının  naçalniki  Qurin  yoldaş 

vağzalda tranzit sərnişinləri mədəni qarşılamaq 

üçün  əldə  olan  imkanlardan  tamamilə  istifa-

də etmir. Onun dediyinə görə sərnişinlər üçün 

domino,  şaşki  və  s  oyun  əyləncələri  vardır. 

Halbuki bu oyun şeylərini sərnişinlərə çatdıran 

yoxdur.


Baki dəniz vağzalında tranzit otağı təşkil 

etmək məsələsi hələ keçən ildən irəli sürülmüş 

idi. Hətta onun üçün müəyyən pul da ayrılmışdı. 

Lakin bu iş axıra çatdırılmadı.

Dəniz vağzalının 3-cü zalında olan bufetin 

işində  də  çatışmayan  cəhətlər  çoxdur.  Burada 

yemək  istəyənlər  saatlarla  gözləməli  olurlar. 

Kelner Badalov müştərilərlə kultur rəftar etmir. 

Bufet natəmiz və səliqəsiz saxlanılır.

Bufetdə  papiros  çəkməyin  qadağan  edil-

məsinə  baxmayaraq,  burada  vağzal  işçilərinin 

özləri qaydaya tabe olmayaraq, papiros çəkirlər.

Vağzalın naçalniki Qurin yoldaş işdə olan 

nöqsanları  gələcəkdə  aradan  qaldırmaq  üçün 

“çalışdığını”  bildirir.  O,  “olar...  çalışırıq...  və 

düzələr...” – kimi vədlər verir. Lakin onun heç 

bir vədi yerinə yetirilmir.

Dəniz vağzalını Baki şəhərinin ən mədəni 

və nümunəvi müəssisələri sırasına keçirmək la-

zımdır.


B. Cəbizadə,

“Qaspi bolşeviki” qəzeti, № 45 (1622),

9 iyun 1941-çi il

Yeni dənizçi kadrları

Dənizçilərin FZT məktəbini bitirən gənclər 

hazırda Kaspflotun və Kasptankerin gəmilərin-

də,  gəmi  təmir  edən  zavodlarda  matros,  çilin-

gər,  maşinist,  radist  və  s.  bu  kimi  vəzifələrdə 

böyük həvəslə çalışırlar. Yeni dənuzçi kadrları 

və işlədikləri sahələrdə görkəmli iş nümunələri 

göstərirlər. İndi 12 nömrəli FZT məktəbinə yeni 

qəbul başlamış, bu qəbul müvəffəqiyyətlə keçir.

FZT məktəbinə könüllü olaraq ərizə verən-

lərdən komsomolçu Ənvər Aydəmirovu, Cavan-

şir Xanlarovu, Pama Əliyevi, Nadir Əliyevi, Şü-

kür Məmmədovu və başqalarını göstərmək olar.

Budur, Ənvər Aydəmirov komissiya qarşı-

sından keçərkən belə deyir: Mənə keçən qəbul-

da FZT məktəbinə daxil olmağa imkan olmadı. 

Mən FZT məktəbinin yeni qəbulunu səbrsizlik-

lə gözləyirdim. İndi artıq həmin gün yetişmişdir. 

Mənim FZT məktəbinə qəbul olmağım nəinki 

mənim özümü, həmçinin ata-anamı da çox se-

vindirir. Mən gələcəkdə ixtisaslı bir işçi olaca-

ğam.


A. Gülhüseyn

Gəmi plansız işləyir

Kasptankerin  neftdaşıyan  “Komsomol” 

paroxodunun  dənizçiləri  dövlət  neft  daşıma 

planını ödəmək və artıqlaması ilə yerinə yetir-

mək uğrunda böyük ruh yüksəkliyi ilə çalışır-

lar. Lakin Kasptankerin plan şöbəsi (naçalniki 

Lastovyekçi yoldaşdır) gəmimizi düzgün planla 

təmin etmədiyindən demek olar ki, biz plansız 

işləyirirk.

“Komsomol”  paroxoduna  bu  il  illik  plan 

iki dəfə göndərilmişdir.  Birinci planda 25 reys 

yedəksiz və 43 reys yedəklə reys edərək 45 min 

mil üzmək qeyd edilmişdir. İkinci planda isə ye-

dəksiz 38, yedəklə 41 reys edərək 50 min mil 

üzmək qeyd edilmişdir.

Aylıq  planlar  isə  tamamilə  yarıtmazdır. 

“Komsomol” paroxoduna may ayının 5-də ay-

lıq qarfik göndərilmişdi. Bu qrafikə əsasən gəmi 

Bakidən Mahac-Qalaya reys dövriyyəsi 71 saat 

olmaqla 5 reys  və yedəklə Bakidən Həştərxa-

na hər reys dövriyyəsi 120 saat olmaqla 3 reys 

etməli idi.

Bundan  əlavə,  “Komsomol”  paroxodu 

“Norma” şalandasını yedəkdə aparır. Gəmiçilk 

idarəsi  tərəfindən  planda  “Norma”  şalandası 

üçün  yük  götürmə  vaxtı  6  saat,  “Komsomol” 

paroxodu  üçün  isə  3  saat  20  dəqiqə  müəyyən 

edilmişdir. Halbuki “Komsomol” paroxodu öz 

yük götürməsini nə zaman qurtarırsa-qurtarsın, 

“Norma”  şalandasını  gözləməlidir.  Beləliklə 

planda bu nəzərdə tutulmalı idi.

Bütün bunlar onu göstərir ki, Kasptankerin 

plan şöbəsi tərəfindən tutulan planlar gözəyarı 

tərtib olunur.



Korolyov,

“Komsomol” paroxodu

kapitanının siyasi işlər üzrə

köməkçisi

“Qaspi bolşeviki” qəzeti, № 47 (1624),

16 iyun 1941-çi il

1941-ci il iyunun 22-də Sovet Sosialist  

respublikaları ittifaqı Xalq Komissarları 

Soveti sədrinin müavini və Xalq Xarici  

işlər Komissarı V. M. Molotov  

yoldaşın radio ilə çıxışı

Sovet İttifaqının vətəndaşları və vətəndaş 

qadınları!

Sovet hökuməti və onun başçısı Stalin yol-

daş aşağıdakiləri bildirməyi mənə tapşırmışlar:

Bugün  səhər  saat  4-də,  Sovet  İttifaqına 

heç  bir  iddia  vermədən,  müharibə  elan  etmə-

dən qerman qoşunları ölkəmizə basqın etmişlər, 

bir çox yerdə sərhəddimizə hücum etmişlər və 

şəhərlərimizdən  Jitomiri,  Kiyevi,  Sevastopolu, 

Kaunası və bəzi başqa şəhərləri öz aeroplanla-

rından bombardman etmişlər, bunun nəticəsində 

iki yüzdən artıq adam ölmüş və yaralanmışdır. 

Rumıniya  və  Finlandiya  territoriyalarından  da 

düşmən aeroplanlarının basqını olmuş və artil-

leriya atəşi açılmışdır.

Ölkəmiz  üzərinə  bu  eşidilməmiş  hücum 

mədəni  xalqların  tarixində  misli  görünməmiş 

xainlikdir.  Ölkəmiz  üzərinə  hücum,  SSRİ  ilə 

Qermaniya arasında hücum etməmək müqavilə-

si bağlanmış olduğuna və bu müqavilənin bütün 

şərtlərini Sovet hökumətinin vicdanla yerinə ye-

tirdiyinə baxmayaraq edilmişdir. Ölkəmiz üzə-

rinə hücum, bu müqavilənin həyata keçirildiyi 

müddətdə müqavilənin yerinə yetirilməsinə dair 

Qermaniya hökumətinin SSRİ-yə bir dəfə də ol-

sun iddia verə bilmədiyinə baxmayaraq edilmiş-

dir. Sovet İttifaqı üzərinə bu quldurcasına hücu-

mun bütün məsuliyyəti bütünlüklə və tamamilə 

qerman faşist hakimlərinin üzərinə düşür.

Artıq hücum başlandıqdan sonra, Qerma-

niyanın Moskvadakı səfiri Şulenburq səhər saat 

5-30 dəqiqədə, Xalq Xarici İşlər Komissarı ol-

maq etibarilə mənə öz hökuməti adından bildir-

di ki, Qermaniyanın şərq sərhəddinə Qızıl Ordu 

Hissələrinin  toplanması  ilə  əlaqədar  olaraq 

Qermaniya  hökuməti  SSRİ-yə  qarşı  müharibə 

etməyi qərara almışdır.

Mən, buna cavab olaraq, Sovet hökuməti 

adından  bildirdim  ki,  son  dəqiqəyədək  Qer-

maniya  hökuməti  Sovet  hökumətinə  heç  bir 

iddia verməmiş, Sovet İttifaqının sülhpərvərlik 

mövqeyinə baxmayaraq Qermaniya SSRİ üzə-

rinə hücum etmişdir və bununla faşist Qermani-

yası hücum edən tərəfdir.

Sovet  İttifaqı  Hökumətinin  tapşırığı  ilə 

mən bunu da deməliyəm ki, heç bir məntəqə-

də qoşunlarımız və aviasiyamız sərhəddin po-

zulmasına yol verməmişlər və buna görə, guya, 

sovet  aviasiyasının  Rumıniya  aerodromlarını 

bombardman etdiyi haqqında Rumıniya radio-

sunun bugün səhər verdiyi bəyanat başdan-başa 

yalandır və fitnədir. Sovet-qerman paktına So-

vet İttifaqının əməl etmədiyi haqqında sonradan 

ittiham materialı uydurmağa çalışan Hitlerin bü-

tün bu günkü deklarasiyası da yalan və fitnədir.

İndi, Sovet İttifaqı üzərinə hücum başlan-

dıqdan sonra, Sovet hökuməti quldur hücumunu 

dəf  etmək  və  qerman  qoşunlarını  vətənimizin 

territoriyasından  qovmaq  haqqında  qoşunları-

mıza əmr vermişdir.

Bizi bu müharibəyə, əzablar çəkməkdə ol-

duqlarını yaxşı başa düşdüyümüz qerman xalqı 

deyil, qerman fəhlələri, kəndliləri və intelliqen-

siyası deyil, fransızları, çexləri, polyakları, serb-

ləri, Norveqiyanı, Belqiyanı, Daniyanı, Hollan-

diyanı,  Qresiyanı  və  başqa  xalqları  qul  halına 

salmış  Qermaniyanın  qaniçən  faşist  hakimləri 

dəstəsi çəkmişdir.

Sovet İttifaqı hökuməti qəti əmin olduğu-

nu bildirir ki, igid ordumuz, flotumuz və sovet 

aviasiyasının cəsarətli şahinləri vətən qarşısın-

da, sovet xalqı qarşısında öz borclarını şərəflə 

yerinə yetirəcəklər və aqressora sarsıldıcı zərbə 

endirəcəklər.

Xalqımız hücum edən azğın düşmənlə bi-

rinci  dəfə  üz-üzə  gəlmir.  Vaxtilə  Napoleonun 

Rusiya  yürüşünə  xalqımız  vətən  müharibəsilə 

cavab vermişdi və Napaleon məğlub və məhv 

oldu. Ölkəmizə qarşı yeni yürüş elan etmiş az-

ğın Hitlerin də axırı belə olacaqdır. Qızıl Ordu 

və bütün xalqımız yenə vətən uğrunda, namus 

uğrunda, azadlıq uğrunda qalibiyyətli vətən mü-

haribəsi edəcəklər.

Sovet  İttifaqı  Hökuməti  qəti  əmin  oldu-

ğunu bildirir ki, ölkəmizin bütün əhalisi, bütün 

fəhlələri,  kəndliləri  və  intelliqensiyası,  kişilə-

ri və qadınları öz vəzifələrinə, öz işlərinə tam 

şüurla  yanaşacaqlar.  Bütün  xalqımız  indi  hə-

mişəkindən daha sıx və vahid olmalıdır. Qızıl 

Ordunun, flotun və aviasiyanın bütün ehtiyac-

larını təmin etmək üçün, düşmənə qalib gəlmə-

yi  təmin  etmək  üçün  hər  birimiz  özümüzdən 

və başqalarından həqiqi sovet patriotuna layiq 

surətdə  intizamlı,  mütəşəkkil,  fədakar  olmağı 

tələb etməliyik.

Sovet İttifaqının vətəndaşları və vətəndaş 

qadınları, hökumət sizi, öz sıralarınızı şanlı bol-

şevik  partiyamızın  ətrafında,  Sovet  hökuməti-

mizin ətrafında, böyük rəhbərimiz Stalin yolda-

şın ətrafında daha sıx birləşməyə çağırır.

Həqiqət  bizimlədir.  Düşmən  məhv  edilə-

cəkdir. Biz qalib gələcəyik.

“Kaspi bolşeviki” qəzeti, № 50 (1627),

26 iyun 1941-çi il

Müharibə zamanı fəhlə və qulluqçuların 

iş vaxtı rejimi haqqında

SSri Baş Soveti prezidiumunun fərmanı

Müharibə zamanının ehtiyacları ilə əlaqə-

dar olan istehsal tapşırıqlarının yerinə yetirilmə-

sini  təmin  etmək  məqsədilə,  SSRİ  Baş  Soveti 

Prezidiumu qərara alır:

1.  Sənaye,  transport,  kənd  təsərrüfatı  və 

ticarət  müəssisələri  direktorlarına,  SSRİ  Xalq 

Komissarları Sovetinin icazəsi ilə, istər müəs-

sisənin  bütün  fəhlələri  və  qulluqçuları  üçün, 

istərsə  ayrı-ayrı  çexlər,  uçastoklar,  fəhlə  və 

qulluqçu qruppaları üçün, gündə bir saatdan üç 

saata qədər davam etməklə işdən kənar vaxtda 

məcburi surətdə işləmək qaydası qoymaq ixti-

yarı verilsin.

2.  16  yaşına  çatmamış  şəxslər  gündə  iki 

saatdanartıq  davam  etməməklə,  işdən  kənar 

vaxtda  məcburi  surətdə  işlədilməyə  cəlb  edilə 

bilərlər.

3. Altı aylıqdan başlayaraq hamiləlik döv-

ründə olan qadınlar, habelə uşağa süd verən qa-

dınlar-uşağı altı ay ərzində əmizdirdikcə işdən 

kənar vaxtda məcburi surətdə işlədilməyə cəlb 

edilə bilməzlər.

4. Fəhlə və qulluqçulara işdən kənar vaxt-

da məcburi surətdə işlədilmək haqqı bir yarım 

miqdarında verilsin.

5.  Bütün  dövlət  və  kooperativ  idarə  və 

müəssisələrində, ictimai idarə və müəssisələrdə 

növbəti  və  əlavə  məzuniyyətlər  ləğv  edilərək, 

bunlar istifadə edilməmiş məzuniyyət üçün pul 

kompensaçiyası  ilə  əvəz  edilsin.  Məzuniyyət 

ancaq xəstə olduqda verilsin. Hamiləlik və do-

ğum üçün məzuniyyətlər SSRİ Xalq Komissar-

ları Soveti, UİK(b)P MK və UİHİMS-nin 1938-

ci il 28 dekabr tarixli qərarının 14-cü maddəsinə 

uyğun olaraq verilsin.



SSRİ Baş Soveti Prezidiumunun sədri

M. Kalinin,

SSRİ Baş Soveti Prezidiumunun katibi

A. Qorkin

Moskva, Kreml.

26 iyun 1941-ci il.

“Kaspi bolşeviki” qəzeti, № 51 (1628),

1 iyul 1941-çi il

tapşırıqları iki qat yerinə yetircəyəm

Sovet İttifaqı üzərində faşist Qermaniyası-

nın həyasız və quldur hücumu haqqında SSRİ 

Xalq Komissarları Soveti sədrinin müavini və 

xalq  xarici  işlər  komissarı  Molotov  yoldaşın 

radio ilə verdiyi xəbər Parkommuna adına za-

vodun  gəmi  təmirçiləri  arasında  böyük  hiddət 

oyatmışdır.

Bizim zavodun fəhlə, injiner-texniki işçilə-

ri və qulluqçularının yekdil arzusu belədir:

-  Sovet  torpağının  bir  qarışı  da  düşmənə 

verilməyəcəkdir.  Düşmən öz torpağında məhv 

ediləcəkdir.

Zavodun  bütün  işçiləri,  Qızıl  Orduya  və 

qızıl hərbi dəniz flotuna yaxından kömək etmək 

üçün həmişəkindən gəlirli işləməyi, daxili im-

kanlardan  tamamilə  istifadə  etməyi,  əmək  in-

tizamını  durmadan  möhkəmləndirməyi,  əmək 

məhsuldarlığını daha da yüksəltməyi üzərlərinə 

götürmüşlər.

Mən  də,  bu  mühüm  vəzifələrin  yerinə 

yetirlməsi  uğrunda  ciddi  çalışıram.  May  ayı 

tapşırıqlarını 246,7 faiz yüksək keyfiyyətlə ödə-

mişəm. İyun ayının 9-da 16 saatlıq işi 5 saatda, 

ayın 17-dən 23-nə kimi 108 saatlıq işi 4 saatda 

yerinə yetirmişəm.

Bunlarla  qəti  surətdə  kifayətlənmirəm. 

Daha yeni nəaliyyətlər əldə etməyi, əmək məh-

sulunun  keyfiyyətini  yaxşılaşdırmağı,  tapşırıq-

ları həmişə iki qat artıq yerinə yetirməyi üzə-

rimə götürmüşəm.

B. Cəbrayılov,

Transoprt çexinin çilingəri

“Qaspi bolşeviki” qəzeti, № 50 (1627),

26 iyun 1941-çi il

qalibiyyət bizimlədir

Paris  Kommunası  adına  zavodda  təmirə 

dayanan  “Kazaxıstan”,  “Sentrosoyuz”,  “Çiçe-

rin”, “Sverdlov”, “Komsomoles” və başqa gəmi 

komandalarının  Stalin  yoldaşın  radio  çıxışına 

həsr olunmuş mitinqi olmuşdur.

Çıxış edənlərdən “Sentrosoyuz” gəmisinin 

baş mexanik köməkçisi staxanovçu Buntov yol-

daş demişdir:

-  Biz,  sevimli  rəhbərimiz  Stalin  yoldaşı 

əmin edirik ki, vətənə, böyük Lenin-Stalin par-

tiyasına  axıradək  sədaqətli  olacağıq.  Düşməni 

əzmək  üçün  son  damla  qanımız  qalana  qədər 

mübarizə  edəcəyik.  Quduz  Hitleri  və  onun  it 

sürüsünün  külünü  göyə  sovruncaya  qədər  əli-

mizdən gələn hər bir şeyi edəcəyik. Dənizçilər 

bunun  üçün  bütün  qüvvələrini  səfərbərliyə  al-

mışlar.


Çıxış  edən  başqa  yoldaşlar  da  hökumə-

timizə,  Stalinimizə,  qəhrəman  Qızıl  Ordu  və 

flotumuza, aviasiyamıza, azad və xoşbəxt ölkə-

mizə  hədsiz  sədaqətli  olduqlarını,  hər  dəqiqə 

qanlı faşizmə qarşı vətən müharibəsinə qalxma-

ğa hazır olduqlarını bildirmişlər.

Gəmi  komandalarının  mitinqdə  bir  səslə 

qəbul etdikləri qətnamədə deyilir: - Biz, bolşe-

viklər partiyası ətrafında həmişəkindən daha sıx 

toplaşacağıq. Dəniz transportunun daha da inki-

şafı üçün var qüvvəmizlə çalışacağıq.

“Qaspi bolşeviki” qəzeti, № 53 (1630),

8 iyul 1941-çi il

                    



Məktəbli qızlar qızıl ordu sıralarına 

gedənləri əvəz edirlər

Bir  çox  qadınlar  Kaspidə  könüllü  olaraq 

şəfəqqət  bacıları  sırasına  və  istehsalata  daxil 

olurlar. Misal üçün, gəmi təmir edən Zaqfede-

rasiya adına zavoda Baki dəniz texnikumundan 

və başqa kütləvi məktəblərdən çoxlu məktəbli 

qızlar işləməyə gəlmişlər. Texnikumun şagirdlə-

rindən Fedoseyeva, Saşkova, Qorepekina, Koz-

lova və başqaları Zaqfederasiya adına zavodun 

elektrik çexində işləyir və istehsalat tapşırıqla-

rını  müvəffəqiyyətlə  yerinə  yetirmək  uğrunda 

mübarizədə hər gün yeni qələbələr əldə edirlər.

Yeni işə gələnlərdən Lyaniya yoldaş deyir:

- Mən, istehsalatı hədsiz dərəcədə sevirəm. 

Qan içən nemes faşistlərini darmadağın etmək 

şüarı  altında  mən  çexdə  istehsalat  tapşırıqla-

rının  yerinə  yetirilməsi  uğrunda  mübarizədə  

staxanovcasına çalışıram.



“Qaspi bolşeviki” qəzeti, № 54 (1631),

12 iyul 1941-çi il

Biz, tək deyilik

Bizim  gəminin  komandası  Qermaniyaya 

qarşı müharibədə birgə hərəkət etmək haqqında 

SSRİ ilə Böyük Britaniya hökumətləri arasında 

bağlanmış saziş xəbərini böyük razılıq hissi ilə 

qarşılamışdır.

Biz, vətən müharibəsində tək deyilik. Hər 

tərəfdən bizim dostlarımız Hitlerə qarşı müba-

rizəyə qalxırlar.

İndi, sovet adamları tamamilə öz qüvvəsini 

düşməni dəf etmək işinə sərf edir. Komandamız 

bu  mühüm  məsələdə  özünün  müqəddəs  və-

zifələrini namusla yerinə yetirməkdədir.

Mən, komandanın bir sıra üzvlərini, Qızıl 

Ordu və Hərbi-Dəniz flotumuzun tələblərini tə-

min etmək üçün əmək cəbhəsində istehsalat tap-

şırıqlarını yerinə yetirməkdə yarışa çağırmışam.

Müharibə  başlandıqdan  sonra  hər  gün  iş 

vaxtından  əlavə  olaraq  iki-üç  saat  işləyirəm. 

Bütün tapşırıqları artıqlaması ilə yüksək keyfiy-

yətlə yerinə yetirirəm.

Gəminin  baş  maşın  hissəsində  detalları 

öz  qüvvəmlə  təmir  etmişəm.  Onları,  təmirdən 

sonra yaxşı qayda ilə yerinə yığmışam. Bundan 

başqa, bir çox detalların təmiri işini nümunəvi 

olaraq yerinə yetirmişəm.

Biz, yaxşı bilirik ki, düşmən məhv edilə-

cəkdir.  Bunun  üçün  bizim  daha  fədakar,  daha 

namusla işləməyimiz tələb olunur.

Yerli  təşkilatlarımız  tamamilə  inansınlar 

ki, mən, faşizmə qarşı mübarizədə tapşırılan bü-

tün vəzifələri danışıqsız və yüksək keyfiyyətlə 

yerinə yetiricəyəm.  

Buqaçev,

gəmi maşinisti

“Qaspi bolşeviki” qəzeti, № 56 (1633),

18 iyul 1941-çi il

Donorlar sırasına daxil olun!

Bütün sovet vətəndaşları vahid bir arzu-öz 

patriotizm  borcunu  yerinə  yetirmək,  faşist 

azğınlara  qarşı  mübarizədə  Qızıl  Ordumuza 

hərtərəfli kömək etmək arzusu ilə coşurlar.

İgid  qızıl  əsgərlərə  kömək  etməyin  ən 

dəyərli  üsullarından  biri  də  donorluqdur,  yəni 

yaralılara  köçürülmək  üçün  öz  qanını  könüllü 

surətdə verməkdir.

Qan  köçürmənin  əhəmiyyəti  olduqca  bö-

yükdür. Qan köçürmə, çoxlu qan itirmiş və ağır 

vəziyyətdə  olan  yaralının  həyatını  xilas  edə 

bilər. Ağ finlərə qarşı müharibə zamanı qankö-

çürmə Qızıl Ordunun və Hərbi-Dəniz Flotunun 

minlərcə döyüşçülərinin həyatını xilas etdi.

Bu gözəl müalicə üsulunun cəbhədə geniş 

surətdə  tətbiq  edilməsi  üçün  sağlam  adamla-

rın-donorların qanı lazımdır. Sovet alimləri qanı 

konservləşdirmək,  yəni  qanı  köçürmək  üçün 

uzun  zaman  yararlı  vəziyyətdə  saxlamaq  üsu-

lunu  öyrənmişlər.  Konservləşdirilmiş  qanı  3-4 

həftə saxlamaq olar. Hazırda konservləşdirilmiş 

qan yüz və minlərlə kilometr uzaqlardan aparı-

lır. Bunun sayəsində ən uzaq arxada olan donor-

lardan qan götürmək, bu qanı hər hansı transport 

vasitəsilə hərbi xəstaxanaya aparmaq və orada 

həmin qanı yaralı döyüşçüyə köçürmək olar.

Donorlar  üçün  öz  qanlarının  bir  hissə-

sini  vermək  tamamilə  zərərsizdir.  Donordan 

hər dəfə bir–iki stakan qan götürülür, bu onun 

sağlamlığına və iş qabiliyyətinə qətiyyən təsir 

etmir.  Çox  qısa  bir  müddətdən-bir  yarım  iki 

həftədən sonra bədənin qan yaradan orqanları, 

verilmiş qanın yerini doldururlar. İkinci dəfə azı 

bir aydan sonra donordan qan götürülür.

Donorluq, vətənimizin azadlığını və şərəfi-

ni müdafiə etmək uğrunda vuruşan döyüşçülərə 

yoldaşlıq köməyinin ən nəcib patriotizm aktıdır. 

Təəccüblü  deyildir  ki,  minlərcə  sovet  patriot-

ları  müharibənin  birinci  günlərindən  donorluq 

məntəqələrinə  və  mərkəzi  qanköçürmə  stan-

çiyalarına  axışıb  gəlirlər.  Burada  gecə  keçənə 

qədər minlərcə yeni donorlar tibbi müayinədən 

keçirilir, qan götürülür, bu qan konservləşdirilir, 

bankalara doldurulur və dərhal cəbhəyə göndə-

rilmək üçün hazırlanır.

Bir çox fəhlələr, qulluqçular, məktəblilər, 

evdar qadınlar, kolxozçu qadınlar, komandir və 

qızıl əsgər arvadları donor olmaq arzularını bil-

dirirlər. Çox vaxt idarələrin, məktəblərin, fabri-

kaların və zavodların bütöv kollektivləri donor 

olmaqdan ötrü öz qanlarını yoxlatdırmağa gəlir-

lər. Donorlar deyirlər:

- Qanımız Qızıl Ordu döyüşçülərinin sağ-

lamlığını bərpa etmək işinə kömək etdiyindən 

özümüzü xoşbəxt hesab edirik.

Cəbhəyə  göndərilən  qanla  dolu  bankala-

ra  bir  çox  donorların  yapışdırdıqları  kağızlar 

xüsusilə  maraqlıdır.  Donor  Storonkina  öz  ka-

ğızında belə yazır: “Qanımı, döyüşçülərin  və 

sevimli vətənimizin müdafiəçilərinin faydasına 

verdiyim üçün sevincimi ifadə etməyə söz tapa 

bilmirəm”.

Başqa bir kağızda belə yazılmışdır: “Əziz 

yoldaş!  Mənim  köməyim  çox  kiçikdir,  lakin 

bizdə minlərcə qadınlar vardır ki, onlar bizim 

məğlubedilməz,  qorxmaz  döyüşçülərimizə  öz 

qanlarını sevinclə verərlər.

Sizə qızğın salam göndəririk. N. Şekotko-

va”.


Azğın  düşmənləri  darmadağın  etməkdə 

Qızıl Ordumuza kömək etmək arzusu ilə coşan 

alovlu sovet patriotlarının ürək sözləri belədir.

Yaralı qızıl əsgərlərə öz qanının bir hissə-

sini vermək istəyən hər bir adam, rayon səhiyyə 

şöbələri, rayon poliklinikaları və iri müəssisələr 

yanında  olan  qanköçürmə  stançiyalarının  do-

norluq məntəqələrinə müraciət etməlidir.



“Qaspi bolşeviki” qəzeti, № 58 (1635),

25 iyul 1941-çi il

Minayığan gəmilərin döyüş əməliyyatı

Müharibənin ilk günlərindən etibarən mi-

nayığan gəmilərin ekipajları üçün qızğın iş döv-

rü başlandı. Onlar, düşmənin minalar düzdüyü 

yerlərdə,  düşmənin  sahil  batareyalarının  atəşi 

altında, faşist aeroplanlarının bombaları və pu-

lemyot atəşi altında öz böyük və mühüm işlərini 

görürlər.

Bir neçə minayığan gəmi körfəzə çıxmış-

dı. Bir azdan sonra minaçı Çernuxa yoldaş gəmi 

tərəfindən mina tutulduğu haqqında baş leyte-

nant Buzdin yoldaşa məlumat verdi.

Minayığan gəmilərin ətrafında minalar ol-

duğu şübhəsiz idi.

Bu zaman, başda gedən gəminin yaxınlı-

ğında partlayış oldu. Yeni zamanda qarşı tərəf-

dən iki sualtı qayığının periskopları göründü.

- Bombaları hazır edin! – deyə minayığan 

gəmilərin komandirləri əmr etdilər və maşın te-

leqrafının dəstəsini tam sürətlə işə saldılar.

Minayığan  gəmilər  faşist  sualtı  qayıqla-

rının üzərinə atıldılar. Düşmən sualtı qayıqları 

periskoplarının  suyu  dalğalandıraraq  yenicə 

gözdən  itdikləri  yerdə  dərinlik  bombalarının  

qüvvətli  partlayışlardan  qopan  su  fəvvarələ-

ri  göyə  qalxdı.  Sualtı  düşmənin  zərbəsi  dəf 

edilmişdir,  lakin  havadan  qəhvəyi  quzqunlar  

gəmilərə yaxınlaşmaqdadır.

Atəş vasitələrini idarə edən baş leytenant 

Jukov yoldaş zenitçiləri, hava hücumunu dəf et-

məyə sürətlə hazırlayır. Zenitçi Şkola yoldaş ilk 

sərrast atəşlər açır. Başqa gəmilərin zenit topları 

da dərhal ona qoşulur.

Şiddətli müdafiə atəşinə rast gələn faşistlər 

sıralarını  pozaraq  hərəsi  bir  tərəfə  qaçır.  Gə-

milər yenidən mina yığmağa yola düşürlər.

Minayığan gəmilərin ekipajları flotun dö-

yüş  əməliyyatının  təmin  olunmasında  iştirak 

edərək, mina yığmaqla, gəmiləri və transportları 

ötürməklə məşğul olaraq böyük mütəşəkkillik, 

yüksək döyüş təlimi və yaxşı dənizçi mətinliyi 

göstərirlər. Dənizçilər bu gəmilərin fədəkar işini 

yüksək qiymətləndirirlər.

A. İvanov,

Döyüşən Flot.

Komanda bütün qüvvəsini 

səfərbərliyə almışdır

Gəmimizin komandası dövlət daşıma pla-

nını müvəffəqiyyətlə yerinə yetirmək üçün bü-

tün qüvvələrini səfərbərliyə almışdır. Komanda 

bu ilin aprel ayından etibarən yeni enerqiya ilə 

işləyir. Dəniz flotunun qabaqcılları sırasında ol-

maq üçün mübarizəsini möhkəmləndirmişdir.

Gəmi komandası sosializm yarışı və Staxa-

nov  hərəkatını  genişləndirmişdir.  Komandanın 

hər bir üzvü əmək məhsuldarlığını lazımi yük-

səkliyə  qaldırmağa  çalışır,  iş  günündən  tama-

milə  istifadə  edir.  Əmək  intizamını  möhkəm-

ləndirməyə çalışır.

Sükançı  Pavlov,  Kopirkin,  boçman  Le-

viçov, baş mexanikin 1-ci köməkçisi Vodamo-

rin,  maşinist  Səttarov  və  Çernikov  yoldaşlar 

gəminin qabaqcıl staxanovçularındandır.

Bu yoldaşlar bütün tapşırıqları yerinə ye-

tirmək  işində  nümunəlik  göstərirlər,  hər  cür 

nöqsanları tezliklə ləğv edirlər. Gəminin bütün 

işlərində  başqa  komanda  üzvlərinə  yaxından 

kömək edirlər.

Bunların  nəticəsində  gəmi  aprel  ayından 

etibarən  müntəzəm  olaraq  daşıma  planını  ar-

tıqlaması ilə yerinə yetirir. Yanacağın artıq sərf 

olunmasına imkan verilmir. Qazan təmizləmələ-

ri arasındakı müddət xeyli uzanmışdır. Hazırda 

komanda  hər  reysdə  vaxta  10-12  saat  qənaət 

edir. Bu yeni tədbirlər gəmi komandasının daşı-

ma planını yerinə yetirmək uğrunda mübarizədə 

yeni-yeni müvəffəqiyyətlərini təmin edir.

İndi,  bütün  ölkə  qerman  faşistlərini  azad 

xalqların qəddar düşməni kimi tezliklə aradan 

qaldırmaq üçün böyük vətən müharibəsi aparır. 

Millionlarla  zəhmətkeş,  habelə  bütün  bəşəriy-

yət, faşist barbarlarının hərəkətlərinə nifrət edir 

və onları məhv etmək üçün öz uçastoklarında 

fədakarcasına çalışır.

Komandamız  da  böyük  məsələnin  yerinə 

yetirilməsi üçün nə qədər məsuliyyət daşıdığını 

hiss etmişdir. Buna görə, komanda öz işini Sta-

lin yoldaşın göstərişləri əsasında hərbi qaydada 

təşkil etmişdir. O, vətən müharibəsinin düşmən 

üzərinə qalibiyyəti üçün əmək məhsuldarlığını 

daha  da  yüksəltməyi,  daxili  intizamı  həmişə 

möhkəm saxlamağı, lazım gələrsə, ələ silah alıb 

əmək  cəbhəsindən  döyüş  cəbhəsinə  keçməyi 

üzərinə götürmüşdür.

Biz, yalnız vədə vermək ilə işimizi qurtar-

mış hesab etmirik. Müharibə başlanan gündən, 

hərbi biliyimizi artırırıq, hava hücumundan mü-

dafiə işinə yaxşı hazırlaşırıq. Daşıma planını ye-

rinə yetirməkdə bir sıra yeni müvəffəqiyyətlər 

əldə etmişik.

Bütün  bunlarla  bərabər  bəşəriyyətin  ən 

murdar düşməni olan faşistləri məhv etmək işin-

də Qızıl Orduya yaxından kömək etməyi qarşı-

mıza ən mühüm vəzifə kimi qoymuşuq.



İ. İ. Qolubev,

“A. Caparidze” gəmisinin kapitanı,

“Qaspi bolşeviki” qəzeti, № 59 (1636),

29 iyul 1941-çi il

cəbhəyə küllü miqdarda  

metal verək!

Vəhşiləşmiş  faşist  quldurbaşı  Hitler  ban-

dasının dinc xalqımızı zorla müharibəyə çəkmə-

si günündən vətən uğrunda, doğma Stalin uğ-

runda igid xalqımıza layiqli surətdə fədəkarlıqla 

vuruşan igid oğullarımız müharibə meydanında 

düşmənə  sarsıdıcı  ölüm  zərbələri  endirmiş  və 

endirirlər.

Sovet  patriotları  ana  vətənin  cəbhəsini 

hər  zaman  daha  da  möhkəmləndirmək  arzusu 

ilə idarə və müəssisələrdə öz işlərini düşmənin 

darmadağın edilməsi üçün Qızıl Ordunun mə-

nafeinə yönəltmişlər. Vətənimizin bu patriotları 

öz fədəkar işləri ilə arxa cəbhədə qələbəni güc-

ləndirirlər və bununla qanlı faşizmin ölümünü 

sürətləndirirlər.

Bu  işdə  Kaspi  dənizçiləri  böyük  işlər 

görürlər.  Hər  istirahət  günündə  Kaspidə  çalı-

şan  yüzlərcə  dənizçi  Baki  portunun  istehsalat 

uçastoklarında və gəmi təmir edən zavodlarda 

istifadəsiz  metal  qırıntılarını  toplayıb  dövlətə 

verməkdə aktiv iştirak edirlər. Onlar yaxşı bilir-

lər ki, istifadəsiz qalmış metal qırıntılarının hər 

tonu ana vətənimizə quldurcasına hücum etmiş 

yırtıcı qerman faşizmini məhv etmək üçün Qızıl 

Orduya, Hərbi-Dəniz Flotuna və Aviasiyamıza 

əlavə döyüş maşınları, güllə və silah verir.

- Hər şeyi cəbhə üçün, hər şeyi qerman fa-

şizminin üzərində qələbə üçün!

Bu şüar altında sovet xalqının azğın qer-

man faşizminə qarşı böyük vətən müharibəsinə 

qalxdığı gündən Kaspi dənizçiləri dövlətə çoxlu 

metal toplayıb vermişlər. Axır günlərdə, avqust 

ayının 1-dən 3-nə kimi Baki portunun istehsalat 

uçastokunda işdən sonra 2.500 kiloqram rəngli 

metal və 50 ton qara metal toplanmışdır.

Bu işdə Kasptankersnabın işçilərindən A. 

Lukina,  K.  Krasnova,  D.  İvanova,  Zalomov, 

Semyonov, Dubıkin və başqaları böyük aktivlik 

göstərmişlər.

Bunlardan  başqa,  Kasptexflotun  gəmilə-

rindən  küllü  miqdarda  rəngli  metal  qırıntıları 

toplanmış və həmin gəmiçiliyin idarəsinə təhvil 

verilmişdir.



B. Cəbizadə,

H. Məmmədov,

“Qaspi bolşeviki” qəzeti, № 61 (1638),

5 avqust 1941-çi il

Zavodun yeni kadrları

Zaqfederasiya adına zavodda çalışan fab-

rika-zavod təhsil məktəbinin 30 nəfərdən ibarət 

bir  qruppa  komsomolçuları  və  ittifaqda  olma-

yan gəncləri zavodun əsas sexlərindən sayılan 

qazançılar sexində qazançılıq sənətini öyrənir-

lər.

Bu  qruppanın  rəhbəri  komsomolçu  Tofiq 



Məmmədov  yoldaş  gənclər  arasında  birinci 

staxanovçu olmaqla öz sənətini yaxşı sevir, ona 

tez və möhkəm yiyələnməyə tələsir. O, hər gün 

sexdə  əmək  məhsuldarlığını  artıraraq,  verilən 

istehsalat tapşırıqlarını həmişə vaxtından qabaq 

artıqlaması ilə yerinə yetirir. Məmmədov yoldaş 

özü istehsalatda möhkəm əmək intizamı yarat-

maqla, onunla birlikdə işləyən gənc yoldaşlarını 

da intizamlı olmağa çağırır.

Qruppanın  komsomol  təşkilatçısı  Məm-

məd  Məmmədov  yoldaş  da  öz  yoldaşı  Tofiq 

kmi çalışır.

O,  bütün  işlərini  hərbi  qaydada  yenidən 

qurmuşdur.  Məmmədov  qruppanın  içərisində 

hər  gün  aqitasiya-propaqanda  işləri  aparır.  O, 

qruppanın bütün gənclərini yanğından mühafizə 

dəstələrində və hərbi yürüşlərdə iştirak etməyə 

cəlb etmişdir.

30 nəfərdən ibarət olan bu qruppanın gənc-

ləri alçaq qerman faşizminin başını əzmək üçün 

Qızıl Orduya gedən köhnə yoldaşlarını da əvəz 

edirlər. Onlar hər gün 8 saat və lazım gələndə 

artıq  işləyərək,  hər  bir  tapşırığı  vaxtından  tez 

yerinə yetirirlər.



M. A. Orucov,

“Qaspi bolşeviki” qəzeti, № 66 (1643),

22 avqust 1941-çi il

Sərrast atıcılar, pulemyotçular 

hazırlayaq!

Qüdrətli  sovet  ölkəsinin  qəhrəman  xalqı 

dahi rəhbərimiz Stalin yoldaşın çağırışına patri-

otizm ruhu ilə səs verərək, hərbi biliyə məharət-

lə yiyələnir.

“SSRİ  vətəndaşlarının  ümumi  məcburi 

hərbi  təlimi  haqqında”  SSRİ  Dövlət  Müdafiə 

Komiteti qərarının çox böyük tarixi əhəmiyyəti 

vardır. Bu qərar silah tutmaq bacarığı olan sovet 

adamlarının  hərbi  təlim  keçməsinə,  pulemyo-

tun hissələrini öyrənməyə, hərbi sənətə işgüzar 

surətdə yiyələnməyə, sevimli vətənimizi qəddar 

düşməndən müdafiəyə hər zaman hazır olmağa 

çağıran mübariz əmrdir.

Məhz  buna  görədir  ki,  Kaspi  dənizçiləri 

bütün  sovet  xalqı  ilə  birlikdə  oktyabr  ayının 

1-dən başlayaraq, ümumi məcburi hərbi təlimi 

müəyyən saatla keçirlər.

Təlimin birinci günündən başlayaraq Par-

kommuna adına zavodun və Kaspflot gəmiçilik 

idarəsinin işçiləri xalq qoşunu sıralarında döyüş 

təlimində mütəşəkkillik nümunələri göstərmiş-

lər.

Zavodun  elektriklərindən  Rilpçikov  və 



başqaları döyüş silahını maraqla öyrənir və sər-

rast güllə atmağı yaxşı mənimsəmişlər.

Zavodun kollketivi “HKHM” nişanına da 

müvəffəqiyyətlə norma verir. Hazırda zavodda 

özünümüdafiə  qruppaları  və  şəfəqqət  bacıları 

dərnəkləri yaradılmışdır. Bu dərnəklərdə rayon 

Osoaviaaxim  sovetinin  instruktorları  və  tibb 

işçiləri  müntəzəm  surətdə  lekçiya  oxuyurlar. 

“SMH” nişanına norma vermək üçün dərnəyə 

50 nəfər adam cəlb olunmuşdur.

Zaqfederaçiya  adına  zavodda  komsomol-

çulardan Cənumov, Dubin, Yeremin və başqa-

ları hərbi təlimdə böyük həvəslə iştirak edirlər.

Zavodda  təşkil  olunmuş  sanitar  dəstəsin-

də Nina Pavlova, Mariya Qodova və başqaları 

“HKHM”, “SMH” nişanlarına müvəffəqiyyətlə 

norma verirlər.

Kaspinin sahil təşkilatlarında olduğu kimi 

gəmilərdə  çalışanlarda  da  döyüş  silahına  mə-

harətlə  yiyələnmək,  “HKHM”  və  “SMH”  ni-

şanlarına  norma  vermək  həvəsi  gündən-günə 

çoxalır.  N.  gəmisində  ekipaj  üzvləri  üçün  baş 

mexanik Tkaçov yoldaşın rəhbərliyi altında pu-

lemyotun hissələrini öyrənən dərnək təşkil olun-

muşdur. Bundan başqa bu gəmidə “HKHM” ni-

şanına norma verməkdə ekipaj üzvləri tamamilə 

cəlb olunmuşdur.

Sıra təlimində hər bir dənizçi hərbi intiza-

ma olduğu kimi daha möhkəm rəayət etməlidir-

lər. Dənzçilərimiz hərbi təlim proqrammasının 

yaxşı  mənimsənilməsində  sosializm  yarışının 

təşəbbüsçüsü olmalıdırlar.



“Qaspi bolşeviki” qəzeti, № 79 (1656),

7 oktyabr 1941-çi il

“DəniZ”

O illərdə “Dəniz” nədən yazırdı

(Nöqtəsinə, 

vergülünə dəymədən)


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə