R b a y c a n X z r d n z g m


Bakının ev sahibliyi etdiyi



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix30.12.2017
ölçüsü0,51 Mb.
#18742
1   2   3   4   5   6   7   8

Bakının ev sahibliyi etdiyi

sentyabrın 2-dən start götürən, 

sentyabrın 13-də Milli Gimnastika 

Arenasında təntənəli bağlanış 

mərasimi keçirilən 42-ci Ümum-

dünya Şahmat Olimpiadasında 

175 ölkədən 181 kişi və 142 qadın 

komandası mübarizə aparırdı. 

Bu, iştirakçı ölkələrin sayına görə 

Olimpiada tarixində rekord göstə-

ricidir. Azərbaycan bu mötəbər 

yarışda üç kişi və üç qadın koman-

dası ilə təmsil olunurdu.

On  bir  turdan  ibarət  yarışlarda 

kişilərin  mübarizəsində  aktivində  20 

xal  olan  ABŞ  millisi  çempion  adını 

qazandı. Eyni xala malik Ukrayna isə 

ikinci yeri tutdu. Rusiya millisi isə 17 

xalla bürünc medal qazandı. Hesabın-

da 15 xal olan əsas komandamız yarışı 

12-ci sırada tamamladı. İkinci yığma-

mız 14 xalla 26-cı, üçüncü komanda-

mız isə 13 xalla 49-cu pillədə yer aldı.

Qadınların  yarışında  qalib  adını  20  xalla  Çin  şah-

matçıları qazandılar. Hesabında 17 xal olan Polşa ikinci, 

Ukrayna isə üçüncü pillədə yer aldı. Azərbaycanın əsas 

komandası yarışı 16 xalla 8-ci pillədə başa vurdu. On üç 

xal  toplayan  üçüncü  komandamız  30-cu,  ikinci  yığma-

mız isə 32-ci oldu.

Xatırladaq  ki,  Olimpiadada Azərbaycanı  kişilərdən 

və qadınlardan ibarət komandalar (hər biri üç komanda 

ilə)  təmsil  edirdi.  Kişilərdən  ibarət  birinci  komandaya 

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məm-

mədov, Eltac Səfərli və Arkadi Naydiç, ikinci komanda-

ya  Vasif  Durarbeyli,  Namiq  Quliyev,  Qədir  Hüseynov, 

Nicat Abbasov və Ülvi Bacarani, üçüncü komandaya isə 

Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz 

Qasımov və Abdulla Qədimbəyli daxil idi.

Azərbaycanın qadınlardan ibarət birinci komandası 

Zeynəb  Məmmədyarova,  Günay  Məmmədzadə,  Aydan 

Xodcatova,  Gülnar  Məmmədova  və  Nərmin  Kazımova 

ilə təmsil olunurdu. Qadınlardan ibarət ikinci komanda-

mızda  Türkan  Məmmədyarova,  Nərgiz  Umudova,  Xə-

yalə Abdulla,  Ülviyyə  Fətəliyeva  və  Nərmin  Xələfova, 

üçüncü komandada isə Nərmin Məmmədova, Xanım Ba-

lacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və 

Aynur Kətanova yer almışdılar.

FIDE-nin prezidenti Kirsan İlyumjinov 42-ci Ümum-

dünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkilinə 

görə Azərbaycan dövlətinə təşəkkürünü bildirərək deyib: 

“Yarışın təşkilatçıları irimiqyaslı şahmat turnirlərinin təş-

kilində yeni standart müəyyənləşdirdilər. Növbəti Olim-

piadanın təşkilatçıları bu səviyyəyə nail olmaq üçün çox 

çalışmalıdılar. Biz bu gün möhtəşəm yarışı başa vururuq. 

Ancaq sabah minlərlə gənc qız və oğlan idmanın bu növü 

ilə məşğul olmağa başlayacaq və şahmatın incəliklərini 

öyrənməyə çalışacaqlar. İnanıram ki, biz qonaqpərvərliyi 

ilə seçilən Azərbaycana yenidən qayıdacağıq”.

Şahmatın  inkişafına  davamlı  dəstəyinə  görə  Prezi-

dent İlham Əliyevə təşəkkürünü bildirən Kirsan İlyum-

jinov  ölkəmizin  mötəbər  beynəlxalq  yarışlara  həmişə 

yüksək səviyyədə ev sahibliyi etdiyini, idmançıların və 

qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrıldığını 

vurğulayıb.

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


23 sentyabr 2016-cы il   № 61-64 (9067)

BAş reDAKtor

rasif iman oğlu

tAhiroV

ünvanımız:

AZ1003, Bakı şəhəri,

Xanlar küçəsi, 22

telefonlArIMIZ:

Baş redaktor

(050) 670-33-76

redaktor

(070) 252-39-02

qəzetin təsisçisi:

“Azərbaycan Xəzər Dəniz

Gəmiçiliyi”

qapalı Səhmdar 

cəmiyyəti

qəzet “Dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“Azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

Sifariş: 2639

8

həmvətənimiz qol güləşi üzrə 

pekin açıq çempionatının qalibi olub

Çində müvəqqəti yaşayan Azərbaycan 

vətəndaşı Samir Məlikov qol güləşi üzrə 

Pekin açıq çempionatının qalibi olub. O, ağır 

çəkidə (100 kq+) həm sağ, həm də sol qol ilə 

bütün rəqiblərini üstələyərək fəxri kürsünün 

ən yüksək pilləsinə çıxıb.

Çin idmançıları ilə yanaşı, Rusiya, Koreya 

Respublikası və digər ölkələrin qol güləşçilə-

rinin  qatıldığı  Pekin  açıq  çempionatının  mü-

kafatçıları  Çin  açıq  çempionatında  yarışmaq 

hüququ qazanıblar.

Samir Məlikov 17 yaşında Bakıda məşqçi 

Hikmət  Xalıqovun  rəhbərliyi  ilə  ağır  atletika 

ilə məşğul olmağa başlayıb və idman ustalığı-

na namizəd olub. İş fəaliyyəti ilə əlaqədar son 

illər Pekində yaşayan S.Məlikov bir neçə dəfə 

şəhər açıq çempionatında və digər turnirlərdə 

gücünü sınayıb. İndi onu qarşıda Çin açıq çem-

pionatı gözləyir.

Azərbaycanın Çindəki səfirliyində keçirilən görüşdə səfir Lətif Qəndilov Samiri 

qazandığı nailiyyətə görə təbrik edib, ona qarşıdakı yarışlarda uğurlar arzulayıb. Dip-

lomat xaricdə yaşayan soydaşlarımızın müxtəlif tədbirlərdə ölkəmizi belə yüksək sə-

viyyədə təmsil etməsini, Azərbaycan bayrağını yüksəltməsini qürurverici hadisə kimi 

dəyərləndirib.

Şahin Cəfərov

Ağır atletlərimiz Avropa çempionatında 

uğurla çıxış ediblər

Azərbaycan millisinin üzvləri Pol-

şanın Novı Tomısl şəhərində keçirilən 

15 və 17 yaşadək qızlar və oğlanlar 

arasında ağır atletika üzrə Avropa 

birinciliyində uğurla çıxış ediblər.

Otuz  ölkədən  360  idmançının  mü-

barizə  apardığı  yarışda  komandamı-

zın dörd üzvü fəxri kürsüyə qalxıb. On 

beş  yaşadək  oğlanların  mübarizəsində 

Rüstəm  Qasımov  (50  kq)  ümumilikdə 

170  kiloqram  (77+93)  ilə  çempionatda 

üçüncü yeri tutub. Turnirdə 17 yaşadək 

atletlərin mübarizəsində isə İsmayıl Məmmədov (50 kq) 174 kiloqram (81+93) nəticə 

ilə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.

Çempionatda 15 yaşadək oğlanların mübarizəsində Füqan Əliyev (62 kq) toplam 

235 kiloqram (105+130) nəticə ilə qızıl medal qazanıb.

Yaşı 17-dək olan qızların yarışında Səbinə Əzimova (48 kq) 152 kiloqramı (65+87) 

başı üzərinə qaldıraraq karyerasında ikinci dəfə yeniyetmələr arasında Avropa birinci-

liyinin qalibi olub.

İkinci dəfə Avropa çempionu adını qazandığı üçün çox xoşbəxt olduğunu bildirən 

Səbinə Əzimova ölkəmizi Avropa birinciliyində layiqincə təmsil etdiyini deyib: “Son 

zamanlar millimizin adı dopinq qalmaqalında hallanır. Ancaq biz qələbəmizlə sübut 

etdik ki, ölkəmizdə idmanın bu növü sağlam təməl üzrə inkişaf edir. Azərbaycanın üç-

rəngli bayrağının Polşada dalğalanması və dövlət himninin səslənməsi çox qürurveri-

cidir. Yarışa ciddi hazırlaşmışdıq və gərgin əməyimiz bəhrəsini verdi. Bizə yaradılan 

şəraitə görə rəhbərliyə təşəkkürümü bildirirəm”.

Avropa birinciliyinin qalibi Füqan Əhmədov mötəbər yarışda mükafatçılar sıra-

sında yer aldığı üçün sevincini bölüşərək deyib: “Bundan sonra da çalışıb ölkəmizi 

layiqincə təmsil edəcəyəm. Polşada yarış çox gərgin keçdi. Rəqiblərim də çox güclü 

idmançılar idi. Sevinirəm ki, qızıl medal qazanıb fəxri kürsünün ən yüksək pilləsinə 

qalxdım”.

Yay paralimpiya oyunlarında milli 

komandamız 11 medal qazandı

Sentyabrın  19-

da 

Braziliyanın 

Rio-de-Janeyro şəhə-

rindəki  “Marakana” 

stadionunda  XV  Yay 

Paralimpiya Oyunla-

rının  bağlanış  məra-

simi keçirildi.

XV  Yay  Para-

limpiya  Oyunların-

da  idmanın  22  növü 

üzrə  528  dəst  medal 

uğrunda  yarışlar  ke-

çirildi.  On  gün  da-

vam  edən  yarışlarda 

ümumi  komanda  he-

sabında 1-ci yeri 105 

qızıl, 81 gümüş və 57 

bürünc  medal  qazan-

mış  Çin  idmançıları  tutdu.  İkinci  yerdə  Böyük  Britaniya 

(64 qızıl, 39 gümüş, 44 bürünc), üçüncü yerdə isə Ukrayna 

qərarlaşdı (41 qızıl, 37 gümüş, 39 bürünc).

Azərbaycan millisi yarışlarda 1 qızıl, 8 gümüş və 2 bü-

rünc olmaqla ümumilikdə 11 medal qazandı.

Paralimpiya  Oyunlarında  170-dək  ölkədən  4000-dən 

çox  idmançı  iştirak  etdi.  Onlardan  yalnız Azərbaycan  da 

daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına 

düşə bildi.

Paralimpiya yığmamız medalların ümumi sayına görə 

iştirakçı  ölkələr  arasında  33-cü, Avropa  ölkələri  arasında 

16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri ara-

sında isə 3-cü yerdə qərarlaşdı.

İki  idmançımız  “Rio-2016”da  yeni  rekordlara  imza 

atdı. Belə ki, F-12 kateqoriyasında İradə Əliyeva nizə atma 

yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu 

isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu 

yenilədi.

Qeyd edək ki, idmançılarımız 20 il ərzində, 6 Paralim-

piya  Oyunlarında  9  qızıl,  18  gümüş,  11  bürünc  olmaqla, 

38 medal əldə edib. “Rio-2016”da Ramil Qasımovun qızıl 

medal əldə etməsi ilə Azərbaycanın Paralimpiya tarixində 

yeni bir səhifə açıldı. Belə ki, Paralimpiya çempionlarımı-

zın sayı 7-ə yüksəldi. Onlardan iki nəfər ikiqat Paralimpiya 

çempionu və üçqat paralimpiya mükafatçısıdır.

nöVBəti oliMpiADAnIn təşKilAtçIlArI BU SəViYYəYə 

nAil olMAq üçün çoX çAlIşMAlIDIlAr

ikinci Dünya Köçəri oyunlarında Azərbaycan 

idmançıları 15 medal qazanıblar

Qırğızıstanın  İssık-Kul  gölü-

nün sahilindəki Çolpon-Ata şəhə-

rində  başa  çatan  ikinci  Dünya 

Köçəri  Oyunlarında  Azərbaycan 

idmançıları 4 qızıl, 4 gümüş, 7 bü-

rünc  medal  qazanaraq  komanda 

hesabında beşinci yeri tutublar.

Yarışlarda Qırğızıstan 79 me-

dalla birinci, Türkmənistan 24 me-

dalla ikinci, Qazaxıstan 38 medal-

la üçüncü, Rusiya isə 27 medalla 

dördüncü yeri tutub.

Bu  böyük  idman  bayramında 

dünyanın  62  ölkəsindən  500-dən 

çox  idmançı  iştirak  edib.  Oyun-

larda 23 idman növü üzrə yarışlar 

keçirilib.

Köçəri  Oyunları  çərçivəsində  keçirilən  mədəni  tədbirlərdə Azər-

baycanın Xalq Artisti, opera ifaçısı Fidan Hacıyeva, opera müğənnisi 

Ələsgər Əliyev və “Muğam trio” qrupu da iştirak edib.



Kombat döyüş növləri üzrə dünya 

çempionatında fərqləniblər

Almaniyanın Bad Kissingen 

şəhərində kombat döyüş növləri üzrə 

üçüncü dünya çempionatı keçirilib.

  “Neftçi  İdman  Klubu”nun  dörd 

idmançısı baş məşqçi Rafət Əsədovun 

rəhbərliyi altında yarışda ölkəmizi təm-

sil  edib.  İdmançılarla  yanaşı  məşqçi 

özü də çempionatda fərqlənib. Belə ki, 

məşqçi  Rafət  Əsədov  K-1  versiyasın-

da Hindistan və Almaniya idmançılarını məğlub edərək fəxri kürsünün 

yüksək pilləsinə qalxıb. Peşəkar kəmər uğrunda döyüşdə isə Tailand id-

mançısını məğlub edən R.Əsədov dünya kəmərinə də sahib çıxıb.

Klubun  üzvü  Samir  Salmanov  peşəkar  döyüşdə  italiyalı  rəqibini 

məğlub edərək kəməri belinə taxmağa müvəffəq olub. Kikboksinq ya-



rışlarında Tural Cavadov ikinci, Vüqar İmanov isə üçüncü yerlə kifayət-

lənib.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə