R b a y c a n X z r d n z g m



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix05.02.2018
ölçüsü0,59 Mb.
#24496
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


9 dekabr 2016-cы il   № 81-84 (9087)

4

Noyabrın 26-27-də Türkmənistanın 

paytaxtı Aşqabadda BMT-nin dəstəyi 

ilə “Davamlı nəqliyyat sistemi” mövzu-

sunda Birinci qlobal konfrans keçirilib. 

Konfrans iştirakçıları bəşəriyyətin fira-

vanlaşmasını və ətraf mühitin qorunma-

sını təmin edəcək yeni yollar müəyyən 

ediblər.

Konfransda  Türkmənistan  Prezi-

denti  Qurbanqulu  Berdiməhəmmədov, 

BMT-nin baş katibi Pan Gi Mun, ATƏT-

in baş katibi Lamberto Zanyer, Gürcüs-

tan  Prezidenti  Georgi  Marqvelaşvili, 

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf 

Qəni, Pakistanın baş naziri Məhəmməd 

Nəvaz  Şərif,  habelə  30-dan  çox  ölkə-

nin müvafiq nazirlik və idarələrinin nü-

mayəndələri, ekspertlər iştirak ediblər.

Tədbirdə Azərbaycanı “Azərbaycan 

Dəmir  Yolları”  qapalı  səhmdar  cəmiy-

yətinin sədri Cavid Qurbanov başda ol-

maqla Nəqliyyat Nazirliyinin nümayən-

dələrinin daxil olduğu nümayəndə heyəti 

və səfir Həsən Zeynalov başda olmaqla 

Azərbaycanın Türkmənistandakı səfirli-

yinin əməkdaşları təmsil edirdi.

Tədbirin  rəsmi  açılış  mərasimin-

də  çıxış  edən  Türkmənistan  Prezidenti 

Qurbanqulu Berdiməhəmmədov bildirib 

ki,  müasir  nəqliyyat  infrastrukturunun 

formalaşması, bu sahəyə yeni ərazilərin 

cəlb  edilməsi  həm  yük  dövriyyəsinin 

artırılması, yola sərf edilən vaxtın azal-

dılması, əlavə investisiyalar və digər üs-

tünlüklər, həm də yeni iş yerləri yaradıl-

ması, sosial obyektlər tikintisi deməkdir.

Q.Berdiməhəmmədov  deyib  ki,  in-

kişaf və tərəqqinin etalonu məhz insan-

lar  və  onların  ümdə  tələbatı  olmalıdır. 

Bu sözlər nəqliyyat sahəsinə də aiddir.

Qlobal nəqliyyat konfransında mal-

ların səmərəli yerdəyişməsi və insanların 

hərəkəti  üçün  nəzərdə  tutulan  davamlı, 

təhlükəsiz, səmərəli və etibarlı multimo-

dal  nəqliyyat  dəhlizlərinin  yaradılması 

yolları müzakirə edilib.

BMT-nin  Baş  katibi  Pan  Gi  Mun 

özünün  keçirdiyi  mətbuat  konfransında 

bildirib ki, BMT tarixində nəqliyyatın in-

kişafı məsələlərinə həsr edilmiş ilk qlo-

bal konfrans olan bu tədbir onu göstərir 

ki, davamlı inkişafın təmin edilməsində 

və iqlim dəyişmələrinə qarşı mübarizədə 

nəqliyyat  sahəsinin  əhəmiyyəti  getdik-

cə daha dərindən dərk edilir. Baş katib 

beynəlxalq nəqliyyat dəhlizləri yaradıl-

masında  Türkmənistanın  səylərini  və 

təcrübəsini yüksək qiymətləndirib.

Pan  Gi  Mun  bildirib  ki,  nəqliyyat 

sektorunun  davamlı  inkişafı  qeyri-sabit 

praktikalar  nəticəsində  yaranmış  prob-

lemlərin  həlli  üçün  həyati  əhəmiyyətli 

məsələdir.  Parnik  qazları  tullantılarının 

dörddə bir hissəsinin mənbəyi nəqliyyat 

sektorudur.  Yol-nəqliyyat  hadisələrində 

hər  il  1,25  milyondan  çox  insan  həlak 

olur. Belə ölüm hallarının 90 faizi inki-

şaf etməkdə olan ölkələrdə baş verir.

BMT-nin  Baş  katibi  BMT  üzvü 

olan  bütün  dövlətləri,  BMT  sisteminin 

nümayəndələrini, əsas qrupları və digər 

əlaqədar  tərəfləri  nəqliyyatın  davamlı 

inkişafı üzrə öhdəlikləri imzalamağa və 

bu  sahədə  əməkdaşlığı  tənzimləməyə 

çağırıb.


Pan Gi Mun deyib: “Əgər biz nəqliy-

yat sahəsində zəruri tədbirlər görməsək, 

qlobal temperatur artımını Selsi şkalası 

ilə nəinki 1,5 dərəcə, hətta 2 dərəcə həd-

dində saxlamaq mümkün olmayacaq”.

Xatırladaq  ki,  qlobal  temperaturun 

Selsi  şkalası  ilə  1,5  dərəcədən  çox  art-

masına yol verməməyin zəruriliyi iqlim 

üzrə Paris sazişində təsbit edilib.

Konfrans  çərçivəsində  Türkmənis-

tanın  təşəbbüsü  ilə  qitənin  nəqliyyat 

sistemlərinin inkişafı layihələrinə xüsusi 

diqqət yetirilib. Belə layihələr sırasında 

“Şimal-Cənub”  vektoru  üzrə  Qazaxıs-

tan-Türkmənistan-İran polad magistralı, 

Aşqabadda  yeni  beynəlxalq  aeroportun 

istifadəyə  verilməsi,  Amu-Dərya  çayı 

üzərindən  Türkmənabad-Fərab  dəmir-

yol  və  avtomobil  körpülərinin,  Aşqa-

bad-Türkmənbaşı avtobanının və Türk-

mənbaşı  şəhərində  beynəlxalq  dəniz 

limanının tikintisi layihələri var.

Forum  çərçivəsində  plenar  iclaslar 

və  ixtisaslaşdırılmış  sessiyalar,  tema-

tik  təqdimatlar  keçirilib,  bir  sıra  bey-

nəlxalq sənədlər imzalanıb, ikitərəfli və 

çoxtərəfli görüşlər və danışıqlar aparılıb.

Konfransın seksiya iclasları XXI əs-

rdə ictimai nəqliyyatın rolu və formaları, 

nəqliyyat  sahəsinin  inkişafı  üçün  ener-

getikanın  əhəmiyyəti,  kombinə  edilmiş 

nəqliyyat dəhlizlərinin davamlı şəbəkə-

sinin  yaradılması,  ayrı-ayrı  ölkələrin 

və  beynəlxalq  birliyin  daxili  resursları, 

dövlət - özəl sektor tərəfdaşlığı hesabı-

na iri logistik layihələrin investisiyalarla 

təmin edilməsi məsələlərinə həsr edilib.

“Azərbaycan Dəmir Yolları” Qapa-

lı  Səhmdar  Cəmiyyətinin  sədri  Cavid 

Qurbanov konfransda çıxış edib. O qeyd 

edib ki, “Şimal-Cənub” və “Qərb-Şərq” 

beynəlxalq nəqliyyat dəhlizləri çərçivə-

sində dəmiryol sahələrinin tikintisi üzrə 

fəal iş aparılır. Daha sonra o, həmin bey-

nəlxalq nəqliyyat dəhlizləri çərçivəsində 

aparılan işlər, yeni avtomobil yolları və 

dəmiryollar, yeni liman tikintisi, limanın 

ətrafında azad ticarət zonası yaradılması 

və başqa tədbirlər barədə ətraflı məlumat 

verib.


Cavid  Qurbanov  tədbir  çərçivəsin-

də  Türkmənistanın  baş  nazirinin  müa-

vini,  xarici  işlər  naziri  Rəşid  Mərədov, 

Türkmənistanın  baş  nazirinin  müavini, 

nəqliyyat və rabitə naziri Satlık Satlıkov, 

dəmir yol naziri Bayram Annamərədov 

və  dəniz  və  çay  nəqliyyatı  xidmətinin 

rəisi Aman Qurdovla ilə ikitərəfli görüş-

lər  keçirib.  Bu  görüşlərdə  “Qərb-Şərq” 

nəqliyyat  dəhlizinin  perspektivləri, 

Türkmənistan  tərəfində  bərələrin  yük-

lərinin operativ boşaldılması, Türkmən-

başı  limanının  dərinləşdirilməsi  üzrə 

işlərin  gedişi,  iki  ölkə  arasında  “ro-ro” 

tipli bərələrin işə salınması və ikitərəfli 

münasibətlərin digər aspektləri nəzərdən 

keçirilib.

Azərbaycan nümayəndə heyəti Hin-

distanın  yol-nəqliyyat  magistralları  və 

gəmiçilik  məsələləri  üzrə  dövlət  naziri 

Pon Radxakrişna ilə görüşlər keçirib. Bu 

görüşlərdə  “Şimal-Cənub”  beynəlxalq 

nəqliyyat dəhlizinin potensialı və həmin 

marşrutun inkişafı ilə bağlı tədbirlər mü-

zakirə edilib.

Qeyd  olunub  ki,  “Şimal-Cənub” 

nəqliyyat  dəhlizi  İran,  Azərbaycan  və 

Rusiya  dəmir  yollarının  birləşdirilmə-

si  vasitəsilə  Skandinaviya  ölkələrini 

Fars  körfəzi  və  Cənubi  Asiya  ölkələri 

ilə əlaqələndirəcək. Bu dəhliz vasitəsilə 

birinci mərhələdə ildə 6-10 milyon ton 

yük daşınacaq, ikinci mərhələdə isə bu 

göstərici ildə 15-20 milyon tona çatdırı-

lacaq.

Davamlı  nəqliyyat  üzrə Aşqabadda 



keçirilən qlobal konfransın yekunlarına 

həsr edilmiş mətbuat konfransında BMT 

Baş  katibinin  müavini,  eyni  zamanda 

bu konfransın baş katibi olan Vu Honq-

bo deyib ki, forum iştirakçıları insanla-

rın, o cümlədən bizim uşaqlarımızın və 

nəvələrimizin  salamatlığı  naminə  bir 

araya  toplaşıblar.  O  vurğulayıb  ki,  da-

vamlı nəqliyyatın təmin edilməsi bütün 

insanlar  üçün  daha  təhlükəsiz  və  daha 

sağlam dünya yaratmaq məqsədinin re-

allaşdırılması baxımından zəruridir.

BMT  Baş  katibinin  müavini  qeyd 

edib ki, bu cür mühüm tədbirin Türkmə-

nistanda keçirilməsi bu ölkənin yüksək 

beynəlxalq  nüfuzuna  və  Türkmənistan 

liderinin  BMT  Baş  Məclisinin  tribuna-

sından  səsləndirdiyi,  nəqliyyat-kom-

munikasiya  sektorunda  tərəfdaşlığın 

inkişafına yönəlmiş təşəbbüslərin bəyə-

nilməsinə  dəlalət  edir.  Bu  təkliflərin 

aktuallığı və onlara ehtiyac olması göz 

qabağındadır,  çünki  dünya  iqtisadiy-

yatının  əsas  seqmentlərindən  biri  olan 

nəqliyyat  BMT-nin  Davamlı  İnkişaf 

Hədəflərinin  reallaşdırılmasında  mü-

hüm rol oynayır.

Asiya beynəlxalq dəmiryol nəqliy-

yat dəhlizinin birinci növbəsinin – Ata-

murad  –  İmamnəzər  (Türkmənistan) 

– Akina (Əfqanıstan) sahəsinin əhəmiy-

yəti də qeyd edilib. Xatırladaq ki, bey-

nəlxalq dəhlizin bu sahəsinin təntənəli 

açılışı noyabrın 28-də keçirilib.

Türkmənistan-Əfqanıstan-Tacikis-

tan  transmilli  dəmir  yolunun  birinci 

növbəsinin  açılış  mərasimində  çıxış 

edən  Türkmənistan  Prezidenti  Qur-

banqulu Berdiməhəmmədov qeyd edib 

ki,  yeni  magistralın  açılması  qonşu 

ölkələr  arasında  iqtisadi  əməkdaşlı-

ğın  inkişafına,  habelə  malların  Azər-

baycana,  Çinə,  Hindistana,  Avropa 

ölkələrinə  və  digər  regionlara  çatdırıl-

masına kömək edəcək. Yaxın günlərdə 

Amu-Dərya çayı üzərindən yeni dəmir-

yol və avtomobil körpülərinin də açılışı 

olacaq.


Əfqanıstan  Prezidenti  Məhəmməd 

Əşrəf  Qəni  öz  çıxışında  qeyd  edib  ki, 

Böyük  İpək  yolunun  dirçəldilməsi 

əlaməti  olan  yeni  dəmiryol  magistralı 

Avropa-Sakit  okean  regionu  və  Asiya 

ölkələri  istiqamətində  mühüm  nəqliy-

yat dəhlizinə çevriləcək.

Türkmənistan  və  Əfqanıstan  pre-

zidentləri  neft  məhsullarının  qəbulu, 

saxlanması və nəqli üzrə dəmiryol ter-

minalının açılış mərasimində də iştirak 

ediblər. Bu terminal gün ərzində 2 min 

ton benzini, dizel yanacağını və aviasi-

ya kerosinini avtosisternlərə yükləməyə 

imkan verəcək.

Türkmənistanın dövlət başçısı Qur-

banqulu  Berdiməhəmmədov  və  Əfqa-

nıstan Prezidenti Məhəmməd Əşrəf Qəni 

Akina dəmiryol stansiyasının açılış mə-

rasimində iştirak ediblər. Onlar sərhədə 

qədər 3,5 kilometr məsafə qət edərək bu 

stansiyaya gəlmiş ilk qatarı qarşılayıblar.



AşqAbAd konfrAnsı nəqliyyAtın dAvAmlı inkişAfı 

üçün yeni perspektivlər müəyyən edib

“Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC əməkdaşla-

rının bilik və bacarıqlarının 

artırılması, o cümlədən bey-

nəlxalq təcrübənin mənim-

sənilməsi üçün təlimlərin 

təşkilini davam etdirir. 

Noyabrın  15-dən  başlayan 

təlimlər  Gəmiçiliyin  müxtəlif 

struktur  bölmələrinin  işçiləri 

üçün  nəzərdə  tutulub  və“Li-

derlik,  komanda  ilə  işləmə  və 

idarəetmə  bacarıqları”,  “Risk-

lərin 


qiymətləndirilməsi”, 

“Dənizçilik  sahəsində  Əməyə 

Dair  Konvensiya  (2006)  ilə 

tanışlıq",  "Sağlamlıq,  əməyin 

təhlükəsizliyi,  keyfiyyət,  ətraf 

mühit və enerji idarəetmə sis-

temləri" mövzularında aparılıb.  

İnteraktiv  formada  təşkil 

olunan  təlimlərdə  dinləyicilər 

müxtəlif  ssenarilər  üzrə  ha-

zırlanan  vəziyyətlərlə  bağlı 

müzakirələr  aparıb,  komanda 

halında verilən tapşırıqları həll 

ediblər.


İşçilərin  peşəkarlıq  səviy-

yəsinin  yüksəldilməsi  və  fəa-

liyyətlərinin  beynəlxalq  stan-

dartlara  uyğun  təşkil  edilməsi 

məqsədilə  keçirilən  təlimləri 

beynəlxalq  dərəcəli  təlimçi, 

gəmiçilik  sahəsində  böyük 

təcrübəyə  malik  kapitan  Titos 

Giannakakis  aparıb.  Noyabrın 

24-dək  davam  edən  təlimlər-

də  Gəmiçiliyin  130-dan  çox 

əməkdaşı iştirak edib.



təlimlərdə Gəmiçiliyin 130-dAn çox əməkdAşı iştirAk edib

İranın xarici işlər nazirinin 

müavini, Prezidentin Xəzər dənizi-

nin hüquqi statusunun müəyyən-

ləşməsi üzrə aparılan danışıqlar-

dakı xüsusi nümayəndəsi İbrahim 

Rəhimpur Moskvaya səfər edib.

Səfər  zamanı  rusiyalı  həmkarı 

İqor Bratçikovla görüşən İ.Rəhimpur 

Xəzər dənizinin hüquqi statusuna dair 

fikir mübadiləsi aparıb. Görüşdə qeyd 

olunub  ki,  dənizin  hüquqi  statusunu 

müəyyən edəcək konvensiyanın hazır-

lanması üzrə işlər davam edir. Diqqətə 

çatdırılıb ki, bu sənəd üzərində bütün 

Xəzər sahili ölkələrinin təmsilçiləri iş-

ləyirlər.

Görüşdə vurğulanıb ki, İran, Rusi-

ya, Azərbaycan, Qazaxıstan və Türk-

mənistanın  xarici  işlər  nazirlərinin 

Xəzərin hüquqi statusu ilə bağlı növ-

bəti Zirvə görüşü gələn il Astana şəhə-

rində keçiriləcək.

xəzərin hüqUqi stAtUsU ilə bAğlı nÖvbəti 

zirvə GÖrüşü Gələn il AstAnAdA keçiriləcək

Biznes forumda enli dəmir yoluna 

malik ölkələrin milli dəmiryol şirkət-

lərinin, aparıcı nəqliyyat, logistika 

və maşınqayırma müəssisələrinin, 

Azərbaycanın və Rusiyanın əlaqədar 

dövlət idarəetmə orqanlarının rəhbər-

ləri iştirak ediblər. 

Azərbaycanın  Baş  nazirinin  müa-

vini Abid  Şərifov  biznes  forumda  çıxış 

edərək, iştirakçıları Azərbaycan Respub-

likasının  Prezidenti  İlham  Əliyev  adın-

dan  salamlayıb,  onlara  uğurlar  və  rifah 

arzu edib. 

Baş  nazirin  müavini  deyib:  “Bakı 

beynəlxalq  nəqliyyat  dəhlizlərinin  kə-

sişdiyi mühüm mərkəzdir. Azərbaycanın 

nəqliyyat  infrastrukturu  hələ  XIX  əsrin 

ortalarında  neft  hasilatının  inkişafı  ilə 

əlaqədar genişlənməyə başlayıb”. A.Şə-

rifov  xatırladıb  ki,  SSRİ-də  ilk  elekt-

rikləşdirilmiş  dəmir  yolu  məhz  Azər-

baycanda  yaradılıb.  Ölkə  rəhbərliyinin 

nəqliyyat  infrastrukturunun  inkişafına 

diqqətindən danışan A.Şərifov qeyd edib 

ki, son illər bu sahəyə təqribən 25 mil-

yard  dollar  yatırılıb.  O  deyib:  “Həmin 

vəsait bərə keçidlərinin, avtomobil yol-

larının  tikintisinə,  Azərbaycan  ilə  Gür-

cüstan  arasında  dəmir  yolunun  tam  ye-

nilənməsinə  yönəldilib”.  Azərbaycanın 

iştirakı ilə Transxəzər Beynəlxalq Nəq-

liyyat Marşrutu, “Şimal-Cənub”, “Qərb-

Şərq”  kimi  nəqliyyat  layihələrinin  hə-

yata keçirildiyini xatırladan Baş nazirin 

müavini  biznes  forum  iştirakçılarına 

bildirib ki, Azərbaycanı İranla və dəmir 

yolunun Azərbaycandan keçən hissəsini 

həmin istiqamətdə birləşdirən körpünün 

tikintisi ilin sonuna qədər başa çatacaq. 

“Bakı-Tbilisi-Qars” dəmir yolu da elə bu 

ilin sonunda işə salınacaq. O bildirib ki, 

“Bakı-Tbilisi-Qars”  dəmir  yolu  birba-

şa Avropaya  gedən  yoldur.  Baş  nazirin 

müavini Bakı Beynəlxalq Dəniz Ticarət 

Limanının  yaradılmasından,  onun  əra-

zisində Azad Ticarət Zonasının yaradıl-

ması  layihəsinin  icrasından  danışaraq, 

rusiyalı  iş  adamlarını  həmin  layihəyə 

qoşulmağa dəvət edib. 

“Azərbaycan  Dəmir Yolları”  Qapa-

lı  Səhmdar  Cəmiyyətinin  sədri  Cavid 

Qurbanov  bildirib  ki,  forumda  əsasən 

“Şimal-Cənub”  və  “Şərq-Qərb”  nəqliy-

yat dəhlizləri ilə multimodal daşımaların 

təşkili,  beynəlxalq  nəqliyyat  dəhlizləri 

ilə bağlı problemlər, dəmir yolu infrast-

rukturunun tikintisi, dəmiryol nəqliyyatı 

vasitələrinin istehsalı, logistik zəncirvarı 

əlaqələrin qurulması və digər məsələlər 

müzakirə  ediləcək.  O,  ölkənin  bey-

nəlxalq  nəqliyyat  dəhlizlərinin  mərkə-

zinə  çevrilə  biləcəyini,  Astara-Yalama 

istiqamətində də dəmir yollarının tam ye-

nilənəcəyini,  Azərbaycanın  Astara-Rəşt 

dəmir yolunun tikintisi üçün İrana kredit 

ayıracağını bildirib. C.Qurbanov İran və 

Azərbaycandan  keçməklə,  Mumbaydan 

Rusiyaya  konteyner  qatarlarının  sınaq 

yürüşünün  yoxlanması  və  təhlili  üçün 

işçi qruplarının yaradılmasını zəruri he-

sab etdiyini deyib.

“Azərbaycan  Xəzər  Dəniz  Gəmi-

çiliyi”  QSC  sədrinin  müavini  Fərhad 

Quliyev Transxəzər Beynəlxalq Nəqliy-

yat Marşrutu, “Şimal-Cənub” və “Şərq-

Qərb”  beynəlxalq  nəqliyyat  dəhlizləri 

istiqamətində  həyata  keçirilən  infrast-

ruktur layihələri haqqında forum iştirak-

çılarına  məlumat  verib.  Onun  sözlərinə 

görə,  Xəzərdə  yeganə  bərə  operatoru 

olan Azərbaycan  Xəzər  Dəniz  Gəmiçi-

liyinin  “Şərq-Qərb”  və  “Şimal-Cənub” 

dəhlizləri  istiqamətində  konteyner 

və  vaqon  daşımalarında  fəaliyyəti  də 

müstəsna əhəmiyyətə malikdir.

Biznes  forumun  iştirakçılarına  Gə-

miçiliyin sifarişi ilə Bakı Gəmiqayırma 

Zavodunda tikiləcək Ro-Pax tipli unikal 

gəmilər  və  şirkətin  son  illər    yenilənən 

donanması haqqında da məlumat verilib. 

Bildirilb  ki,  Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyinin artması gözlənilən tranzit 

yüklərin  daşınmasında  güclü  potensialı 

var


“Rusiya Dəmir Yolları” Açıq Səhm-

dar Cəmiyyətinin birinci vitse-prezidenti 

Aleksandr Mişarin deyib ki, “Şimal-Cə-

nub”  Beynəlxalq  Nəqliyyat  Dəhlizinin 

inkişafı  forumun  əsas  mövzusudur.  O 

xatırladıb ki, artıq Hindistanın Mumbay 

şəhərindən  Rusiyaya  nümunəvi  qatar 

yola  salınıb  və  bu  qatar  İran  və Azər-

baycan  ərazilərindən  keçib.  A.Mişarin 

deyib  ki,  Mumbaydan  Sankt-Peter-

burqa yüklərin daşınması müddəti yeni 

istiqamət  sayəsində  Süveyş  kanalından 

keçən ənənəvi marşrutla müqayisədə 14 

gün azala bilər. O, həmçinin bildirib ki, 

Azərbaycan  ilə  Rusiya,  habelə  Rusiya 

ilə  İran  arasında  yük  axını  son  üç  ildə 

xeyli artıb. A.Mişarinin sözlərinə görə, 

yükdaşımaların da strukturu dəyişib, ha-

zırda əsasən yüksək gəlir gətirən yüklər 

daşınır.


İran  Dəmir  Yolu  İdarəsi  sədrinin 

müavini Hüseyn Aşuri ölkəsinin nəqliy-

yat  potensialından  danışaraq  deyib  ki, 

“Şimal-Cənub”  layihəsinin  həyata  ke-

çirilməsi  sayəsində  yüklərin  daşınması 

müddəti 40 faiz, onların daşınma xərc-

ləri  30  faiz  azalacaq.  O,  tranzit  yüklər 

sahəsində  daha  səmərəli  işləmək  üçün 

dəhlizə görə məsuliyyət daşıyan nəqliy-

yat şirkətinin yaradılmasını, bu şirkətin 

fəaliyyətinin  əlaqələndirilməsi  üçün 

marşrutun  keçdiyi  ölkələrdə  onun  fili-

allarının açılmasını, habelə şirkət təşkil 

edilənə qədər həmin ölkələrin iştirakı ilə 

işçi qrupunun yaradılmasını təklif edib. 

Qazaxıstanın  nümayəndəsi,  “Qa-

zaxıstan  Dəmir  Yolları”  Milli  Şirkəti” 

SC-nin  vitse-prezidenti  Sanjar  Yelyu-

bayev bildirib ki, Qazaxıstan, Azərbay-

can  və  Gürcüstan  ərazilərindən  keç-

məklə,  Çindən  Avropaya  Transxəzər 

Beynəlxalq  Nəqliyyat  Dəhlizi  ilə  üç 

qatar yola salınıb. O, tərəflərə müraciət 

edərək, onları vahid tarif siyasəti yürüt-

məyə və alternativ logistika yolları ax-

tarmağa çağırıb.

Azərbaycanın iqtisadiyyat nazirinin 

müavini Sahil Babayev biznes forumda 

çıxış edərək deyib ki, Azərbaycan “Şi-

mal-Cənub”,  “Şərq-Qərb”  layihələrinin 

icrasında əhəmiyyətli rol oynayan regi-

onal nəqliyyat habıdır. S.Babayev nəq-

liyyat  dəhlizində  çatışmayan  hissələrin 

yaradılması  prosesini  sürətləndirməyə, 

logistikanı  genişləndirməyə,  prosedur-

ları  sadələşdirməyə,  yükdaşımalara  va-

hid qaydalar tətbiq etməyə çağırıb. 

“Gürcüstan  Dəmir  Yolu”  SC-nin 

baş  direktoru  Mamuka  Baxtadze  bildi-

rib ki, Avropa İttifaqı ölkələrində isteh-

sal  olunmuş  avtomobillərdən  ibarət  ilk 

konteyner  qatarı  dekabrın  ortalarında 

Poti limanından Tehrana yola düşəcək. 

“Uralvaqonzavod”  Elm-İstehsalat 

Korporasiyası”  SC-nin  baş  direktoru 

Oleq Siyenko şirkətin “Azərbaycan Də-

mir  Yolları”  QSC-nin  sifarişini  yerinə 

yetirərək,  müxtəlif  çeşidli  3  min  yük 

vaqonu göndərməsindən danışıb. O bil-

dirib ki, müəssisə artıq İran Dəmir Yolu 

İdarəsi  ilə  də  əməkdaşlıq  etməyə  baş-

layıb, bu ölkə üçün yük vaqonlarının 9 

modelini layihələndirib. “Şimal-Cənub” 

layihəsinə  toxunan  O.Siyenko  bildirib 

ki,  bu,  təkcə  regionda  deyil,  həm  də 

dünyada  ən  uğurlu  nəqliyyat  layihəsi 

olacaq.  O,  “Bakı-Tbilisi-Qars”  dəmir 

yolu layihəsini yüksək qiymətləndirərək, 

onu güclü geosiyasi layihə adlandırıb. 

Biznes forum çərçivəsində sənədlər 

- “Azərbaycan Dəmir Yolları” QSC ilə 

“Ukrayna  Dəmir  Yolu”  Publik-Səhm-

dar  Cəmiyyəti  (PSC)  arasında  qarşı-

lıqlı  anlaşma  haqqında  Memorandum; 

“TransKonteyner”  PSC  ilə  “Port  Dal-

yan  Ltd  korporasiyası”  SC  arasında 

strateji əməkdaşlıq niyyətləri haqqında 

Memorandum; “TransKonteyner” PSC 

ilə  “Azərbaycan  Dəmir  Yolları”  QSC 

arasında  əməkdaşlıq  haqqında  Memo-

randum; Hindistan Nəqliyyat-Logistika 

Assosiasiyaları  Federasiyası  ilə  “RJD 

Logistika”  SC  arasında  strateji  əmək-

daşlıq  haqqında  Saziş;  “Azərbaycan 

Dəmir Yolları” QSC ilə “Rusaqrotrans” 

QSC  arasında  əməkdaşlıq  haqqın-

da  Memorandum;  “RJDstroy”  SC  ilə 

“Bakı  Metropoliteni”  QSC  arasında 

əməkdaşlıq  haqqında  Memorandum 

imzalanıb.



bAkıdA “strAteJi tərəfdAşlıq 1520: dünyAnın dÖrd tərəfini birləşdirən - 

xəzər reGionU” mÖvzUsUndA beynəlxAlq biznes forUm keçirilib 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə