R b a y c a n X z r d n z g m


A zərbaycan  tarixən  qədim  ipək



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix05.02.2018
ölçüsü0,59 Mb.
#24496
1   2   3   4   5   6   7   8

A

zərbaycan  tarixən  qədim  ipək 

yolunun  keçdiyi  və  bir-birinə 

uzaq  məsafədə  yerləşən  dövlətləri  ən 

qısa  yolla  birləşdirən,  ticari-iqtisa-

di  dəhlizlərin  qovuşduğu  məkan  olub. 

Ölkəmizin  bu  sahədəki  tarixi  rolu  indi 

-  qloballaşan  dünyanın  yeni  geoiqtisadi 

çağırışları kontekstində daha da artaraq 

strateji  əhəmiyyət  kəsb  edir.  Avrasiya 

məkanının mühüm logistik mərkəzlərin-

dən birinə çevrilən Azərbaycan həm də 

bu sahədə yeni təşəbbüslərin müəllifidir. 

ipək yolu üzərində geniş iqtisadi zolağın 

yaradılmasının  fəal  dəstəkçisi  olan  res-

publikamız müxtəlif istiqamətlərə tran-

zit  daşımalarının  səmərəli  təşkilinə  də 

etibarlı təminat verir.

 

dəniz nəqliyyatının 



inkişaf prosesi heydər əliyevin 

adı ilə bağlıdır

“Şərq-Qərb”  və  “Şimal-Cənub”  nəq-

liyyat  dəhlizlərinin  kəsişməsində  yerləşən 

Azərbaycanın əlverişli geostrateji mövqeyə 

malik  olmasını  ümummilli  lider  Heydər 

Əliyev  böyük  uzaqgörənliklə  qiymətlən-

dirirdi. Hələ 1998-ci ildə 32 ölkənin və 13 

beynəlxalq  təşkilatın  təmsilçilərinin  işti-

rakı ilə tarixi İpək yolunun bərpasına həsr 

olunmuş  konfransın  məhz  Bakıda  təşkil 

olunması və Avropa-Qafqaz-Asiya nəqliy-

yat dəhlizinin (TRASEKA) həyata keçiril-

məsini  əks  etdirən  “Avropa-Qafqaz-Asiya 

dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliy-

yat  haqqında  Əsas  Çoxtərəfli  Saziş”in  də 

imzalanması məhz ulu öndərin böyük fəda-

karlığının nəticəsi olmuşdur. Ötən müddət 

ərzində  bu  istiqamətdə  mühüm  genişmiq-

yaslı layihələr həyata keçirilib. 

Təqdirəlayiq  haldır  ki,  ulu  öndərin 

ölkənin tranzit potensialının inkişaf etdiril-

məsinə yönələn strateji kursu Prezident İl-

ham Əliyev tərəfindən uğurla davam etdiri-

lir. Ölkəmizdə nəqliyyat infrastrukturunun 

təkmilləşdirilməsi,  tranzit  potensialının 

artırılması  istiqamətində  dövlət  başçısının 

təşəbbüsləri  nailiyyətlərlə  nəticələnir  və 

bu sahəyə yönələn irihəcmli dövlət inves-

tisiyaları  nəzərdə  tutulan  işlərin  maneəsiz 

aparılmasına  real  zəmin  yaradır.  Xəzər 

hövzəsində  ən  böyük  ticarət  limanı  olan 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 

dəmir yolu xətlərinin inşası və yenidənqu-

rulması layihələri, yeni beynəlxalq hava li-

manlarının tikintisi, müasir avtomobil yol-

ları şəbəkəsinin yaradılması Azərbaycanın 

tranzit daşımalarında iştirakının miqyasını 

dəfələrlə artırır. 

Azərbaycanın  nəqliyyat  sektorunu 

dəniz  sferası  olmadan  təsəvvür  etmək  çə-

tindir. Dəniz nəqliyyatı tarixi inkişaf yolu 

keçib və bütün zamanlarda öz əhəmiyyət-

liyini  saxlayıb.  Müstəqillik  qazanıldıqdan 

sonra, xüsusən isə müasir dövrdə respubli-

kamızda dəniz nəqliyyatı sahəsinin tənzim-

lənməsi mühüm səciyyə daşıyır. Bu vacib 

prosesin  həyata  keçirilməsində  mərkəzi 

icra  hakimiyyəti  orqanı  funksiyasını  daşı-

yan  Azərbaycan  Respublikasının  Dövlət 

Dəniz  Administrasiyası  ölkə  başçısının 

6  fevral  2006-cı  il  tarixli  1271  nömrəli 

sərəncamına əsasən yaradılıb. Sərəncamda 

Azərbaycan  Respublikasında  dəniz  nəq-

liyyatı sahəsində aparılan siyasətin, habelə 

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq 

Dəniz Təşkilatı və digər beynəlxalq təşki-

latlarla  əməkdaşlığın, Azərbaycanın  tərəf-

dar çıxdığı beynəlxalq konvensiyaların ic-

rasına nəzarətin həyata keçirilməsi Dövlət 

Dəniz Administrasiyasının səlahiyyətlərinə 

aid edilib. Azərbaycan Prezidentinin 2006-

cı il 20 aprel tarixli 395 nömrəli fərmanı ilə 

təsdiq edilmiş “Əsasnamə”yə müvafiq ola-

raq  administrasiya  Azərbaycan  ərazisində 

dəniz nəqliyyatı sahəsində dövlət siyasətini 

və tənzimlənməsini həyata keçirən mərkə-

zi  icra  hakimiyyəti  orqanı  kimi  fəaliyyət 

göstərməkdədir.

Ümumiyyətlə, dünya ticarət məhsulla-

rının 80 faizdən artıq hissəsinin təhlükəsiz, 

maddi cəhətdən sərfəli və ətraf mühitə daha 

az mənfi təsir göstərməklə daşınması məhz 

dəniz nəqliyyatı vasitəsi ilə həyata keçiri-

lir. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar 

bütün  dünya  dövlətləri  tərəfindən  qəbul 

olunan  və  riayət  edilən,  dənizçilik  müna-

sibətlərini tənzimləyən tələblərə və norma-

lara daim ehtiyac duyulub. Bu normaların 

effektiv  fəaliyyət  göstərən  bir  təşkilatda 

müzakirə  və  qəbul  edilməsinin  vacibliyi 

nəzərə alınaraq 1948-ci ildə Birləşmiş Mil-

lətlər  Təşkilatının  strukturuna  daxil  olan 

Beynəlxalq Dəniz Təşkilatı yaradılıb. Azər-

baycan  ümummilli  lider  Heydər  Əliyevin 

təşəbbüsü ilə 1995-ci ilin may ayında Bey-

nəlxalq Dəniz Təşkilatına tam səlahiyyətli 

üzv qəbul olunub.

Heydər  Əliyevin  bütün  sahələrdə  ol-

duğu  kimi,  dəniz  nəqliyyatı  kompleksinin 

inkişafı sahəsində də müstəsna rolunu qeyd 

etmək istərdim. Dəniz donanmasına malik 

keçmiş  sovet  respublikalarının  bir  çoxun-

da  donanmalar  qayğısızlıq  və  nəzarətsiz-

lik üzündən, demək olar ki, dağılıb. Bizim 

ölkəmizdə  isə  iqtisadiyyatımızın  strateji 

cəhətdən mühüm sahəsindən biri olan də-

niz  nəqliyyatı  üzərində  nəzarət  saxlanılıb. 

Bu  gün  də  qeyd  edilən  sahəyə  diqqət  və 

qayğı Prezident tərəfindən uğurla davam et-

dirilir. Bu diqqət və qayğının nəticəsidir ki, 

hazırda  donanmada  sərnişin  bərələri,  “ro-

ro” tipli gəmilər, neft tankerləri, quru yük 

gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, 

qəza-xilasetmə,  yedək  və  dalğıc  gəmiləri, 

torpaqqazan,  həmçinin  analoqu  olmayan 

iritonnajlı  kran  gəmiləri  mövcuddur  ki, 

bu  da  ölkəmizin  həqiqətən  qüdrətli  dəniz 

dövləti  olmasını  təsdiqləyir.  Ümumiyyət-

lə,  hazırda  respublikamızda  iqtisadiyyatın 

bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatı 

sahəsinin  də  sürətli  inkişafı,  dövlətimizin 

tranzit nəqliyyat dəhlizlərinin formalaşma-

sında iştirak etməsi möhtərəm Prezidentin 

gərgin əməyinin nəticəsi kimi qiymətləndi-

rilməlidir.

Həmçinin  “Dənizdə  insan  həyatının 

mühafizəsinə  dair  Beynəlxalq  Konven-

siya”nın  tələblərinin  yerinə  yetirilməsi 

məqsədilə  Xəzəryanı  ölkələrdə  ilk  dəfə 

olaraq  Azərbaycanda  yaradılmış,  ən  son 

naviqasiya  və  müşahidə  avadanlıqları  ilə 

təchiz edilmiş Uzaq Məsafədən Tanınma və 

İzləmə Milli Mərkəzinin əsas funksiyaları - 

Azərbaycanın ərazi sularında üzən gəmilə-

rin mövqeyinin peyk və radarlar vasitəsilə 

izlənilməsi, onların hərəkətinin təhlükəsiz-

liyinin  təmin  edilməsi,  naviqasiya  xəbər-

darlıqlarına və hava haqqında proqnozlara 

dair  müvafiq  məlumatların  gəmilərə  çat-

dırılması,  “Azərbaycan  Respublikasının 

ərazi  sularında  üzmə  Qaydaları”na  riayət 

olunmasına  nəzarətin  həyata  keçirilməsi, 

gəmilərdən  daxil  olan  həyəcan  siqnalları-

nın (SOS) və digər məlumatların aidiyyəti 

dövlət  qurumlarına  çatdırılmasının  təmin 

edilməsi  və  əlaqələndirmənin  təşkili,  ha-

belə  beynəlxalq  təşkilatlar  daxil  olmaqla, 

digər  ölkələrin  eyni  adlı  milli  mərkəzləri 

və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq 

operativ əlaqənin yaradılması və informa-

siya  mübadiləsinin  həyata  keçirilməsin-

dən  ibarətdir.  Uzaq  Məsafədən  Tanınma 

və İzləmə Milli Mərkəzi öz texniki təchi-

zatı  baxımından  bir  çox  qabaqcıl  Avropa 

dövlətlərinin  oxşar  qurumlarından  daha 

üstündür.  Milli  Mərkəzdə  işə  cəlb  olun-

muş mütəxəssislər xarici ölkələrin müvafiq 

mərkəzlərində xüsusi təlimlər keçiblər.



dövlət dəniz  

Administrasiyasının beynəlxalq 

əməkdaşlığı genişlənir

Dövlət Dəniz Administrasiyası fəaliy-

yətində Beynəlxalq Dəniz Təşkilatı (BDT) 

ilə münasibətlərə, eləcə də dəniz nəqliyyatı 

sahəsi ilə bağlı digər beynəlxalq və regio-

nal  əməkdaşlığa  böyük  önəm  verir.  Qeyd 

etmək istərdim ki, BDT Birləşmiş Millətlər 

Təşkilatının  ixtisaslaşmış  agentliyi  olub, 

beynəlxalq dəniz gəmiçiliyinin təhlükəsiz-

liyi, mühafizəsi və dəniz mühitinin qorun-

masını həyata keçirən beynəlxalq hökumət-

lərarası təşkilatdır.

BDT 1948-ci ildə Cenevrədə Birləşmiş 

Millətlər Təşkilatının  beynəlxalq  konfran-

sında “Beynəlxalq Dəniz Təşkilatı haqqın-

da  Konvensiyası”nın  qəbul  edilməsi  ilə 

təsis edilmiş və 1958-ci ildə “Hökumətləra-

rası dəniz məsləhətləşmə təşkilatı” (IMKO) 

adı  ilə  fəaliyyətə  başlamışdır.  Sözügedən 

qurumun adı 1982-ci ildən Beynəlxalq Də-

niz Təşkilatı adlanır və təşkilata üzv dövlət-

lərin sayı hal-hazırda 171-dir. BDT-nin rəs-

mi məqsədi beynəlxalq dəniz gəmiçiliyinə 

aid  istənilən  texniki  məsələlərdə  hökumət 

tənzimlənməsini  və  praktika  sahəsində 

hökumətlərin  əməkdaşlığını  təmin  etmək, 

dənizdə təhlükəsizlik, gəmiçiliyin səmərə-

liliyi,  dənizin  gəmilər  vasitəsilə  çirklən-

dirilməsinin  qarşısının  alınması  və  bu  cür 

çirklənməyə qarşı mübarizə məsələlərində 

mümkün  qədər  praktiki  baxımdan  maksi-

mal  normaların  hamılıqla  qəbul  edilmə-

sini təşkil etmək və buna şərait yaratmaq, 

təşkilatın  məqsədi  ilə  əlaqədar  inzibati  və 

hüquqi məsələləri nəzərdən keçirməkdir.

Dövlət  Dəniz  Administrasiyası  qa-

baqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində 

təcrübəsinin öyrənilməsi və bu təcrübənin 

ölkəmizdə  tətbiqinə  xüsusi  diqqət  yetirir. 

Ölkəmiz  bu  sahədə  çoxtərəfli  əməkdaşlıq 

fəaliyyətini təkcə BDT ilə deyil, həmçinin 

Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz 

Təhlükəsizliyi  Agentliyi,  Qara  Dəniz  İq-

tisadi  Əməkdaşlıq Təşkilatı  və  digər  bey-

nəlxalq  və  regional  qurumlarla  da  inkişaf 

etdirməkdədir.

Azərbaycan  nümayəndə  heyəti  cari 

ilin  21-25  noyabr  tarixlərində  Birləşmiş 

Millətlər Təşkilatının nüfuzlu təşkilatı olan 

Beynəlxalq  Dəniz  Təşkilatının  London 

şəhərində yerləşən baş qərargahında keçi-

rilmiş  Dəniz  Təhlükəsizliyi  Komitəsinin 

97-ci Sessiyasında iştirak edib. Sessiyada 

dəniz üzgüçülüyünün təhlükəsizliyinin tə-

min  edilməsi,  dəniz  mühitinin  mühafizə-

si,  gələcəkdə  dəniz  qəzalarının  qarşısının 

alınması, eləcə də beynəlxalq ictimaiyyəti 

dərindən  narahat  edən  dəniz  quldurluğu 

halları  ilə  mübarizəyə  dair  ümumi  müza-

kirələr aparılıb. Sessiyada “Dənizdə insan 

həyatının  mühafizəsinə  dair  Beynəlxalq 

Konvensiya”ya, “Dənizçilərin hazırlanma-

sına, onlara diplom verilməsinə və növbə 

çəkməyə dair Beynəlxalq Konvensiya”ya, 

“Yanğın Təhlükəsizlik Sistemləri haqqında 

Məcəllə”yə, “Maye qazları qalama şəklin-

də daşıyan gəmilərin inşası və avadanlıq-

larına  dair  Beynəlxalq  Məcəllə”yə,  “Neft 

tankerlərinin və qalama yüklər daşıyan gə-

milərin yoxlanılması üzrə genişləndirilmiş 

təftiş proqramı haqqında Beynəlxalq Mə-

cəllə”yə,  “Dayanıqlılığa  dair  Beynəlxalq 

Məcəllə”yə  və  dəniz  nəqliyyatı  sahəsi 

üzrə bir sıra digər mühüm sənədlərə təklif 

edilən dəyişikliklər nəzərdən keçirilib.

Beynəlxalq  konvensiya  və  məcəl-

lələrə təklif edilən dəyişikliklərdə gəminin 

konstruksiyası - struktur, otsek və dayanıq-

lılıq, maşın şöbəsi və elektrik avadanlıqla-

rı  yanğından  mühafizə,  yanğın  detektor-

ları  və  yanğının  söndürülməsi,  xilasedici 

vasitələr  və  avadanlıqlar,  dəniz  təhlükə-

sizliyinin gücləndirilməsi üçün xüsusi təd-

birlər, müəyyən tip gəmilərin heyəti üçün 

xüsusi təlimlər barədə tələblər, xilasedici 

vasitələrin  yerləşdirilməsi,  gəmi  avadan-

lıqları,  qalama  yüklər  daşıyan  gəmilərin 

yoxlanılması  üzrə  genişləndirilmiş  təftiş 

proqramı,  neft  tankerlərinin  yoxlanılma-

sı  üzrə  genişləndirilmiş  təftiş  proqramı, 

müəyyən  əməliyyatlarda  istismar  olunan 

gəmilər  və  müəyyən  tip  gəmilər  üçün 

tövsiyə  və  əlavə  təlimatlar,  sertifikatların 

etibarlılıq müddətinin artırılması, şirkətlə-

rin məsuliyyətləri, sertifikatlar və onların 

təsdiqnamələrinə  dair  təlimatlar,  şirkətlə-

rin, kapitanların və gəmi heyətinin tövsiyə 

olunan məsuliyyətlərinə dair təlimatlar öz 

əksini tapıb. 

Azərbaycan  nümayəndə  heyəti  Bey-

nəlxalq  Dəniz  Təşkilatının  rəsmiləri,  ses-

siyaya  qatılmış  bir  sıra  üzv  dövlətlərin 

nümayəndə heyətləri ilə ikitərəfli görüşlər 

keçirib. Görüş zamanı qarşılıqlı əməkdaş-

lığın daha səmərəli və effektiv həyata ke-

çirilməsi,  habelə  dəniz  nəqliyyatı  sahəsi 

ilə  bağlı  ölkəmiz  üçün  əhəmiyyətli  olan 

bir  sıra  mühüm  məsələlər  ətrafında  fikir 

mübadiləsi  aparılıb.  Sessiyanın  sonunda 

Dəniz Təhlükəsizliyi  Komitəsinin  sədr  və 

sədr  müavini  vəzifələrinə  keçirilən  seçki-

nin  nəticələrinə  görə,  Avstraliyadan  olan 

nümayəndə Bred Qrovs sədr, Argentinadan 

olan nümayəndə Xuan Karlos Kubisino isə 

sədr müavini seçilib.

Ölkəmiz 1995-ci ildən BDT üzv oldu-

ğu tarixdən etibarən “Dənizdə insan həyatı-

nın mühafizəsinə dair Beynəlxalq Konven-

siya”  (SOLAS-74),  “Dənizin  gəmilərdən 

çirkləndirilməsinin  qarşısının  alınmasına 

dair Beynəlxalq Konvensiya” (MARPOL), 

“Dənizçilərin  hazırlanmasına,  onlara  dip-

lom  verilməsinə  və  növbə  çəkməyə  dair 

1978-ci il tarixli Beynəlxalq Konvensiya” 

(STCW), “Dənizdə gəmilərin toqquşması-

nın  qarşısının  alınmasına  dair  beynəlxalq 

qaydalar  haqqında  Konvensiya”  (COL-

REG),  “Beynəlxalq  dəniz  gəmiçiliyinin 

asanlaşdırılması  haqqında  Konvensiya” 

kimi  dəniz  nəqliyyatı  sahəsində  20-dən 

çox  beynəlxalq  konvensiya  və  protokola 

qoşulmuşdur.  Beynəlxalq  konvensiya  və 

protokollardan  irəli  gələrək  dəniz  nəqliy-

yatı sahəsinə dair tələblərin təmin olunması 

qanunvericiliklə  müəyyən  olunmuş  səla-

hiyyətlər çərçivəsində Azərbaycan Respub-

likasının  Dövlət  Dəniz  Administrasiyası 

tərəfindən həyata keçirilir.

Belə  ki,  “Azərbaycan  Respublikası-

nın Dövlət Dəniz Administrasiyasının ya-

radılması  haqqında”  Prezidentin  6  fevral 

2006-cı il tarixli 1271 nömrəli sərəncamın-

da  Azərbaycanda  dəniz  gəmiçiliyi  sahə-

sində  aparılan  siyasətin,  habelə  BMT-nin 

Beynəlxalq Dəniz Təşkilatı və digər bey-

nəlxalq dəniz təşkilatları ilə əməkdaşlığın, 

Azərbaycan  Respublikasının  tərəfdar  çıx-

dığı  beynəlxalq  dəniz  konvensiyalarının 

icrasına nəzarətin həyata keçirilməsi səla-

hiyyətlərinin Administrasiyaya tapşırılma-

sı məsələsi öz əksini tapıb. Dövlət Dəniz 

Administrasiyası gəmiçilik sahəsində fəa-

liyyət  göstərən  müəssisələr,  təşkilatlar  və 

Azərbaycanın dövlət bayrağı altında üzən 

gəmilər  tərəfindən  bu  konvensiyaların 

tələblərinin  yerinə  yetirilməsinə  nəzarət 

işini həyata keçirərək müvafiq sahədə bö-

yük uğurların qazanılmasını təmin edib.

Dövlət  Dəniz  Administrasiyası  tərə-

findən dənizçilərin hazırlanması və onlara 

diplomların  verilməsi  sahəsində  həyata 

keçirilən  effektiv  fəaliyyətin  nəticəsidir 

ki,  2011-ci  ildə  Avropa  Dəniz  Təhlükə-

sizliyi  Agentliyi  tərəfindən  aparılmış 

yoxlamalar  nəticəsində  Dövlət  Dəniz 

Administrasiyası tərəfindən verilmiş dip-

lom və sertifikatlar Avropa İttifaqının di-

rektivlərinə  uyğun  olaraq Avropa  İttifaqı 

tərəfindən tanınmışdır və xüsusi ilə qeyd 

edilməlidir  ki,  Azərbaycan  Respublikası 

Beynəlxalq Dəniz Təşkilatının “Ağ siya-

hısı”na daxil edilib.



dəniz nəqliyyatı qanunvericiliyi 

beynəlxalq hüquqi standartlara 

tam cavab verir

Dəniz nəqliyyatı sahəsində qanunveri-

ciliyimizin təkmilləşdirilməsi istiqamətində 

görülmüş işlər də xüsusi qeyd edilməlidir. 

Xatırladım  ki,  Avropa  İttifaqı  tərəfindən 

Avropa  Qonşuluq  və  Tərəfdaşlıq  Alətinin 

Azərbaycan üzrə Fəaliyyət Proqramı çərçi-

vəsində Azərbaycan Respublikasının Döv-

lət Dəniz Administrasiyasında 2 il müddə-

tində  “Azərbaycan  Respublikasında  dəniz 

üzgüçülüyünün  təhlükəsizliyinin  və  dəniz 

mühitinin mühafizəsinin təkmilləşdirilməsi 

haqqında Tvinninq layihəsi” həyata keçiri-

lib.


Qeyd  edilən  layihə  çərçivəsində  Av-

ropa  İttifaqı  təcrübəsi  və  qanunvericiliyi 

nəzərə alınmaqla hazırlanmış     “Dəniz li-

manları haqqında” Azərbaycan Respublika-

sının Qanun layihəsinin “Normativ hüquqi 

aktlar haqqında” Azərbaycan Respublikası 

Konstitusiya  Qanununun  48-ci  maddəsinə 

uyğun  olaraq  Nazirlər  Kabinetinə  təqdim 

edilib. Qeyd olunan qanun 18 aprel 2014-

cü il tarixində Milli Məclis tərəfindən qəbul 

olunub. 7 fəsil və 29 maddədən ibarət olan 

adıçəkilən  qanun  Azərbaycanın  dəniz  li-

manlarında ticarət gəmiçiliyindən yaranan 

münasibətlərin  tənzimlənməsini,  limanla-

rın inşası, açılması, bağlanması qaydaları-

nı, limanlarda fəaliyyətin həyata keçirilmə-

sini, o cümlədən xidmətlərin göstərilməsi, 

habelə  limanlarda  fəaliyyətin  dövlət  tən-

zimlənməsinin  əsaslarını  müəyyən  edən 

normativ müddəaları özündə ehtiva edir.

Həmçinin  bu  çərçivədə  administra-

siya  tərəfindən  hazırlanmış  9  layihədən 

artıq  7-si  (“Azərbaycan  Respublikasının 

Dəniz  Limanları  Reyestrinin  aparılması 

Qaydası”,  “Gəmi  agenti  haqqında  Əsas-

namə”, “Limanlarda gəmi agenti tərəfindən 

xidmətlərin  göstərilməsi  üçün  sertifikatın 

forması,  qüvvədə  olma  müddəti,  verilmə 

və  ləğv  edilmə  Qaydası”,  “Azərbaycan 

Respublikasının ərazi sularında üzmə Qay-

daları”,  “Limanlarda  qanunsuz  müdaxilə 

aktı zamanı təhlükəsizliyin təmin edilməsi 

Qaydası”, “Limanın və limanın infrastruk-

tur  obyektlərinin  mühafizəsi  Qaydası”  və 

“Dəniz  terminalının  operatoru  tərəfindən 

realizə  olunan  yükün  və  ona  görə  hesab-

laşmaların uçotu Qaydası”) təsdiq olunub. 

Eyni zamanda adıçəkilən Tvinninq layihəsi 

çərçivəsində dəniz üzgüçülüyünün təhlükə-

sizliyi üzrə Azərbaycan qanunvericiliyinin 

“Dənizin  gəmilərdən  çirkləndirilməsinin 

qarşısının alınmasına dair Beynəlxalq Kon-

vensiya”ya uyğun olaraq təkmilləşdirilmə-

si ilə bağlı bir sıra mühüm sənədlər işlənib 

hazırlanıb.

Qeyd edilən layihənin uğurlu icrasının 

davamı olaraq bildirmək istərdik ki, Azər-

baycan Respublikasının Dövlət Dəniz Ad-

ministrasiyasında 2015-ci ilin noyabr ayın-

dan  əsas  məqsədi  dəniz  nəqliyyatı  sahəsi 

üzrə  normativ  hüquqi  aktların  beynəlxalq 

standartlara  uyğunlaşdırılmasından  ibarət 

olan  “Azərbaycan  Respublikasında  dəniz 

nəqliyyatı  sahəsində  məsuliyyətin  artırıl-

masında Dövlət Dəniz Administrasiyasına 

dəstək”  adlı  Tvinninq  layihəsinin  həyata 

keçirilməsinə  başlanılıb  ki,  bu  layihə  çər-

çivəsində  dəniz  üzgüçülüyünün  təhlükə-

sizliyinin  təmin  edilməsi  və  ətraf  mühitin 

mühafizəsi  ilə  əlaqədar  gəmi  sahibləri 

və  dənizçilər  üçün  inzibati  məsuliyyətin 

müəyyən edilməsini nəzərdə tutan İnzibati 

Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi 

üçün  layihə  hazırlanıb.  Həmin  layihə  ye-

kunlaşdırılaraq qısa bir zamanda aidiyyəti 

üzrə təqdim ediləcək.

Azərbaycan  Prezidentinin  14  mart 

2014-cü il tarixli 338 nömrəli sərəncamına 

əsasən  ölkəmizin  ərazisində  dəniz  üzgü-

çülüyünün təhlükəsizliyinin daha səmərəli 

təşkilini  təmin  etmək  məqsədilə Azərbay-

can  Respublikası  Dövlət  Dəniz Administ-

rasiyasının  tabeliyində  Dəniz  Üzgüçülü-

yünün  Təhlükəsizliyi  Mərkəzi  yaradılıb. 

Nazirlər  Kabinetinin  23  may  2014-cü  il 

tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş 

Nizamnaməyə əsasən adıçəkilən Mərkəzin 

funksiyalarına Azərbaycan Respublikasının 

ərazi sularında və liman akvatoriyalarında 

dəniz  üzgüçülüyünün  təhlükəsizlik  siste-

minin təşkil olunması, gəmilərin hərəkəti-

nin  idarə  edilməsi,  gəmilərdə  yoxlamala-

rın  həyata  keçirilməsi,  bələdçi  xidmətinin 

göstərilməsi,  gəmilərin  uzaq  məsafədən 

izlənilməsi  və  dəniz  üzgüçülüyünün  təh-

lükəsizliyinə aid digər funksiyalar daxildir.

Dəniz  Üzgüçülüyünün  Təhlükəsizliyi 

Mərkəzinin yaradılması Azərbaycanın qo-

şulduğu beynəlxalq konvensiyaların tələb-

lərinin  yerinə  yetirilməsinə  və  gəmilərin 

nəzarət yoxlamasının beynəlxalq standart-

lara uyğun olaraq daha səmərəli və effektiv 

həyata keçirilməsinə xidmət göstərməkdə-

dir.


Məlumat  üçün  qeyd  etmək  istərdim 

ki,  respublikamızda  dəniz  üzgüçülüyü-

nün  təhlükəsizliyinin  təmin  olunmasında 

görülmüş  işlər  və  təşəkkül  tapmış  möv-

cud dövlət nəzarət üsulu mütəmadi olaraq 

ölkəmizə səfərlər edən müstəqil beynəlxalq 

ekspertlər, habelə Beynəlxalq Dəniz Təşki-

latı və Avropa Dəniz Təhlükəsizliyi Agent-

liyi  tərəfindən  müsbət  dəyərləndirilərək 

alqışlanmışdır.  Dövlət  Dəniz  Administra-

siyası  tərəfindən  mütəmadi  olaraq  dəniz 

üzgüçülüyünün  təhlükəsizliyi  sahəsində 

görülmüş  işlər  və  dəniz  üzgüçülüyünün 

təhlükəsizliyinin  təmin  olunması  səviyyə-

si barədə adıçəkilən təşkilatlara illik hesa-

batlar təqdim edilir. Həmçinin Beynəlxalq 

Dəniz  Təşkilatının  müvafiq  Qətnaməsinə 

əsasən  2014-cü  ildən  başlayaraq  həyata 

keçirilən  üzv  dövlətlərin  audit  yoxlaması 

prosesi  çərçivəsində  adıçəkilən  təşkilatın 

müstəqil ekspertlərinin yaxın dövrdə növ-

bəti,  müfəssəl  yoxlama  missiyası  ilə  res-

publikamıza səfəri planlaşdırılır.

Audit  yoxlamasının  nəticələri  Bey-

nəlxalq  Dəniz  Təşkilatı  tərəfindən  rəsmi 

olaraq dövlətə təqdim olunur və audit yox-

lamasının  nəticələrində  əsas  diqqətin  də-

niz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı 

beynəlxalq konvensiyalarda nəzərdə tutul-

muş dövlət nəzarətinin effektiv və səmərə-

li  həyata  keçirilməsinə  yönəldiyini  nəzərə 

alsaq,  hazırda  formalaşdırılmış  dövlət  nə-

zarət mexanizmi audit yoxlamasından müs-

bət  rəylə  keçilərək  respublikamızın  dəniz 

nəqliyyatı  sahəsində  beynəlxalq  konven-

siyaların tələblərindən irəli gələn öhdəlik-

lərinin icrasının, habelə Beynəlxalq Dəniz 

Təşkilatında,  eləcə  də  beynəlxalq  aləmdə 

dəniz nəqliyyatı sahəsində müsbət imicinin 

qorunub saxlanılmasının və daha da artma-

sının qarantı hesab edilməlidir.

 

nəqliyyat donanmasının 



yenilənməsi daim diqqət  

mərkəzindədir

Dəniz  üzgüçülüyünün  təhlükəsizliyi 

baxımından  mühüm  göstərici  olan  dəniz 

donanmasını  təşkil  edən  həmin  gəmilərin 

orta yaş həddinin daha da azaldılması baş-

lıca hədəf kimi müəyyən olunub və ölkə-

mizin tranzit potensialının gücləndirilməsi 

məqsədilə  donanmanın  yenilənməsi  və 

müasir tələblərə cavab verən yeni gəmilə-

rin  tikintisi  daim  diqqət  mərkəzində  sax-

lanılır və bu məsələyə tərəfimizdən xüsusi 

həssaslıqla yanaşılır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 

QSC tərəfindən öz maddi imkanları hesa-

bına ötən 3 ildə quru yük gəmilərinin, neft 

tankerlərinin, təchizat və sərnişin gəmiləri-

nin  alınması  ilə  donanmanın  yenilənməsi 

istiqamətində mühüm addımlar atılmışdır.

Həmçinin  “Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi” QSC-nin sifarişi əsasında Bakı 

Gəmiqayırma Zavodunda Xəzər dənizində 

ilk olacaq iki ədəd yeni unikal Ro-Pax tip-

li bərə gəmisi inşa edilməkdədir. Eləcə də 

müasir tələblərə cavab verən 7 - 13 min ton 

arası yükgötürmə qabiliyyətinə malik olan 

tankerlərin sifarişi nəzərdə tutulub.

Xüsusi olaraq vurğulamaq istərdim ki, 

quru  yük  gəmilərinin,  tankerlərin,  dəniz-

də  neft  və  qaz  əməliyyatlarının  aparılma-

sına  xidmət  edən  ixtisaslaşmış  donanma 

üçün tələb olunan gəmilərin inşa edilməsi 

üzrə  geniş  texniki  imkanlara  malik  Bakı 

Gəmiqayırma  Zavodu  istifadədə  olan  gə-

milərin  müasir  standartlara  uyğun,  daha 

yeni  gəmilərlə  yenilənməsi  baxımından 

ümumiyyətlə  respublikamızda  fəaliyyət 

göstərən bütün gəmi sahibləri üçün cəlbe-

dici xarakter daşıyır.

Bununla  əlaqədar  olaraq  bildirmək 

istərdim  ki,  adıçəkilən  zavodda  inşası 

2017-ci  ilin  aprel  ayına  qədər  başa  çatdı-

rılması planlaşdırılan, regionda analoqu ol-

mayan xüsusi təyinatlı “Xankəndi” gəmisi 

2017  -  2027-ci  illər  ərzində  “Şahdəniz-2” 

layihəsinin  sualtı  quraşdırma  işlərində  is-

tifadə  ediləcək.  155  metr  uzunluğa,  32 

metr enə, 13 metr hündürlüyə malik olacaq 

gəminin  2,5  metr  hündürlüyündə  böyük 

dalğalarda  (Hs)  fəaliyyət  göstərə  bilmək 

üçün  dinamik  mövqeləndirmə  sistemi, 

600 metrədək sualtı əməliyyatlar aparmaq 

üçün  900  metrik  tonluq  əsas  kranı,  iki 

ədəd  18  nəfərlik  dalğıc  kapsulu  sistemi, 

iki  ədəd  məsafədən  idarə  olunan  aparatı, 

möhkəmləndirilmiş  avadanlıq  endirmə 

şaxtası olacaq.

Azərbaycanda  gəmiçilik  sahəsi  üçün 

strateji əhəmiyyətə malik olan bu sifarişlər 

yalnız Azərbaycan Xəzər Dəniz Gəmiçili-

yinin donanmasının yenilənməsi üçün de-

yil, eyni zamanda ölkəmizdə yerli gəmiqa-

yırma təcrübəsinin zənginləşməsi üçün də 

çox mühümdür.

Xüsusilə vurğulanmalıdır ki, ölkəmiz-

də gəmiçilik sahəsində mövcud infrastruk-

turun  təkmilləşdirilməsi,  habelə  regionda 

ən  iri,  müasir  və  güclü  potensiala  malik 

milli gəmiqayırma zavodunun tikintisi də-

niz nəqliyyatı sahəsinə dövlətimiz tərəfin-

dən göstərilən dəstəyin bariz nümunəsidir.

 

Azərbaycanın dəniz nəqliyyatı 

infrastrukturu Asiya və Avropa 

arasında səmərəli, etibarlı,  

birləşdirici körpüdür

Dəniz  yolları,  digər  nəqliyyat  xətlə-

ri  bəşər  sivilizasiyasının  tarixində  həmişə 

çox  böyük  rol  oynayıb,  həyatın  bütün 

sahələrinə  öz  mühüm  təsirini  daim  göstə-

rib. Şərqlə Qərbi birləşdirən tranzit qovşağı 

kimi  əlverişli  coğrafi  mövqeyə  və  zəngin 

təbii  sərvətlərə  malik  olan  ölkəmiz,  eləcə 

də regionun inkişafı üçün yeni imkanların 

yaradılması,  bu  ərazilərdə  yaşayan  insan-

ların  rifahına  töhfə  verilməsi  baxımından 

nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və 

etibarlılığının təmin edilməsi çox vacib bir 

məsələdir.

Bu gün administrasiya tərəfindən regi-

onun lider dövlətinə çevrilən ölkəmiz üzrə 

dəniz nəqliyyatı ilə daşımaların təhlükəsiz 

həyata  keçirilməsi  məqsədilə  dəniz  üzgü-

çülüyünün  təhlükəsizliyinin  səmərəli  və 

effektiv təşkili, eləcə də gəmilərin limanla-

ra girişi və çıxışı zamanı vaxt itkisinin də 

qarşısının  alınması  istiqamətində  məqsəd-

yönlü işlər görülür və həmin işlər ciddi nə-

zarətdə saxlanılır.

Xüsusilə  vurğulanmalıdır  ki,  dəniz 

nəqliyyatı  ilə  daşımaların  həyata  keçiril-

məsi təhlükəsiz və etibarlı olmasa, bu sahə 

əcnəbi və yerli yük sahibləri üçün heç za-

man  cəlbedici  ola  bilməz.  Belə  ki,  qeyd 

edilən  amil  nəqliyyat  dəhlizləri  ilə  tranzit 

yükdaşımalarının  həyata  keçirilməsində 

yük sahiblərinin daim xüsusi diqqət etdik-

ləri məsələdir.

Ölkəmizin  ərazisi  üzərindən  keçən 

beynəlxalq və regional nəqliyyat dəhlizlə-

ri  üzrə  gəmilərin  hərəkətinin  optimallaş-

dırılması, dəniz və digər nəqliyyat növləri 

arasında  nəqliyyat  qovşaqlarında  yük  sa-

hibləri,  operatorlar,  ekspeditorlar,  agentlik 

və  digər  təşkilatlarla  qarşılıqlı  münasibət-

lərin  təkmilləşdirilməsi,  dəniz  yolların-

da  naviqasiya  təminatının  yüksəldilməsi, 

eləcə  də  naviqasiya  avadanlıqlarının  yeni 

avadanlıqlarla əvəz edilməsi istiqamətində 

Dövlət  Dəniz  Administrasiyası  tərəfindən 

müvafiq işlər görülür. 

Administrasiya  tərəfindən,  həmçinin 

dəniz nəqliyyatının inkişaf etdirilməsi, nəq-

liyyat donanmasının dünya bazarında qar-

şıya çıxan rəqabətin tələblərinə uyğunlaşdı-

rılması üçün yeniləşdirilməsi istiqamətində 

atılan mühüm addımlar dəniz nəqliyyatı ilə 

daşımaların  həyata  keçirilməsinə  öz  müs-

bət töhfəsini verəcək.

Fəaliyyətimizdəki  uğurlardan  danı-

şarkən  hazırda  Dövlət  Dəniz  Administra-

siyası  tərəfindən  göstərilən  xidmətlərin, 

demək  olar  ki,  hamısının  elektronlaşdırıl-

ması faktını diqqətə çatdırmaq yerinə düşər-

di.  Hüquqi  və  ya  fiziki  şəxslər  tərəfindən 

administrasiyaya  ünvanlanan  müraciətlər 

hətta  qanunvericiliklə  müəyyən  edilmiş 

müddətdən də az bir zamanda əməkdaşla-

rımız tərəfindən ətraflı şəkildə cavablandı-

rılır və həmin müraciətlərin böyük əksəriy-

yəti dərhal öz müsbət həllini tapır.

Xüsusilə bildirmək istərdim ki, admi-

nistrasiya  tərəfindən  daimi  olaraq  dəniz 

nəqliyyatı  sahəsi  üzrə  fəaliyyət  göstərən 

şirkətlərə  qarşılaşdıqları  problemlərin 

nəzəri və praktiki həlli yolları izah edilir 

və gələcəkdə bu kimi hallarla qarşılaşma-

maları  üçün  qabaqcıl  beynəlxalq  təcrübə 

də  nəzərə  alınmaqla  müvafiq  tövsiyələr 

verilir.

Bununla  yanaşı  vurğulanmalıdır  ki, 

dəniz  nəqliyyatı  müəssisələri,  digər  təşki-

latlar, eləcə də vətəndaşlarla operativ əlaqə-

nin təmin edilməsi məqsədilə Dövlət Dəniz 

Administrasiyasında  həftənin  yeddi  günü 

hər  gün  24  saat  aktiv  olmaqla  “Qaynar 

xətt” rabitə əlaqəsi fəaliyyət göstərməkdə-

dir, eləcə də vətəndaşlarımız administrasi-

yanın rəsmi internet səhifəsində yaradılmış 

interaktiv sual-cavab bölməsi vasitəsilə də 

administrasiyaya  aidiyyəti  məsələlər  üzrə 

müraciətlər ünvanlaya bilərlər.

Müstəqillik illərində Azərbaycan Res-

publikasının  dəniz  nəqliyyatı  sistemi  Av-

ropa və Asiya nəqliyyat sisteminə intensiv 

inteqrasiya  edərək  Avroatlantik  məkanın 

mühüm  nəqliyyat-tranzit  qovşaqlarından 

birinə  çevrilib. Asiya  ilə Avropa  arasında 

birləşdirici  körpü  rolunu  oynayan  Azər-

baycan  dəniz  nəqliyyatı  infrastrukturunu 

möhkəmləndirməklə yanaşı, onun davamlı 

təkmilləşməsini,  müasirləşməsini  və  mo-

dernləşməsini təmin edir. 

Əminliklə  demək  olar  ki,  Prezident 

İlham  Əliyevin  Azərbaycanın  dəniz  nəq-

liyyatı  və  tranziti  potensialının  artırılması 

ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və 

qlobal miqyaslı təşəbbüsləri bundan sonra 

da ölkəmizin sosial-iqtisadi inkişafına əsas-

lı töhfə verəcək.

Qüdrət QURBANOV, 

Azərbaycan Respublikası

Dövlət Dəniz Administrasiyasının rəisi

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



9 dekabr 2016-cы il   № 81-84 (9087)

3

“Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi 

öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəq-

liyyatına böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru 

gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də 

məhz bununla bağlıdır”.

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti

AzərbAycAnın dəniz nəqliyyAtı sistemi AvrAsiyA məkAnının ən 

mühüm nəqliyyAt-trAnzit qovşAqlArındAn birinə çevrilib

prezident ilhAm əliyevin UğUrlU fəAliyyəti nəticəsində bU strAteJi sAhə 

dAvAmlı olArAq təkmilləşir, müAsirləşir və modernləşir


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə