R b a y c a n X z r d n z g m


T arixdə  elə  şəxsiyyətlər



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix05.02.2018
ölçüsü0,59 Mb.
#24496
1   2   3   4   5   6   7   8

T

arixdə  elə  şəxsiyyətlər 

yetişib  ki,  onlara  nəinki 

təmsil  etdikləri  xalqın  taleyin-

də,  eləcə  də  dünya  siyasətində 

olduqca  böyük  missiyanı  həya-

ta  keçirmək  səadəti  nəsib  olub. 

Ümummilli liderimiz Heydər Əli-

yev də məhz belə tarixi şəxsiyyət, 

dünya  siyasətinin  mahir  bilicisi 

idi. Azərbaycanın  müasir  tarixi-

nin  34  illik  bir  mərhələsi,  eləcə 

də müstəqil dövlətimizin dinamik 

inkişafı  və  dünyaya  inteqrasiya 

prosesi onun adı və fəaliyyəti ilə 

bağlıdır. Ulu öndərimiz Azərbay-

can  tarixində  yeni  parlaq  səhifə 

açan  nadir  şəxsiyyət  olmuşdur. 

Bu  dahi,  müdrik  insan  xalqımı-

zın  əsrlərin  sınağından  çıxmış 

özünəməxsus  milli  xüsusiyyətlə-

ri ilə yanaşı, bəşəri düşüncələrin 

daşıyıcısı idi. Əsası budur ki, si-

vilizasiyaların,  mədəniyyətlərin, 

qitələrin  qovuşuğunda  yerləşən 

Azərbaycan  xalqının  zəngin 

mənəvi-mədəni  irsini  yaşatdı 

və  dünyada  təbliğinə  nail  oldu. 

Bəşər tarixi belə şəxsiyyətləri na-

dir hallarda yetişdirir.

Ümummilli liderimizə xas olan 

digər  nadir  keyfiyyət  onun  bir-bi-

rinə  əks  qütbdə  dayanan  müxtəlif 

ictimai-siyasi  formasiyalarda  ən 

yüksək idarəçilik üsuluna üstünlük 

verməsi  idi.  Heydər  Əliyev  feno-

meninə,  onun  tarixi  xidmətlərinə, 

xilaskarlıq və quruculuq missiyası-

na müasir dünyanın görkəmli döv-

lət xadimləri, siyasətçiləri çox yük-

sək  qiymət  veriblər. Azərbaycanın 

34 ilə yaxın bir tarixi dövrü yaddaş-

larda məhz Heydər Əliyev epoxası, 

böyük quruculuq illəri kimi qalıb.

İrimiqyaslı  qlobal  siyasi  dəyi-

şikliklərlə  müşayiət  olunan  tarixi 

dönəmlərdə  xalqın  mənafeyinə 

uyğun  iradə  nümayiş  etdirmək  iq-

tidarında  olan  şəxsiyyətlərə  daha 

böyük  ehtiyac  duyulur.  Müstəqil 

dövlətimizin  timsalında  ötən  illə-

ri  təhlil  edərkən  bir  daha  əminlik-

lə  söyləmək  olar  ki,  həqiqətən  də, 

tarixin  millətə  verdiyi  şansı  yalnız 

görkəmli  tarixi  şəxsiyyətlərin  işti-

rakı ilə reallaşdırmaq mümkündür. 

Bu mənada Mustafa Kamal Atatür-

kün Türkiyə, Şarl de Qollun Fransa 

üçün  etdiklərini  Heydər  Əliyev  ən 

çətin məqamda Vətəni və xalqı na-

minə edib.

Heydər  Əliyev  Azərbaycanı 

inkişaf  etmiş  dövlətlərin,  millətini 

firavan  həyat  sürən  xalqların  cər-

gəsində  görmək  istəyirdi.  Ömrü-

nün son anınadək xalqının gələcək 

taleyi haqqında düşünürdü. Heydər 

Əliyev Vətən  üçün,  xalq  üçün  do-

ğuldu,  Vətənin,  xalqın  tərəqqisi, 

inkişafı, azadlığı, müstəqilliyi üçün 

cəsarətlə çalışdı. Bununla da xalqın 

gözündə,  qəlbində  dağ  kimi  ucal-

dı. Ona görə də xalqın öz sədaqətli 

dahi övladına məhəbbəti sonsuzdur, 

əbədidir.  Ulu  öndər  əsl  ümumxalq 

məhəbbəti  qazanmış  nadir  siyasət-

çilərdən,  dövlət  xadimlərindəndir. 

Bu dahi şəxsiyyət Azərbaycanı yox 

olmaqdan qurtardı, müstəqilliyimi-

zi dönməz etdi, sabitlik və təhlükə-

sizliyin  qarantı  oldu,  Azərbaycanı 

inkişafa, firavanlığa doğru addımla-

yan, dünya birliyində layiqli yerini 

tutmuş bir dövlətə çevirdi.

Milli-mənəvi 

dəyərlərimizin 

hamisi olmuş Heydər Əliyevin ha-

kimiyyətə qayıdışı, bütün sahələrdə 

olduğu kimi, elm və təhsil sahəsin-

də də tənəzzülün qarşısını aldı. Milli 

ideologiyaya xidmət edən təhsilimi-

zin inkişafı üçün əlverişli şərait ya-

radıldı. Heydər Əliyev milli dövlət 

quruculuğu prosesində “Elmə, təh-

silə göstərilən yüksək qayğı xalqın 

xoşbəxt  gələcəyinə  qoyulan  təmi-

natlı  sərmayədir”  meyarı  ilə  çıxış 

edirdi.  Ümummilli  lider  Heydər 

Əliyev  prioritet  sahə  olan  təhsilə, 

elmə daim diqqət və qayğı göstərir-

di. Xalqımızın milli oyanışında və 

özünüdərkində misilsiz rol oynayan 

elm  və  təhsilin  inkişafı  ulu  öndər 

Heydər Əliyevin nəhəng dövlətçilik 

fəaliyyətinin çox mühüm istiqaməti 

olmuşdur. Ulu öndərin Azərbayca-

na rəhbərlik etdiyi bütün dövrlərdə 

reallaşdırılan təhsil siyasəti özünün 

məqsədyönlülüyü, müasirliyi, dün-

yəviliyi və milli dəyərlərə söykən-

məsi ilə diqqəti cəlb edirdi.

Ulu  öndər  Heydər  Əliyev  si-

yasətçi  və  dövlət  xadimi  kimi  ən 

uca  missiyanı  gerçəkləşdirərək 

müstəqil  Azərbaycan  dövlətinin 

memarı oldu və bu tarixi öz əməlləri 

ilə yazdı. Onun həyatı və fəaliyyəti 

Azərbaycan tarixinin bir hissəsi və 

bəlağətsiz deyə bilərik ki, bu tarixin 

ən  şanlı  səhifələrindəndir.  Bu  şəx-

siyyətin  həyatını  öyrənmək,  onun 

gördüyü işlərin, başladığı layihələ-

rin  tarixi  əhəmiyyətini  dərk  etmək 

özü  böyük  bir  məktəbdir.  Heydər 

Əliyev  Azərbaycana  rəhbərlik  et-

diyi  bir  qərinədən  artıq  dövrdə 

ölkənin həyatında, xalqın taleyində 

elə bir əzəmətli rol oynayıb ki, bu,  

əsrlər  boyu  unudulmayacaqdır. 

Azərbaycanın  hər  bir  bölgəsində 

ulu  öndərin  quruculuq  fəaliyyəti-

nin  silinməz  izləri  vardır.  Heydər 

Əliyev  həyatı  boyu  həmişə  xalqa 

arxalanmışdı:  “Mənim  həyat  ama-

lım bütün varlığım qədər sevdiyim 

Azərbaycan  xalqına,  dövlətçiliyi-

mizə,  ölkəmizin  iqtisadi,  siyasi, 

mənəvi inkişafına xidmət olub. Bu 

yolda  bütün  gücümü  və  iradəmi 

yalnız müdrik və qədirbilən xalqım-

dan almışam. Ən çətin anlarda, ən 

mürəkkəb  vəziyyətlərdə  yalnız  və 

yalnız  xalqıma  arxalanmışam.  Bu 

da mənə dözüm, iradə verib və bü-

tün uğurlarımı təmin edib”.

Müstəqil Azərbaycan dövlətinin 

keçdiyi  sınaqlar,  dövlətçiliyimizin 

ən  ağır  günlərində  Heydər  Əliye-

vin  göstərdiyi  qətiyyət  bu  sözlər-

dəki  gerçəkliyi  dəfələrlə  təsdiqlə-

yib.  Heydər  Əliyevin  Azərbaycan 

üçün  gördüyü  işləri  sadalamaqla 

bitib-tükənən  deyil.  Dahi  şəxsiy-

yət bu gün sıralarımızda olmasa da, 

onun möhtəşəm işləri, əməlləri, mi-

silsiz  xidmətləri  hamımıza  bəllidir 

və gözümüz önündədir. Milyonlar-

la insanın ümid çırağına çevrilərək 

qəlblərdə əbədi yurd salmaq heç də 

bütün rəhbərlərə, liderlərə nəsib ol-

mur. Sağlığında canlı əfsanəyə çev-

rilmiş Heydər Əliyevin zəngin irsi 

hələ uzun illər xalqımızın müstəqil-

lik yolunu işıqlandıracaq.

Heydər  Əliyev  dünyanın  nadir 

insanlarındandır.  O,  hamının  qəl-

binə  yol  tapmağı  bacarır,  yaddaş-

larda  dərin  iz  qoyurdu.  Təkrarsız, 

heyrətamiz  yaddaşa  malik  Heydər 

Əliyev əsl rəhbərə xas olan ensik-

lopedik biliyə malik idi. Ulu öndər 

milli və bəşəri dəyərlərin daşıyıcı-

sı  kimi  dahi  bir  şəxsiyyət  idi.  Bu 

görkəmli  dövlət  xadimi  əsrimizin 

siyasi  həyatında  mühüm  yer  tut-

muş,  uzun  və  şərəfli  yol  keçmiş, 

ən  yüksək  vəzifələrin  məsuliyyəti-

ni  daşımış,  insanlara  həmişə  dərin 

hörmət və ehtiram bəsləmişdir.

Ümummilli  liderimizin  xalqın 

birliyi  yolunda  göstərdiyi  titanik 

fəaliyyəti  hər  bir  soydaşımız  üçün 

örnək  olmalıdır.  Biz  Azərbaycanı 

sevməyi  Heydər  Əliyevdən  öyrən-

məliyik.  “Azərbaycan  mənim  ürə-

yimdir,  nəfəsimdir”-deyən  böyük 

öndərimiz  millətimizin  və  dövləti-

mizin  əbədiyaşarlığı  üçün  əvəzsiz 

bir  siyasi  xətt,  ideoloji  baza  miras 

qoydu. Şükürlər olsun ki, ulu Tan-

rı  xalqımızın  taleyinə  çətin,  əzablı 

günlər  yazsa  da,  bu  əzablara  sinə 

gərə  bilən,  bütün  düyünləri  açma-

ğa  qadir  olan  Heydər  Əliyev  kimi 

böyük  şəxsiyyət  də  qismət  edib. 

Millətinə  xidmət  nümunəsi  olan 

bu  böyük  şəxsiyyət  həmişə  xalqa 

arxalanır və deyirdi: “Xalq mənim 

dayağım,  gücüm  və  inamımdır”. 

Xalq yolunda canını fəda etmiş, bü-

tün həyatı boyu Vətənini və millə-

tini düşünmüş ümummilli liderimiz 

əbədiyaşarlıq qazanmışdır.

Heydər  Əliyev  sanki  dünyaya 

gələndə elə xalq üçün, onun səadətə 

yetişməsi  üçün  gəlmişdi.  Haqqın, 

ədalətin  bərpası,  ölkənin  inkişaf 

etdirilib sivil cəmiyyətə çevrilməsi 

üçün çəkdiyi min bir əziyyət onun 

tale  yolu,  ömür  yolu  olmuşdur. 

Ümummilli liderimiz əmanət olaraq 

xalqımıza zəngin maddi və mənəvi 

dəyərlər, siyasi və iqtisadi cəhətdən 

etibarlı  dayaqlar  üzərində  qurul-

muş  Azərbaycan  qoydu.  1994-cü 

ildə imzalanan “Əsrin müqaviləsi” 

Heydər Əliyevin uzaqgörən neft si-

yasətinin ilk konturları oldu. Məhz 

bu müqavilədən sonra inkişaf etmiş 

dünya  dövlətlərinin  Azərbaycana, 

burada cərəyan edən proseslərə ma-

rağı artdı. Ölkədə uğurlu islahatla-

rın bünövrəsi qoyuldu.

Dünya siyasətində nəhəng şəx-

siyyət olan Heydər Əliyev qısa za-

man  kəsiyində  ölkəmizi  yetərincə 

tanıdıb. Məhz ulu öndərimizin səyi, 

zəhməti  sayəsində  respublikamız 

sürətli sosial-iqtisadi inkişaf yoluna 

çıxdı. Heydər Əliyev dühasını, uca-

lığını, böyüklüyünü həmişə xatırla-

yacağıq.

Ulu öndərimiz müqəddəs amal-

ları və fəaliyyəti ilə xalqın gözündə, 

qəlbində dağ kimi ucaldı. Ona görə 

də xalqın öz sədaqətli, dahi övladı-

na məhəbbəti sonsuzdur, əbədidir... 

Ümummilli  lider  əsl  ümumxalq 

məhəbbəti,  sevgisi  qazanmış  tək-

tək  siyasətçilərdən,  dövlət  xa-

dimlərindəndir.  O,  respublikaya 

rəhbərlik  etdiyi  uzun  illər  ərzində 

gördüyü  nəhəng  işləri  ilə  xalqın 

qəlbində  özünə  əbədi  abidə  ucal-

dıb. Ona görə də nə qədər müstəqil 

Azərbaycan  dövləti  var,  Azərbay-

can  xalqı  var,  Heydər  Əliyev  də 

ürəklərdə  yaşayacaqdır.  Dahi  və 

əzəmətli şəxsiyyətin yolunun dava-

mı müstəqil Azərbaycan dövlətinin 

gələcəyi, onun daha da güclənməsi, 

ərazi  bütövlüyünün  bərpa  olunma-

sı, hər bir vətəndaş üçün firavan və 

rahat  həyat  şəraitinin  yaradılması 

deməkdir.  Heydər  Əliyevin  başla-

dığı işləri davam etdirmək, qurduğu 

dövləti  yeni-yeni  uğurlara  çatdır-

maq onun ruhu qarşısında ən ümdə 

borcumuzdur.

Heydər  Əliyev  və  onun  əməl-

ləri  daim  yaşayacaq,  Azərbaycan 

xalqı,  bütün  türk  dünyası  onu  heç 

vaxt  unutmayacaq.  Bütün  ömrünü 

xalqımızın tərəqqisinə və firavanlı-

ğına həsr etmiş ulu öndərin həyat və 

fəaliyyəti bizim üçün örnəkdir, güc 

mənbəyidir.  Bugünkü  Azərbayca-

nın sürətli inkişafının təməli məhz 

Heydər Əliyev tərəfindən yaradılıb. 

Bu siyasi kursa Azərbaycanda alter-

nativ  yoxdur.  Xalqımız  xoşbəxtdir 

ki,  ümummilli  liderimizin  strateji 

inkişaf  kursu  bu  gün  onun  layiqli 

siyasi varisi, ölkə Prezidenti cənab 

İlham Əliyev tərəfindən uğurla da-

vam  etdirilir.  Dövlət  başçımızın 

həyata  keçirdiyi  tədbirlər,  imzala-

dığı fərman və sərəncamlar, xalqla 

birbaşa  ünsiyyətdə  olması  ümum-

milli  lider  tərəfindən  başlamış  iş-

lərin  məntiqi  davamıdır.  Memarı 

və  qurucusu  Heydər  Əliyev  olan 

müstəqil dövlətimiz bu gün ulu ön-

dərimizin  Azərbaycan  xalqına  ən 

böyük töhfəsidir. Hər bir Azərbay-

can vətəndaşının borcu isə Heydər 

Əliyevin şah əsəri olan Azərbayca-

nı qoruyub yaşatmaqdır.

 

Vaqif  ƏMİRASLANOV,



tarix elmləri namizədi

"Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi" Qapalı Səhmdar 

Cəmiyyətinin Nizamnaməsinin 

və strukturunun təsdiq edilməsi 

barədə" Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin 2014-cü il 24 

yanvar tarixli 18 nömrəli qərarın-

da dəyişikliklər edilməsi haqqında

"Azərbaycan  Xəzər  Dəniz  Gə-

miçiliyi" Qapalı Səhmdar Cəmiyyə-

tinin fəaliyyətinin təşkili haqqında" 

Azərbaycan Respublikası Preziden-

tinin 2014-cü il 10 yanvar tarixli 213 

nömrəli Sərəncamında dəyişikliklər 

edilməsi  və  "Azərbaycan  Xəzər 

Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar 

Cəmiyyətinin  fəaliyyətinin  təkmil-

ləşdirilməsi ilə bağlı əlavə tədbirlər 

barədə"  Azərbaycan  Respublikası 

Prezidentinin  2016-cı  il  9  mart  ta-

rixli  827  nömrəli  Fərmanının  3.5-

ci  bəndinin  icrasını  təmin  etmək 

məqsədi ilə və "Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar 

Cəmiyyətinin  fəaliyyətinin  təşkili 

haqqında" Azərbaycan Respublika-

sı Prezidentinin 2014-cü il 10 yan-

var tarixli 213 nömrəli Sərəncamı-

nın  2.1.1-ci  yarımbəndinə  əsasən 

Azərbaycan Respublikasının Nazir-

lər Kabineti QƏRARA ALIR:

"Azərbaycan  Xəzər  Dəniz  Gə-

miçiliyi"  Qapalı  Səhmdar  Cəmiy-

yətinin  Nizamnaməsinin  və  struk-

turunun  təsdiq  edilməsi  barədə" 

Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  2014-cü  il  24  yanvar 

tarixli 18 nömrəli qərarında (Azər-

baycan  Respublikasının  Qanunve-

ricilik Toplusu, 2014, № 1, maddə 

67, № 10, maddə 1321; 2016, № 3, 

maddə 584, № 8, maddə 1428) aşa-

ğıdakı dəyişikliklər edilsin:

1.  Həmin  qərarla  təsdiq  edil-

miş 1 nömrəli əlavə - "Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi"  Qapalı 

Səhmdar  Cəmiyyətinin  Nizam-

naməsi" üzrə:

1.1. 1.4-cü, 4.8-ci, 8.5-ci, 8.6-cı, 

11.1-ci,  11.2-ci  bəndlərdə,  3.2.8-

ci,  3.2.27-ci,  6.5.11-ci,  6.5.12-ci, 

6.5.15-ci, 6.5.16-cı (hər iki halda), 

7.1.8-ci, 7.1.9-cu, 7.1.16-cı, 7.1.19-

cu,  7.1.20-ci,  9.3.1-ci,  11.2.2-ci, 

11.2.3-cü,  11.2.4-cü,  11.2.5-ci, 

11.2.6-cı  yarımbəndlərdə  və  11-

ci  hissənin  adında  ismin  müvafiq 

hallarında  "törəmə  müəssisələri" 

sözləri  ismin  müvafiq  hallarında 

"törəmə hüquqi şəxsləri" sözləri ilə 

əvəz edilsin;

1.2.  2.4-cü  bənd  aşağıdakı  re-

daksiyada verilsin:

"2.4. Cəmiyyətin idarə, filial və 

nümayəndəliklərinin  yaradılması 

və ləğvi, törəmə hüquqi şəxslərinin 

yaradılması, yenidən təşkili və ləğvi 

Cəmiyyət  tərəfindən  həyata  keçiri-

lir.";


1.3. aşağıdakı məzmunda 3.2.6-

1-ci yarımbənd əlavə edilsin:

"3.2.6-1.  Azərbaycan  Respub-

likası  Prezidentinin  2016-cı  il  9 

mart  tarixli  827  nömrəli  Fərmanı 

ilə  müəyyən  edilmiş  qaydada  Cə-

miyyətin,  onun  idarə,  filial  və  nü-

mayəndəliklərinin,  habelə  törəmə 

hüquqi  şəxslərinin  balansında  olan 

əmlaka münasibətdə sərəncam ver-

mək hüququnun, o cümlədən həmin 

əmlakın balansdan balansa, icarəyə 

və istifadəyə verilməsi, Cəmiyyətin 

iştirak  etdiyi  birgə  layihələrə  pay 

şəklində qoyulması, qiymətləndiril-

məsi, təyinatının dəyişdirilməsi sə-

lahiyyətlərinin həyata keçirilməsi;";

1.4.  3.2.9-cu  yarımbəndə  "ci-

hazlarının" sözündən sonra "idxalı, 

habelə" sözləri əlavə edilsin;

1.5. aşağıdakı məzmunda 3.3-cü 

bənd əlavə edilsin:

"3.3. Cəmiyyətin və onun idarə, 

filial  və  nümayəndəliklərinin,  ha-

belə  törəmə  hüquqi  şəxslərinin  bu 

Nizamnamə  ilə  müəyyən  olunmuş 

fəaliyyət istiqamətləri üçün lisenzi-

ya və icazə alınması tələb olunduq-

da, həmin lisenziya və icazə alınmış 

hesab  edilir  və  yenidən  alınması 

tələb olunmur.";

1.6. aşağıdakı məzmunda 6.4-1-

ci bənd əlavə edilsin:

"6.4-1.  Cəmiyyətin  sədrinin 

müavinləri,  eyni  zamanda  Cəmiy-

yətin  müvafiq  idarə,  filial  və  nü-

mayəndəliklərinin,  habelə  törəmə 

hüquqi  şəxslərinin  (daxili  audit 

istisna  olmaqla)  rəhbəri  vəzifəsini 

tuta bilərlər.";

1.7. 6.5.15-ci yarımbənddə "qa-

nunvericiliyə uyğun olaraq" sözləri 

"Azərbaycan  Respublikası  Prezi-

dentinin  2016-cı  il  9  mart  tarixli 

827  nömrəli  Fərmanı  ilə  müəyyən 

edilmiş  qaydada"  sözləri  ilə  əvəz 

edilsin;

1.8. 6.5.17-ci yarımbənd aşağı-

dakı redaksiyada verilsin:

"6.5.17.  Azərbaycan  Respub-

likası  Prezidentinin  2016-cı  il  9 

mart tarixli 827 nömrəli Fərmanı ilə 

müəyyən olunmuş qaydada Cəmiy-

yətin idarə, filial və nümayəndəlik-

lərinin yaradılması və ləğvi, törəmə 

hüquqi  şəxslərinin  yaradılması, 

yenidən  təşkili  və  ləğv  edilməsi 

haqqında qərarlar qəbul edir.";

1.9.  11.1-ci  bəndə  aşağıdakı 

məzmunda ikinci cümlə əlavə edil-

sin:

"Cəmiyyətin  idarə,  filial  və 



nümayəndəlikləri,  habelə  törəmə 

hüquqi şəxsləri Cəmiyyətin Nizam-

naməsinə əməl etməli, öz fəaliyyəti 

barədə Cəmiyyətə hesabat verməli, 

Cəmiyyət tərəfindən təsdiq edilmiş 

iş  proqramlarının,  gəlir  və  xərclər 

smetasının  icrasını  təmin  etməli, 

Cəmiyyət  tərəfindən  keçirilən  təd-

birlərdə  və  Cəmiyyətin  qarşısında 

duran  vəzifələrin  həllində  iştirak 

etməli, onlara həvalə edilmiş digər 

vəzifələri yerinə yetirməlidirlər.";

1.10. 11.2.1-ci yarımbənd aşağı-

dakı redaksiyada verilsin:

"11.2.1.  Azərbaycan  Respubli-

kası Prezidentinin 2016-cı il 9 mart 

tarixli  827  nömrəli  Fərmanına  uy-

ğun  olaraq,  Cəmiyyətin  idarə,  fili-

al  və  nümayəndəliklərinin,  habelə 

törəmə hüquqi şəxslərinin balansın-

da olan əmlaka münasibətdə sərən-

cam  vermək,  o  cümlədən  həmin 

əmlakı  balansdan  balansa,  icarəyə 

və  istifadəyə  vermək,  Cəmiyyətin 

iştirak  etdiyi  birgə  layihələrə  pay 

şəklində qoymaq, qiymətləndirmək, 

təyinatını dəyişdirmək;";

1.11. 11.2.2-ci yarımbəndə "for-

malaşdırmaq"  sözündən  sonra  "və 

törəmə  hüquqi  şəxslərinə  münasi-

bətdə  ümumi  yığıncağa  aid  digər 

səlahiyyətləri  həyata  keçirmək" 

sözləri əlavə edilsin.

2.  Həmin  qərarla  təsdiq  edil-

miş 2 nömrəli əlavə - "Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi"  Qapalı 

Səhmdar  Cəmiyyətinin  strukturu" 

üzrə:


2.1.  "II.  "Azərbaycan  Xəzər 

Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar 

Cəmiyyətinin törəmə müəssisələri" 

bölməsi üzrə:

2.1.1.  adında  "törəmə  müəs-

sisələri"  sözləri  "törəmə  hüquqi 

şəxsləri" sözləri ilə əvəz edilsin;

2.1.2. 2-ci hissə ləğv edilsin;

2.1.3.  3-cü  hissənin  sonunda 

nöqtə  işarəsi  nöqtəli  vergül  işarəsi 

ilə  əvəz  edilsin  və  aşağıdakı  məz-

munda  4-cü,  5-ci  və  6-cı  hissələr 

əlavə edilsin:

"4.  "ACSC  logistics"  Məhdud 

Məsuliyyətli Cəmiyyəti;

5. "Dənizçi" mənzil-tikinti koo-

perativi;

6. Xarici törəmə hüquqi şəxslər 

və  "Azərbaycan  Xəzər  Dəniz  Gə-

miçiliyi"  Qapalı  Səhmdar  Cəmiy-

yətinin iştirakçı olduğu birgə müəs-

sisələr.";

2.2.  "III.  "Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyi"  Qapalı  Səhm-

dar  Cəmiyyətinin  tabeliyində  olan 

hüquqi şəxs statusuna malik olma-

yan  təşkilatlar  (idarələr)"  bölməsi-

nin  6-cı  hissəsinin  sonunda  nöqtə 

işarəsi nöqtəli vergül işarəsi ilə əvəz 

edilsin və aşağıdakı məzmunda 7-ci 

və 8-ci hissələr əlavə edilsin:

"7. "Zığ" Quru Yük Limanı;

8. "İnflot" Dəniz Agentliyi.";

2.3.  "IV.  "Azərbaycan  Xəzər 

Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar 

Cəmiyyətinin  ayrıca  bölmələri  (fi-

lial və nümayəndəlikləri)" bölməsi-

nin sonunda iki nöqtə işarəsi nöqtə 

işarəsi  ilə  əvəz  edilsin  və  həmin 

bölmənin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 

6-cı hissələri ləğv edilsin.

Artur Rasi-zadə, 

Azərbaycan Respublikasının  

Baş naziri

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



9 dekabr 2016-cы il   № 81-84 (9087)

2

12 dekabr ümummilli liderin anım günüdür

UlU Öndər heydər əliyev dühAsını, UcAlığını, 

bÖyüklüyünü həmişə xAtırlAyAcAğıq

AzərbAycAn respUblikAsının nAzirlər kAbineti

     № 490                                                 qərAr                                bakı şəhəri, 30 noyabr 2016-cı il


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə