R b a y c a n X z r d n z g m



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix05.02.2018
ölçüsü0,59 Mb.
#24496
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


9 dekabr 2016-cы il   № 81-84 (9087)

7

Londonun Universitet Kollecinin 

mütəxəssisləri səhərlər insanlarda 

müşahidə olunan pis əhvali-ruhiyyə-

nin səbəblərini araşdırıblar. Məlum 

olub ki, xoş əhvali-ruhiyyə və gümrah-

lığın təminatı bizim neçə saat yuxuda 

olmağımız deyil, hansı vəziyyətdə 

yatmağımızdır.

“Mir  24”  saytı  xəbər  verir  ki,  kö-

nüllülər arasında aparılan tədqiqatlar sol 

yanı üstə və ən əsası çarpayının sol tərə-

fində yatanların səhərlər daha dincəlmiş 

və gümrah oyandıqlarını göstərib.

Məlum olub ki, embrion formasın-

da,  yəni  yanı  üstə,  ayaqları  dizdən  bü-

külmüş və özünə tərəf çəkilmiş halda ya-

tanlar daha tez - təxmini 10-15 dəqiqəyə 

yuxuya  gedirlər.  Məhz  belə  “qapalı” 

vəziyyət bədəni maksimal hərəkətsiz və 

yüksək hərarətdə saxlayır ki, bu da daha 

dərin yuxuya səbəb olur.

Bundan  əlavə,  alimlər  üzüstə  yat-

mağın sağlamlığa ziyan verdiyini bildi-

riblər. Belə vəziyyətdə yatanlar başlarını 

yana çevirirlər ki, bu da onurğa arteri-

yalarının sıxılmasına səbəb olur. Bu hal 

beynin qan dövranının pozulması ilə ya-

naşı, döş qəfəsinə təzyiqi də artırır.

Gənc  nəslin  kürəküstə  yatmadığı-

nı söyləyən alimlər bu vəziyyətin yaşlı 

nəsil arasında daha çox yayıldığını bil-

diriblər.  Bununla  yanaşı,  mütəxəssislər 

kürəküstə yatmağın üz dərisi üçün fay-

dalı olduğunu, ürəyin funksiyasının tən-

zimlənməsinə,  əzələlərin  gərginliyinin 

aradan  qaldırılmasına  kömək  etdiyini 

söyləyirlər.



Günel Məlikova

Çexiyanın ən iri internet-mağazası 

ilk dəfə olaraq poçt bağlamasının  

pilotsuz uçuş qurğusu ilə ünvana  

çatdırılmasını təşkil edib. 

Kiçikölçülü dron təxminən 1,7 kilo-

metr məsafə qət edərək poçt bağlamasını 

Praqanın şərq rayonundakı İrna qəsəbə-

sində  yerləşən  Mall.cz  anbar  komplek-

sindən  Zeleneçedə  yaşayan  sifarişçinin 

evinə  çatdırıb.  Təyinat  məntəqəsinə  3 

dəqiqəyə çatmış kvadrokopter sifarişçi-

nin evinin qarşısında yerə enərək içəri-

sində  uşaq  oyuncaqları  olan  bağlamanı 

boşaldıb. Test tənzimləmə rejimində bu 

tapşırığın  yerinə  yetirilməsini  Çexiya 

Mülki Aviasiya İdarəsi müşahidə edib. 

Mall.cz internet-mağazası bir müd-

dət  bundan  əvvəl  xəbər  vermişdi  ki, 

dronlardan istifadə edilməsi hər birinin 

çəkisi  2  kiloqrama  qədər  olan  yüklərin 

çatdırılmasını  sürətləndirər  və  müvafiq 

xərclər azalardı. Qeyd edək ki, bütün si-

farişlərin 80 faizi məhz bu cür yüklərdən 



ibarətdir

səhərlər pis əhvAli-rUhiyyənin 

səbəbləri bəlli olUb

ilk dron-poçtAlyon poçt bAğlAmAsını lAzımi ünvAnA çAtdırıb

yArızArAfAt, 

yArıGerçək

heç bir işi tək görmürük. yaxşı işlər görəndə 

Allah, pis işlər görəndə isə həmişə şeytan kömək 

edir.

niyə bəziləri hətta quru adam təsiri də olsa, 

adam təsiri bağışlamır?

başqaları ilə dil tapmaq üçün dildən başqa 

da nəyisə bilmək lazımdır.

qocalar nə vaxtsa cavan olduqları üçün 

cavanları bağışlayırlar. cavanlar niyə bağışla-

sınlar ki?

niyə çox adam, bilmədiyi şeylərdən danışma-

ğı xoşlayır?

bəzilərinə elə gəlir ki, adamı varsa, adamlığı 

olmasa da olar.

havayıdı deyə dəqiqəbaşı cin atına minmə-

liyəm?

qədər soyuq olsa da, heç olmasa arabir 

papağı qabağına qoyub yaxşı-yaxşı fikirləşmək 

lazımdır.

yaxşılıq qanmayan adama yaxşılıq etmək 

başa düşmədiyi xarici dildə nəyi isə anlatmağa 

bənzəyir.

müxalifət az qala pis müxalifət olmasının 

səbəbini də iqtidarda görür.

cəhənnəmə hər yerdən, hətta bu dəqiqə 

olduğumuz yerdən də yol var.

ən dayanıqlı yol cəhənnəmə gedən yoldur. 

heç vaxt dağılmır.

məni düz yola indi ən çox nəvələrim çəkir.

bəziləri ilə rastlaşanda istər-istəməz fikirlə-

şirəm: görəsən qazdığı axırıncı quyunun dərinli-

yi nə qədərdir?

ermənilər ağıllarını başına yığmırsa, deməli 

ya başları yoxdur, ya da ağılları.

igid ki, qorxaqdan dərhal seçilmədi, o, igid 

deyil.

haqqın yerini tutması üçün əvvəlcə na-

haqqın yerində otuzdurulması gərəkdir.

lap baha başa gəlsə də, “tarix-nadir”i heç 

olmasa yarıyacan təzədən çap etmək lazımdır. 

çox adam onu  yarıyacan da oxumayıb.

zaman heç kimə və heç nəyə tabe olmur.

Ağıllı olduğunu düşünmə, ağıllı düşün.

könülsüz çıxdığın yolda könlünə nə yatar ki?

xəsislərin hamısı qənaətcildir, qənaətcillərin 

hamısı xəsis deyil.

Adam var yuxarı özü çıxır, adam var çıxa-

rırlar. yuxarıdan isə özü düşən az olur. Adətən 

düşürürlər. 

məğlubiyyətdən dərs çıxartmadan, qələbə 

qazanmaq mümkün deyil. 

Gördüyün işin vacibliyinə inanmaq işi daha 

tez və keyfiyyətlə görməyə imkan verir.

Günahlarımızla insanlığı öldürürük...

əlindən yaxşılıq gəlirsə, insanlıq naminə 

ancaq yaxşılıq elə, pislik gəlirsə, insanlıq naminə 

pislik eləmə.

paxıllıq qorxulu xəstəlikdir. xoşbəxt olmaq 

istəyirsinizsə, paxıllığı özünüzə yaxın buraxma-

yın.

Ailənizi, qohumlarınızı, dostlarınızı, həmkar-

larınızı... sevməyə çalışın. onda görərsiniz ki, 

yaşamaq necə də gözəldir.

hər birimiz başqalarında nə qədər desən, 

səhv tapa bilirik. Özümüzə gələndə isə, səhv yox, 

səhvlərimizə haqq qazandıra biləcək bəhanələr 

axtarmağa çalışırıq.

Addım atmamışdan əvvəl düşünün. yoxsa 

atandan sonra düşünməyinizin faydası olmaz.

Gözünüzə xoşbəxt görünənlərin çoxu doğru-

dan xoşbəxtdir? mən xoşbəxtlikdən başqa, hər 

şeyi olan o qədər bədbəxt tanıyıram ki! xoşbəxt 

olmaq istəyirsinizsə, çox az şeylə də xoşbəxt ola 

biləcəyinizə inanın və bu inam sizi həqiqətən 

xoşbəxt edəcək. 

yaxşı yol yoldaşı olduğumu düşünmürəm. 

belədirsə, cəhənnəmə doğru istiqamət götürən 

çox adam niyə mənə yoldaş gözü ilə baxır?

çiynini gücü çatmayan işlərin altına verən-

lərin öz çiyinlərindən çox, adətən başqalarının 

başı ağrıyır.

həmişə yaxşılıq etdiyim adamlar məndən 

ancaq yaxşılıq gözləyir və bunda qəbahətli heç 

nə yoxdur. Amma, mənə həmişə pislik edən 

adamlar da məndən yalnız  yaxşılıq gözləyirlər. 

bax, bunu başa düşmürəm.

düşmənlərinizdən heç vaxt qorxmayın. 

onlar sizin bütün zəif cəhətlərinizi bilmirlər. 

bilsəydilər, çoxdan sizə qarşı istifadə edərdilər. 

qaldı düşmən hesab etmədikləriniz...

qorxaqlar ən qorxulu adamlardır.

pis işi düzgün etməkdənsə, düzgün işi pis 

etmək daha yaxşıdır.

Allahdan başqa heç kəsdən yaxşılıq gözləmə-

dim. elə ona görə heç vaxt nəyisə gözləyə-göz-

ləyə qalmamışam. 

Güclə hər şeyi həll etməyin mümkünlüyünə 

inananlar ağılsız, ağılla çox şeyi həll etməyin 

mümkünlüyünə inananlar nikbin adamlardır.

Uğura gedən yol həmin yolu tapmaqdan 

başlayır.

düşünmürəm ki, məni səhərlər saatın zəngi 

oyadır. elə buna görə oyanan kimi, ilk növbədə 

Allahıma şükür edirəm. 

qəlbində mərhəmət hissi olmayan heç hey-

van da deyil.

tez-tez məyus oluram. məni məyus edən 

şeylər kimlərisə məyus etmirsə, ya mən çox dala 

qalmışam, ya da başqaları çox irəli gediblər.

qəhrəmanlıq tələb olunan yerdə nəzakət 

qaydalarını gözləməsən də olar.

rahat yatmaq istəyirsinizsə, kreditlə heç nə 

götürməyin.

paxıl, xəbis adamların da bədənlərinin 90 

faizi sudan ibarətdir? inanmıram. su natəmizlik 

götürmür axı?

Rasif  TAHİROV

qəzanın başvermə səbəbləri 

dəqiq bilinməsə də …

İndoneziyanın  mal-qara  daşınması  ilə  məşğul  olan 

“Sinar Mutiara” adlı gəmisi dekabrın 5-də Yava dənizin-

də, Madura adasının yaxınlığında batıb.

Dekabrın 6-da Təbii Fəlakətlərin Nəticələrinin Ara-

dan  Qaldırılması  İdarəsinin  ərazi  üzrə  əlaqələndirici-

si  Pamekasa  Budi  Çahono  bildirib  ki,  göyərtəsində  16 

nəfərin olduğu gəminin qəzaya uğradığı yer hələlik tam 

dəqiqləşməyib.

ANTARA  informasiya  agentliyinin  verdiyi  məlu-

mata görə, heyət üzvlərindən biri ailəsi ilə mobil telefon 

vasitəsilə son əlaqə zamanı gəminin Madura yaxınlığın-

da batmaqda olduğunu deyib və kömək göndərilməsini 

xahiş edib. Məlumatda deyilir ki, dənizçinin ailə üzvləri 

kömək göstərilməsi üçün dərhal yerli hakimiyyət orqan-

larına müraciət ediblər.

P.B.Çahono əlavə edib ki, yerli sakinlərin xilasedi-

cilərlə birlikdə axtarışları hələlik heç bir nəticə vermə-

yib. Qəzanın başvermə səbəbləri dəqiq bilinməsə də, gə-

minin hündür dalğa ilə qarşılaşdığı güman olunur.

Son həftə ərzində bu, Yava dənizində baş verən ikin-

ci  gəmi  qəzasıdır.  Ötən  istirahət  günlərində  Karavanq 

rayonu yaxınlığındakı sularda baş vermiş qəzada yeddi 

balıqçı  həlak  olub,  dördü  isə  itkin  düşüb.  Qərbi  Yava 

əyaləti  üzrə  axtarış-xilasetmə  idarəsinin  ictimaiyyət-

lə əlaqələr şöbəsinin yaydığı məlumata görə, yalnız üç 

nəfəri xilas etmək mümkün olub.

Vüqar Ağayev

balinaların bir-biri ilə 

yeni ünsiyyət üsulu aşkarlanıb

Avstraliya universitetlərinin alimləri müəyyənləşdi-

riblər ki, donqar balinalar su səthinə etdikləri zərbələr 

vasitəsilə bir-biri ilə ünsiyyət qururlar.

Donqar balinalar tez-tez suyun səthinə çıxaraq, kürək-

ləri və ya quyruq üzgəcləri ilə suya güclü zərbələr endirir-

lər. Alimlər tədqiqat zamanı 94 qrup balinanın davranışını 

müşahidə  ediblər.  Müşahidələr  əsasında  ehtimal  olunur 

ki, kürəklər və quyruq üzgəcləri ilə suyun səthinə zərbə 

vurmaq  digər  balinalarla  ünsiyyət  saxlamaq  vasitəsidir. 

Balinalardan ibarət qrup dörd kilometrdən uzaq məsafədə 

olduqda bu hərəkətlərin tezliyi aşağı düşür.

Alimlərin fikrincə, bu cür ünsiyyət vasitəsilə uzaqda-

kı balinalar qrupu ilə də əlaqə yaratmaq mümkündür.

su ilə işləyən ilk kompüter

Abş  mühəndisləri  elektrik  əvəzinə  su  ilə  işləyən 

kompüter ixtira ediblər.

globalscience.ru saytı xəbər verir ki, burada kompü-

terin  işləməsi  üçün  suyun  çəkisi  əsas  götürülür,  elektrik 

enerjisindən  istifadəyə  ehtiyac  qalmır.  Kompüterin  iş 

prinsipi  elektromaqnit  dalğalarının  təsiri  nəticəsində  su 

damcılarının hərəkətinə əsaslanır. Qurğu hələ ki, məhdud 

imkanlara malikdir və ilkin mərhələdə yalnız texniki xa-

rakterli sadə əmrləri yerinə yetirəcək.

Alimlər bildirirlər ki, bir il sonra onlar kompüterləş-

dirmə sahəsinin ən ciddi tələblərinə uyğun olan yeni la-

yihə təqdim etməyə hazırlaşırlar. Gələcəkdə “su kompü-

terlərindən”  istifadə  ekologiya  problemlərini  minimuma 

endirməyə imkan verəcək.

Artıq içiləndə dərd verir su da...

london  kral  kolleci  hospitalının  mütəxəssisləri 

xəbərdar edirlər ki, çoxlu su içmək olmaz.

 “Daily Mail” nəşri xəbər verir ki, artıq maye sağlam-

lıq üçün təhlükəlidir. Bunun üçün uroloqun tövsiyəsi ilə 

çoxlu (hər 30 dəqiqədə 200 millilitr) su içən 59 yaşlı qadı-

nın başına gələn hadisə nümunə gətirilir.

Sidik sistemini “yumaq” istəyən qadın qanda duzun 

təhlükəli səviyyəsi ilə (qanda duzun anormal aşağı səviy-

yəsi qeydə alınan ölüm göstəriciləri təqribən 30 faizdir) 

xəstəxanaya  çatdırılıb.  Onda  ürəkbulanma,  qusma  və 

başağrısı qeydə alınıb. Nəticədə koma və hətta ölüm ola 

bilərdi.

Belə olan hallarda, həkimlər adətən gündə yalnız bir 

litr su içməyi tövsiyə edirlər. Yeri gəlmişkən, MDMA qə-

bul  edən  və  ya  dözümlülüyü  artırmaq  üçün  ciddi  məşq 

edən adamların qanının tərkibində də duzların səviyyəsi-

nin anormal dərəcədə aşağı olması müşahidə edilir.

Maraqlıdır ki, su içmək üçün dəqiq tövsiyə yoxdur və 

ola da bilməz, axı tələbat fərdidir. Orqanizmin suya tələ-

batının yeganə göstəricisi susuzluqdur.

Meksikada bioloji 

müxtəliflik haqqında Kon-

vensiya tərəflərinin kon- 

fransı öz işinə başlayıb.

  BMT-nin  saytı  xəbər 

verir  ki,  iki  həftə  ərzində 

konfrans  iştirakçıları  kənd, 

meşə  və  balıqçılıq  təsərrü-

fatının  inkişaf  strategiyası 

fonunda flora və fauna növ-

lərinin  itkisinin  qarşısının 

alınması  məsələlərini  mü-

zakirə edəcəklər.

BMT-nin baş katibi Pan 

Gi  Mun  konfrans  ərəfəsin-

də  vurğulayıb  ki,  biomüxtəliflik  insan-

ların rifahında və davamlı inkişaf işində 

mühüm  rol  oynayır.  "Biomüxtəlifliyin 

qorunması  bizim  ümumi  gələcəyimiz 

üçün çox mühüm investisiyadır”, - deyə 

Pan Gi Mun bəyan edib.

Yer üzündə biomüxtəliflik bugünkü 

və gələcək nəsillərin rifahı və iqtisadi in-

kişaf üçün mühüm əhəmiyyətə malikdir. 

Məsələn, mərcan riflərinin qlobal fayda-

sı ildə 30 milyard dollar qiymətləndirilir, 

beynəlxalq ticarətdə isə dərman bitkiləri 

ildə 60 milyard dollar gəlir gətirir. Bu-

nunla  yanaşı,  son  illər  biomüxtəlifliyin 

sürətlə itirilməsi müşahidə olunur ki, bu 

da Yer üzündə həyatı saxlayan biosferin 

qabiliyyətini ciddi şəkildə pozur.

Ekspertlər güman edirlər ki, insan-

ların  fəaliyyəti  nəticəsində  ətraf  mühi-

tin çirklənməsi, yaşayış məntəqələrinin 

genişləndirilməsi, 

növlərin 

həddindən  artıq  istismarı  və 

iqlim dəyişiklikləri biomüxtə-

lifliyin azalmasına səbəb olan 

əsas amillərdir. Məsələn, kənd 

təsərrüfatı  torpaqlarının  40 

faizi  2050-ci  ildə  itiriləcək. 

Halbuki 2030-ci ilədək dünya 

əhalisini qida ilə təmin etmək 

üçün kənd təsərrüfatı istehsa-

lını 50 faiz artırmaq lazımdır.

Konfransda  dəniz  və  sa-

hilyanı  ərazilərin  biomüxtə-

lifliyi  də  müzakirə  mövzusu 

olacaq.  Hesablamalara  görə, 

mühüm  dəniz  ekosistemləri  -  sualtı 

çəmənlər, kolluqlar və mərcan rifləri 30 

faizdən 35 faizədək dağıdılıb.

Bioloji 


müxtəliflik 

haqqında 

Konvensiya  BMT-nin  1992-ci  ildə 

Rio-De-Janeyroda  ətraf  mühit  və  da-

vamlı  inkişaf  üzrə  dünya  sammitində 

hazırlanıb. Konvensiyanı 196 ölkə rati-

fikasiya edib.

Tahir DADAŞOV

dəniz və sAhilyAnı ərAzilərin 

biomüxtəlifliyi də müzAkirə mÖvzUsU olAcAq

Alimlər artıq çoxdandır bəzi 

insanların orta statistik adamdan çox 

yaşamasının sirrindən baş çıxarmağa 

çalışırlar.

Stenford  Universitetinin 

alimləri  müəyyən  ediblər  ki, 

rasionunda müəyyən məhsul-

lar olan insanların ömrü 20 il 

uzana bilər.

 “informing.ru” saytı xə-

bər  verir  ki,  alimlərin  yeni 

araşdırmasında  40  yaşından 

başlayan yaş qrupundan olan 

11  min  kişi  və  qadın  iştirak 

edib. Onlar hər gün yedikləri-

ni təsvir etmək üçün gündəlik 

tutublar.

Alimlər araşdırmanın nə-

ticələrini təhlil edəndən sonra müəyyən 

ediblər ki, ölüm hallarının çoxuna yanlış 

qidalanma  səbəb  olub.  Həmçinin  on-

lar  aydınlaşdırıblar  ki,  meyvə-tərəvəz, 

qoz-fındıq  yeyən  adamlar  özlərini  pis 

hiss etməkdən az şikayət ediblər və 20 il 

çox yaşayıblar.

Alimlər  əmindirlər  ki,  mey-

və-tərəvəz,  qoz-fındıq  insanın  ömrünü 

uzadır,  çünki  bu  məhsullar  ürək-damar 

sisteminin  fəaliyyətini  yaxşılaşdırır 

və  bütövlükdə  orqanizmə  müsbət  təsir 

göstərir.

Onu da qeyd edək ki, tədqiqatda əv-

vəllər insult və ya ürək tutması keçirmiş 

insanlar  iştirak  ediblər.  Tədqiqatçılar 

əvvəllər  xəstə  olmuş adamları məxsusi 

olaraq seçmişlər ki, qidalanma ilə sağ-

lamlığın  əlaqəsi  haqqında  daha  dəqiq 

məlumat ala bilsinlər.

Ömrünüzü 20 il UzAtmAq istəyirsinizsə...

“Əl Cəzirə” (Al Jazeera Arabic) 

telekanalının hazırladığı videomaterialda 

bildirilir ki, Azərbaycanda həyata keçirilən 

böyük investisiya layihələri bu ölkədə neft-

qaz sektoruna alternativ layihələrdir.

Kanalın hazırladığı videomaterialda 

Ələt qəsəbəsində yaradılan yeni Bakı Li-

manı və onun ətrafında yerləşəcək Azad 

Ticarət Zonası tipli xüsusi iqtisadi zona 

barədə  məlumat  verən  limanın  baş  di-

rektorunun müşaviri Zaur Həsənov bil-

dirib ki, Azərbaycanın Xəzər dənizi sa-

hilində, dəmir yollarının və su yollarının 

kəsişdiyi yerdə yerləşməsi, onu Asiya və 

Avropanı birləşdirən bir mərkəzə çevirir.

Bakı  Limanının  hazırkı  fəaliyyəti 

və  gələcək  perspektivləri,  onun  inkişaf 

konsepsiyası,  infrastrukturu,  o  cümlə-

dən liman ətrafında yaradılan Azad Ti-

carət  Zonası  (ATZ)  barəsində  danışan 

Zaur Həsənov layihənin strateji-iqtisadi 

əhəmiyyətə  malik  olduğunu  söyləyib. 

O  deyib:  “Bakı  Limanı  Qazaxıstandan 

Avropaya, Rusiyadan İrana olmaqla iki 

mühüm  nəqliyyat  dəhlizinin  kəsişmə-

sində yerləşir. Gələcəkdə limanda yüka-

şırmaları il ərzində 25 milyon ton təşkil 

edəcək və bir milyona yaxın konteyner 

daşınması mümkün olacaq. Limanın bi-

rinci fazasının tikintisi 2017-ci ilə qədər 

tamamlanacaq və yükaşırma qabiliyyəti 

11,5 milyon tona çatdırılacaq. Yüklərin 

böyük hissəsi Çin, Mərkəzi Asiya və Av-

ropa arasında daşınacaq. Bakı Limanın 

"Şərq-Qərb"  və  Şimal-Cənub  dəhliz-

ləri  üzərində  mühüm  nəqliyyat-logis-

tika  qovşağı  (hub)  olacaq. Azərbaycan 

Avropa  və Asiyanı  birləşdirəcək,  geniş 

beynəlxalq logistika şəbəkəsinin bir his-

səsinə çevriləcək və bununla tarixi İpək 

yolunun yenidən canlanmasına öz töhfə-

sini verəcək”, - deyə Z.Həsənov vurğu-

layıb.

Z.Həsənov  sentyabrın  7-də  tanın-



mış  “DP  World”  şirkəti  ilə  məsləhətçi 

qismində müqavilənin imzalandığını da 

qeyd edib.

Videomaterialda  daha  bir  layihə  - 

təxminən 3 il müddətində yekunlaşacaq 

“Ağ  şəhər”  layihəsi  barədədir.  Bakıda 

həyata  keçirilən  bu  layihə  müasir  ya-

şayış  evləri,  otellər,  istirahət  mərkəzlə-

ri,  alış-veriş  və  biznes  mərkəzlərindən 

ibarət  olacaq.  Bu  layihə  körfəz  ölkələ-

rindən  və  başqa  ölkələrdən  turistlərin 

Azərbaycana  cəlb  olunmasına  xidmət 

edəcək.

“Al JAzeerA” telekAnAlı bAkı limAnı 

hAqqındA videomAteriAl hAzırlAyıb



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə