R b a y c a n X z r d n z g m


qabaqcıl  sərnişin gəmisi



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix05.02.2018
ölçüsü0,59 Mb.
#24496
1   2   3   4   5   6   7   8

qabaqcıl 

sərnişin gəmisi

Bağırov  adına  sərnişin  gəmisinin 

staxanovçu heyəti keçən il sosializm yarı-

şını hər tərəfli genişləndirərək illik dövlət 

planını iki ay qabaq başa çatdırdı. Qaza-

nılan  müvəffəqiyyətlər  “Qafur  Məmmə-

dov”,  “Krasnodar”,  “Minsk”,  “Voronej”, 

“Akademik Krılov” və bir sıra başqa qa-

baqcıl  gəmi  heyətlərinin  təşəbbüslərinin 

geniş  tətbiq  edilməsi  nəticəsində  olmuş-

dur.

“Qafur  Məmmədov”  gəmisi  heyəti-



nin  təşəbbüsünə  qoşularaq  gəmidə  3  əla 

gəmi  növbəsi  təşkil  olundu.  Kapitanın 

baş  köməkçisi  Cabbar  Haşumov  yolda-

şın  növbəsində  çalışan  dənizçilər  dəniz 

işarələrini,  texniki  istismar  və  gəmi  sür-

mək qaydalarını öyrənir və onlara təhkim 

olunmuş göyərtə mexanizmlərini saz hal-

da  saxlayırlar.  Onun  növbəsində  işləyən 

dənizçilər  gəmini  düz  istiqamətdə  sürür-

lər.  Matroslardan  Əliyev  və  Qlebov  ma-

terialları  qənaətlə  işlədir  və  alətlərin  saz 

olmasına həmişə ciddi fikir verirlər.

Gəmi  Bakı-Həştərxan  səfərinə  çıx-

mışdı.  Hava  qaranlıqlaşırdı.  Dalğalar 

gəmini  asta-asta  yırğalayırdı.  Bu  zaman 

verilən həyəcan dənizə adam düşdüyünü 

bildirdi. Göyərtədə olan dənizçilər qayıq-

lardan birini suya salaraq dənizə düşmüş 

adamı  cəld  gəmiyə  çıxardılar...  Göstər-

dikləri igidliyə görə gəminin kapitanı Ha-

şımov yoldaşın əla gəmi növbəsinə təşək-

kür elan etdi.

Üçüncü  mexanik  Kiselyov  yoldaşın 

əla  gəmi  növbəsi  də  qabaqcıl  növbələr-

dəndir. Təcrübəli mexanik növbə üzərin-

də iş zamanı maşın şöbəsində, işdən sonra 

isə qırmızı guşədə mexanizmlərin texniki 

istismarı  qaydaları  haqqında  məşğələlər 

keçirir. Buna görədir ki, bütün matorçular 

və  ocaqçılar  mexanizmləri,  armaturları 

saz halda saxlayır və onların fasiləsiz iş-

ləmələrini təmin edirlər. Bu növbədə hər 

səfərdə yanacağa və sürtkü yağlarına 3-8 

faiz qənaət edilir.

Gənc  mexanikin  başçılıq  etdiyi  əla 

gəmi növbəsi mexanizmləri və qurğuları 

sosialist  müdafiəsinə  götürmək  haqqın-

da Akademik  Krılov  adına  gəmi  heyəti-

nin  təşəbbüsünə  birinci  qoşuldu.  Bütün 

köməkçi  mexanizmləri  sosialist  müha-

fizəsinə  götürən  bacarıqlı  mexanikin  əla 

gəmi  növbəsi  mexanizmlərə  ilk  gündən 

nümunəvi  qulluq  edir  və  onların  saat 

mexanizmləri  kimi  işləmələrini  təmin 

edir.

Cabbar  Haşumov  və  Kiselyov  yol-



daşların əla gəmi növbələri 7 aydır ki, gə-

miçiliyin keçici vımpelini əllərində möh-

kəm saxlayırlar.

“Voronej” gəmisi heyətinin vətənpər-

vər  çağırışına  qoşulan  maşın  komandası 

(baş  mexaniki  Rakeviç  yoldaşdır)  ilin 

axırınadək  yanacağa  70  ton  və  sürtkü 

yağlarına bir ton qənaət etməyi öhdəsinə 

götürmüşdü.

İkinci  mexanik  Markov  və  üçüncü 

mexanik  Kiselyov  yoldaşların  növbələ-

rində çalışan dənizçilər arasında fərdi so-

sializm müqaviləsi bağlandı. Hər səfərdə 

yanacağa və sürtkü yağlarına qənaət edən 

dənizçilər  bu  yarışın  köməyilə  böyük 

istehsalat  qələbələri  qazandılar.  Onlar 

əməyə sosialist münasibəti göstərərək bü-

tün il ərzində yanacağa 110 ton və sürtkü 

yağlarına 4,5 ton qənaət etmişlər.

Gəmidə mexanizmlərin texniki istis-

mar qaydalarını öyrənmək məqsədilə dər-

nək təşkil olunmuşdur. Bu dərnəyə ikinci 

mexanik  Markov  yoldaş  rəhbərlik  edir. 

Maşın komandası mexanizmlərin gücün-

dən  tam  istifadə  etdiyi  üçün  hər  səfərdə 

vaxta bir saatdan artıq qənaət edilir. Gə-

minin  göyərtə  komandası  da  hər  səfərdə 

yanalma  əməliyyatına  30-45  dəqiqə  qə-

naət edir.

Gəminin illik planı vaxtından qabaq 

ödəməsinin  və  ilin  axırınadək  plandan 

əlavə səfərlər etməsinin ən başlıca səbəb-

lərdən  biri  də  gəmidə  təmir  işlərinin  bir 

hissəsinin  komandanın  öz  qüvvəsilə  gö-

rülməsidir.

Maşın və göyərtə komandalarının baş 

mühərriklərə və göyərtə mexanizmlərinə 

yaxşı qulluq etməsi nəticəsində dənizçilər 

zavod  təmirinə  dayanmadan  1950-ci  ilin 

naviqasiyasını müvəffəqiyyətlə başa çat-

dırmışlar.

Gəminin  partiya  təşkilatının  (kati-

bi Ağasiyev  yoldaşdır)  partiya  siyasi  işi 

istehsalat  məsələlərilə  düzgün  əlaqələn-

dirilməsi nəticəsində burada kommunist-

lərin fəallığı və təşəbbüsü artmış, bitərəf 

fəallar  arasında  siyasi-tərbiyə  işi  geniş-

ləndirilmiş  və  kadrların  yetişdirilməsi, 

tərbiyə  edilməsi  və  irəli  çəkilməsi  işinə 

xeyli fikir verilmişdir.

1950-ci  ildə  8  nəfər  matrosun,  10 

nəfər matorçunun və bir nəfər radioçunun 

ixtisası artırılmışdır.

Gəminin  staxanovçu  heyəti  1951-ci 

ilə  yeni  təsərrüfat  ilinə  qədəm  qoyduğu 

gündən səfər tapşırıqlarını yenə də artıq-

lamasilə yerinə yetirir.

Bağırov adına gəminin kapitanı D. 

Dadaşov,

“Qaspi bolşeviki” qəzeti, № 4 (2620),

12 yanvar 1951-ci il

təmirçilərin şair səməd 

vurğunla görüşü

Mayın 12-də Xəzərin ən böyük müəs-

sisələrindən biri olan “Paris Kommunası” 

zavodu təmirçilərinin iki dəfə Stalin müka-

fatı  laureatı,  şair  Səməd Vurğunla  görüşü 

olmuşdur.  Görüşdə  iştirak  edən  fəhlələr, 

mühəndis-texnik işçilər və qulluqçular şa-

iri səmimi qarşılamışlar.

Səməd Vurğun yoldaş təmirçilər qarşı-

sında çıxış edərək bolşeviklər partiyasının, 

sovet  hökumətinin,  şəxsən  böyük  müəl-

limimiz  Stalin  yoldaşın  gündəlik  qayğısı 

sayəsində Azərbaycan sovet ədəbiyyatının 

qazandığı nəaliyyətlərdən və yazmaqda ol-

duğu yeni əsərlərdən danışmışdır.

Şair Səməd Vurğunun çıxışından son-

ra zavodun adlı-sanlı çilingərlərindən Xa-

ritonov yoldaş çıxış etmişdir. O, çıxışında 

şair və yazıçılarımızı, o cümlədən Səməd 

Vurğunu  hövzəmizin  dənizçiləri,  limançı-

ları və gəmi təmir edənləri həyatından yeni 

əsərlər yazmağa çağırmışdır.

Xaritonov yoldaşdan sonra çıxış edən 

başqa təmirçilər də şairin ayrı-ayrı əsərləri 

haqqında öz fikirlərini söyləmişlər.

Sonra, Səməd Vurğun öz əsərlərindən 

bir  neçəsini  oxumuşdur.  Görüşdə  şairlər-

dən İ. Orotovski, Y. Fidler və İ. Volobuye-

va yoldaşlar da iştirak etmişlər. Onlar da öz 

yeni əsərlərindən və Azərbaycan yazıçıları-

nın rus dilinə tərcümə edilmiş əsərlərindən 

bir neçəsini oxumuşlar.



“Qaspi bolşeviki” qəzeti, № 39 (2655),

16 may 1951-ci il

xəzərçilərin hədiyyəsi

Xəzərin  mühəndisləri  Vladivostok  li-

manı  yenilik  yaradanlarının  vətənpərvər 

təşəbbüsünə qızğın tərəfdar çıxaraq, kom-

munizmin böyük tikintiləri fonduna öz hə-

diyyələrini verirlər.

Xəzər dəniz yolları idarəsinin mühən-

disi Yegizarov yoldaş Xəzərin şimal rayon-

larında  və  Volqanın  aşağılarında,  habelə 

Volqa-Don kanalı tikilib qurtardıqdan sonra 

açılacaq yeni su yolları ilə neft daşıya bilən 

yeni, suya oturma dərəcəsi azaldılmış gəmi 

layihəsi hazırlamışdır.

Mühəndis  Qalkin  yoldaş  yerqazıyan 

gəminin  texniki  istismarını  yaxşılaşdıran, 

köfşəkləşdirici  maşının  təkmilləşdirilməsi 

işini yaxın vaxtlarda başa çatdıracaqdır. 

Mühəndis Loqunov yoldaş qəza işığı-

nın  avtomatik  işə  salıcısının  layihəsi  üzə-

rində işləməkdədir.

Bu yeniliklərin tətbiqi nəticəsində döv-

lət vəsaitinə ediləcək böyük qənaət nəhəng 

elektrik su stansiyaları və kanalların inşası-

na sərf olunacaqdır.



“Qaspi bolşeviki” qəzeti, № 40 (2656),

18 may 1951-ci il

saatlıq cədvələ rəayət etməli

Xəzər neftdaşıma gəmiçiliyinin dəniz-

çiləri Stalin yoldaşa göndərdikləri məktub-

la illik planı vaxtından əvvəl yerinə yetir-

məyi və ilin axırına qədər plandan əlavə 70 

min ton neft məhsulu daşımağı öhdələrinə 

götürmüşlər. Hazırda donanmanın qabaqcıl 

gəmi heyətləri vədi ləyaqətlə yerinə yetir-

mək uğrunda yorulmadan mübarizə edirlər.

Rəhbərə verilmiş vədin şərəflə yerinə 

yetirilməsini  təmin  edən  əsas  amillərdən 

biri  də  neftdaşıyan  gəmilərin  saatlıq  cəd-

vəllə işləmə üsuluna keçməsidir.

Donanmanın  18  gəmisində  saatlıq 

cədvəl tətbiq olunmaqdadır.

Saatlıq cədvəllə işin yaxşı təşkil olun-

duğu gəmilərin iş təcrübəsi göstərir ki, bu 

üsulla  işləmək  planların  artıqlamasilə  ye-

rinə  yetirilməsini  təmin  etməkdə  mühüm 

şərtlərdən biridir.

İyun ayının birindən 20-nədək saatlıq 

cədvəllə işləyən Ağamalı oğlu adına gəmi 

yolgetmə vaxtına 13,7 saat qənaət etmək-

lə, bir saat olsun belə  boşdayanmaya yol 

verməmiş,  hər  ton-milin  planda  nəzərdə 

tutulan  maya  dəyərini  0,128  qəpik  aşağı 

salmışdır.  Jdanov  adına  gəminin  fədəkar 

dənizçiləri həmin müddətdə yolgetmə vax-

tına 18 saat qənaət etməklə, ton-milin mal 

dəyərini 0,78 qəpik aşağı salmışlar. Lakin 

gəmi  meteoroloji  şəraitin  əlverişli  olma-

ması üzündən 2,6 saat, Həştərxan reydin-

də barj gözləmək üçün isə 18,6 saat vaxt 

itirmişdir.

Həzi  Aslanov  adına  gəminin  dəniz-

çiləri  yenə  həmin  müddətdə  yolgetmə 

vaxtına 11,6 saat qənaət edərək, ton-milin 

maya dəyərini 0,5 qəpik aşağı salmışlar. Bu 

gəmi də meteoroloji şəraitə görə 1,6 saat, 

Həştərxan reydində barj gözlərkən isə 6,8 

saat itirmişdir.

Kirov adına neftdaşıyan gəminin şəx-

si  heyəti  saatlıq  cədvəllə  işləyərək  böyük 

nəaliyyət əldə etmişdir. Bu gəminin dəniz-

çiləri iyun ayının birinci 20 günündə yol-

getmə  vaxtına  14,3  saat  vaxt  sərf  edərək 

ton-milin maya dəyərini 16,78 qəpik aşağı 

salmışlar. “Aziya” gəmisinin dənizçiləri də 

həmin müddətdə 11,6 saat istismar vaxtına 

qənaət  etmiş  və  ton-millin  maya  dəyərini 

2,35 qəpik aşağı salmışlar.

Gəmiçiliyin  Molotov  adına,  Syurupa 

adına və “ÜİK(b)P” gəmilərinin heyətləri, 

habelə kiçik tonnajlı donanmasının dəniz-

çiləri  də  saatlıq  cədvəllə  işləyərək  xeyli 

müvəffəqiyyət qazanmışlar.

Lakin  gəmiçilikdə  saatlıq  cədvəllə 

işləyən  bəzi  gəmi  heyətləri  öz  üzərlərinə 

götürdükləri  vəzifələri  yerinə  yetirmirlər. 

Beriya adına gəmi iyun ayının 20 günündə 

39,1 saat yolgetmə vaxtı itirmiş, ton milin 

maya  dəyərinin  1,25  qəpik  artmasına  yol 

vermişdir. V. Çkalov adına gəmi 21,8 saat 

vaxt itirmiklə ton-milin maya dəyərini 0,52 

qəpik artırmışdır. A. Caparidze adına gəmi 

yolgetmədə  26,2  saat  vaxt  itirmiş,  maya 

dəyərini 4,63 qəpik bahalatmışdır, “Volqa” 

gəmisi  də  həmin  müddətdə  18  saat  vaxt 

itirərək, maya dəyərinin 1,08 qəpik artma-

sına yol vermişdir.

Bütün  bunlar  göstərir  ki,  bir  sıra  gə-

milərdə saatlıq cədvəllə işlərkən qazanılan 

müvəffəqiyyətləri möhkəmlətməkdən ötrü 

ardıcıl  mübarizə  aparılmır.  Misal  üçün, 

“Volqa” gəmisi yüksüz olaraq yol gedərkən 

4,3 saat və yükboşaldarkən isə 0,3 saat qə-

naət  etdiyi  halda,  köməkçi  əməliyyat  za-

manı  17,3  saat  vaxt  itirmişdir.  “Raboçi” 

gəmisi  yüklə  yol  getdiyi  zaman  9,6  saat, 

yük boşaldarkən 4,3 saat qənaət etmişsə də, 

yüksüz yol gedərkən 7 saat, köməkçi əmə-

liyyat zamanı isə 10,7 saat vaxt itirmişdir.

Beləliklə, bir sıra gəmilərdə işin yax-

şı qurulmaması və saatlıq cədvələ düzgün 

əməl edilməməsi nəticəsində bütün gəmi-

çilikdə 20 gün ərzində 177,2 saat istismar 

vaxtı  itirilmişdir.  Bundan  başqa,  Reyd 

neftdaşıma  gəmiçiliyinin  təqsiri  üzündən 

Xəzər  neftdaşıma  donanmasının  gəmiləri 

həmin  müddətdə  309,6  saat,  meteoroloji 

şəraitin əlverişli olmaması nəticəsində isə 

94,5 saat vaxt itirmişlər.

Yolgetmə  vaxtının  itirilməməsi  üçün 

gəmiçiliklə lazımi tədbirlər görülmür. Gə-

miçilik rəisinin istismar üzrə müavini Di-

mitrioyev, baş dispetçer Dedov və plan şö-

bəsinin rəisi Ağacanov yoldaşlar qabaqcıl 

gəmi heyətlərinin iş təcrübəsinin geniş ya-

yılması,  bu  təcrübənin  ümumiləşdirilərək 

başqa gəmilərdə tətbiq edilməsi üçün heç 

bir  təşəbbüs  göstərmir,  geridə  qalan  gə-

milərin  işindəki  nöqsanları  aradan  qaldır-

maqdan ötrü lazımi tədbir görmürlər.

Xəzər  neftdaşıma  gəmiçiliyinin  rəh-

bərləri  saatlıq  cədvəllə  işləyən  gəmilərin 

işinə  xüsusi  diqqət  yetirməli,  boşdayan-

malara, habelə yolgetmə vaxtının itməsinə 

yol  verməmək  üçün  ciddi  tədbirlər  gör-

məli,  yükdaşımanın  maya  dəyərini  aşağı 

salmaqdan ötrü bütün imkanlardan istifadə 

edilməsini və beləliklə neftdaşıyan dəniz-

çilərin  Stalin  yoldaş  qarşısındə  götürdük-

ləri vədlərin ləyaqətlə yerinə yetirilməsini 

təmin etməlidirlər.



X. Saakov,

“Qaspi bolşeviki” qəzeti, № 53 (2669),

4 iyul 1951-ci il

staxanov saatlıq cədvəllə 

işləməli

Qara  dəniz  donanması  “Moskva” 

gəmisi heyətinin saatlıq cədvəllə işləmək 

haqqında  təşəbbüsü  Xəzər  donanmasının 

gəmilərində geniş tətbiq olunmaqdadır.

Donanmamızda  bu  nəcib  təşəb-

büsə  ilk  dəfə  qoşulan  “Kabardinka”,  Qa-

fur  Məmmədov  adına,  “Komsomolçu”, 

“Azərbaycanlı” və bir sıra başqa gəmilərin 

heyətləri  gözəl  iş  nümunələri  göstərirlər. 

Hazırda  donanmanın  gəmilərindən  çoxu 

saatlıq cədvəllə işləyir.

Bir  qayda  olaraq  gəmilər  üzrə  saat-

lıq cədvəl hər bir səfər üçün ayrıca olaraq 

tərtib  edilir  ki,  bu  da  gəmilərə  vurulan 

yüklərin  növünü  və  hansı  limanlar  arası 

işləmələrini  qabaqcadan  öyrənməyi  tələb 

edir.


Staxanov  saatlıq  cədvəllə  işləməyi 

təmin etmək üçün gəmi kapitanları səfərə 

çıxmazdan əvvəl heyət üzvlərinin istehsa-

lat müşavirəsini çağırır, planı ətraflı müza-

kirə edir, səfər tapşırığının müvəffəqiyyət-

lə başa çatdırılmasını və limanlarda yükcü 

briqadalarına  sosialist  köməyi  göstərmək 

üçün lazımi tədbirlər görürlər.

Bu  işdə  “Kabardinka”,  “Dunay”  və 

bir sıra başqa gəmilərin heyətləri xüsusilə 

fərqlənirlər.  Gəmiçilikdə  birinci  olaraq 

staxanov  saatlıq cədvəlilə işləyən bu gə-

milərin dənizçiləri keçən 8 ayın iş yekun-

ları  üzrə sosializm yarışında görkəmli yeri 

tutmuşlar. Hər iki gəminin qabaqcıl heyəti 

Böyük Oktyabr sosialist inqilabının 34-cü 

ildönümünü illik yükdaşıma tapşırıqlarını 

vaxtından qabaq yerinə yetirməklə qarşıla-

mağa söz vermişlər.

“Kabardinka”  gəmisində  sentyabr 

ayının  iş  yekunları  göstərir  ki,  burada 

əməyin  düzgün  təşkil  edilməsi  və  gəmi-

nin  saatlıq  cədvəllə  işləməsi  nəticəsində 

parlaq nəaliyyətlər əldə edilmişdir. Heyət 

bir ay ərzində yolgetmə vaxtına 5 saat, yük 

vurub-boşaltma  əməliyyatına  68  saat  və 

s. işlərin aparılmasına 10 saatlarla qənaət 

etmişdir. Staxanov saatlıq cədvəllə işləyən 

komanda bütün səfər tapşırıqlarını vaxtın-

da başa çatdırmış və xalq təsərrüfatı üçün 

539 ton əlavə yük daşımışdır.

Plan  uğrunda  mübarizədə  “Dunay” 

gəmisinin (kapitanı Andryanov yoldaşdır) 

heyəti  də  irəlidə  gedir.  Gəmidə  göyərtə 

komandası  ilə  maşın  komandası  arasında 

sosializm  yarışının  yaxşı  təşkil  edilməsi 

gözəl nəticələr verir. Komanda aylıq yük-

daşıma planını ton və tonmil üzrə vaxtın-

dan qabaq yerinə yetirdiyi üçün ÜİHİMŞ 

və  Dəniz  Donanması  Nazirliyinin  keçici 

vımpelini almağa müvəffəq olmuşdur.

Staxanov  saatlıq  cədvəllə  işləyən 

“Azərbaycanlı”  gəmisinin  heyəti  hər  ay 

yükdaşıma  planını  artıqlamasilə  yerinə 

yetirir.  Komanda  plandan  əlavə  daşıdığı 

yüklər hesabına kommunizmin möhtəşəm 

tikintiləri fonduna hər ay on min manatlar-

la vəsait verir.

Lakin qeyd etmək lazımdır ki, staxa-

nov saat cədvəlilə işləmək donanmanın bir 

sıra gəmilərində yaxşı deyildir. “Kolıma” 

gəmisində (kapitan Moyseyev, baş mexa-

niki  Tuzov  yoldaşlardır)  saatlıq  cədvəl 

tətbiq  olunmadığı  üçün  səfər  tapşırıqları 

kəsirlə  yerinə  yetirilir.  Donanma  idarəsi 

tərəfindən  dəfələrlə  xəbərdarlıq    edilmə-

sinə baxmayaraq, gəmi komandası yüklə-

rin itkisiz daşınılmasına və yolgetmə saatı-

nın ixtisar edilməsinə və boş dayanmaların 

azaldılmasına lazımi fikir vermir.

Gəminin  kapitanı  Moyseyev  yoldaş 

göstərilən nöqsanları aradan qaldırmalı və 

yükdaşıma  planının  müvəffəqiyyətlə  ye-

rinə yetirlməsini təmin etməkdə böyük rol 

oynayan saatlıq cədvəlin tətbiq olunması-

na diqqət verməlidir.

Staxanov  saatlıq  cədvəli  “ÜİLK-

Kİ-nin  30  illiyi”  gəmisində  də  yaxşı  təş-

kil olunmamışdır. Komanda saatlıq cədvəl 

üzrə işləmədiyi üçün səfər tapşırıqları vax-

tında  yerinə  yetirilmir.  Gəminin  kapitanı 

Beridze  yoldaş  işdə  dönüş  yaratmalı  və 

gəminin  tez  bir  zamanda saatlıq cədvəllə 

işləməsinə müvəffəq olmalıdır.

Donanmada staxanov saatlıq cədvəlin 

geniş tətbiq edilməsində dipetçer və başqa 

yardımçı şöbə işçilərinin də rolu böyük ol-

malıdır. Bu şöbələrin işçiləri gəmilərə ge-

dərkən saatlıq cədvəlin tətbiq olunmasın-

da  gəmi  komandalarına  yaxından  kömək 

etməlidirlər.  Bu  isə  gəmiçilikdə  hələ  bu-

günədək lazımi qədər hiss olunmur.

Limanların yaxşı işləməmələri də çox 

vaxt saatlıq cədvəllə işləyən gəmilərdə boş 

dayanmaların əmələ gəlməsinə səbəb olur. 

Mahacqala  və  Bakı  limanlarında  “Kolı-

ma”, Qafur Məmmədov adına, “Xatanqa”, 

“Pioner” və bir sıra başqa gəmilər vaxtın-

da yüklənib-boşaldılmadıqları üçün çoxlu 

boş  dayanma  saatlarına  yol  verilir.  Belə 

hallara Krasnavodsk limanında da rast gəl-

mək olar.

Donanmanın  dənizçiləri  illik  pla-

nı  vaxtından  qabaq  yerinə  yetirməyi  vəd 

etmişlər.  Bu  vədə  ləyaqətlə  əməl  etmək 

üçün,  hər  şeydən  əvvəl  staxanov  saatlıq 

cədvəlilə  işləməyə  ciddi  fikir  verməli  və 

gəmilərin bir saat olsun belə səmərəsiz boş 

dayanmalarına yol verilməməlidir.

Söz  yoxdur  ki,  göstərilən  nöqsanlar 

tezliklə  aradan  qaldırılacaq  və  gəmilərin 

hamısı  staxanov  saatlıq  cədvəllə  işləyə-

cəkdir.

A. Paper,

Xəzər donanmasının 

baş dispetçeri.

“Qaspi bolşeviki” qəzeti, № 79 (2695),

3 oktyabr 1951-ci il

nəslən dənizçi

Xəzər  donanmasının  dənizçiləri, 

mühəndis-texnik  işçiləri  və  qulluqçula-

rı,  Bakı  limanının,  Əli  Bayramov  adına 

fabrikanın, Xəzər dəniz yolları idarəsinin 

və Xəzər su səhiyyə idarəsinin kollektiv-

ləri Xəzər donanmasının rəisi İ. P. Muxin 

yoldaşı 7 nömrəli Caparidze seçki dairəsi 

üzrə Azərbaycan SSR Ali Sovetinə depu-

tatlığa yekdilliklə namizəd irəli sürmüşlər.

Nikolay Pavloviç Muxin 1914-cü ildə 

Ryazanski vilayəti Boluşevi-Poçinki kən-

dində anadan olmuşdur. Bir az keçdikdən 

sonra  bütün  ailə  Bakıya  gəlir  və  1922-ci 

ildə Muxin yoldaş məktəbə daxil olur. O, 

tələbə sifətilə əhali arasında savadsızlığın 

ləğv edilməsi işində fəal iştirak edir. Mək-

təbdə onu Lenin komsomolu sıralarına qə-

bul edirlər.

1930-cu ildə illik məktəbi qurtararaq 

Nikolay Pavloviç Muxin yoldaş Bakı də-

nizçilik texnikumunun gəmi mexanik şö-

bəsinə daxil olur. Burada onu qrup kom-

somol təşkilatçısı və texnikum komsomol 

komitəsinin üzvü seçirlər.

1934-cü  ildə,  texnikumu  qurtardıq-

dan  sonra  gənc  mexanik  Zaqfederasiya 

adına gəmi təmiri zavoduna göndərilir. O, 

əvvəllər rəis köməkçisi, sonra isə iş bölüş-

dürən  bürosunun  rəisi  vəifələrində  çalı-

şır. Muxin yoldaş bu məsuliyyətli sahədə 

var qüvvəsilə çalışır və iş uğrunda bütün 

ehtiras və energiyası ilə mübarizə aparır. 

Əməyə öz məhəbbəti və ictimai işi isteh-

salatla  əlaqələndirməyi  bacararaq  o,  kol-

lektivin  hörmətini  qazanmağa  nail  olur. 

Komsomolçular onu, komsomol komitəsi-

nin katibi seçirlər. Az keçmədən onun rəh-

bərliyi  altında  zavodun  komsomolçuları 

gəmi təmirinin sürətlə aparılması uğrunda 

mübarizədə qabaqcıllar sırasında gedirlər.

1938-ci  ildə  dənizçilərin  həmkarlar 

ittifaqı  konfransında  Nikolay  Pavloviç 

Muxin yoldaş həmkarlar ittifaqının rayon 

komitəsi sədri seçilir.

1939-cu  ildə  N.  P.  Muxin  yoldaş 

ÜİK(b)P  sıralarına  daxil  olur.  Müharibə-

dən  əvvəl  partiya  onu  Xəzər  neftdaşıma 

gəmiçiliyinə siyasi şöbə rəisinin müavini 

vəzifəsinə göndərir. Böyük vətən mühari-

bəsi  günlərində  Muxin  yoldaş  ordu  sıra-

larında xidmət edir, sonra yenə də Xəzər 

neftdaşıma donanmasının siyasi şöbəsində 

işləməyə keçirilir.

Bir az keçdikdən sonra Muxin yoldaş 

SSR  İttifaqı  Dövlət  nəzarət  Nazirliyinin 

Xəzər hövzəsi üzrə baş nəzarətçisi işləyir.

1950-ci  ilin  aprelində  Muxin  yoldaş 

Xəzər quru yükdaşıma donanmasının rəi-

si təyin olunur və hazırda da bu vəzifədə 

çalışır.

Muxin  yoldaş  rəhbər  partiya,  həm-

karlar  ittifaqı  və  komsomol  orqanlarına 

dəfələrlə seçilir. Hazırda o, Bakı zəhmət-

keş  deputatları  Sovetinin  deputatı, Azər-

baycan  K(b)P  Bakı  şəhər  və  Voroşilov 

rayon komitələri plenumlarının üzvüdür.

Sovet  hakimiyyətinin  tərbiyə  etdiyi, 

bolşeviklər partiyasının sadiq oğlu Muxin 

yoldaş  qazanılan  müvəffəqiyyətlərlə  ki-

fayətlənməyərək,  vətənimizin  xeyri  üçün 

bütün qüvvə və bacarığını sərf edir.

Nəslən dənizçi – matros oğlu Muxin 

yoldaş dənizi sevir və onun işinin mürək-

kəb  şəraitini  yaxşı  bilir.  Muxin  yoldaş 

donanmaya  bacarıqlı  rəhbərlik  edərək, 

qarşıya qoyulan vəifənin həllində bolşevik 

prinsipliyi  və  inadı  göstərir.  O,  qayğıkeş 

rəis olduğu üçün də dəniçilərin böyük hör-

mət və ehtiramını qazanmışdır.

Muxin  yoldaşın  rəhbərlik  etdiyi 

Xəzər  quru  yükdaşıma  gəmiçiliyinin  də-

nizçiləri  Azərbaycan  SSR  Ali  Sovetinə 

seçkilər  gününü  ləyaqətli  qarşılamaq  uğ-

runda yarışaraq yeni nəaliyyətlər qazanır-

lar. Onlar yanvarın 24-də aylıq yükdaşıma 

planını hər iki göstəricilər üzrə yerinə ye-

tirmişlər.

Nikolay  Pavloviç  Muxin  əzəmətli 

Stalin planlarının həyata keçirilməsi işinə 

öz qüvvə və bacarığını sərf edən ölkəmi-

zin vətənpərvər oğullarındandır. Biz əmi-

nik ki, Muxin yoldaş seçicilərin etimadını 

şərəflə doğruldacaqdır.



vəkillər: “pioner” gəmisinin

 kapitanı n. semyonov, 

bağırov adına gəminin kapitanı 

d. dadaşov, 

bakı limanının dispetçeri 

v. Arzumanova.

“Qaspi bolşeviki” qəzeti, № 9 (2625),

31 yanvar 1951-ci il

nəcib təşəbbüsü geniş 

tətbiq etməli

Xəzər  donanmasının  dənizçiləri  gə-

miləri  və  gəmi  mexanizmlərini  sosialist 

mühafizəsinə  götürmək  haqqında Akade-

mik  Krılov  adına  gəminin  dənizçilərinin 

təşəbbüsünə  hələ  keçən  il  qoşulmuşlar. 

Hazırda bu təşəbbüs bir çox gəmidə tətbiq 

olunmuşdur.

Öz  gəmilərini  sosialist  mühafizəsinə 

götürən “Dağıstan”, “Komsomolçu”, Ba-

ğırov  adına  və  başqa  gəmilərin  heyətləri 

öz sosialist təəhhüdlərini yerinə yetirərək 

yeni  nəaliyyətlər  əldə  etmişlər.  Onlar 

gəmilərin  təmirarası  istismar  müddətini 

xeyli uzatmış, yanacağa və sürtkü yağla-

rına tonlarla qənaət etmişlər ki, bu da gə-

milərin və gəmi mexanizmlərinin texniki 

vəziyyətinin və onlara xidmətin yaxşılaş-

dığını göstərir.

Akademik  Krılov  adına  gəmi  heyə-

tinin  təşəbbüsünün  yayılmasında  bir  sıra 

mühüm nöqsanlar da vardır.

Gəmiçilik  idarəsində  istismar  və 

mexanik-gəmi xidməti şöbələrinin işçiləri 

bir neçə gəmini sosialist mühafizəsinə ver-

məklə öz vəzifələrini bitmiş hesab etmiş-

lər. Onlar unudurlar ki, Akademik Krılov 

adına gəminin iş təcrübəsinin düzgün tət-

biq  edilməsi  hər  şeydən  əvvəl  gəmilərdə 

geniş təşkilat və izahat işlərinin aparılma-

sından, dənizçilərə öz yarış təəhhüdlərini 

ləyaqətlə yerinə yetirməkdən xeyli asılıdır.

Lakin,  gəmiçilik  idarəsinin  mühən-

dis-texnik  işçiləri  gəmi  heyətlərinə  bu 

barədə lazımi köməklik göstərmirlər. Bu-

nun  nəticəsidir  ki,  bəzi  gəmilərdə  mexa-

nizmlərin  və  qurğuların  sosializm  müha-

fizəsinə  götürülməsi  başdansovdu  gedir. 

Bəzi  gəmilərin  komanda  heyəti  lazımi 

hazırlıq  işləri  aparmadan,  hər  bir  heyət 

üzvünün bacarıq və biliyini öyrənmədən, 

mexanizm və qurğuların texniki vəziyyə-

tini aşkara çıxarmadan, onların texniki və 

profilaktik  yoxlama  tədbirləri  cədvəlini 

tutmadan  dənizçilərlə  müqavilə  bağlayır-

lar.


Gəmiçilik idarəsi, ikitərəfli sosializm 

yarışı müqaviləsinə görə, gəmiləri lazımi 

ehtiyat hissələri və alətlərlə təmin etməyi 

öhdəsinə götürmüşdür.

Lakin buna əməl edilmir. Gəmilərdə 

hələ  də  kadrların  dəyişilməsi,  bir  gəmi-

dən o biri gəmiyə keçirilməsi davam edir. 

Keçən ilin noyabr ayından bu ilin yanvar 

ayınadək Bağırov adına gəmidə 10 nəfər 

dəyişilmişdir. Bu müddətdə “Komsomol-

çu”, Nizami adına və başqa gəmilərdə də 

kadrların axınına yol verilmişdir.

Gəmiləri  sosialist  mühafizəsinə  gö-

türməkdə “Pskov” gəmisi heyətinin təşəb-

büsü  ilə  təşkil  edilən  gəmi  texniki  şura-

ları böyük rol oynayırlar. Baş mexanikin 

rəhbərliyi  ilə  təşkil  olunan  gəmi  texniki 

şuraları mexanizm və qurğuların sosialist 

mühafizəsinə götürülməsi haqqında dəniz-

çilərlə müntəzəm olaraq məsləhət və söh-

bətlər təşkil edirlər.

“Pskov”  gəmisi  dənizçilərinin  bu 

təşəbbüsü  Xəzər  donanması  dənizçiləri 

arasında geniş yayılmalıdır.



B. Əliyev,

“Qaspi bolşeviki” qəzeti, № 20 (2635),

9 mart 1951-ci il

sərnişin daşınılmasına 

nümunəvi hazırlaşmalı

Xəzər  quru  yükdaşıma  donanma-

sının  işində  sərnişin  daşınılması  böyük 

rol oynayır. Bakı – Həştərxan dəniz yolu 

açıldıqda  sərnişin  daşınılması  xüsusilə 

artır. Xəzər donanması sərnişin naviqasi-

yasının açılışına necə hazırlaşır?

Təəssüf ki, Xəzər donanmasında sər-

nişin  naviqasiyasının  açılışına  aparılan 

hazırlıqda məsuliyyət hiss edilmir. Keçən 

il naviqasiyanın böyük gecikmə ilə açıl-

masından donanmanın rəhbərləri hələ də 

lazımi nəticə çıxarmamışlar.

“Moskva” sərnişin gəmisi Bakı-Həş-

tərxan  xəttində  işləyəcəkdir.  Hazırda 

gəmi  donanmanın  Bakı  gəmi  təmiri  za-

vodunda  təmirə  dayanmışdır.  Sərnişin 

naviqasiyası  açılmasının  yaxşılaşmasına 

baxmayaraq, burada təmir işləri yarıtmaz 

aparılır.

İki  ay  ərzində  gəmi  heyətinin  öz  

qüvvəsilə  bir  sıra  cari  təmir  işləri  apa-

rılmışdır.  Lakin,  bu  müddət  içərisində 

zavod  tərəfindən  isə  hələ  heç  bir  iş  gö-

rülməmişdir.

Gəminin kapitanı İslam Məmmədov 

yoldaş deyir: 

-  Zavodun  rəhbərləri  “Moskva” 

gəmisinin  planlı  təmir  cədvəlinə  daxil 

olmamasını  bəhanə  edərək  heç  bir  iş 

görmürlər.  Gəmiyə  təmirçi  briqadalar 

təsadüfü  hallarda  göndərilir.  Biz,  təmir 

işlərini  yalnız  öz  qüvvəmizlə  aparırıq. 

Əgər  təmir  belə  gedərsə,  keçən  ildəki 

kimi, cari ildə də sərnişin naviqasiyasının 

açılışı gecikdirilər.

Bu  ilin  naviqasiyasında  “Türkmə-

nistan” sərnişin gəmisinin də işləməsinə 

güman yoxdur. Bu gəmi üç ildir ki, Paris 

Kommunası adına zavodda təmirə dayan-

mışdır.  Qeyd  etmək  lazımdır  ki,  həmin 

gəminin də təmiri ilk gündən yaxşı apa-

rılmır. Zavod rəhbərlərinin işdə məsuliy-

yətsizliyi üzündən gəminin istismara ve-

rilmə müddəti dəfələrlə dəyişdirilmişdir.

L. Teymurov,

“Qaspi bolşeviki” qəzeti, № 26 (2642),

30 mart 1951-ci il

“dəniz”

O illərdə “Dəniz” nədən yazırdı

(Nöqtəsinə, 

vergülünə dəymədən)

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



9 dekabr 2016-cы il   № 81-84 (9087)

6


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə