R b a y c a n X z r d n z g m



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix05.02.2018
ölçüsü0,59 Mb.
#24496
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


9 dekabr 2016-cы il   № 81-84 (9087)

5

Son günlərdə İtaliyada 

Azərbaycana və TAP layihə-

sinə qarşı aparılan təxribat 

kampaniyasının arxasında 

dayanan səbəblərlə bağlı İta-

liyanın nüfuzlu “Il Giornale” 

qəzetində “TAP-ın arxasın-

dakı qaranlıq oyunlar” adlı 

məqalə dərc edilib. Məqalə-

nin müəllifi “Nodo di Gor-

dio” “beyin mərkəzi”nin baş 

tədqiqatçısı professor Andrea 

Marçiglianodur.  Məqalənin 

xülasəsini təqdim edirik.

Azərbaycan  yataqlarından  çıxarılan 

təbii qazı İtaliyaya nəql edəcək Trans-Ad-

riatik (TAP) qaz kəməri layihəsi ətrafında 

qəribə “küləklər” əsir. Qəribə və təhdide-

dici  küləklər.  TAP  İtaliyanı,  daha  dəqiq-

liklə desək, təyinat nöqtəsi olan Puliyanı 

bütün Avropaya qaz paylamaq imkanları-

na malik olacağı səbəbindən mühüm stra-

teji qovşağa çevirəcək. Böyük əhəmiyyətə 

malik  olan  bu  qaz  kəməri  hətta  Avropa 

İttifaqı tərəfindən “Birgə maraq layihəsi” 

statusuna layiq görülərək Avropa İttifaqı-

nın enerji siyasətinin strateji məqsədlərinə 

xidmət  edəcək  12  prioritet  “dəhliz”dən 

biri  olan  “Cənub”  qaz  dəhlizinin  mü-

hüm  hissəsini  təşkil  edir.  Bundan  başqa,  

TAP-ın  tikinti  xərclərinin  böyük  hissəsi 

“Şahdəniz-2”  yatağını  idarə  edən  Azər-

baycan  konsorsiumu  tərəfindən  təmin 

ediləcək.  Ətraf  mühitə  təsirlərin  qiymət-

ləndirilməsi  göstərir  ki,  layihə  yüksək 

ekoloji göstəricilərə malikdir.

TAP  qaz  kəməri  vasitəsilə  yaxın  za-

manda  il  ərzində  10  milyard  kubmetr, 

daha sonra isə 20 milyard kubmetr qazın 

nəqli  üçün  bütün  məsələlər  qaydasında 

olmalıdır. Bu infrastrukturun strateji əhə-

miyyətini dərk etmək çətin deyil. Belə ki, 

bu  layihənin  reallaşması  həm  Puliya  iq-

tisadiyyatına,  həm  də  ümumilikdə  bütün 

İtaliya sənayesinə böyük fayda gətirəcək. 

Unutmaq lazım deyil ki, məhz TAP sayə-

sində İtaliya Azərbaycan qazını Avropaya 

daşımaqla  strateji  qovşağa  çevriləcək  və 

nəhayət ki, adi bir idxalçı ölkə kimi aşağı 

status vəziyyətindən çıxacaq.

Bütün  bu  üstünlüklərə  baxmayaraq, 

“kimsə”  layihənin  həyata  keçirilməsini 

əngəlləməyə cəhd göstərir. Əvvəllər “Pu-

liyanın gözəl sahili dağıdılacaq”, “Zeytun 

ağacları kəsiləcək” kimi ekoloji bəhanələr 

ekoloji təsirin elmi cəhətdən dəyərləndiril-

məsinin üzə çıxması ilə puça çıxdı. Daha 

sonra  Puliya  regionunun  rəhbəri  Mikele 

Emilliano kəmərin Leççedən deyil, Brin-

disidən  keçməyini  təklif  edərək  TAP-n 

marşrutundan şikayət etməyə başladı. Hə-

yata keçirilməsi çətin olan bu təklif layihə 

üzrə işlərin bir neçə il təxirə salınmasına 

gətirib çıxaracaq və layihənin beynəlxalq 

səhmdarlarını boru kəmərinin marşrutunu 

dəyişdirməyə və onu bizim sahillərimizə 

doğru çəkməməyə məcbur edəcək.

Eyni  zamanda,  TAP-ın  həyata  ke-

çirilməsi  üçün  vacib  şərt  olan  İtaliya  ilə 

Azərbaycan  arasında  mövcud  əla  müna-

sibətlərə  zərbə  vurmağa  yönələn  böyük 

media hücumu başlayıb. Bu media hücu-

mu əsasən guya Bakının ifadə azadlığı və 

insan haqlarını sistematik şəkildə pozması 

tezisi  üzərində  qurulub.  Lakin  unudulur 

ki,  İtaliyanın Azərbaycandakı  səfiri  Can-

paolo Kutillonun dediyi kimi, Azərbaycan 

bütün dini və mədəni azadlıqların hüquq-

ları  təmin  edilən  dünyəvi  bir  dövlətdir 

və  bu  ölkə  Qərb  tipli  siyasi-institusional 

modelin  qurulması  istiqamətində  önəmli 

dövlət  quruculuğu  prosesi  yaşayır.  Digər 

tərəfdən, Roma-Bakı münasibətlərinə zər-

bə  vurmağa  çalışanların  liberal  demok-

ratiya  nümunəsi  olmayan,  tolerantlıq  və 

multikulturalizmdən uzaq dövlətlərlə İta-

liyanın  mövcud  iqtisadi  münasibətlərinə 

dair susqunluq nümayiş etdirməsi təəccüb 

doğurur.


Bu  qaranlıq  məsələdən  başqa  sual 

ediləsi  digər  məsələ  Roma  və  Bakı  ara-

sındakı  münasibətlərin  korlanmasından 

kimlərin bəhrələnə biləcəyi və xüsusilə də 

kimlərin TAP-ın reallaşmamasında maraq-

lı olmasıdır. Çoxlu fərziyyələr mövcuddur 

və böyük ehtimalla bu, İtaliya Demokratik 

Partiyasının daxilində gedən dar maraqla-

rın qəliz torunun mövcudluğu ilə bağlıdır. 

Daha qəliz olanlar isə itibaxışlı siyasi və 

iqtisadi maraqlara malik beynəlxalq “güc-

lər”dir. O güclər ki, qaz bazarında İtaliya-

nın mövcud böyük oyunun fəal iştirakçısı 

olmasını istəmirlər və ölkəni ağır şərtlərə 

tabe olmağa məcbur edirlər.

Dəniz konteynerlərinin daşınmasın-

da yaranan böhranın dərinləşməsi artıq 

bütün dünya iqtisadiyyatı üçün ciddi siq-

naldır. Əslində, dünya iqtisadiyyatında 

mühüm rol oynayan konteyner daşın-

masının azalması dünyada beynəlxalq 

ticarətin həcminin azalmasından xəbər 

verir.

Dəniz  nəqliyyatında  daşımalarla  ya-

naşı,  artıq  dəmir  yolu  və  aviasiya  ilə  də 

yük  daşınmalarında  azalmalar  müşahidə 

edilməkdədir.  Ekspertlər  də  limanlardakı 

yüzlərlə  boş  vaqon  və  konteynerlərə  is-

tinadən  böhranın  digər  sektorlara  nüfuz 

etdiyini  bildirirlər.  Bu  ilin  avqustunda 

Cənubi Koreyanın dünyanın on ən böyük 

konteyner şirkətlərindən biri olan “Hanjin 

Shipping” şirkəti iflasa uğrayıb.

Burada  söhbət  konteyner  nəqliyyatı 

sahəsində ən böyük iflasdan gedir. Nəticə 

isə göz önündədir: şirkətin müştəriləri 14,5 

milyard dollar dəyərində yükdən məhrum 

olub. Səbəb isə, sadəcə, yük qəbul edəcək 

limanın ödəniş edilməyəcəyindən ehtiyat-

lanaraq yükü qəbul etməməsidir. Xatırla-

daq ki, təşviş doğuran xəbər təkcə “Hanjin 

Shipping” şirkəti ilə yekunlaşmır. Dünya-

nın digər iri konteyner şirkətləri də artıq 

fəaliyyətlərində yaranmış tənəzzüllə bağ-

lı həyəcan təbili çalmağa başlayıblar. Bu 

sıraya Yaponiya və Fransanın yükdaşıma 

şirkətləri də daxildir. Belə ki, İngiltərənin 

qiymətləndirmə  agentliyi  olan  “Drewry” 

konteyner  sənayesinin  bu  ilə  10  milyard 

dollar  zərərlə  üzləşdiyi  barədə  məlumat 

yayıb. 

Qeyd  edilməlidir  ki,  Cənubi  Koreya 



şirkətinin  iflası  bu  sahədə  zəncirvari  re-

aksiyaya səbəb olmaqdadır. Belə ki, artıq 

ölkənin  başqa  böyük  yükdaşıma  şirkəti 

- “Daewoo Shipbuilding & Marine Engi-

neering” də sifarişsiz qalıb. Təkcə ötən il 

bu şirkətə gələn sifarişlərin ümumi həcmi 

87 faiz azalıb. Qeyd edilməlidir ki, ümumi 

azalmalar  təkcə  bu  ölkələrin  şirkətlərin-

də nəzərə çarpmır. Məsələn, ötən ay Da-

nimarkanın  yükdaşıma  üzrə  ixtisaslaşan 

“Moeller-Maersk”  şirkəti  də  sifarişlərdə 

44 faizdən çox azalma olduğu barədə mə-

lumat yayıb. Şirkət rəhbərliyinin bildirdi-

yinə görə, hazırda yaşanan böhran 2008-ci 

ilin iqtisadi böhranından da ciddi vəziyyət 

almaqdadır. Yəni heç həmin böhran döv-

ründə də, şirkət belə pis vəziyyətlə üzləş-

məmişdi.  Analitiklərin  bildirdiyinə  görə, 

bu azalma konteyner daşınması üzrə ticarət 

və sifarişlərə ifrat dərəcədə təsir edə bilər. 

Bu  sahədə  ticarət  və  sifarişləri  yeni-

dən bərpa etmək üçün illər lazım olacaq. 

Qeyd edək ki, konteyner nəqliyyatı sahə-

sində vəziyyət iki həlledici amillə təsirsiz 

ötüşməyib.  Bunlardan  birincisi,  dünya 

ticarətinin  2008-ci  il  maliyyə  böhranının 

təsirindən  hələ  də  qurtula  bilməməsidir. 

Unutmaq  lazım  deyil  ki,  dünya  ticarət 

yüklərinin  daşınmasının  təqribən  üçdə 

ikisi  məhz  konteyner  gəmiləri  tərəfindən 

həyata keçirilib. İkinci səbəb isə, zəif iq-

tisadi artım və bir çox ölkələrdə ticarətin 

tədricən  liberallaşmasıdır  ki,  bu  da  yerli 

bazarlarda  istehsalın  lokallaşdırılması  ilə 

müşahidə olunur. 

Ümumdünya  Ticarət  Təşkilatı  2015-

ci ildə dünya ticarətində 10 faiz real eniş 

olduğunu etiraf edərək, cari ildə daha çox 

azalma  gözlənildiyini,  bunun  II  Dünya 

müharibəsindən  sonra  ilk  dəfə  müşahidə 

edildiyini  qeyd  etmişdi.  Dünya  ticarətin-

dəki azalmanı “dramatik hal” kimi dəyər-

ləndirən  təşkilatın  baş  direktoru  Roberto 

di Azevedu vəziyyəti düzəltmək üçün tə-

cili hərəkətə keçməyə çağırış edib.

 Ağasəf Babayev



“tAp-ın ArxAsındAkı qArAnlıq oyUnlAr”

dünyAnın on ən bÖyük konteyner şirkətlərindən biri 

olAn “hAnJin shippinG” şirkəti iflAsA UğrAyıb

Azərbaycan respublikasının 

dövlət dəniz Administrasiyasında 

beynəlxalq dəniz təşkilatına üzv döv-

lətlərin audit sxeminə (ımsAs) əsasən 

keçirilməsi nəzərdə tutulan audit yox-

lamasına hazırlıq işlərinin aparılması 

məqsədilə görüş keçirilib.

Azərbaycan  Respublikasının  Dövlət 

Dəniz Administrasiyasının  mətbuat  xid-

mətindən  bildirilib ki, audit yoxlamasına 

hazırlıq  işlərinin  aparılması  məqsədilə 

keçirilən  görüşdə  Azərbaycan  Respub-

likasının  Fövqəladə  Hallar,  Ekologiya 

və  Təbii  Sərvətlər,  Müdafiə,  Ədliyyə, 

Maliyyə,  İqtisadiyyat,  Xarici  İşlər  na-

zirliklərinin,  “Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi” və “Bakı Beynəlxalq Dəniz 

Ticarət Limanı” Qapalı Səhmdar Cəmiy-

yətlərinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı “Azərbaycan Respub-

likasının Xəzər dənizi ərazisində neft da-

ğılmalarının  xəbərdarlığı  və  ləğvi  Milli 

Planı”nın  layihəsinin  təsdiqlənməsi,  ax-

tarış–xilasetmə  sahəsində  əməkdaşlığın 

gücləndirilməsi və qarşılıqlı əməkdaşlıq 

planının  təsdiqlənməsi,  “Dəniz  yolları 

ilə  təhlükəli  yüklərin  daşınmasına  dair 

Beynəlxalq  Məcəllə”nin  (İMDG  Code) 

Azərbaycan  dilinə  tərcümə  edilməsi  və 

Məcəllədən irəli gələn məsələlərin həlli, 

“Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə 

daşınması  Qaydaları”nın  yenilənməsi, 

Beynəlxalq Hidroqrafiya Təşkilatına üzv 

olunması,  Azərbaycan  Respublikasının 

ərazi sularında gəmilərin hərəkətinin bö-

lünmə sisteminin (GHBS) layihəsini tək-

milləşdirərək Beynəlxalq Dəniz Təşkilatı 

tərəfindən  bəyənilməsi,  gəmilərdən  tul-

lantıların qəbul edilməsi məsələsinin tən-

zimlənməsi üzrə görülən tədbirlər müza-

kirə  edilib,  qurumlararası  əməkdaşlığın 

genişləndirilməsinin  vacibliyi  vurğula-

nıb. Görüş iştirakçıları müzakirə olunan 

məsələlərlə bağlı görüləcək işlərin sürət-

ləndirilməsinin  mühüm  əhəmiyyət  kəsb 

etdiyini diqqətə çatdırıblar.

Dövlət Dəniz Administrasiyası tərə-

findən  hazırlanmış  “Beynəlxalq  Dəniz 

Təşkilatının  Alətlərinin  Tətbiqinə  dair 

Strategiya 2016 – 2021” haqqında təqdi-

mat nümayiş olunub. Dörd strateji hədə-

fi  –  beynəlxalq  dəniz  konvensiyalarının 

milli  qanunvericiliyə  inkorporasiyası, 

dəniz  üzgüçülüyünün  təhlükəsizliyi-

nin  təmin  edilməsi,  dənizin  gəmilərdən 

çirkləndirilməsinin  qarşısının  alınma-

sı,  dəniz  nəqliyyatı  sektorunun  işgüzar 

fəallığının və dinamik inkişafının təmin 

edilməsini özündə əks etdirən strategiya 

barədə  təqdimat  görüş  iştirakçılarının 

marağına səbəb olub. Təqdimatın nüma-

yişi zamanı strateji hədəflərin məqsədlə-

ri,  məqsədlərə  nail  olmaq  üçün  qarşıya 

qoyulan  vəzifələr,  həyata  keçirilən  təd-

birlərin  qiymətləndirilməsi  üzrə  fəaliy-

yət göstəriciləri, normativ–hüquqi aktla-

rın tətbiqinə dair tədbirlər barədə ətraflı 

məlumatlar görüş iştirakçılarının diqqə-

tinə çatdırılıb.

AUdit yoxlAmAsınA 

hAzırlıq işləri ApArılır

“şimal-cənub” nəqliyyat dəhlizinin  

reallaşması istiqamətində işlərin  

sürətləndirilməsi məsələləri müzakirə olunub

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaş-

ması istiqamətində işlərin sürətləndirilməsi məsələləri müza-

kirə olunub.

Müzakirələr noyabrın 29-da Bakıda “Azərbaycan Dəmir Yol-

ları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İran 

İslam Respublikasının rabitə və informasiya texnologiyaları na-

ziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Ko-

missiyasının həmsədri Mahmud Vaezi arasında görüşdə aparılıb.

Görüşdə  Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd  marşrutu 

ilə hərəkət edəcək beynəlxalq sürət qatarının istifadəyə verilmə-

si üçün təşkilati işlərin həlli, “Şimal-Cənub” Beynəlxalq Nəqliy-

yat Dəhlizinin reallaşması istiqamətində işlərin sürətləndirilməsi 

məsələləri müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov 

çıxış  edərək  iki  ölkə  Prezidenti  arasında  yaranmış  çox  səmimi 

münasibət  nəticəsində  ölkələrimiz  arasında  əlaqələrin  daha  da 

gücləndirilməsindən, Azərbaycan Dəmir Yolunda həyata keçirilən 

layihələrdən,  “Şimal-Cənub”  Beynəlxalq  Nəqliyyat  Dəhlizinin 

reallaşması  prosesində  görülən  işlərdən,  Naxçıvan-Culfa-Təb-

riz-Tehran-Məşhəd marşrutu ilə hərəkət edəcək beynəlxalq sürət 

qatarının istifadəyə verilməsi məsələlərindən danışıb. Bildirib ki, 

sözügedən marşrut iki ölkə arasında həm dəmir yolu, həm də tu-

rizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.

İran İslam Respublikasının rabitə və informasiya texnologiya-

ları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaş-

lıq Komissiyasının həmsədri Mahmud Vaezi çıxış edərək, Astara 

stansiyasından  İran  İslam  Respublikası  dövlət  sərhədinə  qədər 

birxətli 8,3 kilometrlik dəmir yolunun çəkilişinin başa çatmasını, 

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azər-

baycan tərəfinin gördüyü işləri yüksək dəyərləndirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilmə-

si qərara alınıb.



 “şimal-cənub” dəhlizi ilə daşınmaları 

inkişaf etdirmək niyyətindədirlər

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 

(QSC) və “TransKonteyner” Publik Səhmdar Cəmiyyəti (PSC) 

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə intermodal 

daşınmalar üçün əlverişli şəraiti inkişaf etdirmək niyyətində-

dirlər.

Bu fikir Bakıda “Strateji tərəfdaşlıq 1520: dünyanın dörd tərə-

fini birləşdirən Xəzər regionu” mövzusunda biznes forum çərçi-

vəsində “TransKonteyner” PSC ilə “Azərbaycan Dəmir Yolları” 

ASC  arasında  imzalanmış  əməkdaşlıq  haqqında  Memorandum 

barədə “TransKonteyner”in şərhində yer alıb.

Həmin sənədə görə, tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəq-

liyyat Dəhlizi ilə intermodal daşınmalar üçün əlverişli şəraiti in-

kişaf etdirmək, bu məqsədlə innovativ texnologiyalardan və kom-

binasiyalı nəqliyyat imkanlarından faydalanmaq niyyətindədirlər. 

Bundan  əlavə,  tərəflər  ixracat,  idxalat,  eləcə  də  tranzit  yollarda 

yüklərin daşınması keyfiyyətini yaxşılaşdırmağı planlaşdırırlar.

Bu əməkdaşlıq tərəflərin iştirakı ilə xarici ticarət yüklərinin 

daşınması logistikası sahəsində aktual informasiya mübadiləsini, 

konteyner qatarları vasitəsilə “Şimal-Cənub” Beynəlxalq Nəqliy-

yat Dəhlizinə əlavə yük axınlarının cəlb olunması və bu meylin 

inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanmasını və həyata keçi-

rilməsini, dəmir yolu nəqliyyatı yüklərinin daşınması sahəsində 

birgə marketinq tədqiqatlarının aparılmasını nəzərdə tutur.

Xatırladaq  ki,  “Azərbaycan  Dəmir Yolları”  QSC  tərəfindən 

Memorandumu sədrin müavini Vüsal Aslanov, “TransKonteyner” 

PSC adından baş direktor Pyotr Baskakov imzalayıblar.



Transxəzər Beynəlxalq 

Nəqliyyat Marşrutunun inkişaf 

perspektivləri Bakıda dördtərəfli 

görüşdə müzakirə olunub.

Görüşdə  «Azərbaycan  Dəmir 

Yolları  QSC-nin  sədri  Cavid  Qur-

banov,  «Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi»  QSC-nin  sədri  Rauf 

Vəliyev,  Bakı  Beynəlxalq  Dəniz 

Ticarət  Limanının  baş  direktoru 

Taleh Ziyadov,  «Qazaxıstan Dəmir 

Yolu» SC-nin prezidenti Kanat Al-

pısbayev, Türkiyə Dəmir Yolu Da-

şımaçılığının  baş  direktoru  Veysi 

Kurt  və  «Gürcüstan  Dəmir  Yolu» 

SC-nin sədri Mamuka Baxtadze iş-

tirak ediblər.

“Azərbaycan  Dəmir  Yolları” 

QSC-nin  sədri  Cavid  Qurbanov 

Azərbaycan  Respublikasının  Prezidenti 

İlham Əliyevin böyük qayğı və dəstəyi ilə 

beynəlxalq nəqliyyat dəhlizlərinin reallaş-

ması  prosesində  ölkəmizin  aktiv  iştirakı, 

Azərbaycan Dəmir Yolunda həyata keçi-

rilən islahatlar, ölkənin tranzit potensialı-

nın artırılması istiqamətində görülən işlər 

və qarşıda duran vəzifələr haqqında ətraflı 

məlumat verib.

Tərəflər Transxəzər Beynəlxalq Nəq-

liyyat  Marşrutunun  inkişaf 

perspektivləri,  bu  marşrut  ilə 

daşınan  yüklərin  həcminin 

artırılması  və  tariflərin  opti-

mallaşdırılması  məsələlərini 

müzakirə ediblər.

“Qazaxıstan  Dəmir Yolu” 

SC-nin  prezidenti  Kanat  Al-

pısbayev,  «Gürcüstan  Dəmir 

Yolu»  SC-nin  sədri  Mamuka 

Baxtadze, Türkiyə Dəmir Yolu 

Daşımaçılığının  baş  direk-

toru  Veysi  Kurt  çıxış  edərək 

Transxəzər  Beynəlxalq  Nəq-

liyyat  Marşrutunun  ölkələr 

üçün  olduqca  önəmli  layihə 

olduğunu,  bu  marşruta  yük 

axının cəlb edilməsi üçün bü-

tün imkanları səfərbər etməyin 

vacib olduğunu bildiriblər.

Görüşün sonunda anlaşma memoran-

dum imzalanıb.

Xatırladaq  ki,  avqustun  3-də 

Transxəzər  Beynəlxalq  Nəqliyyat  Mar-

şrutu  üzrə  “Şixezi  (Çin)-Dostık-Aktau-

Ələt  limanı”  istiqamətində  hərəkət  edən 

ilk  “Nomand  ekspress”  sınaq  konteyner 

qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Li-

manına çatıb. Çindən gələn ilk konteyner 

qatarı  Transxəzər  Beynəlxalq  Nəqliyyat 

Marşrutunun  inkişafı  üzrə  Koordinasiya 

Komitəsinin  iclaslarında  əldə  etdiklə-

ri  çevik  tarif  siyasəti  və  əlverişli  texniki 

şəraitin yaradılması ilə bağlı danışıqların 

nəticəsi olaraq mümkün olub. Daha sonra 

Ukrayna  Beynəlxalq  Transxəzər  Nəqliy-

yat Marşrutuna qoşulub.

Transxəzər  Beynəlxalq  Nəqliyyat 

Marşrutu  ilə  hərəkət  edən  “Nomad  Eks-

press”  qatarı  orta  hesabla  10-12  günə 

yükləri  Çindən Avropaya  çatdırır.  Bu  da 

marşrutun  əsas  üstünlüklərindən  biridir. 

Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir 

yolu  xəttinin  istifadəyə  verilməsindən 

Transxəzər  Beynəlxalq  Nəqliyyat  Marş-

rutunun yükötürmə qabiliyyəti artacaq və 

qatarların çatdırılma vaxtı qısalacaq.

trAnsxəzər beynəlxAlq nəqliyyAt mArşrUtUnUn 

inkişAf perspektivləri müzAkirə olUnUb

forumda bakı limanı və Azad ticarət 

zonası barədə məlumat verilib

Pekində keçirilən Mərkəzi Asiyada “Bir Kəmər, Bir Yol və 

Stabillik, İnkişaf” mövzusunda olan forumda Bakı Limanı və 

Azad Ticarət Zonası barədə məlumat verilib.

 “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direk-

torunun logistika məsələləri üzrə müşaviri Tural Əliyev Çin Xalq 

Respublikasında Mərkəzi Asiyada “Bir Kəmər, Bir Yol və Stabil-

lik, İnkişaf” mövzusunda olan forumda iştirak edib.

 İki hissədən ibarət olan forumun birinci hissəsi geniş diskus-

siyalar altında Şanxay şəhərində keçirilib. Forumun Pekin şəhə-

rində keçirilən ikinci hissəsində isə Tural Əliyev “Bir Kəmər, Bir 

Yol” layihəsi çərçivəsində Azərbaycanda mövcud infrastruktur və 

bu yolda vacib əhəmiyyətə malik olan Bakı Limanı və Azad Ti-

carət Zonası barədə məlumat verib.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə