R b a y c a n X z r d n z g m



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix05.02.2018
ölçüsü0,59 Mb.
#24496
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


9 dekabr 2016-cы il   № 81-84 (9087)

bAş redAktor

rasif iman oğlu

tAhirov

ünvanımız:

Az1003, bakı şəhəri,

xanlar küçəsi, 22

telefonlArımız:

baş redaktor

(050) 670-33-76

redaktor

(070) 252-39-02

qəzetin təsisçisi:

“Azərbaycan xəzər dəniz

Gəmiçiliyi”

qapalı səhmdar 

cəmiyyəti

qəzet “dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“Azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

sifariş: 3495

8

Yeniyetmə və gənclər arasında 

17-ci, böyüklərin isə karate üzrə 

24-cü respublika çempionatının 

qalibləri məlum olub.

“Sərhədçi”  İdman  Olimpiya 

Mərkəzində  keçirilmiş  yarışda  pay-

taxt və müxtəlif regionlardan 41 klubu 

təmsil edən 430 idmançı iştirak edib.

Kumite üzrə 14-15 yaşlı yeniyet-

mələrin  yarışında  Fərid  Ağayev  (52 

kq),  Rəşid  Həqiqətli  (57  kq),  Tural 

Yaqubov  (63  kq),  Fərid  Şahbazlı  (70 

kq), Məmməd Məmmədov (70 kq-dan 

yuxarı),  eləcə  də  Mədinə  Sadıqova 

(47 kq), Ayla Rzazadə (54 kq), Səma 

İmanzadə  (54  kq-dan  yuxarı),  kata 

yarışlarında isə Ceyhun İsmayılov və 

Emiliya Mitlinova çempion olublar.

16-17  yaşlı  gənclərin  kumite 

yarışlarında  Həsən  Əliyev  (55  kq), 

Hümmət  Baxşəliyev  (61  kq),  Ruslan 

Əhmədov  (68  kq),  Murad  Balaki-

şiyev  (76  kq),  Murad  Hacızadə  (76 

kq-dan yuxarı), qızlar arasında Fidan 

Teymurova (48 kq), İnci Əzizova (53 

kq), Telli Əliyeva (59 kq), Bəsti İsma-

yılova  (59  kq-dan  yuxarı),  həmçinin 

fərdi  katada  Kənan  Mirpənah  birinci 

olublar.


Gənclərin  18-20  yaş  qrupunda 

Hüseyn Əliyev (60 kq), Sərdar Məm-

mədov  (67  kq),  Vüsal  Kamallı  (75 

kq), Elman Babayev (84 kq), Sərxan 

Quluzadə (84 kq-dan yuxarı), qızların 

mübarizəsində  Asiya  Məlikova  (50 

kq),  Aytac  Əliyeva  (55  kq),  Ramilə 

Məmmədova (61 kq), Fəridə Əliyeva 

(68  kq-dan  yuxarı),  kata  yarışlarında 

isə Roman Heydərov və Həsən Rüstə-

mov qızıl medal qazanıblar.

Böyüklər  arasında  isə  Firdovsi 

Fərzəliyev  (60  kq), Tural Ağalarzadə 

(hər  ikisi  67  kq),  Məcid  Əmirov  (75 

kq),  Ayxan  Mamayev  (84  kq),  Əli 

Cəfərov (84 kq-dan yuxarı), həmçinin 

Nuranə  Əliyeva  (50  kq),  İlahə  Qası-

mova (55 kq), Fəridə Abiyeva (61 kq), 

Fəridə Əliyeva (68 kq-dan yuxarı), ka-

tada isə Roman Heydərov fəxri kürsü-

nün ən yüksək pilləsinə qalxıblar.

Ümumi komanda hesabında “Qara 

Qaplan”, Mərkəzi Karate Məktəbi və 

“Çempion”  İdman  klublarının  yetir-

mələri  ilk  üçlükdə  qərarlaşıblar.  Ya-

rışın  mükafatçıları  milli  komandanın 

heyətinə cəlb olunaraq təlim-məşqlərə 

qatılacaqlar.

Yeniyetmə  və  gənc  karateçilər 

fevralda  ilk  rəsmi  yarışa  -  Sofiyada 

keçiriləcək  Avropa  çempionatına  qa-

tılacaqlar.  Böyüklər  isə  yanvarın  22-

24-də Parisdə təşkil ediləcək Karate1 

Premyer  Liqa  turnirində  mükafatlar 

uğrunda yarışacaqlar.

kArAte üzrə respUblikA çempionAtının 

qAlibləri müəyyənləşib

Son illər idman ölkəsinə 

çevrilən Azərbaycanın paytaxtı 

Bakı bu yaxınlarda daha bir 

mötəbər beynəlxalq yarışa ev 

sahibliyi etdi. Sayca doqquzuncu 

dəfə keçirilən və ümummilli lider 

Heydər Əliyevin xatirəsinə həsr 

olunan güləş üzrə “Qızıl Qran-

pri” beynəlxalq turnirinin final 

mərhələsinin təşkili artıq ənənə 

halını alıb. Budəfəki yarışı digər-

lərindən fərqləndirən isə iştirakçı 

ölkələrin sayının çox olması idi. 

Belə ki, bu yarışda iştirak etmək 

üçün 50-dən çox ölkədən 700-dək 

güləşçi Azərbaycana gəlmişdi.

Güləş üzrə ölkə yığma komandalarımız hə-

mişə olduğu kimi, bu dəfə də inamlı çıxışları ilə 

yadda qaldı. Belə ki, güləşin hər üç növü üzrə 

yığma komandalarımız 7 qızıl, 3 gümüş və 7 

bürünc medal əldə etməklə komandamızın ak-

tivinə ümumilikdə 17 medal qazandırıb.

Yarışın  birinci  günündə  mübarizə  aparan 

sərbəst  güləşçilərimiz  3  qızıl,  1  gümüş  və  3 

bürünc medal olmaqla 7 medal qazanıblar. Baş 

məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi ilə 

məşqçilər korpusunun əsasən gənc güləşçilərə 

şans verdiyini nəzərə alsaq, nəticəni qənaətbəxş 

hesab  etmək  olar.  Qızıl  medalları  yığmamıza 

Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvar-

zatilov  (61  kq)  və  Cəbrayıl  Həsənov  (74  kq) 

qazandırıblar.  Yalnız  final  görüşündə  uduzan 

Gitinomaqomed  Hacıyev  (70  kq)  gümüş  me-

dalla kifayətlənib. Bürünc medallar isə Coşqun 

Əzimov  (65  kq),  Murad  Süleymanov  (74  kq) 

və Aslanbek Alborovun (97 kq) payına düşüb.

Yarışın  ikinci  günündə  mübarizəyə  qoşu-

lan qadın güləşçilərimiz turniri 1 gümüş və 2 

bürünc  medalla  tamamlayıblar.  Baş  məşqçi 

Semyon  Çterevin  rəhbərlik  etdiyi  məşqçilər 

korpusu  da  heyətə  daha  çox  gənc  güləşçiləri 

daxil etmişdi. Qadın güləşçilərimizdən Tatyana 

Omelçenko (60 kq) finala qədər inamla gülə-

şib. Ancaq  final  görüşündə  Ukrayna  təmsilçi-

sinə  uduzub  və  gümüş  medalla  kifayətlənib. 

Bürünc  medalları  yığmamıza 

Anjela Doroqan (53 kq) və Al-

yona  Kolesnik  (55  kq)  qazan-

dırıblar.  Yığma  komandamızın 

üzvlərindən Elmira Qəmbərova 

(63  kq)  və  Elis  Manolova  (69 

kq)  isə  bürünc  medal  uğrunda 

görüşləri  uduzaraq  5-ci  yerdə 

qərarlaşıblar.

Mötəbər  turnirin  sonuncu 

günündə isə yunan-Roma güləş-

çiləri  arasında  qaliblər  müəy-

yənləşib. Baş məşqçi əvəzi Akif 

Əliyevin rəhbərlik etdiyi məşq-

çilər  korpusunun  heyətə  daxil 

etdiyi güləşçilərimiz 7 medal - 4 

qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. 

Qızıl  medallara  Həsən  Əliyev  (71  kq),  Rafiq 

Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və 

Oyan Nəzəriani (130 kq) sahib olublar. Yalnız 

final görüşündə uduzan Elvin Mürsəliyev (75 

kq)  gümüş  medalla  kifayətlənib.  Bürünc  me-

dallar  isə  Rövşən  Tağıyev  (66  kq)  və  Soltan 

İsmayılovun (85 kq) payına düşüb.

Ümumilikdə doqquz ilin yekunlarına görə, 

sərbəst  güləşçilərimizin  qazandıqları  medalla-

rın sayı 86-ya çatıb. Onlardan 26-sı qızıl, 23-ü 

gümüş,  37-si  isə  bürüncdür.  Qadın  güləşçilə-

rimiz 9 qızıl, 7 gümüş və 15 bürünc olmaqla 

ümumilikdə 31 medal qazanıblar. Yunan-Roma 

güləşçilərimizin isə bu müddətdə qazandıqları 

medalların sayı 75-ə çatıb. Onlardan 28-i qızıl, 

19-u gümüş, 28-i isə bürünc əyarlıdır.

Ötən  illərdə  keçirilən  ümummilli  lider 

Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş 

üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin fi-

nal  mərhələsinin  nəticələrinə  baxdıqda  görü-

rük ki, 2008-ci ildə 22 medal, 2009-cu ildə 20 

medal, 2010-cu ildə 15 medal, 2011-ci ildə 26 

medal, 2012-ci ildə 22 medal, 2013-cü ildə 24 

medal, 2014-cü ildə 25 medal, 2015-ci ildə isə 

21 medal qazanılıb. Bu il də daxil olmaqla qa-

zanılan ümumi medalların sayı 192-dir ki, bu-

nun da 63-ü qızıl, 49-u gümüş, 80-i isə bürünc 

əyarlıdır.

Güləşçilərimiz doqqUz il ərzində “qızıl qrAn-pri”də  

63 qızıl, 49 Gümüş, 80 bürünc medAl qAzAnıblAr

ümummilli lider heydər əliyevin xatirəsinə həsr 

olunmuş cüdo üzrə turnirə yekun vurulub

Sumqayıt Olimpiya İdman 

Kompleksində ümummilli lider 

Heydər Əliyevin xatirəsinə həsr 

olunmuş cüdo üzrə beşinci res-

publika turniri təşkil edilib.

Yarış Azərbaycan Cüdo Fe-

derasiyası  və  Sumqayıt  Şəhər 

Gənclər və İdman Baş İdarəsinin 

təşkilatçılığı ilə keçirilib.

Turnirdə  Bakı  və  bölgələr-

dən olan cüdoçularla yanaşı, Rusiyanın Nalçik və Dərbənd şəhərlərinin 

yeniyetmə idmançıları da mübarizə aparıblar.

Otuz  səkkiz  komandadan  335  cüdoçunun  qatıldığı  çempionat  iki 

gün davam edib.

Sonda qaliblər mükafat və fəxri diplomlarla təltif olunublar.

bakıda keçiriləcək formula-1 

yarışının tarixi və adı dəyişdirilib

Vyanada Beynəlxalq Avtomobil 

Federasiyasının (FİA) Avtoidman 

üzrə Ümumdünya Şurasının növbəti 

iclası keçirilib. İclasda gələnilki 

mövsümün təqvimi təsdiq olunub.

 f-1.az saytı xəbər verir ki, təqvi-

min  açıqlanmasını  səbirsizliklə  göz-

ləyən  ölkələrdən  biri  də Azərbaycan 

olub. Çünki builki yarış 24 saatlıq Le Man marafonu ilə eyni həftəso-

nunda təşkil olunmuşdu və bu, azarkeş sayına təsir göstərmişdi. Növ-

bəti mövsümün ilkin təqvimində də Bakı mərhələsinin iyunun 18-də 

təşkil olunacağı bildirilmişdi və bu yenə Le Mandakı yarışla üst-üstə 

düşmək demək idi.

Təsdiqlənən  yeni  təqvim  ölkəmiz  üçün  qənaətbəxş  sayıla  bilər. 

Bakıdakı yarış ilkin təqvimdə açıqlanan vaxtdan bir həftə sonra – iyu-

nun 25-də baş tutacaq. Buna təsir edən amillərdən biri də Almaniya 

Qran-prisinin təqvimdən çıxarılması olub.

Daha bir əlamətdar hadisə isə yarışımızın adının dəyişdirilməsidir. 

Debüt ilində Avropa Qran-prisi adlandırılan yarış gələn ildən Azərbay-

can Qran-prisi kim tanınacaq.

Mövsüm 20 yarışdan ibarət olacaq. Yarış martın 26-da Avstraliya-

da başlayıb, noyabrın 26-da Əbu-Dabidə başa çatacaq. 



“Azərbaycan xəzər dəniz Gəmiçiliyi” qsc

AzərbAycAn dÖvlət dəniz AkAdemiyAsı

Azərbaycan Respublikası Nazirlər Kabineti-

nin 2016-cı il 18 noyabr tarixli 601 saylı sərənca-

mına müvafiq olaraq:

ı . elmlər  doktoru hazırlığı üzrə dissertantu-

raya aşağıdakı ixtisaslara qəbul elan edir: 

1.  3319.03 – “Gəmiqayırma və  gəmi təmiri 

texnologiyası”  -   1 yer     (odənişli )    

2.    3319.02 -  “Gəmiçilik və su nəqliyyatının 

istismarı” -   1 yer     (odənişli )     

ıı. fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya aşağıdakı 

ixtisaslara qəbul elan edir:

1.  3319.03   

– “Gəmiqayırma və  gəmi təmiri texnologiyası”  

 

 

   

doktoranturaya -  2 yer         (1 yer – ödənişli əsaslarla)  

 

 

 

  dissertanturaya - 1 yer

2.  3319.01   

– “Gəmiçilik texnikası”  

 

 

   

doktoranturaya -1 yer                

 

 

 

  dissertanturaya -1 yer

3.  3319.02    

– “Gəmiçilik və su nəqliyyatının istismarı”

 

 

   

doktoranturaya -1 yer

Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikasının 

Nazirlər Kabinetinin 2010-cu 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq 

edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul  

Qaydaları”na uyğun olaraq həyata keçirilir.

1.  doktorantura    və  dissertanturaya  ali  təhsili  olan  (ali  təhsil  pilləsinin 

magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan)  Azərbaycan 

respublikasının vətəndaşları qəbul edilirlər.

2. doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim 

edilir:

- ərizə (Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorunun adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə)

- iş yerindən xasiyyətnamə (işləyənlər üçün);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı (forma 2.4) və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq (notarial) qaydada 

təsdiq edilmiş  surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası və xarici 

ölkə vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti 

Doktoranturaya  fəlsəfə  doktoru  proqramı  üzrə  qəbul  olunmaq  istəyənlər  ixtisas 

fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün 

qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Dissertanturaya  qəbul olunmaq istəyənlərlə müsabiqə keçirilir.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pe-

daqoji iş stajına malik olmalıdırlar.

Elmlər  doktoru  proqramı  üzrə  doktoranturaya  seçdikləri  sahədə  elmi  və  ya  el-

mi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir 

və “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi olan və buna 

uyğun diplomun müvafiq (notarial) qaydada təsdiq edilmiş  surətini təqdim edən Azər-

baycan  Respublikasının vətəndaşları qəbul olunur. Həmin şəxslərlə müsahibə keçirilir.



sənədlər 28 dekabr 2016-cı il tarixədək bakı şəhəri, zərifə əliyeva küçəsi 

18 ünvanında yerləşən Azərbaycan dövlət dəniz Akademiyasının əsas binasında 

(207-ci  otaqda) qəbul olunur.

Tel.:(012) 493-36-44 (113), (012) 493-63-07

REKTORLUQ

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə