R b a y c a n X z r d n z g m



Yüklə 450,56 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix06.05.2018
ölçüsü450,56 Kb.
#42721
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


13 yanvar 2017-ci il   № 1-4 (9095)

7

YARIZARAfAt, 

YARIGeRçƏk

Aslanlar  ət yox, ot yesə, yəqin hətta dovşanlar 

da  onların başında oturarlar.

Məndən səbirli adam yoxdur. Amma indiyə-

dək mənim səbirlə nə isə udduğumu eşitmisiniz?

Deyəsən  bəziləri  üçün  mənim  haqqımdan 

dadlı  heç  nə  yoxdur. Yoxsa    tanıdıqlarım  daha 

çox haqqımı yeməyə çalışmazdılar.  

Ən çətin vəziyyətlərdə də başımı itirməməyə 

çalışıram. təkcə ona görə yox ki, itki çox pis şey-

dir.

Biz çox vaxt əsl günahkarı axtaranda elə bil 

tapmamaq üçün gözlərimizi yumuruq. 

Əsl  sevginin  olub-olmadığını  saxta  adamlar 

hardan bilə bilər?

Məndən olsaydı, yalanlarına görə bütün ya-

lançıların dilini kəsərdim. Humanist olmadığımı 

düşünənlərin yalançıların yıxdığı evlərdən xəbə-

ri var?

Arxanızca danışanları özünüzdən qabağa bu-

raxmağa qorxmayın. Bir şərtlə ki, sonra onları 

dilləri söz tutmayana qədər qovasınız.

Başqalarının ədasını görəndən sonra çətinliyə 

düşəndə  özüm-özümə  kömək  etməyə  çalışıram. 

Bir şey alınmayanda isə, Allahım kömək edir.

Yaxşı  ki,  boynum  yoğun    deyil.  çox  adam 

oturmağa yer axtarır.

onu dəqiq bilirəm ki, ölüm ayağında məndən  

nə qədər pulum olduğunu soruşmayacaqlar.

Bir iş görəndə çalışırıq ki, gördüyümüz işdən 

biz razı qalaq. Bəs Allah?

Hər şey vaxtında gözəldir. Hətta ölüm də!

nə sirdirsə, irəli çəkdiklərimiz bizi daha çox 

dala çəkir. o nə sirdir görəsən? 

Pul və vəzifə davasında ən çox vətən uduzur. 

vətəni, vəzifə və sərvətdən çox yox, bir qədər 

artıq sevsək, nə vətənin bir dərdi olar, nə bizim.

vaxtın qiymətini bilməyən vaxtsız hörmətdən 

düşər.

Bir yalan bir dəfə sizi vəziyyətdən çıxara bilər. 

İkinci yalan vəziyyətinizi bir qədər yüngülləşdirə 

bilər.  üçüncü yalandan sonra  ya həqiqətdən ya-

pışmalısınız, ya da yalanlarınıza görə boğazınız-

dan  möhkəm yapışacaqlar. 

Sizə qırıq iplər lazımdır? Yox?! onda ilk növ-

bədə ipiqırıq adamlardan uzaq olun.

İndi badalağı nadir hallarda ayaqla vururlar.

nə  qədər  ki,  tamah  insanın  ağlını  başından 

ala bilir, arxadan zərbəni ən çox gözləmədikləri-

nizdən gözləyin.

Bağışlamağı  bacarıram,  mənə  edilən  pisliyi 

unutmaq isə yaddaşıma bağlıdır.

Sizə lazım olanı çox-çox uzaqlarda axtarma-

mışdan  əvvəl  yaxına  yaxşı-yaxşı  göz  gəzdirin. 

çünki  bəzən  gözümüzün  önündə  olanlara  nə-

dənsə diqqət yetirmirik.

Bir Allahı, bir də özünüzü heç vaxt aldatmağa 

cəhd etməyin. Hər iki halda daha çox sizə ziyan 

dəyəcək. 

Ağıl yeganə şeydir ki, çoxluğunun ziyanı yox-

dur və həmişə faydası var.

Pulu  olanı  da  axtarırlar,  pulu  olmayanı  da.  

Sadəcə, pulu olmayanı daha çox problemlər ax-

tarır.

çörək  “dostlar”ı  çörəyi  də  hörmətdən  salır-

lar, dostluğu da.

Adamların  yaxşısını-pisindən  ayıra  bilən 

daha heç nəyi ayıra bilməsə də, problemi az olar.

ömrün  şirin  olduğunu  yaşaya-yaşaya  daha 

çox hiss edirsən və hiss edə-edə daha çox yaşa-

maq istəyirsən.

lazımsız heç nəyi özünüzə yaxın buraxmayın 

ki, vaxtınız lazımsız şeylərə getməsin.

ciddi yanaşmadığınız şeylər sizə ciddi prob-

lemlər yarada bilər.

Pul hamıya lazımdır. Diqqətinizi puldan va-

cib şeylərə yönəldin.

Aldığımız hər zərbəyə görə əlimiz işdən soyu-

sa, onda gərək iş görməyək. 

özümü  heç  kimlə  müqayisə  etmirəm.  Bu, 

mənə hər şeyə özüm kimi yanaşmağa imkan ve-

rib.

təkcə hər eşitdiyinizə yox, həm də hər gördü-

yünüzə həmişə inanmayın.

qaçan  da,  qovan  da Allaha  yalvaran  yerdə 

bəzən Allah da çərəsiz qalır.

Ən  böyük  səhvə,  “yox”  demək  lazım  ikən 

“bəli” deyəndə yol veririk.

Dost kimi görünən, lakin dost olmayan düş-

mən kimi görünəndən daha qorxuludur.

Bəzi məsələlərdə susmaq yalan danışmaqdan 

daha betərdir.

qadınların  kişilərlə  bağlı  təxminləri  nadir 

hallarda elə təxmin olaraq qalır.

Hətta həyatdan heç nə istəməyəndən də həyat 

çox şey istəyir.

Həyatından razı olan hanı? Az şeyi olan  çox 

şey, çox şeyi olan hər şey, hər şeyi olan hər şeydən 

çox istəyir.

Zəif xarakterli insanların bütün həyatı giley-

lənməyə gedir.

Hətta  xırda  şeylər  haqqında  fikirləşəndə  də 

cılız fikirləşməyin.

Daha da irəli getmək üçün əvvəlcə nəyəsə çat-

maq lazımdır.

nə qədər bədbəxt qadın varsa, o qədər də gü-

nahkar kişi var.

qadınlar  həqiqətən  gülə  bənzəyir.  onlar  da 

gül  kimi,  ən  xırda  ehtiyatsızlıqdan  sına,  qırıla, 

sola bilərlər.

Bütün canlılar arasında təkcə insanlar yalan 

danışa bilir. Belə çıxır ki, şüur insana yalan da-

nışmaq üçün verilib?

laqeyd olmayan adam üçün hər yan gözəllik-

lə doludur.

Rasif  TAHİROV

Bir çox tədqiqatçılar son 15 

ildə qlobal istiləşmənin azal-

dığını bildirirdi. Lakin yeni 

araşdırmalar qlobal istiləşmə-

nin davam etdiyini sübut edib.

bbc.com  saytı  xəbər  verir  ki,  İq-

lim  Dəyişikliyi  üzrə  Hökümətlərarası 

Ekspertlər Qrupu (IPCC) 2013-cü ildə 

qlobal  səth  temperaturunun  son  15 

ildə  nisbətən  artan  xətt  üzrə  getdiyini 

açıqlayıb.  Tədqiqatçılar  2000-ci  ildən 

etibarən  son  10  ildə  okean  sularında 

temperaturun  0.12  C  dərəcə  artdığını 

bəyan  ediblər.  Bu  isə  ehtimal  edilən 

0.7 C dərəcə artımdan iki dəfəyə yaxın 

çoxdur.


XXI əsrin ilk 15 ilində yaşanan isin-

məyə  antropogen  aktivliyin  emissiyası 

olan CO2-nin səbəb olduğu qeyd edilir.

Dəniz inəkləri yox olmaq 

təhlükəsi qarşısındadır. Bu 

dəniz otyeyən məməliləri 

sahilyanı suların və dənizin 

çirklənməsindən, brakonyer-

lik nəticəsində və yosunların 

populyasiyasının azalmasın-

dan əziyyət çəkir. Onlar çox 

vaxt gəmilərlə toqquşmalar 

nəticəsində ölümcül zədə 

alır. Bu barədə BMT-nin Ət-

raf Mühit Proqramı (UNEP) 

bildirib.

  BMT-nin  saytı  xəbər  ve-

rir  ki,  UNEP-in  ekspertləri  Solomon 

adaları,  Şri-Lanka,  İndoneziya,  Ma-

layziya,  Mozambik  və  Madaqaskarın 

sahil sularında dəniz inəkləri və tropik 

yosunların mühafizəsi üzrə layihəni bir 

daha xatırladıblar.

Mİfik  “su  pəriləri”nin  prototipi 

olan dəniz inəkləri sahil sularında təq-

ribən 20 metr dərinlikdə yaşayır, yalnız 

yosunlarla qidalanır. Onlar gün ərzində 

45 kiloqrama qədər yosun yeyə bilir.

“Su pəriləri”nin xilası üçün layihə 

vəhşi heyvanların köçəri növlərin qo-

runması üzrə Konvensiya çərçivəsində 

həyata  keçirilir.  Layihə  çərçivəsində 

dəniz inəkləri və onların yaşayış mühi-

tinin  mühafizəsinə  yönəlmiş  tədbirlər 

görülür.


UNEP-in  ekspertləri  qeyd  edirlər 

ki, mərcanlar kimi, tropik yo-

sunlar ekosistemi də vacibdir, 

çünki onlar sahilboyu balıqçı-

lığın inkişafı üçün həlledicidir.

Dəniz  inəyinin  uzunluğu 

3 metrə, çəkisi isə 500 kiloq-

rama  çata  bilər.  Əgər  təhlükə 

yoxdursa,  onda  onlar  70  ilə 

qədər yaşaya bilər. Bu məmə-

lilər bir neçə gün ərzində yüz 

kilometrlərlə üzməyə qadirdir.

Son illər dəniz inəklərinin 

populyasiyası  kəskin  azalıb. 

Bu gün onların sayı təxminən 

120  mindir.  Ekspertlərin  fikrincə,  də-

niz inəklərinin yaşadığı böyük arealın 

müqabilində bu, çox kiçik rəqəmdir.

Dəniz  inəklərinin  müdafiəsi  üzrə 

2015-ci ildə start verilən layihə 2018-

ci ilin dekabr ayına kimi davam edə-

cək. Layihənin reallaşması üçün ümu-

milikdə altı milyon ABŞ dolları tələb 

olunur.


Mİfİk “SU PƏRİlƏRİ”nİn PRototİPİ olAn DƏnİZ İnƏklƏRİ  

HƏM DƏ GƏMİlƏRlƏ toqqUşMAlAR nƏtİcƏSİnDƏ MƏHv olUR

Keçən il Norveçdə qızılbalıq 

satışı hesabına rekord məbləğdə pul 

qazanılıb. Bu, Krallığın iqtisadiyya-

tının əsas hərəkətverici qüvvəsi olan 

neft satışından əldə edilən gəlirlərin 

azalmasını qismən kompensasiya 

etməyə imkan verib.

Norveç KİV-ləri bu barədə Norveç 

Dəniz Məhsulları Şurasının məlumat-

larına istinadla xəbər verirlər.

Bütövlükdə  2016-cı  ildə  balıq 

ovunun azalması, dəniz parazitləri ilə 

bağlı problemlər, Çin bazarının geniş-

lənməsi nəticəsində qızılbalığa tələba-

tın artması qızılbalığın qiymətinin 40 

faiz yüksəlməsinə səbəb olub.

Norveç iqtisadiyyatı üçün xoş ye-

nilik olan bu xəbər Krallığın balıqçılıq 

təsərrüfatlarını da sevindirib. Belə ki, 

keçən il qızılbalıq satışından əldə edil-

miş gəlir 2015-ci ilin müvafiq göstəri-

cisi ilə müqayisədə 31 faiz artaraq 65,3 

milyard Norveç kronuna (təqribən 7,8 

milyard ABŞ dollarına) bərabər olub. 

Bütövlükdə Norveç dəniz məhsulları-

nın ixracından əldə edilən gəlirlər 23 

faiz artaraq rekord məbləğə - 91,6 mil-

yard  Norveç  kronuna  (təqribən  10,6 

milyard ABŞ dollarına) çatıb.

Qeyd  edək  ki,  Norveçdən  ixrac 

edilən  dəniz  məhsullarının  üçdə  iki 

hissəsi qızılbalığın payına düşür. Nor-

veç dəniz məhsullarının əsas istehlak-

çısı Fransadır.

Analitiklərin fikrincə, dünyada qı-

zılbalığa  tələbatın  artması  və  Norveç 

ilə  Çin  arasında  diplomatik  münasi-

bətlər  normallaşandan  sonra  Çin  ba-

zarının açılması sayəsində qızılbalığın 

qiymətinin artması meyli 2017-ci ildə 

də davam edəcək.

2010-cu  ildə  çinli  dissident  Lyu 

Syaobonun  Osloda  Nobel  sülh  mü-

kafatına  layiq  görülməsi  bu  iki  ölkə 

arasında münasibətlərin korlanmasına 

səbəb olmuşdu.



Rauf Əliyev

DƏnİZ MƏHSUllARInIn İxRAcInDAn 

ƏlDƏ eDİlƏn GƏlİRlƏR çoxAlIB

SüRƏt qAtARlARI üçün Ən 

UZUn MARşRUt İşƏ SAlInIB

çində sürət qatarları üçün ən uzun marşrut işə 

salınıb. Yeni  marşrutun  uzunluğu  2760  kilometr-

dir.

RİA Sinxua informasiya agentliyinə istinadla xə-

bər verir ki, bu marşrut üzrə ilk qatar Kunmin şəhərin-

dən (Yunnan vilayəti) Pekinə yola düşüb. Qatar yola 

13 saat vaxt sərf edib. İkinci sinif biletin qiyməti 166 

dollar təşkil edir.

Beləliklə, Çində sürətli dəmir yollarının uzunlu-

ğu 22 min kilometrə çatıb. Bu yollarda qatarlar saatda 

200 kilometrdən 400 kilometrədək sürətlə hərəkət edə 

bilir.


Çin hazırda dünyada ən inkişaf etmiş sürətli də-

mir yolları şəbəkəsinə malikdir. Hakimiyyət orqanları 

13-cü beşilliyin sonunadək (2020-ci il) həmin yolların 

uzunluğunu 30 min kilometrədək, 2025-ci ilədək isə 

38 min kilometrədək artırmağı planlaşdırırlar.

okeAn SUlARInIn  

teMPeRAtURU İkİ 

DƏfƏYƏ YAxIn ARtIB

Qlobal istiləşmə mərcan rifləri-

nin rənginin solmasına və məhvinə 

gətirib çıxarır. Bu da planetimizin ən 

mühüm ekoloji sistemlərindən birinə 

çox ciddi təhlükə törədir.

  BMT  Xəbərlər  Mərkəzi    xəbər 

verir  ki,  BMT-nin  Ətraf  Mühit  Proq-

ramının  (UNEP)  dəstəyi  ilə  hazırlan-

mış yeni tədqiqatdan belə məlum olur. 

Ekspertlərin fikrincə, indiki meyil sax-

lanılsa və beynəlxalq birlik parnik qaz-

larının  emissiyalarının  azaldılmasına 

nail ola bilməsə, artıq bu əsrin sonları-

na doğru mərcan riflərinin 99 faizinin 

rəngi solacaq.

Mərcan riflərinin rənginin bərpası-

na təqribən beş il vaxt lazımdır. Amma 

mərcan riflərinin çoxunun rəngi solur, 

fotosintetik fəallığı itir və məhv olur. 

Mərcan riflərinin rənginin solması nə-

ticəsində  onların  çoxlu  sayda  heyvan 

və  bitkinin  yaşayışına  şərait  yaradan 

ekoloji sistemi pozulur.

2016-cı  ildə  bu  proses  Avstrali-

ya  ərazisində  yerləşən  Böyük  Baryer 

Rifində  mərcanların  90  faizinə  təsir 

göstərib.  Bütövlükdə  ötən  il  bütün 

dünyada  mərcan  riflərinin  20  faizi 

məhv olub.

İqlim üzrə Paris sazişi mərcan rif-

lərinin  müdafiəsini  təmin  edir,  amma 

bu, yetərli deyildir. Selsi ilə 1,5 dərə-

cəyə qədər istiləşmə nəticəsində 2070-

ci  ilə  qədər  planetimizdəki  mərcan 

riflərinin üçdəiki hissəsinin rəngi sola 

bilər. Proqnozlara görə, bu proses ilk 

növbədə  Tayvanda  və  Terks  və  Kay-

kos arxipelaqı ətrafındakı mərcan lif-

lərinə təsir göstərəcək. Sonrakı onillik-

lər  ərzində  Bəhreyn  sahillərində,  Çili 

və Fransa Polineziyasındakı riflərə də 

ziyan dəyəcək.



MƏRcAn RİflƏRİnİn 

RƏnGİ SolDUqcA...

nƏHƏnG tUnA BAlIğI 

640 Mİn DollARA SAtIlIB

Tokiodaki məşhur Çukuzi bazarında cari ilin ilk 

hərraclarında  nəhəng  mavi  tuna  balığı  74,2  milyon 

yenə (təqribən 640 min dollara) satılıb. Bu, əsrin əv-

vəllərindən indiyədək ikinci ən yüksək qiymətdir.

Aomori prefekturasının sahillərində tutulan həmin 

balığın çəkisi 212 kiloqrama bərabərdir.

Bu  günədək  həmin  hərraclarda  ən  bahalı  balıq 

2013-cü ildə satılıb və onun qiyməti 155 milyon yenə 

(həmin vaxtın məzənnəsi ilə 1,3 milyon dollar) bərabər 

olub.

Ötən il isə ilk hərracda satılan tuna balığının qiy-



məti 14 milyon yen (117 min dollar) təşkil etmişdi.

Yaponiyada tuna balığının ilk hərracı Yeni il bay-

ramından  sonra  ölkənin  işgüzar  həyatı  barədə  fikir 

yaradır. İlin ilk hərracından asılı olaraq ölkə iqtisadiy-

yatında “əsəcək küləklər”in istiqaməti müəyyən edilir. 

Bunun hadisələrin sonrakı gedişi ilə təsdiq olunmasın-

dan asılı olmayaraq, ilk tuna balığının yüksək qiyməti 

Yaponiyada yaxşı əlamət kimi qəbul edilir.



Vüqar Ağayev

üçekRAnlI noUtBUk 

tƏqDİM eDİlİB

“Razer”  şirkəti  las-veqasda  keçirilən  “ceS 

2017” sərgisi çərçivəsində qeyri-adi üçekranlı oyun 

noutbukunun prototipini təqdim edib.

  “hitech.newsru.ru”  saytı  xəbər  verir  ki,  “Blade 

Pro”  modeli  əsasında  hazırlanmış  “Project  Valerie” 

adlı  noutbuk  işıqlandırma  ilə  təchiz  edilmiş  iki  əlavə 

ekrana  malikdir  və  yeni  qurğunun  qapağını  açdıqdan 

sonra  mərkəzi  hissədən  avtomatik  olaraq  açılır.  17.3  

düymlük ekranların hər birinin təsvir ölçüsü 3840x2160 

piksel (“4K Ultra HD”), ekranların ümumi təsvir ölçü-

sü  11520x2160  piksel  təşkil  edir.  Noutbuk  tərəfindən 

dəstəklənən  “Nvidia  Surround  View”  texnologiyası 

təsviri bütün ekranlar boyunca "dartmağa" imkan verir.

“Project Valerie” noutbukunun qalınlığı 3.8 santi-

metr, çəkisi isə 5.5 kiloqramdır. Noutbuk “Nvidia Ge-

Force  GTX  1080”  videokartı  ilə  təchiz  edilib.  Şirkət 

“Project Valerie” noutbukunun başqa parametrləri haq-

da məlumat vermir.




Yüklə 450,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə