Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə234/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   230   231   232   233   234   235   236   237   ...   253

 

 

727



Sözardı 

əvəzi 


səmərəli dövlətçiliyin mahiyyətini təşkil edir. 2003-cü ilin 

oktyabr ayında İlham Əliyevə göstərilən etimad sivilizasiyalı 

siyasi strukturun təşəkkülünə və dinamik iqtisadi layihələrin 

reallaşdırılmasına yönəlmiş yeni, daha fəal addımların təməli 

oldu. Ümumən, son üç ildə ölkədə partiyalararası dialoqun 

möhkəm təməli formalaşmışdır, üçüncü sektor yeni yaran-

maqda olan vətəndaş  cəmiyyətinin mühüm tərkib hissəsinə 

çevrilməkdədir, demokratik təsisatlar və ənənələr mərhələlər 

üzrə, xaotik sıçrayışlara yol verilmədən və sosial gerçəkliyin 

reallıqları nəzərə alınmaqla təkmilləşdirilir. 

“Üçüncü demokratik dalğa” bəşəriyyətin postindustrial 

dövrünün dəyərlərinə qlobal dönüşünün yekunu olmuşdur. 

Eyni zamanda, “Üçüncü demokratik dalğa” avtoritar rejim-

dən demokratik rejimə tranzit nəticəsində vətəndaş simasının 

formalaşdığı bir sıra dövlətlərdə yeni davranış formalarının 

və təfəkkür tərzinin bərqərar olmasına kömək etmişdir. Dün-

ya məkanının tədricən demokratiləşməsi labüd olaraq, siyasi 

prosesin iştirakçılarına münasibətdə idarəetmə formasının 

şəffaflığı  və tolerantlığı ilə  fərqləndiyi dövlətlər zolağının 

yaranmasına gətirib çıxarmışdır. 1974-cü ildə Portuqaliyada 

başlanmış Şərqə “Demokratiyanın yürüşü” təkcə 1991-ci ildə 

sovet rejiminin süqutu ilə deyil, həm də demokratik tranzitin 

yeni dalğasının təsiri altında keçmiş sovet dövlətlərinin daha 

da transformasiya etməsi ilə əlamətdar oldu. 

Yeni dalğa siyasi və iqtisadi sistemə postindustrial təzyi-

qin təsiri altında baş verən “məxməri” inqilablarda özünü 

göstərirdi. E.Toffler haqlı olaraq yazırdı ki, "bu, yeni sivili-

zasiyadır, çünki o, köhnə sivilizasiyaya qarşı çıxır, bürokra-

tiyanı  rədd edəcək, milli dövlətin rolunu azaldacaq, postim-

perialist dünyanın yarımmuxtar iqtisadiyyatlarının tərəqqi-

sinə kömək edəcəkdir. O, yeni, daha sadə, səmərəli və de-



 

 

728 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

mokratik hökumətlərin olmasını tələb edir. Bu sivilizasiyanın 



dünya haqqında özünəməxsus təsəvvürü, zaman, məkan, 

məntiq və səbəbiyyət amillərindən istifadə barədə özünəməx-

sus üsulları vardır”

1



Məlum oldu ki, keçmiş sovet avtarkiyası dövlətlərinin 

yenidən transformasiyası  və dövlət idarəetmə sisteminin tək-

milləşdirilməsi labüddür. Qloballaşma təkcə iqtisadi səmtlərin 

dəyişməsi üçün deyil, həm də bir sıra dövlətlərin siyasi 

xəttinin dəyişməsi üçün zəmin yaratmış  və bu, daha trans-

parent rejimlər yaranmasında özünü göstərmişdir. Beləliklə də 

biz Serbiya, Gürcüstan, Ukrayna və  Qırğızıstanda “inqi-

labların” şahidi olduq. İnqilabi eyforiya keçmiş postsovet mə-

kanının, demək olar, bütün dövlətlərini əhatə etdi, Yaxın Şərqə 

də  gəlib çatdı. Hətta Livanda fəaliyyət göstərən “Hizbullah” 

təşkilatından olan radikal islamçılar da çadır  şəhərciklərinin 

yaradılması, hökumətlərin istefası barədə  tələblərlə dinc 

nümayişlər keçirilməsi, siyasi rəqabətin yalnız sivilizasiyalı 

vasitələrindən istifadə olunması kimi üsullar tətbiq edirdi. 

“Məxməri” inqilablar metodikası yeni minilliyin əvvəlində 

Qərbi qane etməyən hakimiyyətin qan tökulmədən dəyiş-

dirilməsi üçün uğurlu ssenari oldu. “Zərif” transformasiyalar 

zamanı istifadə edilən üsullar bir neçə dövlətdə  tətbiq 

edilmişdi və demək olar ki, onlar hər yerdə “arzu edilən nə-

ticəni” verirdi: silah işlədilmədən, qan tökulmədən rejim dev-

rilir, iqtidar özü “kreslosunu” tərk edərək qeyb olur, nəinki öl-

kənin daxili siyasi ukladını, həm də xarici siyasət xəttini də 

dəyişən yeni siyasi elita meydana çıxırdı. Beləliklə, XXI əsrin 

əvvəlində baş vermiş “məxməri” tranzitlər dünya nizamının 

yenidən formalaşdırılmasına və qlobal homogen sistem yara-

dılmasına dair qlobal geosiyasi layihənin nəticəsi olmuşdur. 

                                                 

1

 



Э. Тоффлер. Третья волна. М., 1999, стр. 34.

 



 

 

729



Sözardı 

əvəzi 


2005-ci ilin noyabr ayında keçirilmiş parlament seçkiləri 

ərəfəsində Azərbaycan da bu cür “məxməri” inqilab həddinə 

çatmışdı. Milli müxalifət də “inqilab” eyforiyasına uyaraq, 

milli reallıqlara məhəl qoymadan dövlətin inkişaf vektorunu 

dəyişməyə çalışırdı. Milli müxalifət hərəkatının sıralarında 

olanların çoxunun heç ağlına da gəlmirdi ki, “inqilabın ge-

dişini qabaqcadan söyləmək hətta  ən çox məlumatı olan 

müşahidəçilər üçün də  mənasız işdir” (M.Veber). Radikal 

müxalifətin nümayəndələri milli təhlükəsizliyi, sabitliyi, iqti-

sadi inkişafı taleyin ümidinə buraxaraq, öz iddiaları naminə 

ölkəni 1991-1993-cü illərdə gördüyümüz özbaşınalıq və 

hərc-mərclik girdabına sürükləməyə çalışırdılar. Azərbayca-

nın hələ formalaşmamış müxalifət elitası siyasi rəqabət apar-

maq metodikasının vaxtı keçmiş anlaşılmasının hüdudların-

dan kənara çıxa bilmədi və üstəlik, yeni ideyalar və ideolo-

giya multiplikasiya edə biləcək yeni siyasi qüvvə obrazını 

yaratmağı bacarmadı. Müxalifət liderlərinin sosial gerçəkliyi 

mənimsəməsi onların öz siyasi təşkilatlarının daxilində par-

tikulyarizmlə  məhdudlaşırdı. Nəticədə bu cür vəziyyət radi-

kal müxalifətin marginallaşmasına səbəb oldu və refleksləş-

dirilməmiş struktur kimi o, cəmiyyətin “ağırlıq mərkəzi”ni 

gizli  şəkildə yeni qurumlar tərəfə  dəyişəcəkdir. Bununla 

bərabər, yeni siyasi strukturların daxilindəki cəmləşmə siyasi 

rəqabət  şəraiti sənaye dövrünün siyasi rəqabət formulundan 

əhəmiyyətli dərəcədə fərqlənən postindustrial dövrün çağırış-

larına cavabı nümayiş etdirəcəkdir. Təəssüf ki, müxalifətin 

keçmiş  uğursuzluqları iqtidara qarşı siyasi opponentliyin 

müasir reallıqlarına çevrilmişdir. 

“İnqilab” Qərbin müyyən qüvvələrinin cəbbəxanasında 

onu qane etməyən hökumətlərin və onların yeritdiyi siyasi 

xəttin istiqamətinin dəyişdirilməsi üçün mühüm vasitələrdən 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə