Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə232/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   228   229   230   231   232   233   234   235   ...   253

 

 

721



Sözardı 

əvəzi 


islahatlar və əhalinin sosial müdafiəsinə dair tədbirlər iqtisadi 

siyasətdə mühüm yer tutmuşdur. Ölkənin bank-kredit, vergi 

və büdcə sistemlərinə ciddi dəyişikliklər edilmişdir, vətən-

daşların real gəlirlərinin artırılması sahəsində nəzərəçarpacaq 

uğurlar vardır. Söz və vicdan azadlığı,  şəxsiyyətin toxunul-

mazlığı, insan hüquqları təmin edilmişdir; ölkədə tolerantlıq 

mühitinin bərqərar olması sayəsində  vətəndaş  cəmiyyətinin 

formalaşdırılması yolunda əhəmiyyətli tərəqqi vardır. Bütün 

bunlar 1995-ci il noyabrın 12-də  qəbul edilmiş Azərbaycan 

Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Bu 

Konstitusiya demokratiyaya keçid şəraitində “qərarlar qəbul 

edilməsi fazasına” tranzitin bazisinə çevrilmişdir. 

XX əsrin son onilliyində ölkəmiz dövlət təsisatlarının və 

ictimai təsisatların tənəzzülünün qarşısını almaq üçün çox çə-

tin məsələləri həll etməyə məcbur olmuşdur. Eyni zamanda, 

irəlicədən bir neçə illər, onilliklər üçün ölkənin inkişafının 

təməlini yaratmaq lazım idi. Başqa sözlə desək, biz uçqunları 

təmizləyir və tədricən irəliləyirdik. Bu baxımdan sabitləşmə 

siyasəti, əslində, yığılıb qalmış problemlərə münasibət bildir-

mək siyasəti idi. Bu siyasət bütövlükdə özünü doğrultdu. 

1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan öz inki-

şafında şərti olaraq bir neçə mərhələdən keçmişdir. Bu mər-

hələlərin birincisi əvvəlki iqtisadi sistemin sökülməsi ilə bağ-

lıdır. O, vərdiş etdiyimiz həyat tərzinin kökündən dəyişdiril-

məsi, kəskin siyasi və sosial münaqişələrlə müşayiət olunur-

du və Azərbaycan cəmiyyəti bu mərhələni çox çətinliklə keç-

di.  İkinci mərhələ “köhnə binanın dağıdılması” nəticəsində 

yaranmış uçqunları  təmizləmə dövrü idi. Bununla bərabər, 

iqtisadiyyatda və siyasi sahədə ən təhlükəli meyilləri dayan-

dırmaq mümkün oldu. Həmin illərdə qəbul edilən qərarların 

heç də hamısı uzunmüddətli xarakter daşımırdı. Əslində, ölkə 



 

 

722 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

müasir dövlət quruculuğunun üçüncü mərhələsinə, yüksək 



sürətlə inkişaf etmək, genişəhatəli ümummilli məsələləri həll 

etmək imkanını yenicə qazanmışdı. İndi, kifayət qədər təcrü-

bə topladığımız, zəruri imkanlar yaratdığımız bir vaxtda biz öz 

qarşımıza, həqiqətən, uzunmüddətli məqsədlər qoya bilərik. 

Nəhayət, ölkəmiz həm hüquqi, həm də faktik baxımdan öz 

birliyini bərpa etmişdir: dövlət hakimiyyəti möhkəmlənmişdir; 

müstəqil məhkəmələr yaradılması üçün qanunvericilik qayda-

sında ciddi işlər görülür, seçki sistemi təkmilləşdirilmişdir; 

tam mənada vətəndaş cəmiyyətinin inkişafı üçün, o cümlədən 

yeni və sivilizasiyalı siyasi strukturun inkişafı üçün şərait 

yaradılmışdır; Azərbaycan vergi islahatı yolunda xeyli irəlilə-

mişdir; pensiya sistemində, infrastruktur inhisarlarında islah-

atlar aparılması üçün tədbirlər görülmüşdür və sair. 

Son on ildə Azərbaycanda qurulmuş siyasi məkan demok-

ratik, sivilizasiyalı, dünyəvi və vətəndaş cəmiyyətinin forma-

laşmasına yönəlmiş ideyaların məcmusudur. Demokratiyaya 

zərər vurmadan suverenliyi saxlamaq və identikliyi itirmədən 

demokratik olmaq – milli inkişaf strategiyasının əsasını bun-

lar təşkil edir. Bununla bərabər, başa düşmək lazımdır ki, ayrı-

lıqda götürülmüş  hər bir məkanda demokratiyanın məxsusi 

qravitasiya itkiləri vardır və mahiyyət etibarilə demokratiya 

bütün cəmiyyətlərdə eyni ola bilməz. Mədəniyyət, mentalitet, 

siyasi mədəniyyətin səviyyəsi, tarix və ənənələr, dövlətin iqtisa-

di inkişaf səviyyəsi dövlətin və cəmiyyətin demokratik inkişaf 

imkanlarını müəyyənləşdirən təriflərin kompleksini ifadə edir. 

Lakin çox vaxt demokratiya qondarma “qərbləşmə” la-

yihəsinin tərkib hissəsinə çevrilir ki, bu da ictimai şüurun cə-

miyyətə tamamilə yabançı olan, kənardan “reseptlə” təqdim 

edilmiş norma və stereotiplər məcrasına qismən və ya tama-



 

 

723



Sözardı 

əvəzi 


milə transformasiyası deməkdir. Belə vəziyyətdə demokratik 

tranzit uğursuzluğa məhkumdur, çünki tranzitar cəmiyyətin 

xüsusiyyətləri nəzərə alınmadan, bu və ya digər məkanda de-

mokratiya bərqərar olduqca onun üzləşəcəyi çətinlikləri başa 

düşmədən sabit demokratik rejim qurmaq mümkün deyildir. 

Azərbaycanda demokratikləşmə prosesi dövlətdə  həyata 

keçirilən ümumi islahatlarla ahəngdar  şəkildə gedirdi. Buna 

görə  də ölkəmiz uzun bir yol – hazırlıq fazasını, qərarların 

qəbul edilməsi, demokratiyanın bərqərar olması fazasını ke-

çərək, konsolidasiya olunmuş demokratiya yoluna qədəm 

qoymalı olmuşdur. Demokratik tranzit Azərbaycan cəmiyyə-

tinin yeniləşdirilməsinin məqsədi və vasitəsinə, siyasi siste-

min və sosial münasibətlərin humanistləşdirilməsi proqramı-

na çevrilmişdir. Demokratiya ölkədə hökm sürən anarxiya və 

hərc-mərcliyin, Azərbaycan cəmiyyətinn bir hissəsinə aid 

olan ictimai ümidsizlik və marginallaşma hallarının öhdəsin-

dən gəlmiş, ordunun və dövlət aparatının parçalanması pro-

sesini dayandırmış, dövlətin oliqarxiya kapitalizminə doğru 

yuvarlanmasının qarşısını almış  və  səmərəli dövlətçilik me-

xanizmləri yaradılması üçün qəti hücuma keçmişdir. Lakin 

müşahidələr aparmaq üçün vaxt çox azdır və cəsarətli nəticə-

lər çıxarmaq, bəlkə  də, hələ tezdir. Bununla belə, yolun bir 

hissəsi artıq keçilmişdir və cəmiyyətimiz həqiqətən azaddır. 

Lakin qeyd etmək lazımdır ki, demokratiya mühiti həmişə 

radikallarla dolu olur. Əgər onlardan milli immuniteti zəiflət-

mək üçün istifadə etməyə  cəhd göstərməsəydilər, bəlkə  də, 

onları heç yada salmağa dəyməzdi. Demokratik təsisatların 

qərarlaşmaması, sabitləşməməsi və möhkəmlənməməsi bəzi-

lərində kvazivassal sistemi yaratmaq, ayrı-ayrı kliyentalist 

qruplar tərəfindən hakimiyyətin ələ keçirilməsi kimi iştahalar 

oyadır. Azərbaycanın cəlbediciliyi onun müstəqilliyindədir. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə