Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə236/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   232   233   234   235   236   237   238   239   ...   253

 

 

733



Sözardı 

əvəzi 


asılı olmayaraq, onun vəzifəyə  gəlməsi ilə  əlaqədar ölkənin 

siyasi həyatında yeni dövr başlanırdı. Təkcə dövlətin gələcə-

yi məsələsi deyil, həm də siyasi rejimin xarakteri, res-

publikanın gələcək inkişaf yolları  məsələsi həll edilirdi. 

Heydər Əliyevin hakimiyyəti dövründə inam hissi qazanmış 

əhalinin böyük əksəriyyəti  əsası onun tərəfindən qoyulmuş 

siyasi xəttin davam etdirilməsini zəruri sayırdı. Başqa ideya-

lar da mövcud idi, bəzi yerlərdə qisasçı xarakterli planlar ha-

zırlanırdı. Bəziləri ölkənin xarici siyasət vektorunu dəyiş-

mək, onu şimala, yaxud cənuba tərəf döndərmək istəyirdi. 

Lakin 2003-cü ilin prezident seçkilərində  İlham  Əliyevin 

seçicilərin 76 faizinin səsini toplaması  cəmiyyət üçün ciddi 

siqnal oldu. Bu o demək idi ki, siyasətdə varislik qorunub 

saxlanır. Ölkə demokratiya və liberal iqtisadiyyat yolu ilə 

inkişaf edir. 

Kənardan idarə edilən müxalifətin və iqtidarın bəzi nüma-

yəndələrinin “inqilab” etməyə cəhd göstərdikləri dövrün əsas 

xüsusiyyətlərindən biri bundan ibarətdir. O dövrün başqa fərq-

ləndirici cəhətləri də vardı: vətəndaşların əksəriyyətinin həyat 

səviyyəsi yüksəlir, ÜDM-in ilbəil artması müşahidə olunur, 

əhalinin məşğulluğu artır, pensiyaçıların, qaçqınların sosial 

problemləri həll edilirdi və s. Başqa sözlə desək, mövcud haki-

miyyətin “inqilab” yolu ilə dəyişdirilməsi üçün real bazis yox 

idi. 2005-ci ildə Azərbaycanda “nəzərdə tutulan” inqilabın 

əsas paradoksu üzə çıxdı: inqilabın təşkilatçıları qisas almaq, 

siyasi elitanı dəyişmək istəyirdi, əhalinin əsas kütləsi isə iqti-

darın xəttini və  həyata keçirilən islahatları  dəstəkləyirdi. Cə-

miyyət tərəfindən iqtidara etimad göstərilməsi və hakimiyyəti 

ələ keçirmək istəyənlərin kütləvi dəstəyinin olmaması 2003-cü 

və 2005-ci illərdə Azərbaycan cəmiyyətindəki siyasi proses-

lərin inkişafını müəyyənləşdirən əsas amillər oldu. 



 

 

734 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Heç  şübhəsiz, inqilablar birdən-birə, boş yerdə “yaran-



mır”. Onların öz obyektiv ilkin şərtləri və subyektiv amilləri 

var. 2005-ci ilin noyabr ayındakı parlament seçkiləri  ərəfə-

sində Azərbaycanda “inqilabı” lap əvvəlcədən uğursuzluğa 

məhkum etmiş bir amil vardı – Prezident İlham Əliyevin si-

yasəti. Bu siyasət səmərəli dövlətçilik xəttinin varisliyi siya-

səti olmaqla dövləti daha da inkişaf etdirməyə, cəmiyyətin 

uğurla transformasiyasına və istənilən  şəraitdə dövlət ida-

rəetmə sisteminin fasiləsiz işini təmin etməyə imkan verir. 

Səmərəli hüquq sistemi və siyasi sistem olmayan yerdə 

demokratiya da yoxdur. Demokratik prosedurlar inkişaf etdi-

rilmədən nə hüquqi qayda, nə bu qədər çətinliklər bahasına 

əldə edilmiş sabitlik, nə də seçilmiş iqtisadi fəaliyyət xəttinin 

inadla həyata keçirilməsi ola bilər. Azərbaycanın seçdiyi de-

mokratik yolun müstəqil xarakteri bu amillərə əsaslanır. Ona 

görə də biz öz daxili şəraitimizi nəzərə alaraq, lakin hökmən 

qanuna və Konstitusiyanın verdiyi təminatlara arxalanmaqla 

irəliləməliyik. 

Rus filosofu İvan  İlyin yazırdı: “Dövlət hakimiyyətinin 

öz hüdudları var, bu hüdudlar onun insana məhz kənardan 

münasib olan hakimiyyət olması ilə müəyyən edilir... Qəl-

bin və ruhun sevgi, azadlıq və xoş məram nəzərdə tutan bü-

tün yaradıcı vəziyyətləri dövlət hakimiyyəti tərəfindən idarə 

edilməli deyildir və bu hakimiyyət tərəfindən müəyyən 

edilə bilməz... Dövlət vətəndaşlardan dini etiqad bəsləmə-

sini, dua etməsini, sevgi, xeyirxahlıq və müəyyən əqidə tə-

ləb edə bilməz. O elmi, dini və bədii yaradıcılığı tənzimləyə 

bilməz... O əxlaqı, ailə  məsələlərinə  və gündəlik məişətə 

müdaxilə etməməli və son zərurət olmadıqda insanların 

təsərrüfat təşəbbüsünü və  təsərrüfat yaradıcılığını  məhdud-

laşdırmamalıdır”. 




 

 

735



Sözardı 

əvəzi 


Azərbaycan demokratiya yolunu öz xalqının iradəsi ilə 

seçmiş ölkədir. O, demokratiya yoluna özü qədəm qoymuş-

dur və hamılıqla qəbul olunmuş bütün demokratik normalara 

riayət edərək, – özünün tarixi, geosiyasi və başqa spesifik xü-

susiyyətlərini nəzərə almaqla, – azadlıq və demokratiya prin-

siplərinin reallaşdırılmasını necə  təmin etməyin mümkün-

lüyünü özü həll edəcəkdir. Suveren ölkə kimi Azərbaycan bu 

yolla hərəkətinin müddətini və  şərtlərini də özü müstəqil 

şəkildə müəyyən etməyə qadirdir. Vitte vaxtilə yazırdı: 

“Dövlət yaratmaqdan daha çox təkmilləşdirir, əsl yaradıcılar 

isə bütün vətəndaşlardır... Müstəqilliyi pəncəsinə keçirmək 

yox, onu inkişaf etdirmək və ona hər vasitə ilə kömək etmək 

lazımdır”. Bu məsləhət indi də öz aktuallığını itirməmişdir. 

Bu baxımdan milli müxalifət hərəkatının nümayəndələrin-

dən biri olan Azərbaycan Liberal Partiyasının lideri, “Azad-

lıq” blokunun həmtəsisçisi, “maraqlar”, “dəyərlər” və “de-

mokratiya” barədə çox qəribə fikirlər yürüdən L.Ş.Hacıye-

vanın demokratiya barədə mülahizələri maraqlı götürür

1



Məsələn, o deyir: “Tarixdə maraqlar ilə  dəyərlər arasında 



həmişə fasiləsiz mübarizə getmişdir. İlk mərhələdə bunlardan 

birincisi qalib gələ bilər, lakin bu, çox davam etmir. İkincilər 

– dəyərlər isə, bir qayda olaraq, uzunmüddətli perspektivdə 

qalib gəlir. Deyəndə ki, biz demokratiyaya hazır deyilik və 

bizim hansısa xüsusi Azərbaycan yolumuz var, bu, mənə qə-

ribə  gəlir. Demokratiya oyun qaydaları deməkdir. Fransa, 

Amerika,  İngiltərə demokratiyası olmur. Demokratiya azad 

seçkilər, məhkəmələrin müstəqilliyi, hakimiyyətin bölünmə-

si, insan hüquqları deməkdir. Demokratiyanın fundamental 

əsasları bunlardır. Demokratiyanın hansısa etnik çalarları – 

Azərbaycan və ya Gürcüstan demokratiyası çalarları ola bilə-

                                                 

1

 

“İndi XXI əsrin ritmi ilə yaşamaq lazımdır”, “Eхо” qəzeti, 16.12.2006.



 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə