Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə239/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   235   236   237   238   239   240   241   242   ...   253

 

 

742 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

proqramların həyata keçirilməsi çətinliklərlə üzləşə bilər”



1

Buna görə də ictimai palatalara bənzər qurumların və cari və-



ziyyəti işgüzarlıqla, real və düşünülmüş şəkildə qiymətləndi-

rən və təhlil edən, dövləti və cəmiyyəti hər hansı saxta sap-

malardan və labüd olaraq sosial narazılığın artmasına doğru 

aparan iğtişaşlardan çəkindirərək, vəziyyətin inkişaf perspek-

tivini tədqiq edən digər ictimai ittifaqların və birliklərin bu 

disputda çox mühüm rolu var. 

Əgər müəyyən qüvvələr bizim cəmiyyəti xırda qruplara par-

çalamağa cəhd göstərirsə, əgər biz yalnız özümüzün mənsub ol-

duğumuz məhdud qrupların maraqları ilə yaşasaq, Azərbaycan 

daxili və xarici təhlükələrə qarşı ciddi müqavimət göstərə bilər-

mi? Tamamilə aydındır ki, ən azı, baza xarakterli ümummilli 

dəyərlər və  vəzifələr  ətrafında sıx birləşmədən bu təhlükələrə 

davam gətirmək mümkün olmayacaqdır. Ümumi siyasi nəza-

kətlilik olmasa, bütün siyasi və ictimai qrupların qarşısında du-

ran vəzifələr başa düşülməsə, real demokratik məkan qurmaq 

çox çətin olacaqdır. Bizim cəmiyyət öz inkişafının elə bir pil-

ləsinə yaxınlaşmışdır ki, indi partiyalar siyasi mədəniyyətin sə-

viyyəsini yüksəltməli, partiyalararası dialoq və koalisiya şəklin-

də fəaliyyət vərdişlərinə yiyələnməli, xalqın iradəsi ilə hakimiy-

yətə gəlməyi və hakimiyyətdən getməyi öyrənməlidir. 

Son illərdə biz milli iqtisadiyyatın davamlı inkişafı  və 

enerji resurslarının dünya bazarlarına çatdırılması üçün 

SSRİ-dən miras qalmış rəqabət üstünlüklərindən istifadə edə 

bilmişik. Lakin təkcə karbohidrogenlər ixracı hesabına güclü 

iqtisadiyyat yaratmaq mümkün deyildir. Əgər biz rabitə  və 

informasiya, enerjiyə  qənaət, kənd təsərrüfatı  məhsulları 

istehsalı sahəsində yüksək texnologiyalara yiyələnməsək, 

                                                 

1

 

Üçüncü çağırış Milli Məclisin sessiyasının açılışında Prezident İlham 



Əliyevin nitqindən. Bakı, 2 oktyabr 2006-cı il.

 



 

 

743



Sözardı 

əvəzi 


təhsil və elm sistemlərini rəqabətədavamlılıq mənbəyinə çe-

virməsək səmərəli inkişaf barədə danışmaq çətin olacaqdır. 

Buna görə də çox düzgün olaraq son illərdə “qara qızıl” ixra-

cından asılılığı azaltmaq və milli iqtisadiyyatın digər tərkib 

hissələrini gücləndirmək yolu seçilmişdir. Görülmüş  təsirli 

tədbirlər nəticəsində 2006-cı ildə Azərbaycanda ÜDM-in 

həcmi 17,7 milyard manata bərabər olmuşdur. Bu, 2005-ci 

ilin müvafiq göstərici ilə müqayisədə 34,5 faiz çoxdur. 

ÜDM-in 58,3 faizi sənayedə, 7,1 faizi kənd, ovçuluq və 

meşəçilik təsərrüfatlarında, 5,6 faizi topdansatış və pərakən-

də satış, avtomobillərin, məişət cihazlarının və şəxsi istifadə 

əşyalarının təmiri sahələrində, 1,8 faizi rabitədə, 7,9 faizi 

sosial və digər sahələrdə istehsal edilmişdir. Qeyri-neft sek-

torunda ÜDM 2005-ci ilin müvafiq göstərici ilə müqayisədə 

12,1 faiz artmışdır. 

2006-cı ildə adambaşına ÜDM 2120 manat olmuşdur ki, 

bu da əvvəlki ilin müvafiq göstəricisindən 33 faiz çoxdur. 

Sənayedə istehsalın həcmi 36,6 faiz artaraq 14,4 milyard 

manata çatmışdır. 

Etiraf etmək lazımdır ki, Azərbaycanda iqtisadi artım, ilk 

növbədə, son illərdə dünya bazarında konyunkturun əlverişli 

vəziyyəti sayəsində mümkün olmuşdur. Xarici ticarət üçün 

şəraitin görünməmiş  dərəcədə yaxşılaşması hesabına iqtisa-

diyyatımız ciddi üstünlüklər və böyük əlavə gəlirlər əldə et-

mişdir. Azərbaycan xarici ticarəti inkişaf etdirməklə  həqiqi 

və etibarlı tərəfdaşa çevrilir. Məsələn, 2006-cı ildə Azərbay-

canın xarici ticarət dövriyyəsinin həcmi 11,7 milyard ABŞ 

dolları  və ya 2005-ci ilin müvafiq göstəricisindən 36 faiz 

yüksək olmuşdur.  İdxalın həcmi 5,3 milyard dollar və ya 

2005-ci ildəkindən 25 faiz çox olmuşdur.  İxracın həcmi 




 

 

744 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

2005-ci ilin göstəricisi ilə müqayisədə 46,6 faiz azalaraq 6,4 



milyard dollar təşkil etmişdir. 2006-cı il üçün Azərbaycanın 

xarici ticarət dövriyyəsində 1007,6 milyon dollar profisit 

qeydə alınmışdır. 

Ölkə büdcəsinin həcmi 2004-cü ildə 1,5 milyard ABŞ dol-

larına bərabər olduğu halda, 2007-ci il üçün 6,5 milyard dollar 

həcmində müəyyən edilmişdir. Ölkəmizdə yoxsulluğun sə-

viyyəsi  əhəmiyyətli dərəcədə  aşağı düşmüşdür və 20 faizə 

bərabərdir. 

2006-cı ildə dövlət büdcəsinin gəlirləri 2005-ci ilin müvafiq 

göstəricisi ilə müqayisədə 88, 8 faiz, xərclər isə 76,6 faiz art-

mışdır. Azərbaycanın ümumi daxili məhsulunda dövlət büdcə-

sinin gəlirlərinin xüsusi çəkisi 4 faiz artaraq 21,9 faizə, büdcə 

məxarici isə 3,5 faiz artaraq ÜDM-in 21,3 faizinə  bərabər 

olmuşdur. Adambaşına büdcə  xərcləri artaraq 250 manatdan 

450 manata çatmışdır. 

2007-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan 

əhalisinin sayı 8533 min nəfər, o cümlədən iqtisadi baxımdan 

fəal əhalinin sayı 3973 min nəfər olmuşdur. 

2006-cı ildə  əhalinin banklardakı  əmanətlərinin məbləği 

2005-ci ildəkinə nisbətən 55,4 faiz artaraq 726,2 milyon 

manata çatmışdır. Kreditlər verilməsi göstəricisi 65 faiz 

artaraq 2,2 milyard dollar olmuşdur. Neft Fondunun aktivləri 

1518 milyon ABŞ dollarına bərabər idi. 

2006-cı ildə Azərbaycanın valyuta ehtiyatlarının həcmi 

milyard dollardan çox olmuşdur. Azərbaycan Milli 



Bankının ehtiyatları ikiqat artmışdır. Bütövlükdə, son üç ildə 

bank sektorunun bütün göstəriciləri üzrə üçqat artım 

müşahidə edilmişdir. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə