Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə238/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   234   235   236   237   238   239   240   241   ...   253

 

 

739



Sözardı 

əvəzi 


li şəraitə və xüsusiyyətlərə məhəl qoymadan, dünyanın bütün 

qitələrində  tətbiq edilə biləcək demokratiya nümunəsi yox-

dur... Bir də təkrar edirəm: demokratiyanın bir universal mo-

deli haqqında danışmaq olmaz, çünki hər bir xalq demok-

ratiyanı elə həyata keçirməlidir ki, o, həmin xalqın təbiətinə, 

mədəniyyətinə, özgünlüyünə və adətlərinə müvafiq olsun. 

2005-ci il fevralın 24-də Bratislavada V.Putin ilə C.Buşun 

birgə mətbuat konfransında C.Buş demokratiyanın formaları 

barədə fikrini kifayət qədər aydın ifadə etmişdir: “Demokra-

tiya həmişə ölkənin adətlərini və mədəniyyətini əks etdirir və 

mən bunu bilirəm. Bütün demokratiyaların hansısa bir ümu-

mi cəhəti var – qanunun aliliyi, azlıqların müdafiəsi, mətbuat 

azadlığı və həyat qabiliyyətli siyasi müxalifət”

1



Heç şübhəsiz ki, gənc Azərbaycan demokratiyası öz təşək-

külündə ciddi uğurlar qazanmışdır. Bu gün həmin uğurları 

israrla görməyən və ya görmək istəməyənlər səmimiyyətdən 

çox uzaqdırlar. Lakin hər halda, bizim ictimai quruluşumuz 

mükəmməllikdən uzaqdır, etiraf etməliyik ki, biz hələ bu 

yolun lap başlanğıcındayıq. Bu tezis İkinci Dünya mühari-

bəsinin axırında Uinston Çörçillin dediyi aşağıdakı sözlərlə 

səsləşir: “Bu, bütün işlərin sonu və sonun başlanğıcı deyildir. 

Bu, yalnız başlanğıcın sonudur”. Kamillik imtahanından uğur-

la çıxmış Azərbaycan demokratiyasının keçdiyi yol sonun baş-

lanğıcıdır və sirr deyil ki, qarşıda bizi daha çətin yol gözləyir. 

Azərbaycanda demokratiya dövlətin və  cəmiyyətin dina-

mik inkişafının prioritetinə çevrilmişdir və ən qısa müddətdə 

milli siyasi və iqtisadi məkanda genişmiqyaslı modernləşmə 

həyata keçirilməsinin mümkünlüyünü fərz edir. Milli mo-

dernləşmə isə üç məsələnin həllini nəzərdə tutur: 

                                                 

1

 



http://www.kremlin.ru

 



 

 

740 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

  vətəndaş  həmrəylinin təmin edilməsi, demokratik 



təsisatların və  ənənələrin təkmilləşdirilməsi, habelə 

sosial sistemin formalaşması; 

  səmərəli və möhkəm iqtisadi sistem yaradılması, onun 

ümumavropa strukturuna qoşulması, habelə milli 

iqtisadiyyatın rəqabətə davamlılığının artırılması; 

  azərbaycançılığın və milli “Mən”in mahiyyətinin 

dərk olunmasının üstünlük təşkil etdiyi möhkəm so-

siomədəni mühit yaradılması. 

Milli inkişaf strategiyasında birinci növbəli bu üç vəzifə 

yaxın gələcəkdə Azərbaycanın intensiv inkişafına, innovasiya 

mədəniyyətinin bazisinin formalaşmasına imkan yaratmalıdır. 

Biz xammal iqtisadiyyatını intellektual iqtisadiyyata çevirmə-

liyik ki, kreativ millətlər birliyinə yol aça bilək. Perspektivdə 

milli vəzifə məhz azadlığın intellektual, əxlaqi, siyasi və iqti-

sadi resurslarının təkrar istehsalının səmərəli praktikasının ya-

radılmasıdır. 

Sosial sistemlərin formalaşmasında millətin intellektual 

bazisi mühüm rol oynayır. Azərbaycan öz intellektual ehti-

yatlarının səviyyəsini təkmilləşdirmək və innovasiya texno-

logiyaları sahəsində regionda tam mənada liderə çevrilmək 

üçün hələ çox yol keçməlidir. Bu cür transformasiyanın 

təməli artıq qoyulmuşdir.  İndi yaradıcı  və elmi iddialardan 

xali olmayan realist və sayıq addımlar atılmalıdır. 

Eyni zamanda, yetkin vətəndaş cəmiyyəti olmadan insan-

ların ümdə problemlərini səmərəli  şəkildə  həll etmək 

mümkün deyildir. Onların gündəlik həyatının keyfiyyəti icti-

mai-siyasi sistemin keyfiyyətindən birbaşa asılıdır.  Əlbəttə, 

burada da problemlər hələ az deyildir. 




 

 

741



Sözardı 

əvəzi 


Hər bir hakimiyyət, ilk növbədə, böyük məsuliyyət de-

məkdir. Sivilizasiyalı siyasi rəqabətin status rentası uğrunda 

qərəzli mübarizə ilə əvəz edilməsi, siyasi birliklərin fəaliyyə-

tinin maliyyə  tərəfinin  əvvəlki kimi ictimaiyyətdən yenə  də 

gizlədilməsi yolverilməzdir və bütün bunlar partiya proqram-

larının əksəriyyətinin yeknəsəq olması fonunda baş verir. 

Azərbaycanda minlərlə qeyri-hökumət təşkilatları  və bir-

likləri var və onlar konstruktiv şəkildə  işləyirlər. Lakin on-

ların heç də hamısı insanların real maraqlarını müdafiə etmir. 

Bu təşkilatların bir hissəsi üçün nüfuzlu xarici fondlardan 

maliyyələşdirilməyə nail olmaq, digərləri üçün şübhəli qrup 

və kommersiya maraqlarına xidmət etmək prioritet məsələyə 

çevrilmişdir, ölkənin və onun vətəndaşlarının ən kəskin prob-

lemləri isə kənarda qalır. 

İnsanın fundamental və  əsas hüquqlarının pozulmasından, 

insanların real mənafelərinin tapdalanmasından söhbət gedən-

də bəzən bu cür təşkilatların səsi heç eşidilmir. Bu da təəccüb-

lü deyil, axı onlar özlərini yedizdirən “əli dişləyə bilməzlər”. 

Təbii ki, bu cür nümunələr bütün qeyri-hökumət təşkilatlarını 

günahlandırmaq üçün əsas deyildir. Tamamilə aydındır ki, be-

lə hallar tranzitar cəmiyyətlərdə hökmən olur və müvəqqəti 

xarakter daşıyır. 

Lakin bu çatışmazlıqları azaltmaq və  vətəndaş  cəmiyyəti 

təsisatlarının gələcək inkişafını stimullaşdırmaq üçün heç nə 

icad etməyə ehtiyac yoxdur. Bizim özümüzün və dünyanın 

təcrübəsi bu məsələyə olan bir sıra yanaşmaların səmərəli-

liyini sübut etmişdir. Dövlətin yerinə yetirməli olmadığı  və 

yaxud səmərəli  şəkildə yerinə yetirə bilmədiyi funksiyaları 

tədricən qeyri-dövlət sektoruna həvalə etmək lazımdır, çünki 

“ciddi ictimai nəzarət olmasa, bizim nəzərdə tutduğumuz 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə