Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə241/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   237   238   239   240   241   242   243   244   ...   253

 

 

748 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Transformasiya cəmiyyətlərinə xas olan “böyümə  xəstə-



liyi” hökumət səviyyəsində konkret münasibətlərlə yumşal-

dılmalı, amortizasiya edilməlidir. Ciddi və genişmiqyaslı  iş 

üçün zəmin yaradıldığı bir şəraitdə dövlət sadə qərarlar qəbul 

etməyə şirniklənməməlidir. Belə olarsa, bürokratik yanaşma 

üstün gələcəkdir. Bu halda inkişaf əvəzinə, durğunluq yarana 

bilər, vətəndaş cəmiyyətinin potensialına tələbat olmaz, kor-

rupsiya, məsuliyyətsizlik və qeyri-peşəkarlıq sürətlə artaraq, 

bizi millətin iqtisadi və intellektual potensialının tənəzzülü 

yoluna, hakimiyyətin cəmiyyətin maraqlarından getdikcə da-

ha çox uzaqlaşması, dövlət aparatının insanların tələbatını 

nəzərə almaq istəməməsi yoluna qaytarar. 

Nəzərə almaq lazımdır ki, ölkədə inkişaf etmiş demokratk 

prosedurların olması sadəcə zəruri deyil, həm də iqtisadi cə-

hətdən sərfəlidir, cəmiyyətlə məsul dialoqda olmaq isə siyasi 

baxımdan məqsədəuyğundur. Buna görə  də müasir məmur 

cəmiyyət ilə komanda jarqonunda deyil, müasir əməkdaşlıq 

dilində, ictimai maraq, dialoq və real demokratiya dilində da-

nışmağı öyrənməyə borcludur. Bu, iqtidarın əsas mövqeyidir. 

Ona ciddi riayət edilməsi birinci dərəcəli vəzifədir. 

Azərbaycan cəmiyyətinin mərhələli demokratikləşməsi 

baxımından bu kitabda insan hüquqları  və azadlıqları prob-

lemlərinə xeyli yer ayrılmışdır. Bu sahə yetkin vətəndaş cə-

miyyəti və demokratik dövlət yaratmaq səyləri praktik təcəs-

sümü kimi nəzərdən keçirilir. Siyasi baxımdan fərqli düşün-

cənin, xüsusi mülkiyyət hüququnun yanaşı mövcud olduğu, 

vətəndaşın şəxsi həyatının toxunulmazlığına təminat verildiyi 

sivilizasiyalı və plüralist məkanın əsasını məhz fərdin hüquq 

və azadlıqlarının səmərəli şəkildə təmin olunması təşkil edir. 

Bu baxımdan Prezidentin “Azərbaycan Respublikasında in-

san hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təs-




 

 

749



Sözardı 

əvəzi 


diq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli Sərənca-

mına xüsusi diqqət yetirilməlidir. Sərəncamda deyilir: “Ha-

zırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hü-

quqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların 

davam etdirilməsini  şərtləndirir. Qarşıdakı  gələn illər üçün 

Azərbaycan Respublikasının normativ hüquqi aktlarının in-

san hüquqlarına dair beynəlxalq standartlara tam uyğunlu-

ğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaş-

lıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət 

orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxı-

mından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdı-

rılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, döv-

lətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf 

etdirilməsi kimi vəzifələr müəyyən edilir”. 

Demokratik cəmiyyətin inkişafı labüd olaraq vicdan və 

dini etiqad azadlığının təmin edilməsini  şərtləndirir. Lakin 

bir sıra postsovet dövlətlərinin nümunəsində görürük ki, mə-

dəni münasibətlərin texnoloji münasibətlərlə  əvəz edilməsi, 

insan fəaliyyətinin dini və  əxlaqi tənzimləyicilərinin boğul-

ması, əyləncə sənayesi məhsullarının nəzarətsiz yayılması lo-

kal reaksiyalara səbəb olmuş, cəmiyyəti mədəni inkişafın 

alternativ modellərinin tərəfdarlarına və milli özünəməxsus-

luğun müdafiəçilərinə bölmüşdür. Qərbə xas olan liberal də-

yərlər arealının genişlənməsi yaradıcılıq münaqişəsinə, ob-

razların və dünya baxışlarının münaqişəsinə  gətirib çıxarır, 

məişət səviyyəsində isə çox vaxt eyni bir cəmiyyətin üzvləri 

arasında keçilməz uçurum yaranması ilə müşayiət olunur. Bu 

şəraitdə dinin rolu heç də birmənalı deyildi. Bir tərəfdən, 

ənənəvi etiqadlar milli mədəniyyətin sərt qalasına çevrilmiş, 

bu isə xalqın kütləvi  şəkildə “Allaha üz tutmasını”  şərtlən-

dirmişdir. Digər tərəfdən, qeyri-ənənəvi dini cərəyanlardan 



 

 

750 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

və təriqətlərdən cəmiyyətlərin mədəni birliyini əridən və qlo-



bal kosmopolitizmin geniş yayılmasına kömək edən bir  va-

sitə kimi istifadə olunur. 

Bu baxımdan, Azərbaycan da istisna olmamışdır. Ölkəmiz 

müstəqillik əldə etdiyi vaxtdan bəri Azərbaycan cəmiyyətin-

də baş verən sosiomədəni, siyasi və iqtisadi dəyişikliklər so-

sial həyatın müxtəlif sahələrinə təsir etmişdir. Vətəndaşların 

dindarlığı da transformasiyaya məruz qalmış və bu prosesdə 

həm daxili, həm də xarici amillər rol oynamışdır. 

Lakin deməliyik ki, dünya məkanında müxtəlif dini kon-

fessiyaların nümayəndələrinə münasibətdə tolerantlığın döv-

lət siyasəti olduğu ölkələrin sayı çox deyildir. Azərbaycan 

elə nadir məkanlardan biridir ki, burada islam, iudaizm və 

xristianlıq yanaşı mövcuddur, krişnaitlər, bəhailər və mu-

nistlər fəaliyyət göstərirlər. Lakin məsələnin bu şəkildə qo-

yuluşu əsla elə bir illüziya yaratmamalıdır ki, guya müxtəlif 

qruplar özlərinin qərəzli məqsədlərinə nail olmaq üçün din-

dən asanlıqla istifadə edə bilərlər. 

Azərbaycan  əhalisinin  əksəriyyəti müsəlmanlardan ibarət 

olan dövlətdir, buna görə  də onun müxtəlif dini qrupların 

mənafeləri arasında tarazlıq yaratmağı bacarması çox vacib-

dir. Dini dirçəlişin indiki mərhələsinə xas olan problemlər-

dən biri ayrı-ayrı dini liderlərin xüsusən seçkiqabağı dövrdə 

islamdan siyasi məqsədlər üçün istifadə etməyə  fəal cəhd 

göstərməsidir. Məscid minbərlərindən və kilsə kafedraların-

dan siyasi təşviqat üçün istifadə edilməməlidir. Lakin təəssüf 

ki, bəzi din xadimləri özlərinin adi iddialarını gerçəkləşdir-

mək xatirinə dinin saflığından və onun məqsədlərinin ülvili-

yindən əl çəkməyə hazırdırlar. Onların moizələri bəzən din-

dar ictimaiyyətlə iqtidarı bir-birinə qarşı qoymaq üzərində 

qurulur. Heç şübhəsiz, bu, dindən siyasi alət kimi istifadə et-




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə