Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə243/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   239   240   241   242   243   244   245   246   ...   253

 

 

754 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

üçün vulqar alətə çevirməyə çalışırlar. ATƏT-in təsisçi döv-



lətlərlə heç bir əlaqəsi olmayan bürokratik aparatını da bu 

vəzifəyə uyğun hazırlamışlar. Qərarların qəbul edilməsi və 

“qeyri-hökumət təşkilatları”ndan istifadə qaydaları da bu 

vəzifəyə uyğun hazırlanmışdır. Bu təşkilatlar formal baxım-

dan müstəqil olsalar da, məqsədyönlü şəkildə maliyyələşdiri-

lir və deməli, onların fəaliyyətinə nəzarət edilir”

1



Putinin ABŞ-ı sürətlə silahlanmanı  şiddətləndirməkdə, 



BMT-nin nüfuzuna xələl gətirməkdə, birtərəfli hərəkətlərdə 

və demokratiyanı “ixrac etməkdə” günahlandırdığı, NATO-

nun  Şərqə doğru genişlənməsini kəskin tənqid etdiyi çıxışı 

Qərbdə “təəccüb və məyusluqla” qarşılanmışdı. Qərb özünün 

məşhur siyasətçilərinin dili ilə Putinin sözlərini kəskin 

şəkildə  təkzib etmiş  və  bəyan etmişdi ki, “o, ifrata varır”, 

“onun ittihamları düzgün deyildir", ABŞ senatoru Cosef 

Liberman isə Putinin çıxışını “təhrikçi çıxış” adlandırmışdı. 

Mən isə  cənab Putinin çıxışına başqa rakursdan yanaş-

mağı özümə  rəva biləcəyəm. O, nədənsə unudur ki, Rusiya 

özü Birləşmiş Ştatlara və beynəlxalq təşkilatlara irad tutduğu 

məsələlərə  əsla riayət etmir. Tarixdən məlumdur ki, yer 

üzündə bipolyar və ya polisentrik dünya nizamı yaradıl-

masının zəruriliyi mövqeyindən çıxış edənlər çox vaxt nüfuz 

dairələrinin bölgüsündə pay əldə etmək iddiasına düşür. 

U.Çörçill özünün məşhur Fulton nitqində  məhz bu məqsədi 

güdürdü, N.Xruşşov BMT-nin Baş Məclisində çıxış edərkən 

ayaqqabısını çıxarıb tribunaya döyəcləyəndə məsələyə məhz 

bu mövqedən yanaşırdı. Tamamilə aydındır ki, müasir 

Rusiya dünyamızı daha təhlükəsiz və daha sabit edə bilərdi. 

Lakin bunu nə ilə izah edək ki, Ermənistana bir milyard 

dollar dəyərində silahları  təmənnasız vermiş Rusiya rəh-

                                                 

1

 



“Rossiyskaya qazeta”, 12 fevral 2007-ci il.

 



 

 

755



Sözardı 

əvəzi 


bərliyi münaqişə  iştirakçılarından birinin (Ermənistanın) 

ərazisində öz hərbi bazasını saxlamaqda davam edir. Buna 

görə  də Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti 

barədə düşünəndə, istər-istəməz hiss edirsən ki, Vladimir 

Putinin Münxen konfransındakı sözlərinin səmimiyyətinə 

inanmırsan. 

Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir

əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı dövlət kimi inkişaf 

etmişdir. Qafqazda sivilizasiyalararası  həmrəyliyin saxlan-

masında onun nadir rolu da buradan irəli gəlir. Bu həmrəylik 

təkcə Ermənistandakı müəyyən təcavüzkar dairələrin deyil, 

həm də onun bu cəhdlərini dəstəkləyən qüvvələrin, yaxud da 

1918-1921-ci illərdə olduğu kimi, yenə  də Azərbaycan  əra-

zisi hesabına ikinci erməni dövlətinin yaradılması ilə barış-

mağa çağıranların təzyiqinə məruz qalır. 

Azərbaycan sivilizasiyalar arasında körpüdür və o, təkcə 

dinlərin və mədəniyyətlərin dialoqu məkanı kimi deyil, həm 

də  Şərq ilə  Qərb arasında mühüm nəqliyyat arteriyası kimi 

çıxış edə bilər. Buna görə  də  təbiidir ki, dünyanın fəal 

şəkildə yenidən qurulması fonunda ölkəmizin real surətdə 

üzləşdiyi çoxsaylı yeni problemlər yaranmışdır. 

Bu təhlükələr  əvvəlkilərdən daha az proqnozlaşdırılandır 

və onların nə dərəcədə qorxulu olması tam şəkildə axıradək 

dərk edilməmişdir. Bütövlükdə, dünyada münaqişələr məka-

nının genişlənməsi meyli aşkar görünür. Dünyada maraqların 

toqquşması ehtimalının olması baxımından unutmamalıyıq 

ki, Azərbaycan bir sıra dövlətlərin maraqlarının kəsişdiyi 

mühüm məkandır. Bu şəraitdə yolu azmamaq, regionda 

sabitliyin pozulmasına doğru aparan planlardan və  hərə-

kətlərdən mümkün qədər uzaq olmaq çox vacibdir. XXI əsrin 

ən təhlükəli təhdidlərinə – beynəlxalq terrorizmə, kütləvi qır-



 

 

756 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

ğın sılahlarının yayılmasına, regional münaqişələrə  və digər 



təcavüzkar hərəkətlərə yalnız dünya birliyinin birgə  səyləri 

ilə, BMT-nin vasitələrinə  və beynəlxalq hüquqa istinadla 

müvafiq cavab vermək olar. 

Azərbaycanın xarici siyasəti beynəlxalq münasibətlərin 

subyektləri ilə çoxşaxəli  əlaqələr sistemi olub tarazlıq, çox-

vektorluq və komplimentarlıq prinsiplərinə  əsaslanır. Eyni 

zamanda, müstəqil xarici siyasətin  əsas istiqaməti milli 

ləyaqət hissinə  və milli maraqların başa düşülməsinə  əsas-

lanmaqla, dünya birliyinin bütün üzvləri ilə möhkəm və bəra-

bərhüquqlu münasibətlər yaradılmasına yönəlmişdir. 

1988-ci ildə süni şəkildə törədilmiş Ermənistan-Azərbay-

can, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlü-

yünə  qəsd oldu. Bu münaqişə açıq hərbi təcavüzə  və azər-

baycanlılara qarşı etnik təmizləmə siyasətinə çevrildi. Bir 

milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə 

düşdü. Bütün bu illərdə Azərbaycanın mövqeyi dəyişməz 

qalır: ölkəmizin ərazi bütövlüyü beynəlxalq hüquq normaları 

çərçivəsində  bərpa edilməli, torpaqlarımız işğalçı qüvvələr-

dən azad olunmalı, qaçqınlar və  məcburi köçkünlər doğma 

yurdlarına qayıtmalıdırlar. 

Son illərdə Azərbaycan cəmiyyətinin sosiomədəni siması 

dəyişmiş, yeni davranış normaları və stereotipləri formalaşmağa 

başlamışdır. Yeni yaranmaqda olan vətəndaş  cəmiyyətinin rü-

şeymləri fikir və söz azadlığı meydanını genişləndirmişdir. Fər-

din yeni siması ölkənin sərbəst demokratik inkişafı ilə eyniləş-

dirilməyə başlanmışdır. Ümumi demokratikləşməyə doğru qlo-

bal dönüş şəraitində ictimai şüur milli identikləşmənin yeni for-

malarını kəsb etməyə başlamışdır ki, bunlar da qərbləşmə layi-

həsinin təsiri ilə bəzən milli şəraitdə birdən-birə dəyişir. Lakin 

demokratik transformasiyanın mürəkkəbliklərinə baxmayaraq, 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə